Tahir göZƏL ÖLKƏ başÇisi təRƏFİNDƏn mükafatlandirildi



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə2/11
tarix08.07.2018
ölçüsü4,22 Mb.
#54053
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

5

 

Baş redaktordan...



Dünyada yaşanan ağır iqtisadi böhranın çətinlikləri 

fonunda yeni bir ilə qədəm qoyuruq. Ağır iqtisadi risklərin 

olmasına baxmayaraq  “Azərsun Holdinq” bu çətin dönəmdən 

üzü ağ çıxa bildi. Şirkətimizin atdığı addımlar, həyata keçirdiyi 

çevik iqtisadi islahatlar nəticəsində ölkənin ərzaq təminatında 

heç bir problem yaşanmadı. “Azərsun Holdinq” çox böyük 

zəhmətlər bahasına on minlərlə çalışanını qoruyub saxlaya 

bildi. Eyni zamanda ötən ili təhlil etsək görərik ki, bir çox ölkə 

əhəmiyyətli  layihələrə “Azərsun Holdinq” dəstək oldu, öz 

töhfələrini verdi.

Ötən il “Qarabağ” Futbol Klubu Azərbaycan futbolunda 

tarix yazdı. Klub rəhbərliyinin atdığı düzgün addımlar 

nəticəsində əldə olunan uğurlu nəticələr xalqımız və 

dövlət başçımız tərəfindən yüksək qiymətləndirildi. Klubun 

vitse-prezidenti Tahir Gözəl  “Azərbaycan Respublikası 

Prezidentinin fəxri diplom”u ilə təltif edildi. Bu əlamətdar 

hadisə Azərsun ailəsinin köksünü qabartdı. 

Qeyd etməliyik ki, “Azərsun Holdinq”in zəhmətsevərliyi  

ölkə başçısı tərəfindən daim layiqincə qiymətləndirilir.  

Eyni zamanda cari ildə “Azərsun Holdinq”in istehsal 

etdiyi məhsulların xarici bazarlarda təmsil olunma missiyası 

da uğurla həyata keçirildi. Məhz bu fəaliyyətə görə 

şirkətimiz dövlət qurumları tərəfindən “İlin ixracatçısı” kimi 

mükafatlandırıldı. Bu gün böyük fəxarət hissi ilə demək 

olar ki, “Made in Azerbaijan” adının ünvanı Azərsundur.  

Həqiqətən də bu adın, bu qürurun ünvanı kimi “Azerçay” 

markamızın Rusiya bazarında böyük nailiyyətlərə imza 

atmasını ötən ilin yadda qalan hadisəsi kimi xarakterizə edə 

bilərik.

Onu da qeyd etməliyik ki, “Azərsun Holdinq”in 

böhran ilində qazandığı uğurlar şirkətimizin qurucusu, 

dəyərli böyüyümüz Abdolbari Goozalın fəlsəfəsinə sadiq 

komandasının fəaliyyəti nəticəsində mümkün oldu. Bu 

keşməkeşli dövrdə səhvlərimiz, qüsurlarımız da az olmadı. 

Bir çox bölmələrin qarşısına qoyduğu hədəfləri tam əhatə 

edə bilməməsi, daha çox çalışmamızın gərəkliliyini meydana 

çıxardı.  Ötən ilin dəyərləndirmə toplantısında hörmətli 

rəhbərimiz Abdolbari bəyin iştirakı və söylədiyi fikirlər bizim 

üçün yeni üfüqlər açdı, yeni hədəflərin müəyyən olunmasında 

öz sözünü demiş oldu. Eyni zamanda şirkətimizin daha 

effektiv idarə olunması istiqamətində həyata keçirilən 

struktur islahatları da ilin yekununa həsr olunmuş toplantıda 

öz əksini tapdı. Ötən ildə həyata keçirilən  “Great Place To 

Work”  layihəsinin nəticələri ilə bağlı dəyərləndirmənin 

fəaliyyəti də kifayət qədər görməli olduğumuz işlərin daha da 

təkmilləşdirilməsini meydana çıxardı. Növbəti ildə şirkətimizin 

bu və digər məsələlərdə konkret uğurlara nail olması üçün 

hər bir azərsunlu əlindən gələni əsirgəməməli  və işində daha 

çox əzmkarlıq nümayiş etdirməlidir. Yeni idarəçilik sisteminin 

hər kəsə uğurlu olması istəyi ilə hər bir azərsunluya gələcək 

fəaliyyətində bol-bol nailiyyətlər arzulayırıq.

Bu sayımızda bəhs etdiyimiz mövzular barədə məlumatları 

diqqətinizə təqdim edir, maraqla oxuyacağınıza ümid edirik.

Afiq Səfərov

İctimaiyyətlə Əlaqələr və  

Biznesin İnkişafına Dəstək  

Departamentinin müdiri



Xəbər


“Azərsun Holdinq”də ilin yekun iclası 

keçirildi

Ölkəmizdə  ərzaq  təhlükəsizliyinin  təmin 

edilməsi,  qida  sənayesinin  daha  da  inkişaf 

etdirilməsi  istiqamətində  mühüm  töhfələr  verən 

“Azərsun  Holdinq”  2017-ci  ilin  yekunu  ilə  bağlı 

iclas keçirib. 

İclasda  şirkətlər  qrupunun  il  ərzindəki 

nailiyyətləri,  yeniliklər,  reallaşdırılan  layihələr  və 

gələcək planları barədə geniş məlumat verilib.

Tədbirdə  “Azərsun  Holdinq”in  Müşahidə  Şu-

rasının  sədri  Abdolbari  Goozal  da  iştirak  edib. 

Müşahidə  şurasının  sədri  çıxış  edərək  şirkətlər 

qrupunda  həyata  keçirilən  işlərlə  yanaşı,  həm  də 

şirkətin gələcək fəaliyyətinə toxunub və bu barədə 

öz dəyərli tövsiyə və tapşırıqlarını verib. 



7

 

Şirkətlər qrupu ümummilli liderin 



xatirəsini yad etdi

Şirkətlər qrupu Azərbaycan xalqının ümummil-

li  lideri,  müasir  dövlətimizin  memarı  və  qurucu-

su  Heydər  Əliyevin  vəfatının  14-cü  ildönümü  ilə 

əlaqədar silsilə tədbirlər həyata keçirilib. 

Tədbirlər çərçivəsində holdinq rəhbərliyi və kol-

lektivi Heydər Əliyevin məzarını ziyarət edib. 

Şirkətlər  qrupunun  rəhbəri  Abdolbari  Goozal 

ümummilli liderin məzarı önünə gül dəstəsi qoyub. 

Ziyarət  zamanı  görkəmli  oftalmoloq  alim  Zərifə 

xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib. 



Qapaq / Xəbər



Tahir Gözəl ölkə başçısı tərəfindən 

mükafatlandırıldı

Dekabrın  18-də  Mil-

li  Olimpiya  Komitəsində 

Azərbaycan  Respubli ka-

sının  Prezidenti  cə nab 

İlham  Əliyev  və  Azər bay-

canın  Birinci  vitse-pre-

zidenti,  Milli  Olimpiya 

Komitəsinin  İcraiyyə  Ko-

mi təsinin  üzvü  Mehriban 

xa nım  Əliyevanın  iştirakı 

ilə 2017-ci ilin idman ye-

kunlarına dair tədbir keçi-

rilib. 


Tədbirdə  “Qarabağ” 

Futbol  Klubunun  bey-

nəlxalq  arenadakı  uğur-

ları  və  Azərbaycan  hə qi-

qətlərinin bütün dün yaya 

çatdırılmasında göstərdiyi 

xidmətlərin  Azər baycan 

döv ləti  tərə findən  çox 

yük sək  qiy mət ləndirildiyi 

növ bəti dəfə nümayiş et-

dirilib. 

Belə  ki,  Azərbaycan 

Res publikası  Prezidenti-

nin  Sərəncamına  əsasən 

Azər baycanda  idmanın  inkişafında  xidmətlərinə 

görə “Azərsun Holdinq” Şirkətlər Qrupunun idarə 

heyətinin üzvü, “Qarabağ” Futbol Klubunun vit-

se-prezidenti  Tahir  Gözəl  “Azərbaycan  Respubli-

kası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. 

Qeyd  edək  ki,  “Qarabağ”  Futbol  Klubu  UEFA 

Çempionlar Liqasının Qrup Mərhələsinə vəsiqə qa-

zanan və dünya səviyyəli futbol komandalarından 

xal alan ilk Azərbaycan klubu olaraq ölkəmizin id-

man tarixində yeni bir səhifə açıb.




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə