Təbliği Respublikanın kütləvi və ixtisas


M.F.Axundzadənin  yaradıcılıq  yolunu  səciyyələndirən



Yüklə 465,7 Kb.
səhifə2/16
tarix25.06.2018
ölçüsü465,7 Kb.
#51407
1   2   3   4   5   6   7   8   9   ...   16

M.F.Axundzadənin  yaradıcılıq  yolunu  səciyyələndirən

tarix  səhifələrini  vərəqləyərkən  biz  böyük  iftixar  hissi

keçiririk  ki,  xalqımız  ağır  zamanlarda,  gerilik,  dini  fanatizm

şəraitində belə görkəmli  şəxsiyyət,  öz  dövrünü  qabaqlayaraq

gözəl əsərlər yaradan bir insan yetişdirmişdir...

Heydər Əliyev,

ümummilli lider

M.F.Axundzadənin həyat və yaradıcılığı

Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir,

ictimai  xadim  Mirzə Fətəli Axundzadə 30 iyun 1812-ci  ildə

Azərbaycanın  qədim əyalətlərindən  olan  Nuxada  anadan  ol-

muşdur. 1814-cü  ildə atası  Mirzə Məhəmmədtağı  və anası

Nanə xanımla atasının  vətəni Təbriz yaxınlığındakı Xamnə

qəsəbəsinə köçmüşdür. 1821-ci  ildə anası Nanə xanım

Fətəlinin atası Mirzə Məhəmməd Tağıdan ayrılmış  və Axund

Hacı Ələsgərin (anasının əmisi) yanına Qaradağın  Horanid

kəndinə (Cənubi  Azərbaycan)

köçmüş,  lakin 1825-ci  ildə

Şəkiyə qayıtmışdır.

Fətəlinin  ruhani  olmasını  istəyən  Axund  Hacı Ələsgər

1832-ci  ildə onu Gəncəyə aparır. Axund  Hacı Ələsgər  öz

qardaşı nəvəsini oğulluğa götürərək onun təlim və tərbiyəsi ilə

şəxsən  özü  məşğul  olmuş  və onun  həyatında  mühüm  rol

oynamışdır. Ona  yaxşı  atalıq  etdiyindən  Mirzə Fətəli  öz

soyadını məhz  elə onun  adı  ilə - Axund  ilə əlaqələndirmişdir.

Axund Hacı Ələsgərin oğlu, sonralar onun qaynı olmuş Mirzə

Mustafanın  da  soyadı  Axundzadə idi.  M.F.Axundzadə az  bir

zaman  içərisində Axund  Hacı Ələsgərin  səyi  və özünün

çalışqanlığı sayəsində quranı, fars və ərəb dilini öyrənmişdir.

Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi

Azərbaycan  şair  və filosofu Mirzə Şəfi  Vazehdən  xəttatlıq

sənətini  öyrənmişdir.  Lakin  Mirzə Şəfinin  gənc  Fətəliyə təsiri



bununla  bitmir,  bu  göruş  Mirzə Fətəlinin  həyat  və yaradıcı-

lığına, ümumiyyətlə onun bir mütəfəkkir kimi formalaşmasına

ciddi təsir göstərir.

Dövrünün  müasir  elmlərilə maraqlanan  Fətəli 1833-cü

ildə Şəkidə açılmış rus məktəbinə daxil olmuş və bir il burada

təhsil almışdır.

1834-cü  ildə o, Tiflisə getmiş, Qafqaz canişininin  baş

dəftərxanasında  mülki  işlər  sahəsində Şərq  dilləri  mütərcimi

təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmış-

dır.


M.F.Axundzadə 1842-ci  ildə axund  Hacı Ələsgərin  qızı

Tubu  xanımla  evlənmişdir. Onun Tubu  xanımdan  13  övladı

olmuşdur  ki,  onlardan  da  yalnız  ikisi - oğlu  Rəşidbəy  və qızı

Nisə xanım  uzun  müddət  yaşamış,  qalanları  isə M.Fətəlinin

sağlığında ölmüşdür.

1873-cü  ildə ona  hərbi  rütbə – polkovnik  rütbəsi  verilir.

O  zaman Qafqazın  inzibati-mədəni  mərkəzi  sayılan Tiflis

M.F.Axundzadənin dünyagörüşünə mühüm  təsir  göstərmişdir.

O,  rus və Qərbi  Avropa ədəbiyyatını,  ictimai-fəlsəfi  fikrini də

orada öyrənmişdir.

1851-ci  ildə Rus  Coğrafiya  Cəmiyyəti  Qafqaz  şöbəsinə

üzv  seçilən  Axundzadə sonralar  Qafqaz  Arxeoqrafiya  Komis-

siyasında tədqiqat işlərinə cəlb olunur.

M.F.Axundzadənin həyatının  xüsusilə son  illərində bir

yandan zehni işlə həddindən artıq məşğul olması, o biri yandan

böyük  arzularının  həyata  keçirə bilməməsindən  və tez-tez

uşaqlarının ölməsindən doğan kədər və məyusluq onun səhhə-

tinə təsir  edərək  vaxtından əvvəl  qocalmasına  və ölməsinə sə-

bəb olmuşdur.

Onun  yurdunda oğlu Rəşid bəy  qalmış, vəsiyyətinə görə

bütün mülkünə o sahib olmuşdur.

Rəşid  bəy  Axundzadə 1854-cü  ildə Tiflisdə anadan

olmuşdur.  1863-cü  ildə Tiflis  klassik  gimnaziyasına  daxil  ol-

muş  və oranı  1872-ci  ildə bitirmişdir.  O,  Brüsseldə Belçika




(Azad  Liberal)  Universitetinə qəbul  olunmuş,  lakin  atasının

vəfatı ilə əlaqədar təhsilini başa vurmamış, Tiflisə qayıtmışdır.

Sonralar  təhsilini  davam  etdirmək  üçün  Peterburqa  gedir.

Orada  təhsil  alaraq  yol  mühəndisi  ixtisasına  yiyələnir.  Vətənə

qayıdaraq  Qafqaz  Dairəsi  Yollar  İdarəsində işə başlayır.

M.Rəfili  “M.F.Axundov”  adlı əsərində yazır:  “Rəşidin  həyatı

faciəli olmuşdur. Vətənə dönəndən sonra o, uzun müddət iş ta-

pa  bilməmiş,  Rusiyanı  gəzmişdir.  Fransız  sosialistləri  ilə əla-

qədə şübhəli  bilinərək  polis  nəzarəti  altında  yaşamış,  doğma

xalqından və ictimai mübarizədən ayrı düşmüş, ideya çıxılmaz-

lığından  və çar  polisinin  onu  sıxışdırıb  saldığı  həyat  burul-

ğanından nicat tapmayaraq öz həyatını intiharla bitirmişdir.”

Rəşid  bəy  Axundzadənin yeganə oğlu  Fətəli  bəzi  məlu-

matlara  görə “Molla  Nəsrəddin” jurnalının  mürəttibi,  Cəlil

Məmmədquluzadənin  məsləkdaşı  İsmayıl  Həqqi  ilə bir  vaxtda

repressiyanın qurbanı olmuş, 1938-ci ildə güllələnmişdir.

1988-ci  ildə İranda  yaşayan,  həmin  vaxtlar  Yaponiyada

Tokio  Universitetində məruzə oxuyan  qız  nəticəsi  Pərixanım

və onun əri Rac Persinijat Tiflisə gəlmiş, ulu babasının qəbrini

ziyarət etmişdir.

Axundzadə

bədii  yaradıcılığına  şeirlə

başlamışdır

(“Səbuhi”  təxəllüsü  ilə).  Onun  ilk  şeiri  “Zəmanədən  şikayət”

adlanır.  Şeir  fars  dilində,  klassik  şərq  şeiri ənənələri əsasında

yazılmışdır.  Şair  bu  şeirində daxili  iztirablarını,  gələcək

haqqında düşüncələrini qələmə almışdır.

M.F.Axundzadənin tərcümeyi-halından  göründüyü  kimi,

o, Şərq poeziyası ilə dərindən məşğul olmuş və onun xüsusiy-

yətlərini  mənimsəmişdir.  Bunu  şairin  bir  sıra  klassiklər  haq-

qında  yazdığı  məqalələrindən,  yeni ədəbiyyatın  qarşısına  qoy-

duğu tələblərdən və klassik Şərq ədəbiyyatına bəslədiyi tənqidi

münasibətdən  də aydın  görmək  mümkündür. İstər  Zakirə yaz-

dığı  məktublarından,  istərsə də digər  şeirlərindən  M.F.Axund-

zadə böyük  qələm  təcrübəsi  keçmiş görkəmli  şair  kimi  çıxış

edir. Lakin M.F.Axundzadə bütün şeirlərində klassik poeziyanı




Yüklə 465,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə