Təbliği Respublikanın kütləvi və ixtisas



Yüklə 465,7 Kb.
səhifə3/16
tarix25.06.2018
ölçüsü465,7 Kb.
#51407
1   2   3   4   5   6   7   8   9   ...   16

xalq  şeiri  ilə bağlamış  və bu ənənəni  inkişaf  etdirməyə ciddi

surətdə çalışmışdır.

M.F.Axundzadənin şeirlərinin əsas  etibarilə fars  dilində

olmasına  baxmayaraq,  həmin əsərlərdə Azərbaycan adət-

ənənələri, xalq  poeziyasının  xüsusiyyətləri  özünü  açıq şəkildə

göstərir.  Şairin əksər  şeirləri  klassik  poeziyanın  məsnəvi  və

müxəmməs formasında yazılmışdır. Bu əsərlərdən azərbaycan-

ca  yazdığı  “Molla Əli”,  “Hekayəti - Seyyid Ələm  Səlyani”,

Qasım  bəy  və Cəfərqulu  xana  məktublar,  bir  sıra  təcnisləri,

müxəmməs və mədhiyyələri göstərmək olar.

Şairin  ictimai  ruhlu  şeirləri  fars  dilində yazdığı  “Zəma-

nədən  şikayət”, “Vanda”,  “Əbdürrəsul  xanın  həcvi”,  “Şahmat

oyunu  haqqında”, “Vəliəhd  haqqında”  qəsidə,  “Yeni əlifba

haqqında” mənzumə və s. ibarətdir.

Lakin  Axundzadəni görkəmli  bir  şair  kimi  geniş  oxucu

kütləsinə tanıdan  1837-ci  ildə fars  dilində yazdığı  və həmin

ildə “Moskovski  nablyudatel”  jurnalının 11-ci  kitabında çap

etdirdiyi “Puşkinin ölümünə şərq poeması”dır. Həmin əsəri şair

özü  rus  dilinə tərcümə etmiş, Puşkinə olan  rəğbətini  və onun

qatilinə olan nifrətini açıq-aydın ifadə etmişdir.

Axundzadə “Əkinçi”  qəzetinin nəşrinə böyük əhəmiyyət

vermiş,  onun  səhifələrində “Vəkili  Milləti-Naməlum”  imzası

ilə məqalələr dərc etdirmişdir.

Mirzə  Fətəli  Axundzadənin  maarifçi-realist  görüşləri

Azərbaycan  ədəbiyyatının  sonrakı  inkişafında  müstəsna  rol

oynayaraq,  Azərbaycan  ədəbiyyatında  çağdaş  Qərb  ədəbiyyatı

janrlarının - dram, roman, hekayə, novella, povest, poema və s.

yazılmasına  güclü  təsir  göstərmişdir.  Onun  1850-1855-ci  illər

arasında yaratdığı altı dram əsəri özündən sonra Yaxın və Orta

Şərq  ədəbiyyatlarında ədəbi  məktəb  formalaşdırmışdır. Xalqın

maariflənməsində, çağdaş ədəbi-mədəni, elmi dəyərlərə qovuş-

masında  sənətin  və  ədəbiyyatın  roluna  yüksək  qiymət  verən

M.F.Axundzadə Şərqdə  ilk  dəfə  dram  janrında əsərlər  yarat-

mışdır.  Onun  “Təmsilat”  adı  altında  birləşdirilmiş  altı  kome-




diyası  (“Hekayəti-Molla  İbrahimxəlil  kimyagər”,  “Hekayəti-

Müsyö  Jordan  həkimi-nəbatat  və  Dərviş  Məstəlişah  caduküni-

məşhur”, “Hekayəti-xırs quldurbasan”, “Sərgüzəşti-vəziri-xani-

Lənkəran”,  “Sərgüzəşti-mərdi-xəsis  (Hacı  Qara)”,  “Mürafiə

vəkillərinin  hekayəti”)  1859-cu  ildə  Tiflisdə  nəşr  edilmişdir.

M.F.Axundzadə,  bəzi  tədqiqatçıların  yanlış  olaraq  düşündüyü

kimi, heç də rus çarizminin təbliğçisi kimi çıxış etməmiş, lazım

gəldikdə  üstüörtülü şəkildə,  ezop  dili  ilə  Rusiya  imperializ-

minin  müstəmləkə  siyasətini  kəskin  tənqid  etmişdir.  Onun

“Kəmalüddövlə  məktubları”  (1865),  “Aldanmış  kəvakib”

(1857) kimi nəsr əsərləri təkcə qonşu İranın tarixi keçmişini və

dövlət  quruluşundakı  nöqsanları  deyil,  eyni  zamanda, ədibin

özünün  də  içərisində  yaşadığı  ictimai  mühitin  və  siyasi

quruluşun eyiblərini açıb göstərirdi.

Bütövlükdə  Azərbaycan  ədəbiyyatını  xarakterizə  edən

dərin etik başlanğıc, humanizm, ədalətsevərlik,  səmimiyyət və

doğruçuluq  motivləri  Axundzadə  yaradıcılığında  davam  və

inkişaf etdirilərək gələcək nəsillərə tövsiyə edilir. Mirzə Fətəli

Axundzadə  Azərbaycan  ədəbiyyatının ən  qabaqcıl ənənələrini

davam  etdirərək,  təkcə  bir  yazıçı  və şair  kimi  deyil,  həm  də

alim,  filosof,  ictimai  xadim  kimi  çıxış  edir,  bütün  yaradıcı-

lığının  qayəsini  xalqının  xoşbəxt  həyatının  təmin  edilməsində

görürdü. Ədəbiyyatı,  fəlsəfəni,  əlifbanı, ədəbi  dili,  teatrı,

mətbuatı, təhsili, mədəniyyətin demək olar ki, bütün sahələrini,

ictimai  düşüncənin  bütün  aspektlərini  əhatə  edən  bu  reform

sistemi  o  zaman  üçün  qloballaşma,  modernləşmə  sistemi

səciyyəsi  daşımışdır.  Realist  sənət  prinsipləri  ədəbi-estetik

meyar kimi irəli sürülmüşdür. Şəbeh tamaşaları əvəzinə xalqın

öz  dilində  Molyersayağı  təmsilata  üstünlük  verilmişdir.  Latın

əsaslı əlifba  sonralar İsmayıl  Qaspralının  konsepsiyalaşdırdığı

“Dildə,  fikirdə,  işdə  birlik” şüarının  təməli  kimi  ortaya

qoyulmuşdur,  elmi-fəlsəfi  traktatlar  siyasi  pamfletlər  kimi

səsləndirilmişdir, yeni nəsr, satira örnəkləri Avropa standartları

ilə  yaradılmışdır.  Və  bütün  bu  islahat,  əslində  inqilab  yolunda




M.Fətəli yeni sistemi - Avropa düşüncə sisteminin bünövrəsini

qoymuşdur;  öz  dediyi  kimi  “Və  məndən  ancaq  əndazə  və

nümunə göstərmək idi və baniyi-kar olmaq”.

Mirzə  Fətəlinin  gördüyü  üfüqlər  olduqca  aydın  və  işıqlı

idi. O yazır: “Keçmişlərdə Avropada da belə zənn edirdilər ki,

zalimə  zülmü  tərk  etdirmək  üçün  ona  nəsihət  etmək  lazımdır;

sonra gördülər ki, nəsihət zalimin təbiətinə qətiyyən təsir etmir.

Buna görə də millət özü, dinin maneəsizliyi sayəsində elmlərdə

tərəqqi edərək birliyin faydalarını anladı və bir-biri ilə  yekdil-

yek  cəhət  olub,  zalimə  müraciətlə  dedi:  “Səltənət  və  hökumət

büsatından əl çək!”.

M.Fətəli elə həmin yazısında kəlmələrin elmi-qrammatik

şərhindən sonra müraciətini qəti və sərt şəkildə sonuclayır: “Ey

nadan, sən ki, qüdrət, səy və bacarıq cəhətdən zalimdən qat-qat

artıqsan,  bəs  nə  üçün  zülmə  qatlaşırsan?  Qəflət  yuxusundan

oyan və zalimin atasının goruna od vur!”

“Qan  qoxuyan”  (M.Cəlil)  bu  müraciət  çox  illər,  çox

yollar  keçmiş,  çox  dolaylar  adlamış və  bu  gün  vətənimiz

doğma Azərbaycanda böyük, qarşısıalınmaz bir qüvvənin yeni

dünya  qurmaq,  yeni  həyat  yaratmaq  idealının  həqiqətinə

çevrilmişdir.

M.F.Axundzadə 1878-ci il fevralın 26-da ürək xəstəliyin-

dən  vəfat  etmiş və vəsiyyətinə görə Tiflisdə vaxtilə Tatar

qəbiristanlığı  adlanan  qəbiristanlıqda  (indiki  Nəbatat  bağında)

müəllimi Mirzə Şəfi Vazehin və qohumlarının olduğu Yemlikli

Yerbatan adlanan yerdə dəfn olunmuşdur.




Yüklə 465,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə