TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə26/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   22   23   24   25   26   27   28   29   ...   186

57 

 

alətin  hazırlanmasından  əvvəl  onun  forması,  nümunəsi  mövcud  idi.  "Nümunənin 



təsəvvürə  gətirilməsi  onun  haqqında  biliyin  olması  deməkdir,  bu  bilik  isə  cəmiyyət 

tərəfindən mühafizə olunur və ötürülür" [Q. Ç a y 1 d ]. Əvvəllər bu "hal yox idi və 

ola  da  bilməzdi.  Bundan  başqa,  Qədim  Aşel  dövrünə  aid  olan  əl  çapacağının  ritm 

hissinin  mövcud  olduğunu  təsdiqləyən  səliqəli  simmetriyaya  malik  olması  təsdiq 

etməyə  imkan  verir  ki,  həmin  zamanın  insanlarında  artıq  bəsit  olsa  da,  ilk  estetik 

vərdişlər təşəkkül tapmış, sadəcə olaraq zəruri, faydalı əşyaların deyil, eyni zamanda 

gözəl  əşyaların  hazırlanmasına  tələbat  yaranmışdı.  Beləliklə,  işlək  əllər  ritmi 

dəqiqliyin,  həmahəngliyin  və  gözəlliyin  ilk  nümunələrini  yaradırdı.  Deməli,  əmək 

prosesinin  özündə  artıq  emosional  məqam  vardı  və  sonralar  incəsənətin  rüşeymləri 

həmin  məqamdan  başlanğıc  aldı.  Tədqiqatçılar  belə  hesab  edirlər  ki,  əmək  ritminin 

ardınca  rəqsin  (bəlkə  də  mahnının),  ritmik  rəqslərin  ardınca  ornamentlərdə  və  sadə 

rəsmlərdə xətlərin ritmik sıralanmasının meydana çıxması şübhəsizdir. 

Aşağı Paleolit dövründə  yaşamış insan artıq  mağaralardan daimi  yaşayış  yeri 

kimi istifadə etməyə başladı. Azıx mağarası bunun parlaq nümunəsidir. Yarandıqdan 

sonra  başlanğıc  dövründə  həmin  mağarada  zaman-zaman  yaxın  bölgələrin  sakinləri 

qərarlaşırdılar.  Bu  bölgələrdə  onların  dayanacaqları,  ya  da  yurd  yerləri  mövcud  idi, 

həmin  insanlar  burada  qərarlaşmış,  müəyyən  müddət  ərzində  mağarada  yaşamış, 

sonra  isə  güns-mindel  dövründən  başlayaraq  yeni  yaşayış  yerində  intensiv  surətdə 

məskunlaşmağa başlamışdır. 

Azıx sakinləri ən böyük təbii qüvvə olan oda çox erkən yiyələnmiş, onu uzun 

müddət ərzində mühafizə etməyi bacarmışlar. Mağarada aşkar olunmuş ocaq qalıqları 

bunu  təsdiq  edir.  Bu  mağarada  od  bir  neçə  yüz  min  il  bundan  əvvəl  alovlanmağa 

başlamışdı. 

F.Engels  göstərirdi  ki,  odun  mühafizə  olunması  məharəti  "nəhəng,  öz 

əhəmiyyətinə görə demək olar ki, ölçüyə gəlməz kəşfdir". Od insanın nəinki həyatını, 

habelə  şüurunu  da  dəyişdirdi.  Od  nəhəng  texniki  və  ictimai  qüvvə  olduğu  üçün  bu, 

təəccüblü  deyildir.  Od  insanın  iqlimdən  asılılığını  aradan  qaldırdı,  insanın  soyuqdan 

və  vəhşi  heyvanlardan  daimi  olaraq,  etibarlı  şəkildə  qorunması  vasitəsinə  çevrildi, 

onun  qidalanma  mənbələrini  genişləndirdi,  əmək  alətlərinin  hazırlanmasında,  ov 

üsullarının inkişafında və s. mühüm rol oynadı. F.Engelsin ifadəsincə deyilsə, "odun 

dərk olunması insanın təbiət üzərindəki ilk böyük qələbəsi idi". 

Bütün  digər  cəhətlərdən  başqa  odun  kəşfi,  mühafizəsi  və  istifadəsi  insanların 

həyatında  tamamilə  yeni  hadisə  olan  kəmiyyət-məkan  münasibətlərinin  dərk 

edilməsində  də  bilavasitə  özünü  göstərdi.  İnsan  odu  daim  mühafizə  etmək  üçün  onu 

fasiləsiz  surətdə  müəyyən  "paylarla"  yanacaq  ilə  "qidalandırmalı",  mövcud  olan 

"qidanı" günün tələblərilə uzlaşdırmalı, beləliklə, hesablamalar aparmalı idi... Və ola 

bilər  ki,  heç  də  təsadüfi  deyil  ki,  qədim  əfsanələrdə  göstərildiyi  kimi,  Prometey 

insanlara  odu  bəxş  edərkən  onlara  hesablamalar  aparmağı  öyrətmişdi.  Tədqiqatçılar 




58 

 

belə  hesab  edirlər  ki,  artıq  indi  bu  süjetin  pitekantrop  dövrünə  gedib  çıxa  bilməsi 



haqqında iddia həddindən artıq cəsarətli fikir kimi nəzərə çarpmır. 

Qeyd  etmək  olar  ki,  artıq  uzaq  erkən  Aşel  dövründə  "ibtidai  insanların 

şüurunda  forma  (Qədim  Aşel  dövrünə  aid  olan  əl  çapacağını  xatırlayaq,  çapacağın 

hazırlanması  üçün  insan  onun  haqqında,  ilk  növbədə,  onun  forması  haqqında 

mücərrəd  təsəvvürə  malik  olmalı  idi  -  məsul  red.),  ölçü  (odun  yanma  müddətinə  və 

yanacağın  miqdarına  dair  situasiyanı  xatırlayaq.  -  məsul  red.)  haqqında  ən  sadə 

təsəvvür  meydana  gəldi  və  şüur  say  haqqında  təsəvvürün  ərəfəsində  dayanmışdı" 

[ F . A . F r o l o v ] .  

Pitekantroplar  erkən  aşel  mədəniyyətinin  yaradıcıları  idilər.  Onlar  təşəkkül 

tapmaqda  olan  insanlar  sırasında  ən  qədimlərindən  olmuş  və  elmi  ədəbiyyatda 

"arxantroplar" kimi qeyd edilirlər. Bu mərhələ insanın idrak fəaliyyətinin inkişafında 

yeni, əvvəlki dövrlə müqayisədə nəzərə çarpacaq dərəcədə yüksək səviyyə idi. Şübhə 

ola  bilməz  ki,  Azıxın  erkən  aşel  mədəniyyətinin  yaradıcıları  da  artıq  təfəkkürə  və 

təşəkkül  tapmaqda  olan  nitqə,  habelə  mənəvi  mədəniyyətin  müəyyən  elementlərinə 

malik idilər. 

İnsanın və onun mədəniyyətinin inkişafındakı bu tərəqqi cəmiyyətin, xüsusilə 

əməyin  uzunmüddətli  inkişafının  nəticəsi  idi.  Əmək  prosesində  insanın  özünün 

mahiyyətində,  onun  hissiyyat  orqanlarında,  qabiliyyətində,  təfəkküründə,  nitqində, 

aləmi  dərk  etməsində  və  s.  mütərəqqi  dəyişiklik  baş  verirdi.  Bu  dəyişiklik  artıq 

insanın  və  insan  cəmiyyətinin  inkişafının  erkən  mərhələlərində  -  erkən  aşel 

mərhələsində baş verməkdə idi. 

Orta  Aşel  mərhələsindən  başlayaraq  (mindelin  sonu  və  mindel-rissin  birinci 

yarısı  -  təxminən  400  min  il  əvvəl)  son  aşel  mərhələsinədək  (rissin  sonu  və  riss-

vyurmun başlanğıcı  - təxminən 100 min əvvəl) olan zaman Azərbaycan sakinlərinin 

həyatında müqayisə olunmayacaq dərəcədə daha yüksək mərhələ olmuşdur. 

Azıx mağarasının Orta Aşel mərhələsinə aid olan təbəqəsi yalnız əmək alətləri 

ilə deyil, həm də  Azıx insanının  mənəvi inkişafı haqqında  danışmaq imkanı  yaradan 

materiallarla kifayət qədər zəngindir. İlk növbədə qeyd etmək lazımdır ki, artıq Orta 

Aşel mərhələsinin başlanğıcında Azərbaycanda arxantroplardan paleoantroplara keçid 

təşkil  etmiş  insan  yaşamışdır.  Bu  insan  arxantroplara  nisbətən  daha  sapiental  idi  və 

preneandertallara  və  yaxud,  bizim  elmi  ədəbiyyatda  qəbul  edildiyi  kimi, 

azıxantroplara  aid  oluna  bilər.  Azıxantrop  təxminən  400  min  il  bundan  əvvəl 

yaşamışdır. 

Güman  etmək  olar  ki,  insanın  fiziki  tipində  həmin  zaman  nəzərə  çarpan 

dəyişikliklər  onun  təkamülündə  təxminən  200  min  il  bundan  əvvəl  mühüm  dönüş  - 

paleoantropların,  xüsusilə  neandertalların  meydana  gəlməsi  ilə  başa  çatmış  prosesin 

başlanğıc  mərhələləri  idi.  Əgər  bu  zamanadək  insanın  təkamülü  ləng  gedirdisə,  bu 

dövrdən  etibarən  həmin  proses  əhəmiyyətli  dərəcədə  sürətləndi  və  böyük  irəliləyiş 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə