TariX-İ qezelbaşAN



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə15/17
tarix15.03.2018
ölçüsü0,53 Mb.
#32248
1   ...   9   10   11   12   13   14   15   16   17

vivo 

TARİX-İ QEZELBAŞAN 

 

42 



 

 

64.

 

Osmanlı hökmdarı I Sultan Səlim 1512 



– 

1520-ci illərdə hakimiyyətdə 

olmuşdur. 

 

65.

 

Urfə 



– 

Ruha qalasının (şəhərinin) türkcə adı (55-ci şərhə bax!). 



 

66.

 

Qorçibaşı 



– ş

ah qvardiyasını təşkil edən qorçilərin («qoruyucuların») 

komandanı. 

 

67.

 

Xandqar  (xondqar) 



– 

farsdilli  mənbələrdə  Osmanlı  hökmdarları  belə 

adlandırılır. 

 

68.

 

Müəllifin  son  Ağqoyunlu  hökmdarları  barədə  məlumatı  qarışıq  və 



naqisdir.  Sultan  Yaqubdan  sonra  bu  sülalənin  hakimiyyəti  aşağıdakı  ardıcıllıqla 

davam  etmişdir:  Baysunqur  Mirza  (dekabr,  1490 

– 

may,  1492),  Rüstəm  (may, 



1492 

– 

iyul, 1497), Gödək Əhməd (iyul 



– 

dekabr, 1497), Məhəmmədi Mirza (1497 

– 

1500), Əlvənd (1497 



– 

1504), Sultan Murad (1497 

– 

1508). 


 

69.

 

Bunlar müvafiq olaraq, Uzun Həsənin babası, əmisi, atası və qardaşı-



dır. 

 

70.

 

Eybə  Sultan  (əsl  adı  İbrahim  bəy)  Uzun  Həsənin  əmisi  oğlu  Danə 



Xəlilin oğlu idi. 

 

71.

 

Əzizkəndi Təbriz yaxınlığında yerləşir. 



 

72.

 

Zülfüqar  bəy  1528-ci  ildə  Bağdadı  tutub  Osmanlı  sultanına  itaətini 



bildirdi. 1529-cu ildə Şah Təhmasib böyük ordu ilə ora getdi və xeyli mühasirədən 

sonra şəhəri ala bildi. 

 

73.

 

Şahəli  bəy  Pornak  Sultan  Yaqubun  ölümündən  sonra  Həmədanda 



Uzun  Həsənin  nəvəsi  (Uğurlu  Məhəmmədin  oğlu)  Mahmudu  sultan  elan  etmişdi. 

Sufi Xəlil onların hər ikisini öldürmüşdü. 



 

74.

 

Gərmazərin harada yerləşdiyini müəyyənləşdirə bilmədik. 



 

75.

 

Bu  hadisə  1501-ci  ilin  ortalarında  I  Şah  İsmayılın  Şərur  yaxınlığında 



Əlvəndi məğlub etməsi ərəfəsində olmuşdu. 

 

76.

 

Əmir Nəcm 



– 

I Şah İsmayılın sadiq silahdaşlarından olmuş Nəcməd-

din Məsud Gilani. Ömrünün axırlarında Şah İsmayılın vəkili idi. 

 

77.

 

Damğan  şəhəri  İranın  şimalında,  Şahruddan  70  km  qərbdə  yerləşir. 



Hezarcərib 

– 

Mazandaranda, Sari  şəhəri  yaxınlığında  yerləşən  yaşayış  məntəqəsi-



dir. 

 

78.

 

Şəbankarə 



–  İ

ranın  cənubunda,  Fars  vilayətinin  bir  hissəsini  təşkil 

edən ərazi. 



vivo 

TARİX-İ QEZELBAŞAN 

 

43 



 

 

79.

 

Səfəviyyə  təriqətinin  banisi  Şeyx  Səfiəddin  İshaq  (1252 



– 

1334) 


nəzərdə tutulur. 

 

80.

 

Qorçi 



– 

«qorumaq»  felindəndir.  Şah  qvardiyasının  üzvü  olan  əsgər 

belə adlanırdı. 

 

81.

 

Məsum bəy Səfəvi II Sultan Səlimin (1566 



– 

1574) göstərişi ilə Suriya 

hakimi  Dərviş  paşanın  adamları  tərəfindən  Məkkə  ilə  Mədinə  arasında  səhər 

namazı qılmaq üçün dayandığı zaman öldürülmüşdü. 



 

82.

 

Qicduvan  (hazırda  Qijduvan 



– 

Buxaradan  şimal-şərqdə  yerləşir) 

yaxınlığındakı döyüş  1512-ci ildə  baş  vermişdi.  Səfəvilərin və  Baburun birləşmiş 

qüvvələri gənc Übeydülla xanın başçılıq etdiyi özbəklər tərəfindən ağır məğlubiy-

yətə uğradılmışdı. Nəcm-i Sani (11-ci şərhə bax!). Həmçinin I Şah İsmayılın yaxın 

silahdaşı  və  yeznəsi  Bayram  bəy  Qaramanlu  əsir  düşüb  öldürülmüşdü.  Bu  döyüş-

dəki məğlubiyyətlə Teymurilərin Mavərannəhrdə hökmranlığına son qoyulmuşdu. 

 

83.

 

Canik 



– 

mərkəzi Samsun şəhəri olan əyalət. 



 

84.

 

Rəşidəddin Fəzlullaha görə, çəpni tayfası Oğuz xanın oğlu Göy xanın 



nəslindəndir. 

 

85.

 

Burada Osmanlı hökmdarı I Süleymanın (1520 



– 

1566) İrana 1548-ci 

ilin yazında baş vermiş üçüncü yürüşünə işarə olunur. Alkas Mirza I Şah İsmayılın 

oğlu  idi.  Şirvan  qəti  şəkildə  Səfəvi  dövlətinə  birləşdirildikdən  sonra  o,  Şirvan 

bəylərbəyi  olmuşdu.  Müstəqil  hökmdar  olmaq  üçün  qardaşı  ġah  Təhmasibə  qarşı 

qiyam  qaldırmış,  məğlub  edildikdən  sonra  İstambula  qaçmışdı.  Alkas  Mirza  bu 

səfərdə Sultan Süleymanı müşayiət edirdi. 

 

86.

 

Kartli hakimi Luarsab (1534 



– 

1558) nəzərdə tutulur. 



 

87.

 

Şahverdi  xan  Luristan  hakimi  idi.  I  Şah  Abbasın  taxta  çıxmasından 



(1587) az sonra o, qiyam qaldırmış, Osmanlı ərazisinə qaçmış, axırda tutulub öldü-

rülmüşdü. 



 

88.

 

Kərəhrud 



– 

Qum ilə Ərak arasında yerləşən yaşayış məntəqəsi. 



 

89.

 

Ərəbgir



  – 

Fərat  çayının  sağ  sahilində,  Malatyadan  şimalda  yerləşən 

vilayət və şəhər. Çimişkəzək şəhəri Xarputdan 35 km cənubda yerləşir. 

 

90.

 

Xınıs  və  Qarahisar  Ərzrumun  cənub-şərqində,  Tərcan  isə  Ərzrumun 



cənub-qərbində yerləşir. 

 

91.

 

Bəlx şəhəri müasir Əfqanıstanın şimalında yerləşir. 



 

92.

 

Div Sultan (əsl adı Əli bəy) Təhmasibin lələsi idi və on yaşlı şahı taxta 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə