Tahir göZƏL ÖLKƏ başÇisi təRƏFİNDƏn mükafatlandirildi



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə5/11
tarix08.07.2018
ölçüsü4,22 Mb.
#54053
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

14 

Xəbər


“Azərsun  Holdinq”  Dünya  Azərbaycanlılarının  Həmrəylik 

Günü  və  Yeni  il  bayramı  münasibətilə  şirkətlər  qrupunun 

işçilərinin  övladları  üçün  bayram  şənliyi  təşkil  edib.  Ənənəvi 

olaraq  hər  il  təşkil  edilən  bayram  şənliyi  öz  rəngarəngliyi  ilə 

balacalara sevinc və xoş əhval-ruhiyyə bəxş edib. 

Bakı  şəhərində,  həmçinin  İmişli  və  Biləsuvar  rayonlarında 

böyük təntənə ilə keçirilən bayram şənliklərində Şaxta baba və 

Qar qızın uşaqlara yeni il arzuları, Şuşa Musiqili Dövlət Dram Te-

atrının nümayiş etdirdiyi nağıl-tamaşa və nağıl qəhrəmanlarının 

əhvalatları balacalar tərəfindən maraqla qarşılanıb.

“Shokki Mokki”nin pandası və “Super Milky”nin qəhrəmanı 

da uşaqların Yeni il bay-

ramını  təbrik  edib.  On-

larla  birlikdə  əylənərək 

rəqs edib, balacalara xoş 

arzularını bildiriblər. 

Ən  maraqlı  və  yad-

daqalan an kimi uşaqla-

rın yaddaşına köçürülən 

bu şənliyin sonunda on-

lara  bayram  hədiyyələri 

paylanıb. 

Qeyd edək ki, Yeni il 

bayramı  “Azərsun  Hol-

dinq”in  Həmkarlar  İt-

tifaqının  dəstəyi  ilə  hə-

yata keçirilib.

Yeni il şənliyi balacaları sevindirdi

Dekabr    ayının  16-da  Azərbaycan 

Dövlət Neft və Sənaye Universitetində 

təşkil  olunmuş    əmək  yarmarkasın-

da  “Azərsun Holdinq” də iştirak edib. 

100-ə  yaxın  müxtəlif  dövlət  və  özəl 

şirkətlərinin  qatıldığı  yarmarkada 

“Azərsun Holdinq”i İşə Qəbul şöbəsinin  

əməkdaşları  Nurulla  Nəsibov,  Elvin 

Rzayev  və  Aydan  Məmmədova  təmsil 

ediblər. 

Əməkdaşlarımız  şirkətimizə  xüsusi 

maraq  göstərən  universitet  tələbələri 

və məzunlara “Azərsun Holdinq”in bu 

gün  əmək  bazarında  tutduğu  möv-

qe,  mövcud  vakansiyalar,  tələbə  və 

məzunların öz ixtisasları üzrə işlə təmin 

olunma  imkanları  barədə,  həmçinin 

holdinqdə təşkil olunan staj proqram-

ları haqqında geniş məlumat veriblər. 

Universitet rektoru Mustafa Baban-

lı  və  Azərbaycan  Respublikası  Əmək 

və Əhalinin Sosial Müdafiəsi nazirinin 

müavini  Mətin  Kərimli  “Azərsun  Hol-

dinq”in  stendinə  yaxınlaşaraq  şirkə tin 

təklif  etdiyi  vakansiyalarla  yaxından 

maraqlanıb.

İşə Qəbul şöbəsi əmək yarmarkasında



15

 

“Sun  Tea”  Çay  Paketləmə  Fabrikinin  əmək-



daşı,  Astara  Çay  Fabrikinin  baş  mühəndisi  Ni-

zami  Rə sulov  dövlət  tərəfindən  mükafata  layiq 

görülüb.  Fəaliyyətində  öz  peşəkarlığı,  səy  və 

əzmkarlığı  ilə  hər  kəsə  nümunə  olan  Nizami 

Rəsulov  Azərbaycan  Respublikası  Prezidenti-

nin  2017-ci  il  21  dekabr  tarixli  Sərəncamı  ilə 

Azərbaycan Respublikasında kənd təsərrüfatının 

inkişafında  xidmətlərinə  görə  2-ci  dərəcəli 

“Əmək” ordeni ilə təltif edilib.

“Azərbaycanın  biznes  ictimaiyyətində  me-

ne cerlərin  ixtisasının  artırılması  üzrə  Almaniya-

Azər baycan  birgə  Proqramı”  çərçivəsində  Al-

maniyanın  İqtisadi  Əlaqələr  və  Energetika  üzrə 

Federal  Nazirliyi,  Azərbaycan  Respublikası  İq-

tisadiyyat  Nazirliyi  və  Almaniya  Beynəlxalq 

Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə sahibkar-

ların və menecerlərin 2017-ci il oktyabr-noyabr ay-

larında Almaniyada  “İqtisadi kooperasiya” üzrə bir 

ay müddətində ixtisasartırma kursu təşkil olunub.

Proqramın məqsədi Azərbaycandan olan şirkət 

nümayəndələrinin  Almaniyada  ixtisasartırma  kur-

su  keçməsinə,  onların  beynəlxalq  təcrübəyə  yiyə-

lən məsinə,  alman  şirkətləri  ilə  birbaşa  iqtisadi 

əlaqələrin  qurulmasına,  peşəkar  və  mədəni  dünya 

görüşünün genişlənməsinə şərait yaratmaqdır.

“Azərsun  Holdinq”ı  ixtisasartırma  kurslarında 

menecerimiz  Vüqar  Səmədov  təmsil  edib.  Əmək-

daşımız  bir  ay  boyunca  layihələrin  idarə  olunma-

sı, biznes danışıqlarının aparılması, insan resursla-

rı, biznesin idarə olunması, vaxtın idarə olunması 

və  s.  digər  mövzuları  əhatə  edən  təlimlərə  qatılıb 

və  gələcək  əməkdaşlıqla  bağlı  10-dan  çox  alman 

şirkəti ilə danışıqlar aparıb. Bundan başqa, oktyab-

rın 24-də Almaniyanın İqtisadi Əlaqələr və Energe-

tika üzrə Federal Nazirliyi və Almaniya Beynəlxalq 

Əməkdaşlıq  Cəmiyyətinin  (GİZ)  dəstəyi  ilə  Alma-

niyanın  Leipzig    şəhərində  Azərbaycanda  iqtisa-

diyyatın  müxtəlif  sahələrini  əhatə  edən  şirkətlərin 

təmsilçiləri ilə Leipzig Sənaye və Ticarət Palatasının 

20-dən artıq rəhbər heyəti və üzvləri ilə biznes gö-

rüş və ikitərəfli biznes görüşləri keçirilib.  

Proqramın son gününə təsadüf edən 9 noyabr 

– Bayraq Günündə isə Azərbaycan gecəsi keçirilib 

və  ölkəmizin  mədəniyyəti,  iqtisadi  inkişafı  barədə 

almanlara məlumat verilib. 

Onu da qeyd edək ki, şirkətimizi ixtisasartırma 

kurslarında  təmsil  edən  Vüqar  Səmədov  proqramı 

yüksək  nəticə  ilə  bitirib  və  Almaniya  Beynəlxalq 

Əməkdaşlıq  Cəmiyyətinin  və  NLB  ixtisasartırma 

mərkəzinin diplom və sertifikatları ilə təltif edilib. 

İnsan  Resursları  Direktorluğunun  əməkdaşları 

Teymur Sarmuradi və Orxan Abdullayev Mikrosoft 

Korporasiyasının  “Microsoft  Office  Specialist  Ex-

pert for Excel 2016” sertifikatlaşdırma imtahanın-

da iştirak edərək “MOS Expert Excel 2016” sertifi-

katına layiq görülüblər. “MOS Expert Excel 2016” 

sertifikatlaşdırma  imtahanı  “Office”  proqramları 

ilə  səmərəli  işləmək  üçün  lazım  olan  bacarıqların 

yüksək səviyyədə inkişafını nümayiş etdirir. 

Qeyd  edək  ki,  bu  imtahandan  keçənlər,  “MS 

Excel  2016”  haqqında  əsaslı  biliklərə  və  müstəqil 

şəkildə  tapşırıqların  öhdəsindən  gəlmə  bacarıq-

larına  sahibdirlər.  Sertifikat  sahibləri  müxtəlif 

səhifələrdən  ibarət  “Excel”  fayllarını  yaratmaq  və 

redaktə  etmək,  professional  büdcə  yanaşmaları 

da  daxil  olmaqla  maliyyə  hesabatları,  performans 

göstəriciləri və s. digər məlumat bazalarını vizual 

təqdim etmək üçün qrafik elementlərdən istifadə 

etmək, mürəkkəb düsturlar, qrafiklər və cədvəllər 

yaratmaq bacarıqlarını sübut edirlər. 

Teymur Sarmuradi və Orxan Abdullayev özünü 

inkişaf etdirmə və bu yöndəki təşəbbüskarlığına, 

həmçinin qazandıqları biliyi daxili təlimçi olaraq 

“Azərsun Akademiyası”nda davamlı təşkil edilən 

“Excel” kurslarında şirkət işçilərinə öyrətmək üçün 

göstərdikləri səy və əzmkarlığa görə şirkətimizin 

rəhbərliyi tərəfindən mükafatlandırılıblar.  

Əməkdaşlarımızı  təbrik  edir,  gələcək  iş 

fəaliyyətlərində yeni-yeni uğurlar arzu edirik. 

Əməkdaşlarımız mükafat və 

sertifikatlara layiq görüldü



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə