Təbliği Respublikanın kütləvi və ixtisas



Yüklə 465,7 Kb.
səhifə16/16
tarix25.06.2018
ölçüsü465,7 Kb.
#51407
1   ...   8   9   10   11   12   13   14   15   16

məfövqündə

qalmış  və

şəxsiyyəti-ədəbiyyəsini,  şöhrəti-

qələmiyyəsini mühafizə edə bilmişdir.



A.Şaiq,

yazıçı

M.F.Axundov  elə bir  adamdır  ki,  onun  xidmətləri  çox

böyükdür.  O,  yalnız  bizim  zəmanəmizdə öz  layiqi  qiymətini

almışdır.  Filosof,  dramaturq  və

ictimai  xadim  olan

M.F.Axundov  öz  ölkəsinin  mədəniyyəti  ilə rus  mədəniyyəti

arasında canlı əlaqənin timsalıdır.

Lui Araqon,

fransız yazıçısı

Mirzə Fətəli bir ədib və bir şair olmaqdan daha artıq bir

cəmiyyətçi,  bir əməlpərvərdir.  Onu  yazıçılığa  təhrik  edən  və

bədii zövqündən daha artıq ictimai məfkurəli idi. O,  yazılarını

bir sənət adına deyil, bəlkə ictimai məfkurəsi adına yazır və öz

əsərlərindən sadə bədii bir zövq deyil, həyat və cəmiyyət üçün

bir  nəticə gözləyirdi.  O, ədəbiyyatı  öz  duyğularının,  öz

məfkurələrinin  bir  tərcümanı  kimi  tanıyır,  ...öz  məfkurələrini

həyata  keçirmək  və yaymaq  üçün  bir  vasitə bilirdi... Lakin

bunların  hamısına  baxmayaraq,  biz  Mirzə Fətəlini  hər  şeydən

artıq  yenə də bir ədib kimi tanımaq istərdik. Nə qədər ədəbiy-

yat  onun  fikirlərini  yayacaq  bir  vasitə olmaq  üzrə götürülmüş

isə də,  hər  halda  burada  Mirzə Fətəli  o  qədər  böyük  məharət,

bir istedad  göstərmişdir  ki,  hər  şeyi  geridə buraxıb, ədəbi  bir

sima kimi ortada qalmışdır.

C.Cabbarlı,

Əməkdar incəsənət xadimi

Görkəmli  yazıçı  və filosof-materialist  Mirzə Fətəli

Axundovun  banisi  olduğu  XIX əsr  maarifçi  demokratların  irsi



kimi  gözəl, tərəqqipərvər  bir  irs  Azərbaycan  sovet ədəbiy-

yatının ənənələrinə daxildir.



A.Fadeyev,

rus yazıçısı

Axundovla  yanaşı  bu  gün  Türkiyədə türk  xalqı  üçün

“Molla  Nəsrəddin”  döyüşür...  ...bizim  mütərrəqi  bir  yazıçımız

var: Əziz  Nesin İstanbulda  bir  məcmuə çap etdirir.  Həmin

sayıda  “Molla  Nəsrəddin”in  vaxtilə yapdığı  bir  rəsmə bənzər

təsvir  var...  sonra  burda Əziz  Nesinin  bir  hekayəsi  verilib.

Hekayə bir  kəndlinin  dilindən  Kennediyə məktubdur.  Bu

məktub  doğrudan-doğruya  Mirzə Fətəli  Axundovun,  “Molla

Nəsrəddin”in və Sabirin ənənəsini davam etdirir.

Nazim Hikmət,

türk şairi

Dünya ədəbiyyatı  tarixində bir  çox  böyük  yazıçılar  var

ki, onlar tarix səhnəsinə gəlmələri ilə nəinki yeni bir ədəbiyyat

yaratmışlar,  eyni  zamanda  yeni  bir  tarix  və öz  xalqlarının

mənəvi aləmində böyük bir epoxa yaratmışlar.

Bu  yazıçılar  öz  dövrlərinin ən  qabaqcıl  ideyalarını

özlərində canlandıraraq,  öz əsrinin  böyük  siyasət ərləri  və

filosofları  olaraq,  öz  xalqlarının  ictimai  şüurunda  tarixi  bir

dönüş yaratmışlar...

Azərbaycan  xalqının  atası, dahi  dramaturq  və filosof

M.F.Axundov  yuxarıda  dediyim  epoxa  yaradan,  tarix  yaradan

yazıçılar sırasına daxildir.



Səməd Vurğun,

Xalq şairi

Mirzə Fətəli Axundov haqqında düşünəndə, istər-istəməz

Prometeyi  xatırlayıram.  ...  çünki  böyük  mütəfəkkir  hər  zaman

realizmin  sərt  prinsiplərinə sadiq  qalmışdır;  çünki  o,  yalnız

dram

əsərlərində,  pamfletlərində,  bədii  nəsrində,  fəlsəfi




məktublarında,  tənqidi-estetik  görüşlərində deyil,  həm  də

qızğın  ictimai  fəaliyyətində,  yeni əlifba  uğrundakı  nəhəng

mübarizəsində,  hətta  özünün  xəyal  və arzularında  heç  bir

zaman bu prinsiplərdən uzaqlaşmamışdır.



Mehdi Hüseyn,

yazıçı

Mirzə Fətəli  Axundovun  yaradıcılığı  Azərbaycan  sovet

ədəbiyyatının qidalandığı tükənməz, qaynar bulaqlardan biridir

və bütün  sovet  xalqlarının  mədəniyyət xəzinəsinə daxil

olmuşdur.

M. İbrahimov,

Xalq yazıçısı

Mən bu  gün məmnuniyyətlə qeyd  edirəm ki, Orta Asiya

xalqlarının, o cümlədən tacik xalqının intibahı üçün inqilabdan

əvvəlki Azərbaycan ədəbiyyatının böyük əhəmiyyəti olmuşdur.

Mirzə Fətəli  Axundovun A.S.Puşkinin  ölümünə yazdığı  “Şərq

poeması” demək olar ki, dərhal Buxarada yayılmış və əmirliyin

tərəqqipərvər xadimlərinin zəkasına yol tapmışdır.

Mirzo Tursunzadə,

tacik şairi

Mirzə  Fətəli  Axundov  Azərbaycan  ziyalılarının ən  parlaq

nümayəndələrindən biridir. Həyatımızın ən qaranlıq bir dövründə,

o,  nadanlıq  və  qaranlıq  dünyasına  cəsarətlə  hücum  çəkmişdir...

Müsəlmanlar  bu  mübariz  filosofla  fəxr  etməlidir.  Məgər  onu

unutmaq  olarmı?..  Yubiley  bayramı  mütləq  keçirmək  lazımdır,

hər necə olur - olsun, keçirmək lazımdır. Bu, müsəlman həyatının

hadisələrini 

dərk 

etmək 


və 

qiymətləndirməkdə 

bizim

yetkinliyimizi nümayiş etdirən bir imtahan olmalıdır.



Hüseyn Minasazov,

publisist, tənqidçi


Bu  böyük  humanist  şəxsiyyətin  bəhs  etmədiyi  heç  bir

böyük  və ya  kiçik məsələ olmamışdır.  O,  drama,  hekayə və

şeirdən  başlamış  fəlsəfə,  din,  etika,  moral,  kritika,  dil,  dövlət,

məktəb, tədris və s. bu kimi müxtəlif məsələlərdən bəhs etmiş və

hər  məsələyə öz  dövrünə görə konkret  və aydın  cavab  verə

bilmişdir.  M.F.Axundov  ictimai-siyasi  məsələlərlə maraqlanır,

ictimai  həyatın  dəyişməsi  üçün  çarələr  axtarırdı.  O,  Rusiya  və

Qərbi Yevropa kulturası ilə tanış olur... Böyük rus xalqının dilini,

kulturasını  dərindən  öyrənmişdi.  Azərbaycan  ictimai  fikri

inkişafında qüvvətli dönüş yaratmışdır. M.F.Axundov Spinozanı,

XVIII əsr fransız materialistlərini, Volteri, Boklı, Çernışevskini və

s. böyük mütəfəkkirlərin əsərlərini dərindən tədqiq edib öyrənmiş-

di.

Heydər Hüseynov,

filosof

Hər  millətin  arasında  elə şəxslər  zühur  edir  ki,  istiqlali-

milləti  və  zərurəti  zəmanı  fəhm  və  dərk  edib  millətə  ruhi-nicat

göstərir və bu təriq ilə milləti tərəqqi və təaliyə sövq edir. Millət

belə yeganəyi - əsrin əfkari-aliyəsini düşünüb də, onun göstərdiyi

yol ilə gedir və şəni-milləti ucaldır.



Süleyman bəy Əbdürrəhmanov,

publisist


Əlavə 8

M.F.Axundzadə adına bağ (bağça)

Bakıda Səbael  rayonu ərazisində M.F.Axundzadənin

adını  daşıyan  bağçada 1928-ci  ildə heykəlin  özülü  qoyulmuş,

abidənin rəsmi açılışı isə 1930-cu il may ayının 2-də olmuşdur

(heykəltəraş  P.Sabsay).  M.F.Axundzadənin abidəsi  Bakının

mərkəzində,  bir  neçə küçənin  kəsişdiyi  yerdə - kiçik  bir

bağçada yerləşdirilib. Heykəltəraş öz əsərini hazırlayarkən onu

küçə səs-küyündən  uzaq  olan bir  yer  üçün  nəzərdə tutmuşdur.

Bunu  onun  qabaritlərindən  də

görmək  olur.  Heykəl

yerləşdirilən  zaman  bağçanın  memarlıq  işləri  hələ tam  başa

çatmamışdı. Ancaq sahənin ölçüsü, əvvəllər tikilmiş binalar və

onlara  uyğunlaşdırılmış  monumentin  ölçüləri,  yeni  tikilərin

həcmini  və xarakterini  müəyyən  edirdi.  Nəticədə bütün  işlər

tamamlandıqdan sonra ansamblın kompozisiya mərkəzi heykəl

əsəri  oldu.  O  vaxtdan  bu  günə kimi  çox  böyük  bir  müddət

keçir. İnsanların estetik görüşlərində və tələblərində çox şeylər

dəyişilib.  Yalnız  Axundzadənin heykəli  zamanın böyük sına-

ğından  keçdi. P.Sabsay  tərəfindən əbədiləşdirilən  böyük

Azərbaycan yazıçı-dramaturqu,  materialist  filosofu,  ictimai

xadiminin obrazı müasir zamanla uğurla ayaqlaşır.

Bağ  bir  neçə dəfə bərpa  olunub - son  işlər  2008-ci  ildə

aparılıb. Ərazi  yenidən  qurulmuş,  bir sıra yaşıllaşdırma işləri

görülmüşdür.




Əlavə 9

M.F.Axundzadə adına Milli Kitabxanada

büstü

1939-cu il iyun ayının 1-də Azərbaycan SSR Ali Soveti-

nin  Rəyasət  Heyəti  Azərbaycan  Dövlət  Ümumi Kitabxanasına

görkəmli  mütəfəkkir,  filosof,  dramaturq  M.F.Axundzadənin

adını verməyi qərara aldı.

1939-cu  ilin  iyul ayından kitabxana  M.F.Axundov  adına

Azərbaycan Dövlət Ümumi Kitabxanası (Hazırda M.F.Axund-

zadə adına Milli Kitabxana) adlandırılmağa başlandı.

1962-ci  ildə kitabxanada dahi  mütəfəkkirin heykəltəraş

İ.Zeynalov tərəfindən hazırlanmış büstü qoyulmuşdur.




Əlavə 10

Şəkidə M.F.Axundzadənin ev-muzeyi

Respublikamızda  ilk  xatirə muzeyi - böyük  Azərbaycan

yazıçısı və filosofu M.F.Axundzadənin ev-muzeyi (Şəki) 1940-

cı ildə yaradılıb. Yazıçı burada uşaqlıq illərinin bir hissəsini və

ilk gənclik illərini keçirib.

Muzey iki kiçik otaqdan ibarətdir. Rus yazıçısı Aleksandr

Fadeyevin  “eyni  ilə Belinskinin  Çembardakı  evi  kimi  kiçik,

amma qalın bir tədqiqat əsərindən daha mənalı” hesab etdiyi bu

ev  XIX əsrin əvvəllərində çiy  kərpicdən  tikilib,  qayğıkeş

insanların  sayəsində bu  günümüzə qədər gəlib  çatıb.  Burada

məhz həmin dövrü əks etdirən şərait bərpa olunub.

Evin  yaxınlığında  başqa  bir  tikili  də var. Bu,  sonradan

inşa  edilib  və burada  böyük  yazıçının  həyat  yolu  və

yaradıcılığına aid ekspozisiya yaradılıb.

Beləliklə, M.F.Axundzadənin ev muzeyi 2 binadan: həyat

və yaradıcılığına  həsr  olunmuş  ekspozisiya  zalından  və ədibin

anadan olduğu evdən ibarətdir.

Muzeydə 248 sayda eksponat nümayiş etdirilir.




Əlavə 11

Tiflisdəki ev-muzeyi

1834-cü  ildə görkəmli  yazıçı  bu  binanı  satın  alıb  və

ömrünün sonuna kimi bu mənzildə yaşayıb-yaradıb. Məlumdur

ki,  M.F.Axundzadə ömrünün əsas  hissəsini  Tiflis  şəhərində

yaşayıb  və işləyib.  Bu  gün  böyük  yazıçının  bir  vaxtlar  Tiflis

şəhərində işləyərkən  yaşadığı  evdə onun  xatirə muzeyi

fəaliyyət göstərir.

M.F.Axundzadənin ev-muzeyi  adlanan  bu  mədəniyyət

ocağı Gürcüstanda yaşayan soydaşlarımızın tez-tez toplaşdıqla-

rı  yerdir.  Gürcüstan  Azərbaycanlılarının  Mədəniyyət  Mərkəzi

burada yerləşir.

Bir  vaxtlar  musiqi  alətləri  muzeyi  olan  binada  1983-cü

ildə M.F.Axundzadənin ev-muzeyi açılmışdır.

2007-ci  ilin əvvəlindən  hər  iki  ad  ləğv olunaraq -

M.F.Axundzadə adına  Azərbaycan  Mədəniyyəti  Muzeyi kimi

fəaliyyətə başlamışdır.

Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkətinin  Gür-

cüstan  nümayəndəliyi  dahi  mütəfəkkirin Tbilisidəki ev-

muzeyini  alıb.  Bu  barədə ARDNŞ-ın  Gürcüstan  nümayəndəli-

yinin  rəhbəri  Mahir  Məmmədov  məlumat  verib.  Onun

sözlərinə görə,  iki  mərtəbəli  binanın  üç mərtəbəli  edilməsi

nəzərdə tutulub. Yeni  təmir  edilmiş  ev-muzeydə həm  rəsm

qalereyası  olacaq,  həm  də burada  xalq  sənəti  olan  xalçaçılıq

inkişaf etdiriləcək, dərnəklər açılacaq.

Burada  Azərbaycanın  turizm  mədəniyyətini  təbliğ  edən

bir  qurum  da  fəaliyyət  göstərəcək.  Eyni  zamanda  həmin  evin

aşağı  mərtəbəsində Azərbaycan  milli  xörəklərini  təqdim  edən

bir  restoranın  açılması  da  nəzərdə tutulur.  Hazırda  daxili

interyerin təmiri gedir.



Əlavə 12

M.F.Axundzadənin büstü Tbilisidə onun adını

daşıyan məktəbin qarşısında

2011-ci il iyun ayının 30-da Azərbaycanın Gürcüstandakı

səfirliyinin və Tbilisi şəhər bələdiyyəsinin təşəbbüsü ilə böyük

mütəfəkkir  Mirzə Fətəli  Axundzadənin büstü  paytaxtda  onun

adını  daşıyan  73  saylı  Azərbaycan  orta  məktəbinin  binası

qarşısında  qoyulmuşdur.  Xatırladaq  ki,  M.F.Axundzadənin

anadan olmasının 170 illiyi münasibətilə 1982-ci ildə Tbilisidə,

Leselidze  küçəsində onun  büstü qoyulmuş,  lakin  90-cı  illərin

məlum hadisələri zamanı bu büst yoxa çıxmışdı.

Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı

Muzeyində

1940-41-ci  illərdə  P.Sabsay  Bakıda  Nizami  muzeyinin

təşkili  ilə  əlaqədar  olaraq  bir  neçə  heykəl  üzərində  işləmişdir.

Bunlardan  biri    də  muzeyin  fasadında  qoyulan  M.F.Axundza-

dənin heykəlidir (hündürlüyü 3 metr).



Ə D Ə B İ Y Y A T

Axundzadə, M.F. Əsərləri [Mətn]: 3 cilddə /Mirzə Fətəli

Axundzadə;  tərt.  ed.  və ön  söz. müəl.  N.Məmmədov.- Bakı:

Şərq-Qərb, 2005.- C.I.- 296 s.; C.II.- 376 s.; C.III.-296 s.

Axundov, M.F. Əsərləri  [Mətn]:  2  cilddə /M.F.Axun-

dov.- Bakı: Atilla, 2000.- 2001; C.I.- 126 s.; C.II.-106 s.



Axundov, M.F. Əsərləri [Mətn]: 3 cilddə /M.F.Axundov;

red. hey. M.Z.Cəfərov, F.Köçərli, Ə.M.Mirəhmədov və b.; tərt.

ed.  müqəd.

izah.



müəl.

N.Məmmədov;  cildin  red.

H.Məmmədzadə;  AzSSR  EA,  Nizami  ad. Xalqlar  Dostluğu

Ordenli Ədəbiyyat İn-tu.- Bakı: Elm, 1987.- C.I.- 317 s.; C.II.-

385 s.

Axundov,  M.F.

Aldanmış  kəvakib;  Kəmalüddövlə

məktubları  [Mətn]  /M.F.Axundov;  tərt.  ed.  və  elmi  red.

H.Məmmədzadə.- Bakı: Maarif, 1985.- 172, [4] s.



Axundov,  M.F.

Bədii  və

fəlsəfi

əsərləri  [Mətn]



/M.F.Axundov;  red.  hey.  H.Abbaszadə,  M.Abdullayev,

Ə.Ağayev  [və b.];  tərt.  ed.  H.Məmmədzadə;  rəssamı  E.Məm-

mədov; Dünya ədəbiyyatı  kitabxanası:  100  cilddə.- Bakı:

Yazıçı, 1987.- C.39.- 365 s.



Axundov, M.F. Komediyalar.  Povest.  Şeirlər  [Mətn]

/M.F.Axundov; tərt. ed. N.Məmmədov; red. H.Məmmədzadə.-

Bakı: Yazıçı, 1982.- 272 s.

Axundzadə, M.F. Bədii və ədəbi-tənqidi əsərləri [Mətn]

/Mirzə Fətəli  Axundzadə; tərt. ed.,  ön  sözün  müəl. və red.

N.Məmmədov.- Bakı: Çaşıoğlu, 2004.- 280 s.

Axundov  Mirzə Fətəli [Mətn]:  elmi əsərlərin  tematik

məcmuəsi  /red.  hey.  R.Y.Həsənov,

B.M.Məmmədzadə,

F.C.Hüseynov  [və b.]; AzSSR  Ali  və Orta  İxtisas  Təhsili

Nazirliyi, S.M.Kirov adına ADU.- Bakı: ADU, 1987.

Atayeva,  Ş. Mirzə Fətəli Axundzadə ingilisdilli ədəbiy-

yatşünaslıqda [Mətn]: filol. e. n. al. dər. a. üçün təq. ed. dis-nın




avtoreferatı: 10.01.03; 10.01.01. /Ş.Y.Atayeva; AMEA, Nizami

adına Ədəbiyyat İnstitutu.- Bakı, 2005.



Azərbaycan  nəsri  antologiyası [Mətn]:  5  cilddə /tərt.

Z.Ş.Əsgərli; bur. məsul Ə.Güləliyev.- Bakı: Şərq-Qərb, 2006.-

C.1: XIX əsr.- 312 s.

Bəşirova,  G. Mirzə Fətəli Axundov və XIX əsr  Cənubi

Azərbaycan ədəbi-ictimai  mühiti  [Mətn]:  filol. e. n. a.  dər. a.

üçün təqdim edilmiş dis.: 10.01.03. /G.Q.Bəşirova; Azərbaycan

EA Nizami adına Ədəbiyyat İnstitutu.- Bakı,1998.



Mirzə Fətəli  Axundov 1812-1878  [Mətn]:  tövsiyə

ədəbiyyat göstəricisi /red. İ.V.Şibayeva, B.M.Səfiyev; Az.SSR

Mədəniyyət  Nazirliyi,  M.F.Axundov  ad.  Azərb.  Resp.  Döv.

Kitabxanası, Ölkəşünaslıq və milli biblioqrafiya şöbəsi.- Bakı:

[s.n.], 1982.

Nurəliyeva,  T. Azərbaycan ədəbiyyatının  tədqiqində

əlyazma  kolleksiyalarının əhəmiyyəti  [Mətn]  /T.Nurəliyeva;

elmi  red.  C.Nağıyava;  red.  G.Əmrullah  qızı;  Azərbaycan

Elmlər  Akademiyası  M.Füzuli  adına Əlyazmalar İnstitutu.-

Bakı: Şərq-Qərb, 1998.

Qasımzadə,  F.

M.F.Axundovun  həyat  və yaradıcılığı

[Mətn].- Bakı: Azərnəşr, 1962.- 377 s.

Rüstəmov,  İ. Mirzə Fətəli Axundov [Mətn]  /İ.Ə.Rüstə-

mov; rəyçi F.Köçərli; red. Q.İsmayılov.- Bakı: Gənclik, 1986.



Zəkiyev,  İ. M.F.Axundov  kitab,  kitabxana  və mütaliə

haqqında  [Mətn]  /İ.Zəkiyev;  M.F.Axundov  adına  Azərbaycan

Respublika Dövlət kitabxanası.- Bakı, 1975.- 38 s.

Abbaslı,

T.

Azərbaycan  teatrının  banisi

[Mətn]

/T.Abbaslı //Mədəniyyət.- 2010.- 21may.- S.4.



Axundzadə (Axundov) M.F. [Mətn] //Azərbaycan Milli

Ensiklopediyası.- Bakı, 2009.- C.1.- S.224-226.



Əhmədli,  N. Mirzə Fətəli  Axundzadə (1812-1878)

[Mətn] /N.Əhmədli  //Korifeylərin  portretləri.- Bakı:  Nurlan,

2008.- S.98-103.



Əliyev,  H. Ədəbiyyatın  yüksək  borcu  və amalı  [Mətn]

/Heydər Əliyev.- Bakı: Ozan, 1999.- S.421-422.



Əliyev,  V. Heydər Əliyevin  dil  siyasəti  [Mətn] /Vilayət

Əliyev.- Bakı: Nurlan, 2003.- S.10-11.



Həsənov,  H. Rəşid  bəy  Axundov  (məktublar,  sənədlər,

tərcümələr,  məqalələr)  [Mətn]  /Həsən  Həsənov,  Məmməd

Adilov.- Bakı, 2003.- S.247-270.

Klassiklərimiz  dil  və yazı  haqqında [Mətn].- Bakı,

1981.- S.37-38.



Nəzakət  Ələddinqızı.  2012-ci  ildə  milli dramaturgiya-

mızın  banisi  M.F.Axundzadənin  anadan  olmasının  200  illiyi

tamam olur [Mətn] //Səs.- 2010.- 21 aprel.- S.10.

Süleymanlı, S. Mirzə Fətəli  Axundzadə (1812-1878)

[Mətn] /S.Süleymanlı //Azərbaycan ədəbiyyatı ensiklopediyası:

ən  qədim  dövrlərdən  1920-ci  ilədək.- Bakı:  Nağıl  evi,  2008.-

C.I.- S.181-192.



Rus dilində

Ахундов,

М.Ф.

Восточная 

поема 

на 


смерть

А.С.Пушкина [Текст] /М.Ф.Ахундов.- Баку:  Азернешр,

1982.- 22 с.

Ахундов,  М.Ф. Обманутые звезды: рассказ о Юсиф-

шахе [Текст]:  повесть  /М.Ф.Ахундов;  ред.  Э.Азизова;

худож. А.Гулиев.- Баку: Təhsil, 2009.

Герайзаде, Э. История Азербайджанской литературы

[Текст]: учеб. пособие  для  студентов  Бакинского  Славян-

ского Ун-та с русским языком обучения /сост. Э.Герайзаде;

ред.  Б.Мусаева;  рец.  А.Назарова,  Ф.Мамедов;  Бакинский

Славянский Университет.- Баку: Мутарджим, 2006.

Мамедов,  Р.

Соотечественники  Азербайджан

-

древняя  страна  [Текст]  /Р.Мамедов;  издатель Г.Исабейли.-



Баку: Ширваннешр, 2007. - 244 с.


İngilis dilində

Akhundov  Mirza  Fatali.  The  botanist  monsier  Jordan

and  the  sorcerer-dervish  mastali  shah [Text] /M.F.Akhundov;

trl. S.Aliyev.- London: Neptune press, 2010.- 68 p.

Mirza  Fatali  Akhundov [Text]  /Y.Karayev; [edt.

L.V.Qoldenfarb].- Baku: Yazychy, 1982.



Parsinejad  Iraj. Mirza  Fat’ali  Akhundzadeh:  literatury

criticism [Text] /I.Parsinejad.- Jahan Book CO, 1990.-73 p.: 28

cm.

Fransız dilində

Akhundzade Mirza Fath-Ali. Histoire de monsieur Jor-

dan,  botaniste,  et  du  derviche mesteli  chah,  célèbre  magician

(1850) [Text] /M.F.Akhundzade;  tr.  L.Bazin.- [s.i.]:  I’Espace

d’un instant, 2008.- 92 p.



Mourthouz Sadyakov. Akhundov M.F. [Text].- Bakou:

Yazitchy, 1987.- 48 s.



Türk dilində

Azerbaycan  tiyatro  eserleri  antolojisi [Metn]  /haz.

Z.Makas;  kapak  N.Okan;  Kültür  Bakanlığı

Ankara: Semih

Ofset, 1990.




İnternetdə

www.anl.az

www. adam.az

www. akhundzade.blogspot.com

www.azerbaijan-news.az

www.azerikitab.az



www.azeroo.com

www.azyb.net

www. az.wikipedia.org

www. az.wikisource.org

www.avialine.com

www.ebooks.preslib.az

www. deyerler.org

www. dic.academic.ru



www.inamcfp.org

www.youtube.com

www. kataloq.net

www. kitablar.org

www. qarapapaqlar.borchali.net

www.qaraqutu.com



www.legend.az

www.lit.az



www.movqe.az

www.muallim.edu.az

www.musabiqe.edu.az

www.navigator.az

www.icmal.az

www. sheki-ih.gov.az

www. rasulzade.org

www.sozunsozu.com



M ü n d ə r i c a t

Mirzə Fətəli  Axundzadənin  200  illik  yubileyinin  keçiril-

məsi  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin

Sərəncamı ..........................................................................

3

Giriş....................................................................................



4

M.F.Axundzadənin həyat və yaradıcılığı ..........................

6

M.F.Axundzadə irsinin kitabxanalarda təbliği ..................



12

Nəticə..................................................................................

31

Əlavələr .............................................................................



33

Ədəbiyyat............................................................................ 68




M.F.Axundzadə irsinin kitabxanalarda təbliği

(Metodik tövsiyə)



Nəşriyyat rеdaktоru və korrektor:

Mehriban Cəfərova

Ünvan: AZ-1000 Bakı şəh., Хaqani küç. 29

Е-mail: contact@anl.az

URL: www.anl.az

M.F.Aхundzadə adına Azərbaycan

Milli Kitabхanasının mətbəəsində

оfsеt üsulu ilə çap оlunmuşdur.

Sifariş: 5

Çapa imzalanmışdır: 10.01.2012



Tirajı: 200

Pulsuz

Document Outline

  •                                     

Yüklə 465,7 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə