Təbliği Respublikanın kütləvi və ixtisas


“M.F.Axundzadə elm  və maarif  haqqında”



Yüklə 465,7 Kb.
səhifə8/16
tarix25.06.2018
ölçüsü465,7 Kb.
#51407
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

“M.F.Axundzadə elm  və maarif  haqqında” adlı tematik  gecə

keçirmək


məqsədəuyğun

olardı.


Kitabxanaçı

mövzu  ilə

yaxından  tanış  olmalı,  maraqlı  faktlar əsasında  tədbirin

ssenarisini tərtib etməlidir. İştirakçıların yaş həddi nəzərə alın-

malı, elə materiallar  seçilməlidir  ki, oxucuda M.F.Axundza-

dənin yaradıcılığına hörmət hissləri aşılansın.

Gecə kiçik  məruzə və mühazirə ilə başlayır. Məruzədə

Axundzadənin  elm  və maarif  haqqında  fikirləri,  cəmiyyətin

bütün üzvlərinə - qadına, kişiyə fərq qoyulmadan təhsil və tər-

biyə verməyin  böyük  bəşəri əhəmiyyətindən,  ölkənin  hər

yerində məktəblərin  açılmasından,  kitabxanalar  təşkil  edilmə-

sindən və s.  danışılmalıdır. Gecə,  tədbirdə iştirak  edən  ziyalı

fəalların  çıxışları  ilə başa  çatır.  Tədbir  keçirilən  bina yubileyə

uyğun plakatlar, fotomontajlar ilə bəzədilir. Gecə üçün sərgilər,

kitab

vitrinləri  hazırlamaq,



tövsiyə

edilən


ədəbiyyatın

siyahısını orda yerləşdirmək məsləhətdir.

Tematik gecədə Axundzadəyə həsr edilmiş sənədli və ya

bədii filmlərdən birinin göstərilməsi də yaxşı olardı.

M.F.Axundzadə gənc  nəslə bəşəriyyətin  gələcək  ümidi

kimi  baxır,  onun  təlim  və tərbiyə məsələlərinə böyük əhə-

miyyət  verirdi. Axundzadə ölkənin  hər  yerində kütləvi  mək-

təblər,  şəhərlərdə ali  və orta  ixtisas  məktəbləri,  darülfünunlar

açılmasını,  elmi  tədqiqat  idarələri,  kitabxanalar  təşkil  edilmə-

sini istəyirdi. O inamla  demişdir ki, gələcəkdə çoxlu mütəfək-

kirlərimiz və alimlərimiz yetişəcək, böyük elmi əsərlər yarana-

caqdır. “Sağlıq olarsa gələcəkdə biz də kitab sahibi olacağıq. O

zaman  biz Avropa və yeni  dünyanın  malik  olduğu  bir  çox

kitabları,  o  cümlədən  tibb,  hikmət,  hesab,  coğrafiya,  hərbi  iş,

dənizçilik,  mühəndislik,  tarix,  inşa,  idarə üsulu,  məişət, əkin-

çilik,  səyahət,  mədənşünaslıq,  təbiət,  astranomiya,  kimya  və

bunlar kimi faydalı elmlərə aid kitabları əldə edəcəyik. Onların

vasitəsilə qabaqcıl  xalqların  malik  olduğu  müxtəlif  elmlərə,

sənətlərə və hünərlərə yiyələnəcəyik”.



Axundzadə xalqın elmləri asanlıqla öyrənib mənimsəmə-

si üçün yeni əlifbanı ən mühüm vasitə hesab edirdi.

Bu  yolda  planlı,  sistemli  fəaliyyətə isə M.F.Axundzadə

1857-ci  ildən  başlamışdır. Böyük alim əlifba  islahatını  həyata

keçirmək  üçün  20  ildən  artıq  mübarizə aparmış,  bununla  da,

Şərq  xalqlarının  azadlığı  və tərəqqisi  işinə kömək  etmişdir.

Azərbaycan  mədəniyyəti  tarixində tək-tək  ziyalı  tapmaq  olar

ki,  o,  mütəfəkkir  alim,  böyük  dramaturq,  dil  məsələlərində

alovlu  və prinsipial  mübariz M.F.Axundzadə qədər əlifba

problemini  ön  plana  çəkmiş  olsun.  Onun  fikrincə,  dil  və yazı

mədəni yüksəliş üçün çox mühüm və əvəzsiz bir vasitədir.

Böyük  dramaturq  öz  yaradıcılığında  şeir,  dram,  nəsr

dilinə,  terminalogiya  məsələlərinə toxunmuş,  Azərbaycan

dilinin  orfoqrafiya  və orfoepiyası  üçün  dəyərli  fikirlər  söylə-

miş,  yazıda  aydınlığı,  dəqiqliyi  təmin  etməkdə durğu  işarələ-

rinin  vacibliyini  elmi  şəkildə şərh  etmişdir.  Bir  sıra  durğu

işarələrinin – sual (?), mötərizə ( ), dırnaq (“ ”), qoşa nöqtə (:),

üç  nöqtə (...),  nida (!) işarələrini  yeni əlifbaya - latın  qrafikalı

əlifbaya ilk gətirən məhz o olmuşdur. Cəhalətin hökm sürdüyü

və dilçilik elminin inkişaf etmədiyi XIX əsrdə M.F.Axundzadə

ürək  ağrısı  ilə yazmışdır:  “...Övladlarımız  və gələcək  nəsil

görəcəklər  ki,  müasirlərimiz nə qədər  şüursuz  olmuşlar  və

minlərlə təəssüf  edəcəklər.  Bizim  ideyamızı  həyata  keçirəcək,

qəbrimizin  üstündə abidə qoyacaqlar.  O  zaman  mənim  arzum

yerinə yetəcək və mən indidən rahat ola bilərəm. Hərçənd mən

o sevincli və könül açan epoxaya qədər yaşamayacağam”.

Onun  ideyalarının  və arzularının  həyata  keçməsində bir

neçə


dəfə

məqam 


yaransa 

da, 


uğursuz 

olmuşdur.

M.F.Axundzadənin arzu  və istəklərini,  ideyalarını neçə illər

sonra XXI əsrin əvvəllərində həyata keçirən müstəqil Azərbay-

can Respublikası və onun ümummili lideri Heydər Əliyev oldu.

30  oktyabr  1997-ci  ildə Azərbaycan  yazıçılarının  X

Qurultayında  Heydər Əliyev “Bizim ədəbiyyatımız,  mədəniy-

yətimiz xalqımızın sərvətidir və intellektual mülkiyyətimizdir”




mövzusunda  geniş  və dərin  məzmunlu  bir nitq  söyləmişdir.

Nitqinin bir  hissəsi  Azərbaycan  xalqının  yazı  mədəniyyətinə,

XIX-XX əsrlərdə bu  sahədə gedən  proseslərdən, M.F.Axund-

zadənin tarixi,  özü  də əvəzsiz  xidmətlərindən,  onun  uzaq-

görənliyindən  söz  açır:  “...Keçən əsrin,  XIX əsrin  ortalarında

M.F.Axundzadə Azərbaycanda  latın əlifbasını  tətbiq  etməyə

çalışıbdır. Onun bu barədə fəaliyyəti məlumdur. Mən onun bir

neçə məktubuna    baxdım,  arxivdəki  məktublarının  bəziləri  ilə

tanış  oldum.  Bunu  keçmişdə də deyirdim.  Amma  bu son  za-

manlar  mən  onu  xatırladım,  hafizəmdə bir  daha  təzələdim.  O,

nə qədər uzaqgörən bir insan imiş! Çünki latın əlifbasını təbliğ

etmək istəmişdir.

...İndi  biz M.F.Axundzadənin XIX əsrin  ortalarındakı

arzularını,  niyyətlərini  həyata  keçiririk.  Amma ümidvaram  ki,

bunu əlimizdən  daha  heç  kim  ala  bilməyəcəkdir.  Çünki  biz

artıq  müstəqil  bir  dövlətik  və müstəqilliyimiz  də daimidir,

əbədidir”. Ümummilli  lider  Heydər Əliyevin  bu  qədər  diqqət

verdiyi  bu  insan  haqqında  kitabxanada rayonların  mədəniyyət

şöbələrindən,  müxtəlif  təşkilatlardan  dəvət  edilmiş  qonaqların

iştirakı ilə “M.F. Axundzadə böyük islahatçı olmuşdur” adlı

dəyirmi  masa  keçirmək  olar. Dəyirmi  masada  XIX əsrin

görkəmli  maarifçi-demokratı,  ictimai  xadim  və pedaqoqu

M.F.Axundzadənin ömrünün  20  ilini əlifba  islahatına, xalq

kütlələrinin 

savadlanmasına, 

ana 


dilində

məktəblərin,

ədəbiyyat  və

mətbuatın  yaradılmasına,

ərəb

əlifbasının



dəyişdirilməsinə həsr  etməsindən,  yeni əlifba  layihəsini  tərtib

edərək,  1863-cü  ildə Osmanlı hökuməti  qarşısında  bu  barədə

məsələ qaldırmasından,  sağlığında  bu  ideyanı  həyata  keçirə

bilməməsindən,  onun  təşəbbüsünün  nəticəsiz  qalmadığından,

tezliklə

Azərbaycanda

əlifba  islahatına

başlanmasından,

M.F.Axundzadənin maarifçilik və yeni əlifba uğrunda apardığı

mübarizənin  Azərbaycan  ziyalılarına  böyük  təsirindən  və

nəhayət onun ideyalarının ümummilli lider H.Əliyev tərəfindən

həyata keçməsini təsdiqləyən 25 dekabr 1991-ci il tarixli “Latın




Yüklə 465,7 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə