Təbliği Respublikanın kütləvi və ixtisas



Yüklə 465,7 Kb.
səhifə9/16
tarix25.06.2018
ölçüsü465,7 Kb.
#51407
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

qrafikalı  Azərbaycan əlifbasının  bərpası  haqqında” qanunun

qəbul edilməsindən və s. məsələrdən bəhs etmək olar.

M.F.Axundzadəni tədqiq edən alimlərimiz onu oxuculara

əsasən  dramaturq,  ateist-materialist  filosof  və görkəmli  tən-

qidçi  kimi  tanıtmışdır. M.F.Axundzadənin kitab,  kitabxana  və

mütaliənin faydaları haqqında da bir çox qiymətli mülahizələri

vardır. Bu barədə müxtəsər olsa da oxuculara ilk məlumatı ədə-

biyyatşünas Ə.Mirəhmədov vermişdir (Azərbaycan kitabı. Bib-

lioqrafiya: üc cilldə.C.I.1780-1920.- Bakı, 1963)

M.F.Axundzadənin kitab, kitabxana və mütaliə haqqında

mülahizələri  üçün  ilk  mötəbər  mənbə ədibin  çox  böyük  səliqə

ilə qoruyub  saxladığı  şəxsi  arxivi,  müasirlərinə məktubları  və

müasirlərinin  ona  cavabıdır  ki,  bunların  da  bir  qismi

M.F.Axundzadənin müxtəlif illərdə çap edilmiş əsərlərinə daxil

edilmişdir.

Kitabların  öz  həyatına  müsbət  təsirindən  iftixarla  danı-

şan, onlara minnətdarlığını bildirən M.F.Axundzadə həmvətən-

lərini  də mümkün  qədər  çox  oxumağa,  çox  mütaliə etməyə

çağırırdı. O, belə hesab edurdi ki, kim kitablara daha çox bağ-

lansa, onun təfəkkürü dərinləşər, “mütaliə nəticəsində onun ağ-

lı  saflaşar,  parlayar, pis əməllər  onun  nəzərində gündən-günə

eybəcər  və rüsvayçı  görünər  və belə halda  o,  bu  pis əməlləri

icra etməkdən utanar, nəticədə namus və vicdan sahibi olar” .

M.F.Axundzadə

yanılmadan 

böyük 


uzaqgörənliklə

müəyyən  etmişdir  ki,  orijinal  və tərcümə kitablarının  çapdan

çıxması haqqında oxuculara vaxtında dəqiq məlumat verilərsə,

onlar arzu etdikləri kitabları vaxtında ala bilərlər. Çapdan çıxan

və yaxın  günlərdə çapdan  çıxacaq  tərcümə və orijinal

kitablardan 

bütün 

oxucuların



xəbərdar 

olması


üçün

M.F.Axundzadə “bir neçə dəfə elan verməyi” lazım bilirdi. O,

elanın “oxucu kütləsində əsərə maraq oyandıra bilən” ifadələrlə

yazılmasını  məsləhət  görürdü. M.F.Axundzadənin nəzərdə

tutduğu bu qısa məlumat-annotasiya hazırda həm əyani həm də

şifahi  surətdə həyata  keçirilir. İndi  kitabların  dövlət  qanununa




müvafiq  olaraq  müxtəlif  formatlı  və müxtəlif məzmunlu

kitabların  çapdan  annotasiyalı  buraxılması ədibin  həyata

keçirilmiş arzularından biridir.

Hazırda  bu  iş  qəzet, jurnal,  radio  və televiziya  vasitəsilə

görülür.

Kitabxanaçılar M.F.Axundzadənin ədəbi  irsi,  müasirləri

ilə əlaqəsi,  kitaba münasibəti  bu  kimi  məsələlər  haqqında

oxucularla  iş  apararkən  alimlərimizin əsərlərindən,  qəzet,  jur-

nal,  kitab  məqalələrindən,  ali və orta  məktəb  dərsliklərindən

səmərəli istifadə etməlidir.

M.F.Axundzadənin  tədqiqatçıları  ilə görüşlər (Məsələn

“M.F.Axundzadə bu gün”) keçirmək olar. Oxucuları yazıçının

həyat  və yaradıcılığı  ilə daha  yaxından  tanış  etmək  üçün

keçiriləcək  görüşlər  qabaqcadan  planlaşdırılmış  şəkildə

hazırlanmalıdır. Gecəni aparıcının giriş sözü ilə başlamaq olar.

Aparıcı  gecəyə dəvət olunanları  tədbirin  iştirakçıları  ilə tanış

edir,  qısaca    yazıçının  həyat  və yaradıcılığından  danışır,  sonra

sözü onlara verir. Bundan sonra tədbir iştirakçıları suallar verir.

Görüşdə yazıçının  həyat  və yaradıcılığına  aid  sərgi,  tövsiyə

ədəbiyyat siyahısı və audiovizual materiallardan istifadə etmək

olar.


Sonda  oxucular  çıxış  edə və görüşə çağırılmış  şəxsə

suallarla müraciət edə bilərlər.

Tədbirin  sonunda  kitabxanaçı  oxucuların,  eləcə də

kitabxana  işçilərinin  adından  görüşə gələn  şəxsə təşəkkürünü

bildirməlidir.

M.F.Axundzadə təxminən  45  illik  yaradıcılıq  dövründə

Azərbaycan ədəbiyyatının ictimai fikir tarixinin, elm, fəlsəfə və

publisistikasının, mədəniyyət və maarifin inkişafına ciddi təsir

göstərmiş  yeganə və dahi  bir  şəxsiyyətdir.  Onun ədəbiyyat,

elm, fəlsəfə, maarif və mədəniyyət sahəsindəki yenilikləri Şərq

xalqlarının mədəni inkişafında ilk addım kimi təqdirəlayiqdir.

Axundzadənin ədəbi  irsi  həcmcə  çox  da  böyük  deyildir.

Lakin  onun  şeirlərini,  povestini,  komediyalarını,  məqalələrini,



fəlsəfi əsərlərini  oxuduqca  bu  irsin  böyüklüyünə  heyrətlənir,

onda öyrənməli çox şeyin olduğunu aydın görürsən.

...  İllər  keçəcək.  Bu  təməl  daşı  üzərində  böyük  və  möh-

təşəm abidə ucalacaq, bütün Şərqdə məktəb olacaq bu əzəmətli

abidə bir adı öz yaddaşında əbədi saxlayacaq və zaman-zaman

bu mübarək ada qayıdacaq: Mirzə Fətəli Axundzadə.

Dünya  korifeyləri  içərisində özünə məxsus  yerlərdən  bi-

rini  tutan  bu  möhtəşəm  insanın əziz  xatirəsinin layiqincə yad

edilməsi üçün hər bir kitabxana işçisi ciddi məsuliyyət daşıyır.

Odur  ki,  kitabxanaçılar  elmə,  mədəniyyətə, ədəbiyyata,  fəlsə-

fəyə, publisistikaya, estetikaya və maarifin inkişafına öz həya-

tını sərf etmiş, bu dahinin həyatını, yaradıcılığını, dünyagörüşü

və məfkurəsini düzgün şəkildə geniş oxucu kütləsinə çatdırmaq

üçün səy göstərməlidirlər.




Nəticə

XIX əsr  Azərbaycan ədəbiyyatı  tarixində xalqın  ictimai-

tarixi  və ədəbi-mədəni  həyatında  Mirzə Fətəli  Axundzadə qə-

dər  müstəsna  rol  oynayan ikinci  bir  sənətkar  olmamışdır.  O,

milli ədəbiyyatımızda  eyni  zamanda  fəlsəfi  publisistikanın  və

ədəbi tənqidin nümayəndəsi kimi də tanınmışdır.

Mütəfəkkirin yaradıcılığı haqqında hələ öz sağlığında xa-

rici  ölkələrdə dəyərli  yazılar  çap  olunmuş, onun  komediyaları

rus, fars, ingilis, fransız, alman dillərinə tərcümə olunaraq, ona

dünya  şöhrəti  qazandırmışdır.  O  dövrdə Azərbaycan  yazıçıla-

rından  Rusiyada  və Qərbi  Avropada ən  çox  tanınan,  məşhur

olan, sevilən məhz Mirzə Fətəli Axundzadə olmuşdur.

M.F.Axundzadə Azərbaycan ədəbiyyatında azad düşüncə

tərzinin ən böyük nümayəndəsidir. Mirzə Fətəli İslam dünyası-

nın  ictimai,  sosial  və siyasi  sahələrində radikal  islahatların

lüzumluğu  fikrini  müdafiə edirdi.  Böyük  sənətkar  aylar,  illər,

qərinələr, əsrlər  ötüşdükcə yaşa  dolur,  müdrikləşir,  xalqımızın

daha  da  sevimlisinə çevrilir.  Qədirbilən  xalqımız  da  onun

əməyinə, zəhmətinə böyük dəyər verir, yaradıcılığına hörmətlə

yanaşır.


O, gələcəyə həmişə inamla  baxıb  demişdir  ki,  bu  gün

bizim bəzi elmlərə aid kifayət qədər kitabımız olmasa da  vaxt

gələcək  ki,  bir  çox  mətbəələr  yaradılacaq,  kitabxanalar

açılacaq, vətənimiz kitab və mətbuat diyarına çevriləcək.

M.F.Axundzadə öz  ideyalarının  gec-tez  həyata  keçəcə-

yinə əmin idi. Ona göz ağardanlara, onu küfr edənlərə sərt ba-

xaraq deyirdi: “sən indi  məni söyürsən, amma bir vaxt olacaq

ki, sənin oğlun və nəvən məni anlayacaq və məni alqışlayacaq-

dır”.

M.F.Axundzadənin  arzuladığı  xoşbəxt  həyat  gəlib  çat-



mışdır.  İndi  biz  bu  böyük  elm və sənət  xadimin  bütün  arzula-

rının  çiçəkləndiyi bir zamanda yaşayırıq. Vaxtı ilə çox az kita-

bı və kitabxanası olan Azərbaycan bu gün dünyanın ən mədəni



Yüklə 465,7 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə