Təbliği Respublikanın kütləvi və ixtisas



Yüklə 465,7 Kb.
səhifə6/16
tarix25.06.2018
ölçüsü465,7 Kb.
#51407
1   2   3   4   5   6   7   8   9   ...   16

fəaliyyəti  haqqında  sərgi,  audiovizual  materiallardan  istifadə

edilməlidir.  Bundan  başqa  divar  qəzetinin bir  nömrəsini

M.F.Axundzadəyə həsr  etmək - həyat  və yaradıcılığına  aid

məqalələr, personajlarının illüstrasiyalarını vermək olar.

M.F.Axundzadə dühasının  başlıca  xüsusiyyəti onun

fəaliyyətinin çoxcəhətli  olması idi. Milli  dramaturgiyamızın

banisi,  görkəmli  ictimai  xadim  və maarifçi  kimi  fəaliyyət

göstərən M.F.Axundzadə şəxsiyyətini  daha  yaxından  tanımaq

məqsədilə mərkəzi  kitabxanada oxucularla  M.F.Axundzadənin

həyat  və

fəaliyyəti,  yaradıcılığı

haqqında


Şəxsi  icmal

(biblioqrafik icmalın növü) keçirmək olar. Bildiyiniz kimi şəxsi

icmallar  bir  qayda  olaraq  hər hansı  bir  şəxsə (şair,  yazıçı,

ictimai  xadim,  müəyyən  bir  sahənin  mütəxəssisi)  həsr  olunur,

onun əsərlərini,  həyat  və yaradıcılığına  aid əsərləri əhatə edir.

Yaxşı  olardı  ki,  icmal  keçirilən  vaxt  M.F.Axundzadəyə həsr

olunmuş kitab sərgisi də hazırlansın. Sərgidə Axundzadənin öz

əsərləri və onun haqqında ədəbiyyatın özü və tövsiyə ədəbiyyat

siyahısı  olsun.  Bu  zaman  icmallar  daha  maraqlı оlur  və daha

çох  охucu  tоplayır.  Həm  də bu  zaman  охucu  kitabı  görməklə

yanaşı, оnun qısa məzmunu ilə də tanış оlur. İcmal keçirilərkən

охucu  qrupu,  mövzunun  aktuallığı  mütləq  nəzərə alınmalıdır.

Kitabların  icmalında  müəyyən  ardıcıllıq  gözlənilməlidir.

Axundzadənin yaradıcılığı  çoxcəhətli  olduğu  üçün  kitabları

mövzular  üzrə qruplaşdırıb  qısa  annotasiya  ilə kifayətlənmək

olar. Barəsində söhbət  açılan  kitablardan еlə dеtallar  və ya

faktlar  seçilməlidir  ki,  hər  bir  охucu  tеzliklə həmin  kitabı

охumağa tələssin.

Belə təbliğat M.F.Axundzadənin və onun haqqında yazıl-

mış ədəbiyyatın oxunmasına daha çox maraq oyadır.

Azərbaycanda və eləcə də yaxın şərqdə dramaturgiyamı-

zın  banisi  olan M.F.Axundzadənin ən  böyük  arzularından  biri

də milli teatrımızı yaratmaq idi.

Mirzə Fətəli  Axundzadə yaradıcılığı  ilə Azərbaycan

ədəbiyyatını  yeni ideyalarla,  yeni insan xarakterləri və orijinal



bədii  surətlərlə zənginləşdirmişdir.  Bütövlükdə onun yaradıcı-

lığı  Azərbaycan ədəbiyyatı  tarixində xüsusi  bir  mərhələ təşkil

edir.

O,  1850-1855-ci  illərdə bir-birinin  ardınca  yazdığı



“Hekayəti-Molla  İbrahimxəlil  kimyagər”, “Hekayəti-müsyö

Jordan  həkimi  nəbatat  və dərviş  Məstəli  şah - cadukini

məşhur”,  “Hekayəti  xırs  Quldurbasan”, “Hekayəti-vəziri-xani-

Lənkəran”, “Sərgüzəşti-mərdi-xəsis” və “Mürafiə vəkillərinin

hekayəti” adlı  komediyaları  ilə Azərbaycan ədəbiyyatında

əsaslı  bir  dönüş  yaratmış,  onu  yeni  inkişaf  yoluna  salmışdır.

Əsərləri  müxtəlif  ölkələrdə,  müxtəlif  dillərdə çap  olunsa  da,

ədibin  Azərbaycan  dilində komediyalarının  çapı  1859-cu  ildə

(Tiflisdə) həyata keçmişdir.

Azərbaycanda  milli  teatrın  yaranması  və

inkişafı

bilavasitə onun  adı  ilə bağlıdır.  Belə ki, 1873-cü  ildə mart

ayının  8-də “Hekayəti-vəziri-xani-Lənkəran”  pyesi  Bakıda

tamaşaya  qoyulmuşdur.  M.F.Axundzadənin  komediyalarının

təbliği  məqsədilə kitabxanada “M.F.Axundzadə böyük  və

əvəzedilməz  dramaturqdur” adlı ədəbi-bədii  gecə keçirmək

olar.


Keçiriləcək tədbirin kompozisiyasından asılı olaraq xüsu-

si proqram, ssenari tərtib edərək, teatrlaşdırılmış səhnəcik qur-

maq olar. Gecəyə hazırlaşmaq yaradıcılıq qabiliyyəti tələb edir.

Kitabxanaçı gecənin əvvəlindən sonuna kimi bütün elementləri

(çıxış,  rəy,  qonaqlara  söz  vermə, haqqında  çəkilmiş  hər  hansı

bir  filmdən  kadrlar)  ssenaridə əks  etdirir.  İştirakçıların  yerləş-

dirilməsi, diktorların yeri, qonaqların qarşılanması, ədəbi-bədii

gecə keçiriləcək zalın M.F.Axundzadənin həyat və yaradıcılığı-

nı əks etdirən lazımi stend, sərgi, bülleten və albomların hazır-

lanması əvvəlcədən planlaşdırılmalıdır.

Adından məlum olduğu kimi ədəbi-bədii gecə iki hissəyə

bölünür.  Hər  bir ədəbi  gеcənin əsasını  məruzə təşkil еdir.

Məruzədə dramaturqun  həyatı, ədəbi,  elmi,  ictimai  və fəlsəfi

yaradıcılığı əhatə olmalıdır. Yazıçının yaradıcılığından danışar-




kən  publisistikası, ədəbi  tənqidi, əlifba  haqqındakı  fikirləri

xüsusi ilə qeyd  edilməlidir.  Məruzəçi Axundzadənin vətən  və

xalq  naminə gördüyü  işlərdən, onun  ictimai  fəaliyyətindən

ətraflı  danışmalıdır. Yaxşı olardı  ki,  məruzəçi əyani  vasitələr-

dən  daha  çox  istifadə etsin,  yəni  onun əsərlərindən ən  gözəl

parçaları  seçsin  və dinləyəciyə çatdırsın. Dramaturqun əsər-

lərindən verilən parçaların qiraət ustalarına tapşırılması məslə-

hətdir.


Məruzədən  sonra  gecədə iştirak  edənlərin  çıxışları  baş-

lamalıdır. Çıxışlarda yuxarıda  qeyd  etdiyimiz  məqsədlər əsas

götürülməlidir.

Ədəbi hissə bitdikdən sonra ikinci hissə – bədii hissə baş-

layır. Bədii hissə ədəbi  hissənin  davamı,  onun  tamamlayıcısı

olmalıdır. Əgər məruzədə və yaxud  çıxışlarda  məruzəçi  XIX

əsr Azərbaycan tacirlərinin nadanlığının tənqidindən geniş bəhs

etmişdirsə,  bədii  hissədə

Axundzadənin

“Hacı


Qara”

komediyasından  maraqlı  bir  hissə səhnələşdirilərək  nümayiş

etdirilə

bilər.


Bədii  hissədə

M.F.Axundzadənin

dram

əsərlərindən  parçalar (dram  dərnəkləri  olan  mədəniyyət  evləri



və klubları nəzərdə tutulur) “Aldanmış kəvakib”dən maraqlı bir

hissə (bədii  qiraət  formasında), şeirlərindən  maraqlısı  seçilib

oxuna  bilər. (Puşkinin ölümünə yazdığı “Şərq poeması”,

Q.B.Zakirə yazdığı məktublardan biri, əlifba haqqında  yazdığı

şeir,  satirik  şeirlərindən parçalar  nümayiş  etdirilə bilər).

Gеcənin  mövzusuna  uyğun ədəbiyyat  sərgisi,  viktоrina, ədəbi

оyunlar hazırlana bilər.

Bədii  hissədə Axundzadənin pyeslərinə yazılmış  musiqi

parçalarından,  “Hacı  Qara”  musiqili  komediyasından  istifadə

edilə bilər. M.F.Axundzadənin həyatına həsr edilmiş hər hansı

bir filmi nümayiş etdirmək də məqsədəuyğun olardı.

Yerləşdiyi ərazidəki  məktəbdə rəssamlığa,  memarlığa

maraq göstərən şagirdlərin rəssamlıq, memarlıq qabiliyyətlərini

aşkara  çıxarmaq  və maraqlarını  təmin  etmək  üçün ədibin




Yüklə 465,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə