Təbliği Respublikanın kütləvi və ixtisas



Yüklə 465,7 Kb.
səhifə5/16
tarix25.06.2018
ölçüsü465,7 Kb.
#51407
1   2   3   4   5   6   7   8   9   ...   16

- filmlər;

- linklər;



Fotoqalereya

Onun əsərləri 1837-ci ildən başlayaraq müxtəlif qəzet və

jurnallarda,  məcmuələrdə,  ayrıca  kitab  halında  Bakıda,  Tiflis-

də,  Peterburqda,  Moskvada,  Berlində,  Parisdə,  Vyanada,

Londonda, Amsterdamda müxtəlif illərdə çap olunmuşdur.

M.F.Axundzadənin  yaradıcılığı ədəbiyyat  tariximizin ən

qiymətli  və ən  dəyərli  səhifələrindəndir.  O, misilsiz  istedada

malik  mütəfəkkir,  yazıçı-dramaturq,  dövlət  və ictimai  xadim

olmaqla  yanaşı,  yeni ədəbi-bədii  məktəb  yaratmışdır.  Onun

yaradıcılığı,  fəaliyyəti  sözün əsl  mənasında  dahilikdən  soraq

verir. Yubileyə hazırlıq  zamanı M.F.Axundzadənin həyat  və

fəaliyyətini  təbliğ etmək üçün kitabxanada “M.F.Axundzadə-



200” adlı sərgi  təşkil  etmək  olar.  Sərginin məqsədi oxucuları

Axundzadənin yaradıcılığı  ilə tanış  etmək,  onları mütaliə

etməyə cəlb  еtmək və kitabxananın  fondunda  Axundzadəylə

bağlı ədəbiyyatı охucular qarşısında açmaqdır.



Başlıq: “M.F.Axundzadə -200

Yubileylə bağlı Mirzə Fətəli  Axundzadənin  200  illik

yubileyinin  keçirilməsi  haqqında  Azərbaycan  Respublikası

Prezidentinin Sərəncamı: 13 aprel, 2010-cu il

Yubilyarın şəkli

Sitat: Mirzə Fətəli Axundzadə bütün həyatı boyu doğma

vətəninin  və xalqının  tərəqqisi  yolunda  yorulmadan  çalışaraq

yeni dövrün irəli sürdüyü mühüm elmi, mədəni və ictimai-siya-

si  məsələlərə daim  fəal  münasibət  ifadə edən  və zamanın  qa-

baqcıl  ideyalarından bəhrələnməyə çağıran  yaradıcılığı  ilə

Azərbaycan  mədəniyyətinin  inkişafı  tarixində parlaq  səhifə

açmışdır.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti




İzahlı  mətn: Mirzə Fətəli  Məhəmmədtağı  oğlu  Axund-

zadə 30 iyun 1812-ci ildə Nuxa (indiki Şəki) şəhərində anadan

olmuşdur.

M.F.Axundzadə bədii yaradıcılığa “Səbuhi” təxəllüsü ilə

yazdığı  “Zəmanədən  şikayət”  adlı    şeirlə

başlamışdır.

M.F.Axundzadə 1850-1855-ci  ildə “Hekayəti-Molla  İbrahim-

xəlil  kimyagər”,  “Hekayəti-Müsyö  Jordan  həkimi-nəbatat  və

dərviş  Məstəli  şah  caduküni-məşhur”  (1850),  “Hekayəti-xırs

quldurbasan”  (1851),  “Sərgüzəşti-mərdi-xəsis”  (“Hacı-Qara”-

1852) və “Mürafiə vəkillərinin hekayəti” (1855)  adlı komedi-

yalarını yazmışdır.

1878-ci ildə vəfat edib.

I bölmə

M.F.Axundzadənin həyat və yaradıcılığı

İzahlı  mətn:

M.F.Axundzadə

təxminən  45  illik

yaradıcılıq  dövründə Azərbaycan ədəbiyyatının  ictimai  fikir

tarixinin,  elm,  fəlsəfə və publisistikasının,  mədəniyyət  və

maarifin  inkişafına  ciddi  təsir  göstərmiş  yeganə və dahi  bir

şəxsiyyətdir. Onun ədəbiyyat, elm, fəlsəfə, maarif və mədəniy-

yət sahəsindəki yenilikləri Şərq xalqlarının mədəni inkişafında

ilk addım kimi təqdirəlayiqdir.

Axundzadə, M. F. Əsərləri  [Mətn]:  [3  cilddə]  /Mirzə

Fətəli Axundzadə; tərt. ed. və ön sözün müəl. N.Məmmədov.-

Bakı: Şərq-Qərb, 2005.- C.I.- 296 s.; C.II.- 376 s.; C.III.- 296 s.

Axundov, M.F. Bədii  və ədəbi-tənqidi əsərləri [Mətn]

/Mirzə Fətəli  Axundzadə; tərt. ed.,  ön  sözün  müəl. və red.

N.Məmmədov.- Bakı: Çaşıoğlu, 2004.- 280 s.

Axundov, M.F. Əsərləri  [Mətn]:  [2  cilddə] /M.F.Axun-

dov.- Bakı: Atilla, 2000.- C.I.- 126 s.; 2001.- C.II.- 106 s.

Axundov, M. F. Əsərləri [Mətn]: 3 cilddə /M.F.Axundov;

red. hey. M.Z.Cəfərov, F.Köçərli, Ə.M.Mirəhmədov və b.; tərt.

ed.,  müqəddimə və izahların  müəl. N.Məmmədov;  cildin  red.




H.Məmmədzadə;  AzSSR  EA  Nizami  ad. Ədəbiyyat  İn-tu.-

Bakı: Elm, 1987.- C.I.- 317 s.

Ахундов, М. Ф. Обманутые звезды: рассказ о Юсиф-

шахе [Текст]:  повесть  /М.Ф.Ахундов;  ред.  Э.Азизова;

худож. А.Гулиев.- Баку: Təhsil, 2009.

II bölmə

M.F.Axundzadənin bədii yaradıcılığı haqqında

Sitat. Gənc  Mirzə şiddətli  zəkası  ilə dan  ulduzu  kimi

parlamış, özündən sonra yetişən gənc şair və ədiblərə uzun bir

müddət  rəhbər  və mürşid  olmaqla  bərabər  yenə də tarixi-

ədəbiyyatımızda hamıdan yüksək bir mövqe tutaraq, hamısının

məfövqündə qalmış  və şəxsiyyəti-ədəbiyyəsini,  şöhrəti-qələ-

miyyəsini mühafizə edə bilmişdir.



A.Şaiq

Əliyev,  H. Ədəbiyyatın  yüksək  borcu  və amalı [Mətn]

/Heydər Əliyev.- Bakı, 1999.- S.421-422.

Abbaslı,T. Azərbaycan teatrının banisi [Mətn] /T.Abbaslı

//Mədəniyyət.- 2010.- 21may.- S.4.

Süleymanlı, S.  Mirzə Fətəli  Axundzadə (1812-1878)

[Mətn] //S.Süleymanlı. Azərbaycan ədəbiyyatı ensiklopediyası:

ən qədim dövrlərdən 1920-ci ilədək.- Bakı, 2008.- C.I.- S.181-

192.

Əhmədli, N.  Mirzə Fətəli  Axundzadə (1812-1878)



[Mətn]  //N.Əhmədli. Korifeylərin  portretləri.- Bakı,  2008.-

S.98-103.

Yüksək  istedada  zəhmət  və mütaliə sahəsində geniş  və

universal biliklərə, sözün tam mənasında dövrünün bütün elmi

nailiyyətlərinə bələd, dərin zəkaya malik olan M.F.Axundzadə

qələmə aldığı  bütün  sahələrdə xüsusi  və nadir  bacarığı

olduğunu  sübut  etmiş,  ölməz əsərlər  yaratmışdır. Onun qoyub

getdiyi elmi-ədəbi irs olduqca geniş və zəngindir. Bu irsi təbliğ




etmək  üçün  kitabxanaçı ərazidə yerləşən  məktəbin  dil-ədə-

biyyat  müəllimi  ilə birlikdə məktəbli  oxucular  üçün Axund-

zadənin həyatı,  yaradıcılığı  ilə bağlı Sual  cavab  gecəsi keçirə

bilər. Sual-cavab  gecəsinin  mahiyyətini  və əhəmiyyətini  aç-

maqdan ötrü əsas mənbə hesab olunan kitablar seçilməli, sonra

suallar  hazırlanmalıdır.  Nümunə üçün “Böyük  maarifçi-yazıçı



M.F.Axundzadə” adlı sual-cavab gecəsi göstərilir:

1. Axundzadənin doğulduğu ailə və yer.

2. Axundzadənin ilk  təhsili  və tərbiyəsi  ilə kim  məşğul

olmuşdur?

3. Axundzadənin rus dilini öyrənməsi və Tiflis mühitinin

onun yetişməsindəki rolu nədən ibarətdir?

4. Axundzadənin sevdiyi,  tanışı  olan  şair  və yazıçılara

(Mirzə Şəfi Vazeh, Q.Zakir, Bestujev-Marlinski, A.S.Puşkin və

s.) qarşı münasibəti necə olmuşdur?

5. M.F.Axundzadənin məmurluq həyatı və gəzdiyi yerlər

haqqında nə bilirsiniz?

6. Mirzə Fətəlinin ədəbi  həyata  başlaması  və yaradıcılıq

illəri hansılardır?

7. Mirzə Fətəlinin  yeni əlifba  haqqındakı fəaliyyəti

haqqında nə bilirsiniz?

8. M.F.Axundzadənin ölümü,  ailə üzvlərindən  qalanlar

haqqında məlumatınız varmı?

Sualların  qabaqcadan  tоplanması,  tədbir  zamanı  yеni

sualların  da оrtaya çıхmasını  istisna еtmir.  Hazırlıq  prosesi

bitdikdən sonra sual-cavab gеcəsinin keçiriləcəyi  yеri və vaхtı

göstərən еlan hazırlanır. Sual-cavab gеcəsi оna yеkun vurulma-

sı ilə bitir. Cavabların gеcədə iştirak еdənləri nə dərəcədə qanе

еtdiyini,  gələn  sual-cavab  gеcəsini  hansı  mövzuya  həsr  еtmək

lazım  gəldiyini  öyrənməklə tədbiri  yekunlaşdırmaq  olar.

Vеrilən  suallara  daha  məzmunlu  cavab  vеrmək  üçün  sual-ca-

vab  gеcələrində Axundzadənin həyatını,  dövrünü, əsərlərini,

yaşadığı  evin,  ev  muzeylərini və s. əks  etdirən  fotoşəkillər,

illüstrasiyalar əldə edilməli  və ya  düzəldilməli,  həyat  və




Yüklə 465,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə