Təbliği Respublikanın kütləvi və ixtisas



Yüklə 465,7 Kb.
səhifə14/16
tarix25.06.2018
ölçüsü465,7 Kb.
#51407
1   ...   8   9   10   11   12   13   14   15   16

Q.M.Babayan,  C.İ.Hacıyev,  M.B.Dadaşov,  Ç.H.Cəfərov,

M.Ə.İbrahimov,  Q.Ə.Qarayev,  M.Ə.Məmmədov,  M.H.Mər-

danov, Mehdi Hüseyn, M.N.Nəcəfov, İ.İ.Nəzərov, P.B.Sabsay,

T.T.Salahov, T.M.Tağızadə və Y.B.Qarayev (məsul katib).

Respublika M.F.Axundov adına Mükafatlar komitəsində

Respublika komitəsi M.F.Axundov adına mükafat almaq

üçün irəli sürülən əsərləri qəbul etməyə başlamışdır;

1962-ci  il  noyabrın  1-dən  1964-cü  il  noyabrın  1-dək

dövrdə çap  edilmiş,  sərgidə və ya  ekranda  göstərilmiş ədəbiy-

yat və incəsənət əsərləri bu il nəzərdən keçiriləcəkdir.

Bu  il  mükafat  almaq  üçün  təqdim  edilən əsərlərin  qəbul

müddəti martın 15-dək müəyyən edilmişdir.

Mükafat  almaq  üçün  təqdim  edilən əsərlər  bu  ünvana

göndərilir:  Bakı,  Kommunist  küçəsi,  10,  2-ci  mərtəbə,  10

nömrəli  otaq,  Respublika  M.F.Axundov  adına  Mükafatlar

Komitəsi, telefon 2-54-83.



13 fevral 1965-ci il,

Ədəbiyyat və incəsənət qəzeti


Əlavə 6

Mirzə Fətəli Axundzadənin

seçilmiş fikirləri

Mənim  məqsədim...  Cəhaləti  aradan  qaldırmaq,  elmləri,

sənətləri inkişaf  etdirmək,  xalqımızın  azadlığı,  rifahı  və

sərvətinin  artması  üçün,  vətənin  abadlaşdırılması  üçün...

ədalətə rəvac verməkdir.

* * *


Oxumuşların 

sayı 


çox 

olan 


ölkələrdə

təfəkkür


sahiblərinin sayı da çox olur. Təfəkkür sahiblərinin çox olduğu

ölkədə isə həyatın bütün sahələrində xalq gündən-günə tərəqqi

edə bilər.

* * *


Bu  gün  millət  üçün  faydalı  və oxucuların  zövqü  üçün

rəğbətli  olan əsər  yaratmaq  lazımdır.  Bunun  üçün  gözəl

məzmun tapmaq yaradıcı təbin xüsusiyyətlərindəndir.

* * *


İndi  bizim  müxtəlif  elmlərə aid  kitabımız  yoxdursa,

yaxın  gələcəkdə bizdə dünyanın  mədəni  ölkələrinin  malik

olduğu  bir  çox  kitabları,  o  cümlədən  tibb,  hikmət,  hesab,

coğrafiya,  hərbi  iş,  dənizçilik,  mühəndislik,  tarix,  inşa,  idarə

üsulu,  məişət, əkinçilik, səyyahlıq,  mədənşünaslıq,  təbiət,

astronomiya,  heyət,  kimya  və bunlar  kimi  faydalı  elmlərə aid

kitabları əldə edəcəyik xalqların malik olduğu müxtəlif elmlərə

və hünərlərə yiyələnəcəyik.




* * *

...Yaxın gələcəkdə vətənimiz yadların ardınca gedənlərin

mənhus  vücudundan  təmizlənəcəkdir!  Yurdumuz  yenidən

gülüstana çevriləcəkdir.

* * *

Mənim  xalqımın  fitri  istedadı  Avropa  xalqlarının  fitri



istedadından qat-qat  artıqdır.

* * *


Dinin əsas məqsədi əxlaqdır.

* * *


İnsanların  yeddi  vəzifəsi  vardır. Əgər insan  bütün  bu

vəzifələri  yerinə  yetirərsə, bu halda kamil insan sayılır, əgər o

bunların  bir  hissəsini  yerinə  yetirərsə,  natamam  insan  sayılır;

əgər o bu yeddi vəzifənin heç birinə əməl etmirsə, deməli insan

qismindən  çıxır  və  heyvan  qisminə  daxil  olur. Birinci  vəzifə

bundan  ibarətdir  ki,  insan  pis  əməllərdən  uzaq  olsun. İkinci

vəzifə  xeyir  işlər  görməkdir.  Üçüncü  vəzifə  zülmə  qarşı

mübarizə  aparmaqdır.  Dördüncü  vəzifə  cəmiyyətdə  öz  yol-

daşları  ilə  ittifaqda  yaşamaqdır.  Beşinci  vəzifə  elm  yolu  ilə

getməkdir. Altıncı vəzifə elmi hər yanda yaymağa çalışmaqdır.

Yeddinci  vəzifə  ondan  ibarətdir  ki,  insan  öz  qüvvəsi,  imkanı

daxilində onunla ittifaqda olan cəmiyyətdə, öz həmvətənləri və

həmfikirləri  arasında  qanuni  hüquqlarının  müdafiəsi  üçün

mübarizə aparsın.




* * *

Mirzə Şəfi bütün mətalibi ürfaliyyəti mənə təlğin etdi və

gözümün  qabağından  qəflət  pərdəsini  qaldırdı.  Bu  hadisədən

sonra ruhanilikdən nifrət etdim və öz fikrimi dəyişdirdim.

* * *

Dünyada heç bir nemət  həyatın əvəzi ola bilməz və onu



hər cüzi şey üstündə və ədalət pərdəsi altında azad insanlardan

almaq olmaz.

* * *

Qəzəblənmək  həmişə acıqdan  olmur,  süstlükdən  və



qayda-qanunsuzluqdan dəxi əmələ gəlir.

* * *


Yazıçılar bəşəriyyətin ən  şərəfli nümayəndələridir.

* * *


Cəmiyyət  öz  fərdlərinə fikir  azadlığı  verməzsə və onları

ata-babasının  və övladının  qərar  verdikləri  şeylərlə kifayətlən-

məyə və bunlardan kənara çıxmamağa... məcbur edərsə, bu hal-

da onlar dəyirman atlarına bənzərlər.

* * *

Millət  özü  bəsirət  və elm  sahibi  olmalı,  ittifaq  və



yekdillik əsaslarını əldə etməli,  sonra  zalıma  müraciət  edərək

deməlidir: səltənət və hökümət büsatından əl çək!




* * *

İnsan növünün tərəqqisi ağıl ilədir.

* * *

Fəsahətli  kəlam  ondan  ibarətdir  ki,  müxtəsər  və aydın



olsun.

* * *


Pis və çirkin adətləri insanın qəlbindən tənqid, istehza və

məsxərədən başqa hec bir şey qoparıb çıxara bilməz.

* * *

Sərxoşluq əxlaqca pozulmanın ən eybəcər əlamətidir.



* * *

Və məndən  ancaq əndazə və nümunə göstərmək  idi  və

baniyi-kar olmaq.

* * *


Elm bəşəriyyəti asudəçilik və səadətə doğru aparır.

* * *


“Sizin  qəzetinizin əsas  məziyyətlərindən  biri  ifadənin

gözəlliyi,  ibarələrin  zərifliyi  və aydınlığı,  imlanın  düzgünlüyü

olmalıdır”.



* * *

Vətən sevgisi üzündən,

Çox tədbirlərə əl atdım...

* * *


Əgər  yaxşı dost  axtarırsansa,  özün  yaxşı  dost  ol.  Çünki

dost axtaran kəs asanlıqla səni tapsın.

***

Nə qədər ki sağam, İstambul nazirlərinə qarşı qələmimlə



vuruşacağam.  Mən  və mənim  yavərim  siz,  öldükdən  sonra

bizim  müasirlərimizin  nə dərəcədə şüursuz  olduğunu  görən

gələcək  nəsil  minlərcə dəfə halımıza  heyfslənəcək,  bizim

fikirimizi  həyata  keçirəcək  və qəbrimizin  üzərində heykəllər

qoyacaqlar...

***


Mənim  məqsədim  islam  xalqlarını  sarsıdan  cəhaləti

ortadan  qaldırmaq,  elmləri,  sənətləri  inkişaf  etdirmək,

xalqımızın  azadlığı,  rifahi  və sərvətinin artması  üçün,  vətənin

abadlaşdırılması  üçün  və islamiyyətdən əvvəl  babalarımızın

malik  olduğu  şən  və şövkətin  bərpa  edilməsi  üçün ədalətə

rəvac verməkdir.

***

Elmin  faydası  o  zaman  olur  ki,  Prus  xalqı  və



Yengüdünya  xalqı  kimi  bütün  camaat  qadınlı-kişili  elm

oxumuş  olsun..,  çobanlarımız...və qadınlarımız...  oxumağı  və

yazmağı bacarsınlar.



Yüklə 465,7 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə