Tahir göZƏL ÖLKƏ başÇisi təRƏFİNDƏn mükafatlandirildi



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə8/11
tarix08.07.2018
ölçüsü4,22 Mb.
#54053
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

20 

Park Bulvar

Bu il Park Bulvar AVM-də Yeni il “yolka”sı 

istifadə  edilmiş  plastik  butulkalardan  qu-

ruldu.  ABŞ-ın  ölkəmizdəki  səfirliyinin  ötən 

il  qurduğu  və  populyarlıq  qazanan  “yol-

ka” sı bu il Park Bulvar alış-veriş mərkəzini 

bəzədi.  Plastik  tullantıların  azaldılma-

sı,  təkrar  istifadəsi  və  təkrar  emalı  barədə 

məlumatlılığı artırmaq, planeti, ətraf mühiti 

qorumaq  məqsədilə  qurulan  “şam  ağacı” 

çoxlarının diqqətini çəkdi. Park Bulvar AVM-

də  alış-veriş  edən  müştərilər  də    ABŞ-ın 

Azərbaycandakı  səfirliyinin  əməkdaşları  və 

tərəfdaşları ilə birgə təkrar emal materialla-

rından yeni il ağacını düzəltməyə başladılar. 



Qeyri-adi şam ağacı

Bütün  ilboyu  şənliklər,  maraqlı  tədbirlər 

keçirən Park Bulvarda ilin Final konserti baş tutdu. 

“Final” markasının dəstəklədiyi Final konsertində 

əsas  gözlənilən  Santa  Şou  idi.  Santaların  nəfəs 

alətlərinin müşayiəti ilə ifa edilən rəqslər maraq-

la  qarşılandı.  Lakin  ilin  Final  konserti  bununla 

bitmədi. Müğənni Dilarə Kazımova, Mina və gənc 

aşıq  Malikin  ifaları  konsertə  bayram  abu-havası 

qatdı.


İlin Final konserti


21

 

“Baku  Khazar  Rotary”  Klubu  və  “Baku  İn-



ternational  Rotary”  Klubun  Qış  xeyriyyə  festivalı 

növbəti dəfə Park Bulvarda baş tutdu. 

Artıq  ənənə  halını  alan  tədbirdə  50-dən 

çox  sənətkarın  əl  işləri  satışa  çıxarıldı,  uşaqların 

əyləncəsi  üçün  oyunlar  keçirildi.  Şaxta  baba  ilə 

şəkil çəkdirənlər də, 10-dan çox sponsorun təqdim 

etdiyi 100-dən çox hədiyyənin oynanıldığı lotere-

yada iştirak edənlər də Yeni ilin sehrli ab-havasını 

hiss etdilər. 

“Rotary Winter Bazaar” Park Bulvarda 

Park Bulvar, Park Cinema 

və  “Addım” Gənclər Təşkilatı 

birlikdə  ulduzlu  nümayiş 

təşkil etdi. Yeni ilə həsr olu-

nan  budəfəki  təqdimatda 

“Santa və kompaniya” filmi 

izləndi.  Dəvət  olunan  xü-

susi  qonaqlar  nümayişdən 

əvvəl şəkil çəkdirib, Brilyant 

xanıma  suallarını  verdilər. 

Gecənin ulduz qonağı - xalq 

artisti Brilyant Dadaşova ilə 

birgə  filmə  baxmaq  imkanı 

qazanan  qonaqlar  ulduzlu 

nümayişdən razı qaldılar. 

Dekabrın  24-də  Park  Bulvar  AVM-də 

möcüzə  yaşandı.  “Möcüzə”  markasının 

təşkil etdiyi Yeni il konserti izləyicilərdə məhz 

belə  təəssürat  yaratdı.    “Avroviziya-2017” 

mahnı  müsabiqəsində  Azərbaycanı  təmsil 

edən DihaJın ifası ilə başlayan şou proqra-

mı, daha sonra gənclərin sevimlisi, “O Səs 

Azərbaycan”ın laureatı  Sənanın mahnıla-

rı ilə davam etdi.  Qeyri-adi lazer şou isə 

möcüzə  sözünün  təsadüfi  işlənilmədiyini 

bir daha sübut etdi. Təbii ki, şou proqram-

da bizə əsas möcüzəni konsert proqramına 

baxmağa gələn müştərilərimiz bəxş etdilər. 

Maraq və sevgiləri ilə...



Brilyant Dadaşova ilə birgə film 

izləmək imkanı 

Park Bulvar AVM-də möcüzə yaşandı 


22 

“Bir vaxt gələcəkdir ki, elm xəyalı 

qabaqlayacaq...” 

Azərsun Akademiyası



 (Jül Vern)

“Fərdi inkişaf” tədrisləri

“Azərsun Akademiyası Biznes Məktəbi” layihəsi 

çərçivəsində təcrübəçi-tələbələr qazandıqları bilik 

və  bacarıqları  nümayiş  etdirmək  üçün  təqdimat 

ediblər.  Təqdimatlara  başlamazdan  öncə,  iş 

həyatına  yeni  atılacaq  tələbələrə  bu  sahədə  ba-

carıqların  aşılanması  məqsədilə  Akademiya  De-

partamenti  müdiri  Cəlal  Eynullayev  tərəfindən 

“Təqdimat bacarıqları” tədrisi keçirilib. 

Tələbələr təqdimatdan sonra imtahan veriblər. 



“Marketinq“ tədrisləri

Dekabr ayı Marketinq Departamenti üçün xü-

susi  əlamətdar  hadisə  ilə,  Rəqəmsal  Marketinq 

Agentliyinin yaradılması ilə yadda qalıb. Şirkətimiz 

məhsullarını  daha  geniş  kütlələrə  tanıtmaq 

məqsədilə günün tələblərinə cavab verən marke-

tinq siyasəti üzərində çalışmalarını uğurla davam 

etdirir.  Şirkət  siyasətinin  yeni  işçilərə  aşılanması, 

həmçinin  onların  şirkətimizin  prosedur  qaydaları 

haqqında  məlumatlandırılması  istiqamətində  ori-

yentasiya məqsədli bir sıra tədrislər həyata keçirilib. 

“Azərsun  Holdinq”in  mədəniyyət  mərkəzində 

Burhanettin  Mirzaoğlu  tərəfindən  “Digital  101”, 

“Azərsun  Akademiyası”nda  Haydar  Özkömürcü 

tərəfindən “Rəqəmsal marketinq” və “Sosial media 

idarəetməsi”,    Utku  Çankaya  tərəfindən  “Google 

reklamçılığı”, Veli Bahçeli və Ayşe Gül Bulut Atalay 

tərəfindən  “Sosial medianın məzmunu” tədrisləri 

verilib.  Tədrislər  yeni  işçilərin  ixtisas  biliklərinin 

daha  da  möhkəmlənməsində  böyük  rol  oynayıb. 

Marketinq  sahəsi  ilə  yanaşı,  şirkətimizin  iş  pro-

seduru  və  müxtəlif  müəssisələri,  onların  işləmə 

mexanizmi  barəsində  təcrübəli  əməkdaşlarımız 

tərəfindən geniş məlumatlar verilib. 

“Azərsun  Akademiyası”nda  Ayan  Tağızadə 

tərəfindən  promouterlərə  keçirilən  “Promouter” 

və Orxan Rüstəmov tərəfindən keçirilən “Müştəri 

xidmətləri”  tədrisləri  də  “Marketinq”  tədrisləri 

silsiləsindəndir.

“Kompüter və elektron proqram 

təminatı“ tədrisləri

Avqust  ayında  “Azərsun  Akademiyası”nda 

təlimlər  həyata  keçirmiş  “Cisco”  şirkətinin 

əməkdaşları  dekabr  ayında  yenidən  şirkətimizin 

qonağı olub. “Cisco”nun təlimçisi Yevgeniy Zhylya-

kov  tərəfindən  verilən  “CİSCO  SSE”  tədrislərində 

şirkətimizin  əməkdaşları  ilə  yanaşı,  digər  xarici 

şirkət işçiləri də iştirak ediblər.



“Gigiyena və keyfiyyət” tədrisləri

Keyfiyyət prinsipinin şirkətimizin siyasətinin ən 

başlıca meyarlarından biri olmasını nəzərə alaraq 

bu sahədə çalışan peşəkar əməkdaşlarımız və xarici 

təlimçilərin cəlb olunması vasitəsilə “Azərsun Aka-

demiyası” tərəfindən gigiyena və keyfiyyət yönlü 

bir sıra tədrislər həyata keçirilib. 

Şirkətimizin təcrübəli və özlərini gündən-günə 



“Müştəri xidmətləri” tədrisi

“Digital Marketinq” tədrisləri 

“Təqdimat bacarıqları” tədrisi

“Digital Marketinq” tədrisləri 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə