Tahir göZƏL ÖLKƏ başÇisi təRƏFİNDƏn mükafatlandirildi



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə11/11
tarix08.07.2018
ölçüsü4,22 Mb.
#54053
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

28 

Mətbuatda keçən ay




29

 



30 

Fotoxəbər



(Əvvəli ötən sayımızda)

Göbələklərin biosenozda və insan təsərrüfatında rolu. 

Təbiətdə göbələklərin rolu böyükdür. Onlar qismən parça-

layıcı  orqanizm rolunu oynayır, bir çox ekoloji sistemlərin 

tərkibinə daxil olaraq bitki və heyvan mənşəli üzvi toxu-

maları  parçalayaraq  bioloji  dövriyyəyə  qaytarır,  maddələr 

dövranında aktiv iştirak edir. 

Göbələklər  sellülozaya,  liqninə  və  digər  bitki  mənşəli 

biopolimerlərə  təsir  edən  fermentlər  istehsal  edir,  ölmüş 

bitki  və  heyvanların  üzvi  qalıqlarını  minerallaşdırır.  Bu 

göbələklər  bakteriyalarla  birlikdə  redusent  funksiyasını 

yerinə yetirir.

Heyvandarlıqda  yem  zülallarının,  limon  turşusunun, 

fermentlərin,  vitaminlərin,  boy  maddələrinin  alınmasın-

da, pendir sənayesində bir çox məşhur pendir növləri al-

maq  üçün  göbələklərdən  geniş  istifadə  edilir.  Həmçinin 

çörəkbişirmə,  spirt  emalı,  şərabçılıq,  qənnadı-şirniyyat 

sənayesində də geniş istifadə edilir.

Zəhərli  göbələklər  yeyildikdə  mədə-bağırsaq  yolunun 

selikli qişasını kəskin qıcıqlandıraraq qarın sancıları, qusma, 

qaytarma,  ishal  və  s.  təzahürlərlə  müşayiət  olunan  sind-

romlara  səbəb  olur.  Toksinlər  orqanizmə  daxil  olduqdan 

0.5-2  saat  sonra  zəhərlənmə  simptomları  baş  ağrıları  və 

baş gicəllənmələri şəklində təzahür edir. Daha sonra kəskin 

qusma və ishal ilə müşayiət olunur. Çoxlu miqdarda zəhərli 

göbələyin yeyilməsi ölüm hallarına səbəb ola bilir.



Qıfvari klitosibe (Clitocybe gibba)

Bəbirli milçəkqıran (Amanita pantherina)

 Təmiz misena (Mycena pura)

Çəhrayi lepiota (Lepiota brunneo-incarnata)

Şeytani boletus (Boletus satanas)


31

 

 Kükürdlü gifoloma (Hypholoma fasciculare)



Gözəl ramariya (Ramaria formosa)

Kötükcə (Ganoderma adspersum)

Konusvari hiqrosibe (Hygrocybe conica)

Ağarmış klitosibe (Clitocybe cerussata)

Adi yalançı tozanaq (Scleroderma aurantium)

Səhifəni hazırladı: Elman Yusifov


32 

“Qarabağ”ımızın baş məşqçisi 

Qurban Qurbanov “Çelsi” klubu-

nun  bazasında  olub.  Baş  məşq 

çimiz  ilk  olaraq  Premyer  Liqada  

“Çelsi”nin “Soutqempton”la oyu-

nunu izləyib. Daha sonra  klubun 

akademiyasında  olan  Qurban 

Qurbanov  “Çelsi”nin  müxtəlif 

yaş  qrupları  üzrə  komandaları-

nın  oyunlarını  izləyib  və  akade-

miyanın strukturu ilə tanış olub. 

Səfərin  son  günündə  “Çelsi”nin 

baş  məşqçisi  Antonio  Konteylə 

görüşən  baş  məşqçimiz  həmkarı 

ilə fikir mübadiləsi aparıb və ko-

mandanın məşqində iştirak edib.

“Qarabağ”ımızın  kapitanı  Rəşad  Sa-

dıqov  “PRO”  məşqçilik  kurslarının  tələb-

lərinə  əsasən  təcrübə  keçmək  üçün 

“Roma”  klubunun  bazasında  olub.  Kapi-

tanımız “Roma” klubunun məşqlərini izlə-

yib  və  eyni  zamanda  “Roma”  klubunun 

baş məşqçisi Di Françesko, klubun idman 

direktoru  Ramon  Monçi,  Françesko  Totti 

və bir neçə futbolçu ilə görüşüb.

Rəşad Sadıqov daha sonra İngiltərənin 

“Mançester  Siti”  klubunun  bazasında 

olub.  “Mançester  Siti”nin  məşq  prose-

sini  və  “Tottenhem”lə  oyununu  izləyən 

kapitanımız  klub  nümayəndələri  ilə  gö-

rüşüb.  “Şəhərlilər”in  məşqini  izləyənlər 

arasında  kapitanımızla  yanaşı  Dortmund 

“Borussia”sının  sabiq  baş  məşqçisi  To-

mas Tuxel və Braziliya milli komandasının 

qapıçılar üzrə məşqçisi Kladio Taffarel də 

olub.

İdman


Qurban Qurbanov “Çelsi”nin bazasında 

Rəşad Sadıqov “Roma” və “Mançester 

Siti”də təcrübə keçdi

“Qarabağ”ımızın  qış  hazırlıq  planı 

dəqiqləşib.  Komandamız  Antalyada  baş 

tutacaq  təlim-məşq  toplanışı  fevralın 

4-nə kimi davam edəcək. Toplanış zamanı 

6 yoxlama oyunu keçirməyi planlaşdıran 

komandamızın artıq 3 rəqibi və bu oyun-

ların keçiriləcəyi tarixlər də məlum olub. 

“Qarabağ”ımız    yanvarın  20-si  Polşanın 

“Lexiya”, yanvarın 25-i Ukraynanın “Ma-

riopol”,  fevralın 3-ü isə Monteneqronun 

“Mladost” komandası ilə qarşılaşacaq.



“Qarabağ”ımızın qış planı məlum oldu


33

 

Müxtəlif  yaş  qruplarından  ibarət  Azər bay-



can milli komandalarının baş məşqçiləri müəy-

yənləşib.  “Qarabağ”ımızın  kapitanı  Rəşad  Sa-

dıqov U-21 millisinə baş məşqçi təyin olunub. 

Eyni zamanda kapitanımız yeni yaradılan U-20 

millisinə də rəhbərlik edəcək.

Xatırladaq  ki,  Rəşad  Sadıqov  məşqçilik 

kar yerasına ötən il “Qarabağ”ımızın U-19 ko-

mandasında başlayıb və ilk ildə komandasını 

çempion edib. U-19 komandamız bu mövsüm 

tarixində  ilk  dəfə  UEFA  Gənclər  Liqasında 

mübarizə aparıb və qrup mərhələsində qələbə 

qazanan ilk Azərbaycan komandası kimi tarixə 

düşüb.

“İmarət” 



azarkeş 

qrupunun 

2017-ci  ilin  yekunu  adlı  tədbiri  ke-

çirilib. Tədbirdə baş məşqçimiz Qur-

ban  Qurbanov,  futbolçularımız  və 

ictimaiyyətin tanınmış şəxsləri iştirak 

edib.  Klubumuzun  idarə  heyətinin 

üzvü  Fevzihan  Aras    azarkeşlərə 

olan  sayğısına  görə  azarkeş  qru-

pu    tərəfindən  “İmarətin  dostu” 

adına  layiq  görülüb.    Azarkeş  qru-

pu  həmçinin  Dino  Ndlovu  “Tarixi 

qol”,  müdafiəçimiz  Yakub  Jezniçakı 

“Azarkeşin  dostu”  adına  layiq  gö-

rüb.  Habelə  Ansi  Aqolli  Allahverdi 

Bağırov adına medalla təltif olunub.  

Baş  məşqçimiz  Qurban  Qurbanov 

“İmarət”  azarkeş  qrupuna  futbolçuların  imzası 

olan Çempionlar Liqasının rəsmi topunu hədiyyə 

edib.  Azarkeş  qrupunun  üzvü  Rüfət  Muradiyə  

isə    adıyazılan  forma  hədiyyə  olunub.  Tədbirdə 

ən  yaddaqalan  anlardan  biri  də  millət  vəkili  Aqil 

Abbasın müdafiəçimiz Ansi Aqolliyə qılınc hədiyyə 

etməsi olub.



Rəşad Sadıqov U-21 millimizin baş 

məşqçisi təyin olundu

“İmarət” futbolçularımızı 

mükafatlandırdı


34 

“Qarabağ”ımız  Azərbaycan  Premyer  Liqa-

sında  ardıcıl  6-cı  qələbəsini  qazanıb.  IV  turdan 

təxirə salınan səfər matçında “Səbail”i 2:0 hesabı 

ilə  məğlub  edən  Qurban  Qurbanovun  yetirmələri 

qış fasiləsinə mövsümün rekord seriyası ilə yolla-

nıb. Belə ki, 6 oyunluq qələbə seriyası cari möv-

sümün  rekord  göstəricisidir.  Bunadək  də    rekord 

“Qarabağ”a məxsus idi. Komandamız ilk 5 turda xal 

itirməmişdi. XIV turda həmin rekordu təkrarlayan 

komanda təxirə salınmış matçda nəticəni yeniləyib.

Qeyd  edək  ki,  bunadək  komandamız    X  tur-

da “Səbail”i 1:0, XI turda “Kəpəz”i 2:0, XII turda 

“Sumqayıt”ı 2:0, XIII turda “Zirə”ni 3:2, XIV turda 

“Neftçi”ni 1:0 hesabı ilə yenmişdi.

İdman


“Qarabağ”ımızdan 

mövsümün rekordu

UEFA 


Çempionlar 

Liqasının 

qrup 

mərhələsinin  ən  çox  seyv  edən  qapıçılarının 



adlarını açıqlayıb. “Qarabağ”ımızın qapıçısı İb-

rahim  Şehiç  siyahının  ilk  pilləsində  qərarlaşıb. 

Bosniya  və  herseqovinalı  qolkiper  35  qurtarış 

edib və qrup mərhələsinin ən çox seyv edən qa-

pıçısı olub.

İbrahim Şehiç ÇL-də 

ən çox seyv edən 

qolkiper oldu

“Komanda.az”  saytının  doqquzuncu  dəfə  ke-

çirdiyi ənənəvi “İlin ən yaxşı məşqçisi” sorğusunda 

“Qarabağ”ımızın  baş  məşqçisi  Qurban  Qurbanov  

8-ci  dəfə  bu  ada  layiq  görülüb.  74  mətbuat  or-

qanından 79 jurnalistin iştirak etdiyi sorğuda baş 

məşqçimiz 77 səs toplayıb və xüsusi mükafata la-

yiq görülüb. 



Qurban Qurbanov “İlin ən yaxşı 

məşqçisi” seçildi


35

 



36 

Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə