TəBİƏTDƏN İSTİfadəNİN İQTİsadi VƏ ekoloji problemləRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/34
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22529
1   2   3   4   5   6   7   8   9   ...   34

 
- 11 - 
onda  təbiətdən  istifadə  iqtisadi,  mədəni  və  ekoloji  sağlamlıq  kimi  3  formada  özünü 
büruzə verir. Təbiətdən istifadəni torpaqdan istifadə, yerin təkindən istifadə, heyvanat 
aləmindən istifadə, atmosfer havasından istifadə kimi müxtəlif qruplara ayıra bilərik. 
Təbii vasitələr isə öz növbəsində bir neçə məqsəd üçün istifadə oluna bilər. Məsələn, 
su  içmək  üçün,  həmçinin  hidroenerji  mənbəyi  kimi  və  nəqliyyat  vasitəsi  kimi 
məişətdə  istifadə  edilir.  Meşədən  oduncaq  mənbəyi,  istirahət  yeri,  otlaq,  giləmeyvə, 
dərman bitkiləri toplamaq və başqa məqsədlər üçün istifadə edilir.  
Ətraf  mühitin  obyektlərinin  insan  tərəfindən  ilkin  mənimsənilməsi,  istifadə 
edilməsi  də  təbiətdən  istifadə  kimi  izah  edilə  bilər.  Biz  təbiətdən  istifadə  edərkən 
əsasən  təbii  resurs  potensialının  qorunmasını  təmin  etməklə  təbii  ehtiyatlar,  təbii 
şərait  və  cəmiyyətin  sosial  iqtisadi  inkişafı  arasında  qarşılıqlı  münasibəti  düzgün 
qurmağa  çalışmalıyıq.  Çünki  geniş  mənada  “Təbiətdən  istifadə”  fikri  təbiətlə 
cəmiyyətin  qarşılıqlı  münasibəti  şəraitində  bir-birinə  təsir  prosesidir.  Biz  təbiətdən 
istifadə  edərkən  yalnız  bir  istiqamətdə  olan  fəaliyyəti  yəni  insanın  təbiətə  təsirini 
nəzərdə  tutmamalıyıq.  Həmçinin  təbiətin  də  insana  təsir  edə  biləcəyini  unutmayaq. 
Biz  təbiəti  istismar  edirik.  Bəs,  görəsən,  bu  qədər  istismarın  qarşılığında  təbiətin 
cavabı necə olacaq? 
 
Tarixi  inkişaf  dövründə  insanların  sayının  artması  yeni  ərazilərin 
mənimsənilməsini,  tələbatın  daim  artmasına  görə  daha  çox  məhsul  istehsal 
edilməsini,  deməli  yeni  zavodlar,  fabriklər,  digər  istehsal  və  xidmət  təyinatlı 
obyektlər  tikilməsini  zəruri  etmişdir.  Ona  görə  daim  yeni-yeni  şəhərlər,  kəndlər 
salınır,  onların  iqtisadi  bazasının  genişləndirilməsi  üçün  müəssisələr  təşkil  olunur, 
yaşayış ərazisi genişlənir. Nəticədə insanlar təbiətdən getdikcə daha çox istifadə edir, 
onun  geniş  sahələrini  təsərrüfat  dövriyyəsinə  cəlb  edir,  təbiətin  ehtiyatları  çox  hasil 
edilir.  Bunlar  isə  təbiətə  qaytarılan  tullantıların  artmasına  səbəb  olur.  Bu  isə  o 
deməkdir  ki,  cəmiyyətlə  təbiətin  münasibətlərində  insanlar  ona  ikiqat  ziyan  vurur. 
Cəmiyyətin  tələbləri  qeyri  –  məhdud,  təbii  sərvətlər  isə  məhduddur.  Əsas  ziddiyyət 
elə  buradan  yaranır,  yəni:  1)  cəmiyyətin  tələbatı  sonsuz  və  tamamilə  qarşısı 
alınmazdır; 2) cəmiyyətin sərəncamında əmtəə və xidmət istehsalı üçün gərəkli olan 


 
- 12 - 
resurslar məhdud və aztapılandır. Demək, təbiətdən istifadə edərkən əsas məqsədimiz 
məhdud  resurslardan  səmərəli  istifadə  etməklə  cəmiyyətin  tələbatının  ödənilməsi 
tədbirlərini  müəyyən  etmək  və  bu  tədbirlərin  həyata  keçirilməsinin  yollarını 
öyrənməkdən  ibarət  olmalıdır.  Bu  istiqamətdə  resursların  səmərəli  bölüşdürülməsi 
üsulu  da  sərfəli  yollardan  biridir.  Səmərəli  bölüşdürülmə  tələb  edir  ki,  əmtəə  və 
xidmətlərin çeşidlərinin seçimi düzgün olsun, başqa sözlə, hər bir əmtəə vahidi daha 
az  məsrəflə  istehsal  edilsin.  Yəni:  resursların  səmərəli  bölüşdürülməsi  dedikdə, 
resursların  o  əmtəə  və  xidmətlərin  istehsalına  sərf  edilməsi  nəzərdə  tutulur  ki, 
cəmiyyətin  ona  daha  çox  ehtiyacı  var.  Bu  o  deməkdir  ki,  məhdud  resurslar 
kompaniya  və  sahələr  arasında  elə  bölüşdürülməlidir  ki,  cəmiyyət  indi  məhz  həmin 
əmtəə və xidmətlərə ən çox tələbat duyur. 
 
Uzun illərdir ki, insan durmadan inkişaf etmək və ehtiyacını ödəmək məqsədilə 
təbii  sərvətlərdən  düşünülməmiş  tərzdə  istifadə  edir.  Sanki  insanlar  İ.Miçurinin 
söylədiyi”  “Biz  təbiətdən  xeyirxahlıq  gözləməməliyik,  onları  ondan  almaq  bizim 
vəzifəmizdir” – fikrini öz xeyirlərinə istifadə edirlər [29,115]. Lakin insan dərk etmir 
ki,  təkcə  almaq  lazım  deyil,  həm  də  təbiətdə  insan  fəaliyyəti  nəticəsində  baş  vermiş 
itgilərin  yerini  doldurmaq  lazımdır.  Təəssüflər  olsun  ki,  bu  təsirlər  nəticəsində  həm 
planetimizdə,  həm  də  respublikamızda  ekoloji  tarazlıq  ciddi  surətdə  pozulub. 
Məsələn,  uzun  müddət  Mərkəzi  Aran  rayonlarında  pambığın  intensiv  əkilməsi 
torpaqların  şoranlaşmasına  və  sıradan  çıxmasına  səbəb  olub.  Zamanında  K.Marks: 
“Kapitalizm  təbiəti  məhv  edəcək  və  dağıdacaq”,  -  deyə  qeyd  etmişdi.  Onun  qeyd 
etdiyinə  görə  təsərrüfatın  planlı  inkişafı,  təbii  sərvətlərdən  səmərəli  və  kompleks 
istifadə edilməsi, ekoloji mühitin saflığının təmin edilməsi yalnız sosializm şəraitində 
mümkündür [23,696]. Çünki müvazinətli surətdə bir-birindən təcrid edilmiş istehsalçı 
olan  insanlar  təbiətlə  təmasda  olduğu  zaman  mübadiləni  səmərəli  nizamlayır,  təbiət 
üzərində kortəbii surətdə ağalıq etməyib onu nəzarət altında saxlayır, bunu az məsrəf 
müqabilində insan təbiətinə layiq şəkildə yerinə yetirir. 
 
Indi  biz  kapitalizmin  təbiəti  məhv  etdiyi  bir  dövrdəyik.  Hal-hazırda  insanların 
uzun  müddət  daha  çox  gəlir,  mənfəət  qazanmaq,  inkişaf  etmək  məqsədilə  təbii 


 
- 13 - 
sərvətlərdən qəddarcasına istifadənin nəticəsi olaraq yaranan ekoloji problemlər eyni 
şəkildə  yəni  qəddarcasına  insana  doğru  yönəlib.  Buna  insan  tərəfindən  meşələrin 
qırılması  ilə  başlayan  problemləri  misal  göstərə  bilərik.  Insanın  meşələrə  təsiri  bir 
neçə  min  il  əvvəl  insanın  əkinçiliklə  məşğul  olmağa  başlağıdı  dövründən  müəyyən 
edilmişdir.  Rayonların  çoxunda  əkinçilik  məqsədilə  meşələr  qırıldı,  bu  isə  yer 
səthində  küləyin  sürətini  artırdı,  havanın  temperatur,  nəmlik  rejiminin  dəyişməsinə 
gətirib  çıxartdı.  Torpağın  nəmliyi,  buxarlanma  da  öz  növbəsində  çayların  axım 
rejimini  dəyişdi.  Quru  iqlimli  regionlarda  meşələrin  qırılması  toz  tufanları  torpaq 
örtüyünün pozulmasına, təbii şəraitin dəyişməsinə gətirib çıxartdı.  Göründüyü kimi, 
təbiətin  sadəcə  bir  elementinə  qarşı  atılan  səhv  bir  addım  bütün  təbiət 
komponentlərinin yararsız hala düşməsinə səbəb oldu. M.C.Atakişiyev bu haqda belə 
qeyd etmişdir ki, tarixi prosesin gedişində əvvəllər təbiətin insanlığa təsiri zəif olduğu 
müşahidə edilsə də, sonralar, xüsusilə də hazırki dövrdə təbiətin dəyişməsi insanlara 
və onların təsərrüfatına güclü, lokal, regional və qlobal təsir göstərir [6.219]. Halbuki, 
ekoloji kontekstdə inkişaf təbii və əmək ehtiyatlarının  elə istifadəsidir ki, bu həyatın 
keyfiyyətinə və yaxşılaşmasına xidmət etsin. 
 
İnsanın  mühitlə  hər  zaman  əlaqədə  olmasına  baxmayaraq  onun  təbiətə  təsiri 
əsasən  təsərrüfat  fəaliyyəti  zamanı  intensivləşir.  Təbiətə  güclü  antropogen  təsir 
nəticəsində  ətraf  mühit  gərginləşir,  sosial  və  təbii  şərait  mürəkkəb  əlaqələr  sistemi 
yaradır.  Məsələn,  respublikamızın  ən  böyük  problemlərindən  biri  səhralaşmadır. 
Ölkəmiz  Cənubi  Qafqazda  səhralaşma  prosesinin  daha  intensiv  inkişafı  ilə  seçilir. 
Məlum  olmuşdur  ki,  son  illərdə  təbii  amillərlə  yanaşı  səhralaşmaya  təsir  göstərən 
əsasən  antropogen  amillər  olmuşdur.  Məsələn,  elə  rayonlar  var  ki,  qışlaqda  bir 
hektarda 2-3, bəzi tükənmiş torpaqlarda isə 1 qoyun saxlamaq mümkün olduğu halda, 
orada  saxlanılan  qoyunların  sayı  40-45-ə  çatır.  Digər  tərəfdən  bəzi  torpaqların  3 
faizini  hansısa  kiçik  ehtiyaclar  üçün  əkib-becərmək  olar.  Amma  bu  göstəriciyə 
baxmayaraq  həmin  torpağın  30-40%-i  şum  altındadır.  Halbuki,  onların  dözümü 
yoxdur.  Yəni,  belə  yerlərdə  torpaq  artıq  dözmür,  səhralaşma  gedir.  Səhralaşma  öz-
özlüyündə  problemdir,  amma  onun  əks  tərəfi  o  deməkdir  ki,  həmin  ərazilərdə  olan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə