TəBİƏTDƏN İSTİfadəNİN İQTİsadi VƏ ekoloji problemləRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/34
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22529
1   2   3   4   5   6   7   8   9   ...   34

 
- 8 - 
2. Təbiətdən istifadənin elmi-nəzəri məsələləri və inkişafının əsas mərhələləri. 
 
İnsan cəmiyyəti yarandığı gündən təbiətdən istifadənin səmərəli yollarını daim 
axtarmış,  təsərrüfatının  ərazi  təşkilində  təbiətin  rolunu  müəyyənləşdirməyə  səy 
göstərmişdir.  Hər  bir  ictimai  –  iqtisadi  formasiyada  təbiətdən  istifadənin 
özünəməxsus  forma  və  metodları  formalaşmış,  inkişaf  edərək  müasir  səviyyəyə 
çatmışdır.  Buna  görə  də  indiki  şəraitdə  təbiətdən  istifadə  edilməsi  barədə  mövcud 
olan elmi-nəzəri məsələləri təhlil etmək, təbiətdən maksimum istifadə etməklə ekoloji 
tarazlığın  qoyunması,  cəmiyyətin  təbiətə  etdiyi  texnogen  təsirin  gələcəkdə  mənfi 
nəticələr  verəcəyini  minimuma  endirməyin  proqnozlarını  hazırlamaq  olduqca  aktual 
səslənir.  
Sözün geniş mənasında təbiət dedikdə kainatın bütün maddi varlığını  nəzərdə 
tuturuq.  Təbiət  insan  zəkasından  asılı  olmayaraq  öz-özünü  tənzimləyən  obyektiv 
varlıqdır.  Təbiətə  hərəkətsiz  obyekt  kimi  baxmamalıyıq.  Çünki  o  daima  inkişafda 
olmaqla  bütün  təbii  amillərə  təsir  edir.  O,  təbii  proseslər  və  qanunauyğunluqlar 
əsasında yaranmış uzun sürən təkamül prosesində inkişaf etmişdir. “İnsan və təbiət” 
problemi həmişə elm xadimlərinin diqqətini cəlb edib. Epikür yazmışdır ki, insanlar, 
siz təbiətdən  istifadə edərkən ona qarşı qəddar olmamağa çalışın. Ancaq biz insanlar 
sanki  qarşımıza  məqsəd  qoymuşuq  ki,  əvvəlcə  təbiəti  sonra  isə  özümüzü  məhv 
edəcəyik. İnsan təbiətin bir hissəsi, onun ən ali üzvüdür. Biz kainatın ayrılmaz tərkib 
hissəsi olmaqla təbiət amilləri ilə qarşılıqlı təsirdə artır, yaşayır və inkişaf edirik. Biz 
özümüz  üçün  nə  lazımsa  hava,  su,  maddi  nemətlər,  sənaye  üçün  xammal  və  s.-ni 
təbiətdən  alırıq.  Bu  sərvətlərdən  yüz  illərdən  bəri  kor  -  təbii  istifadə  etməyimiz 
nəticəsində  ətraf  mühiti  dünya  miqyasında  dəyişilməyə  məruz  qoymuşuq.  Bu 
vəziyyət müasir elmi-texniki tərəqqi dövründə daha da kəskinləşib və XX əsr insanın 
təbiətə və onun sərvətlərinə qəddar münasibət bəslədiyi dövr kimi bəşər tarixinə həkk 
olunub.  Belə  ki,  dünya  əhalisinin  sürətli  artımı  şəraitində  maddi  nemətlərin  istehsalı 
və  bölüşdürülməsi  tələbatdan  xeyli  geri  qalır.  Buna  görə  də,  yer  sərvətlərinin 
istifadəsinin  durmadan  çoxalması,  energetika,  sənaye,  kənd  təsərrüfatı,  nəqliyyat 


 
- 9 - 
sahələrində  yeni  texnologiyanın  tətbiqi  və  istehsalının  genişlənməsi,  dünya 
landşaftlarının 
antropogen 
dəyişməsi, 
beynəlxalq 
təsərrüfat 
əlaqələrinin 
mürəkkəbləşməsi  və  genişlənməsi  bu  və  ya  digər  amillər  mühitlə  bəşəriyyətin 
qarşılıqlı  əlaqəsinin  güclənməsinə  və  insanı  əhatə  edən  mühitə  antropogen  yükün 
artmasına  səbəb  olur.  Bu  problemə  D.Rikardo  və  T.Maltus  böyük  diqqət 
yetirmişdilər. Onlar iqtisadi inkişafın perspektivlərinə pessimist yanaşırdılar [9.230
]

Son  onilliklərdə  istehsalın  sürətlə  inkişafı  ilə  əlaqədar  dünya  ölkələrində  təbii 
ehtiyatların  istifadəsi  xeyli  artmışdır.  Bu  da  öz  növbəsində  təbiətə  təsirin 
güclənməsinə  və  eyni  zamanda  təbiətdən  istifadə  problemlərinin  kəskinləşməsinə 
gətirib  çıxarmışdır.  Dünya  üzrə  ümumi  istehlakın  artmasını  “demoqrafik  sıçrayış” 
adlanan  əhalinin  sayının  xeyli  yüksəlməsi  ilə  izah  etmək  mümkündür.  Dünya 
əhalisinin artım dinamikası cədvəli 1.1 – də göstərilib 
[
37.335
]

Dünya əhalisinin dinamikası 
Cədvəl 1.1            
Tarix 
Əhali (milyon nəfər ilə) 
İllik artım %-ilə 
Eramızın 400-cü ili 
205 
0.005 
800 
224 
0.005 
1200 
400 
0.005 
1400 
375 
0.005 
1600 
578 
0.2 
1800 
954 
0.5 
2000 
8000-dən çox 
1.2 
 
Cədvəldən  göründüyü  kimi  əhalinin  artım  sürəti  ilbəil  sürətlənir.  Əhalinin 
artımı  təbii  sərvətlərə  olan  əlavə  təsiri  gücləndirir  və  ətraf  mühitin  çirklənmə 
dərəcəsini  artırır.  Burada  əsas  problem  əhalinin  maksimal  miqdarında  deyil,  bu 
miqdarın mövcud sərvətlərə necə münasibətdə olmasından ibarətdir. Dünya əhalisinin 
sürətlə artması nəticəsində əmələ gələn ehtiyatcların ödənilməsi üçün yeni-yeni təbii 
ehtiyatlar  cəmiyyətin  istifadəsinə  verilir,  kənd  təsərrüfatı  sənayeləşir  və 


 
- 10 - 
intensivləşdirilir.  Elmi  texniki  tərəqqi  bir  tərəfdən  insanın  təbiətdən  asılılığını 
minimuma endirir, digər tərəfdən isə ekoloji sistemdə mənfi iz buraxır.  
Ümumiyyətlə,  insan  dünyada  bu  günə  kimi  mövcud  olan  yeganə  varlıqdır  ki, 
daima təbiətlə münaqişə aparmış və aparır. Bəli, biz insanlar təbiətin tərkib hissəsiyik 
ancaq təbiətin bir çox qanunlarına qarşı çıxırıq. Belə ki, təbiətdə milyon illər davam 
edən  tullantısız  mübadilə  proseslərindən  və  ziyansız  maddələr  mübadiləsi  dövranı 
qanunlarından  kənara  çıxmışıq.  Bundan  başqa,  təbiətə  xas  olan  təbii  sərvətlərdən 
“qənaətlə”  istifadə  prinsipləri  müasir  insanlar  tərəfindən  qorunmamışdır.  Məsələn, 
son  bir  milyard  ildə  yaranan  təbii  sərvətlər  son  100-120  ildə  insanlar  tərəfindən 
istifadə  olunmuşdur 
[
21,  191
]
.  İnsanın  ekoloji  böhranla  üzləşməsi  təbii  sərvətlərdən 
kortəbii  istifadə  olunması  sayəsində  yaranmışdır.  Akademik  S.S.Şvars  göstərir  ki, 
biosfer  həyat  üçün  zəruri  olan  elementlərin  optimal  nisbətini  milyon  illərlə  sabit 
saxlamış,  lakin  bir  neçə  onillik  ərzində  insan  bu  tarazlığı  poza  bilmişdir.  Bu  isə 
ekoloji  problemlərin  yaranmasına  səbəb  olub.  Ekoloji  problemlər  hazırda 
bəşəriyyətin  ən  böyük  qlobal  problemidir.  Bu  gün  bu  ekoloji  problemlərin  həllində 
hamı  iştirak  etməlidir.  Heç  kimin  bu  işdən  kənarda  qalmağa  mənəvi  haqqı  yoxdur. 
Ekoloji  problemlər  təbiətdən  düzgün  istifadə  edilməmənin  nəticəsidir.  Biz  biosfer 
təliminin  banisi  V.İ.Vernadskinin  insan  1  dəqiqə  də  olsun  belə  biosfersiz  yaşaya 
bilməz sözlərini unutmamalıyıq 
[
24.,238
]. 
Təbiətdən  istifadə  dedikdə  təbii-resurs  potensialının  istismar  edilməsinin  və 
onun  qorunub  saxlanmasının  bütün  növlərinin  məcmuu  nəzərdə  tutulur.  Demək 
təbiətdən istifadə dedikdə aşağıdakı anlayışları nəzərdə tutmalıyıq. 
1.
 
Təbii şəraitin istifadəsi və mühafizəsi; 
2.
 
Təbii resursların çıxarılması, emalı, onların bərpası və təkrar istehsalı; 
3.
 
Təbii  sistemlərin  ekoloji  balansının  saxlanması,  təkrar  istehsalı  və  səmərəli 
dəyişdirilməsinin təmin edilməsi. 
E.F.Yusifov  ətraf  təbii  mühitin  faydalı  xüsusiyyətlərinin  insan  tərəfindən 
istifadə  imkanlarını  təbiətdən  istifadə  kimi  izah  etmişdir  [30,355].  Əgər  bu 
xüsusiyyətləri  iqtisadi,  sağlamlıq  və  mədəni  xüsusiyyətlər  olaraq  3  qrupa  ayırsaq, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə