Təbliği Respublikanın kütləvi və ixtisas



Yüklə 465,7 Kb.
səhifə10/16
tarix25.06.2018
ölçüsü465,7 Kb.
#51407
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

ölkələrindən birinə çevrilmişdir və onun adını daşıyan  respub-

likanın Milli Kitabxanası nəinki Qafqazda, yerləşdiyimiz Avro-

pa  qitəsində,  eləcə də bütün  dünyada  şöhrət  tapan ən  böyük

milli kitabxanalardan və ən iri kitabsaxlayıcılardan biridir.

M.F.Axundzadə haqqında  onlarla  məqalələr,  poemalar,

dram əsərləri,  monoqrafiyalar yazılmışdır.  Azərbaycanın  bir

çox şəhərlərində küçə, məktəb və mədəniyyət ocaqlarına onun

adı  verilmişdir.  Tiflisdə qəbri  üstündə abidəsi  qoyulmuş,  ev-

muzeyi  açılmışdır.  Bakı  kinostudiyasında  haqqında “Səbuhi”

(1941), “Azərbaycanfilm”in  istehsalı  olan “M.F.Axundov”

(film,  1962)  kinooçerk, “Mirzə  Fətəli  Axundov”  (film,  1972),

“Mirzə Fətəli Axundov” (film, 1982) sənədli filmləri, “Sabahın

elçisi.  Mirzə Fətəli  Axundzadə” (2010) bədii filmi çəkilmiş,

Mədəniyyət və Turizm Nazirliyinin  sifarişi ilə “Sübhün səfiri”

(2011) adlı  bədii filmin  çəkilişi  isə hələ davam  edir. Əsərləri

dəfələrlə səhnəyə qoyulmuş, filmlərə çəkilmişdir.

M.F.Axundzadə  hələ  iki  əsr  əvvəl  Azərbaycanı,  onun

tarixini, mədəniyyətini Avropaya təqdim edən ziyalı mövqeyini

təsdiqləmişdir.  Belə  bir  ziyalının  dövlət  səviyyəsində  yubiley

mərasimini  keçirmək  Azərbaycan  ictimai-mədəni  mühitinə

olan münasibətin təzahürüdür.

Kitabxanaçılar M.F.Axundzadənin anadan olmasının 200

illiyini keçirərkən onun vətən və xalq qarşısındakı xidmətlərini

mütləq qeyd etməlidirlər. Unutmamalıdırlar ki, Axundzadə Ya-

xın Şərqdə sxolastik ədəbiyyatın dağılmasında və yeni ədəbiy-

yatın yaranmasında ən böyük xidmətə malik olan şəxsiyyətdir.

O, Azərbaycan ədəbiyyatının inkişafı uğrunda çarpışan qüdrətli

bir sənətkar, novator bir  yazıçı olmuşdur. Axundzadə XIX əsr

qaranlıqları  içərisində ən  parlaq  ulduz  kimi  doğmuş,  özündən

sonra gələn ədəbi karvana həqiqi və işıqlı yol göstərmişdir.




ƏLAVƏLƏR

Əlavə 1

M.F.Axundzadənin həyatı, yaradıcılığı və

ictimai fəaliyyətinin əsas tarixləri

1812

M.F.Axundzadə Nuxa  şəhərində anadan  olmuş-

dur.

1814

Ailəsi  Nuxa  şəhərindən  atasının  vətəni  Təbrizin

yaxınlığındakı Xamnə kəndinə köçmüşdür.

1821

Anası 


Nənəxanım 

Fətəlinin 

atası 

Mirzə


Məhəmməd Tağıdan  ayrılmış, onunla  birgə

Qaradağda  (Cənubi  Azərbaycanda)  Horanid

kəndində yaşayan əmisi Axund Ələsgərin yanına

gəlmiş və onun himayəsində yaşamışdır.



1823-1824

Hacı Ələsgərlə Eləngut  mahalına  köçür.  Burada

onlar Vəlibəyli kəndində yaşamışlar.

1825

Ailəsi Vəlibəyli kəndindən Gəncəyə köçmüşdür.



1826-1831

Hacı Ələsgərlə Nuxa şəhərinə köçmüşdür.



1832

Gəncəyə gəlib,  şair  və müəllim  Mirzə Şəfi  ilə

tanış  olmuş və ondan  nəstəliq  xəttilə yazmağı

öyrənmişdir.



1833

21  yaşında  ikən  Nuxa  şəhərində açılan  “Rus-

tatar məktəbi”nə daxil olmuşdur.



1834

O, Tbilisiyə getmiş, Qafqaz canişininin  baş

dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri

mütərcimi  təyin  olunmuş  və ömrünün  sonuna

qədər bu vəzifədə çalışmışdır.

1836

Qafqaz  idarəsinin  baş  dəftərxanasında  işləməklə

bərabər,  Tiflis  qəza  məktəbinə Azərbaycan dili

müəllimi təyin edilmişdir.



1837

Rus  şairi  A.S.Puşkinin  xatirəsinə “Puşkinin

ölümü haqqında Şərq poeması”nı yazmışdır.

1841

“Təcnis”, “Təcnisi digər”, “Molla Əli” (həcv) və

“Müxəmməs” sərlövhəli şeirlərini yazmışdır.

1842

Axund  Hacı Ələsgərin  qızı  Tubu  xanımla

evlənmişdir.  Onun  Tubu  xanımdan  13  övladı

dünyaya  gəlmiş,  onlardan  yalnız    ikisi  qalmış,

qalanları  isə Mirzə Fətəlinin  sağlığında ikən

ölmüşlər. Onlardan yalnız oğlu Rəşidbəy və qızı

Nisə xanım yaşamışdır.

1842

İyul


ayının  3-də

M.F.Axundzadəyə

mülki

praporşik  rütbəsi  verilmişdir.  Rusiya  ilə İran



hökümətləri  arasında  danışıqlarda  iştirak  etdiyi

üçün  İran  şahı  tərəfindən  üçüncü  dərəcəli  “Şiri-

Xurşid” nişanı ilə təltif olunmuşdur.

1849

İrandan Tiflisə qayıtmışdır.



1850

M.F.Axundzadəyə poruçik rütbəsi verilmişdir;

“Hekayəti-Molla  İbrahim  Xəlil  kimyagər”,

“Hekayəti  Müsyo  Jordan  həkimi  nəbatat  və

Dərviş 

Məstəli 


şah 

cadukuni-məşhur”,




“Sərgüzəşti  vəziri  xani-Lənkərani”  komediyala-

rını yazmışdır.



1851

“Hekayəti Müsyo Jordan həkimi nəbatat və Dər-

viş  Məstəli  şah  cadukuni-məşhur”  komediyası

ilk  dəfə Tiflisdə “Kavkaz”  qəzetində rus  dilində

hissə-hissə çap  olunmuş, Komediya  ilk  dəfə

Peterburqda rus dilində oynanılmışdır.



1851

Mart ayının 26-da M.F.Axundzadə İmperator rus

coğrafiya  cəmiyyəti  Qafqaz  şöbəsinə həqiqi  üzv

seçilmişdir.



1852

“Hekayəti - xırs  quldurbasan”  və “Sərgüzəşti-

mərdi-xəsis” 

(Hacı 


Qara) 

komediyalarını

yazmışdır.

1852

Yanvar ayının 31-də “Hekayəti-xırs quldurbasan

komediyası” 

Tiflis 


teatrında 

rus


dilində

oynanılmışdır.



1854

M.F.Axundzadəyə kapitan rütbəsi verilmişdir.



1855

“Mürafiə vəkillərinin  hekayəti”  komediyasını

yazmışdır.

1857

“Aldanmış kəvakib” povestini yazmışdır.



1858

Qafqaz  canişini  dəftərxanasının  yenidən  təşkili

ilə əlaqədar olaraq,  canişin  baş  idarəsinin

mütərcimi təyin olunmuşdur.



1859

Komediyalarını 

“Aldanmış 



kəvakib”

povestini  “Təmsilat”  başlığı  altında  Qafqaz




Yüklə 465,7 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə