Təbliği Respublikanın kütləvi və ixtisas



Yüklə 465,7 Kb.
səhifə12/16
tarix25.06.2018
ölçüsü465,7 Kb.
#51407
1   ...   8   9   10   11   12   13   14   15   16

“Az.Fan-ın  xəbərləri”  jurnalının 

yubiley  nömrəsi

M.F.Axundova  həsr  ediləcəkdir.  Həmçinin  M.F.Axundovun

həyat  və yaradıcılığı  haqqında  xüsusi  məqalələr  məcmuəsi

buraxılır və onun yaradıcılığı haqqında monoqrafiya nəşr edilir.

Dekabr  ayında M.F.Axundovun  anadan  olmasının  125

illiyi münasibətilə AzFanın sessiyası çağırılır.

Azərbaycan SSR XQS  yanında İncəsənət işləri idarəsinə

təklif  edilmişdir  ki,  M.F.Axundovun  həyat  və yaradıcılığını

təsvir edən sərgini yubileyə qədər təşkil etsin.

M.F.Axundovun  yaxşı portretini  çəkmək  üçün  konkurs

elan  edilir.  Zəhmətkeşlər  arasında  yaymaq  üçün M.F.Axundo-

vun xırda heykəli buraxılır.

Respublika  və

rayon  teatrlarının  bu  ilki  sezonu

repertuarına M.F.Axundovun pyesaları daxil ediləcəkdir.

Yubiley münasibətilə Bakı Kino studiyası, M.F.Axundo-

vun həyat  və yaradıcılığına  dair  xronika  filmi  hazırlayır. Bun-

dan  başqa kino studiyası 1939-cu  ildə M.F.Axundovun əsər-

lərindən birinin süjeti əsasında kino filmi hazırlayacaqdır.



4 noyabr 1938,

Kommunist qəzeti


Əlavə 3

M.F.Axundovun anadan olmasının 150 illiyi

qarşısında

Azərbaycanın  görkəmli  yazıçı  və materialist  filosofu

Mirzə Fətəli Axundovun  anadan  olmasının  150  illiyi  bu  il

tamam olur. İnsanpərvərlik, sülh, azadlıq və xalqların tərəqqisi

ideyalarını  öz yaradıcılığında  tərənnüm  edən  böyük  Azər-

baycan yazıçısının yubileyi Ümumdünya Sülh Şurasının keçən

il  dekabrın  16-19-da  Stokholmda  keçirilmiş  sessiyasının

qərarına əsasən  1962-ci  ildə mədəniyyət  sahəsində əlamətdar

yubileylərdən biri kimi qeyd ediləcəkdir.

Sovet  sülhü  müdafiə komitəsi  ilə SSRİ Yazıçılar İttifaqı

bu əlamətdar  hadisəni  Moskvada  birlikdə qeyd  edəcəklər.

Sovet İttifaqının digər şəhərlərində yubiley ilə əlaqədar, bir sıra

tədbirlər  görüləcəkdir.  M.F.Axundovun  anadan  olmasının  150

illiyini  qeyd etmək  xarici  ölkələrin  sülhü  müdafiə milli

komitələrinə də məsləhət görülmüşdür.

Əlamətdar  ildönümü  münaslbətilə respublika  yubiley

komitəsi  yaradılmışdır.  Komitəyə Azərbaycan  KP  MK  katibi

N.M.Hacıyev  (sədr),  Azərbaycan  Rəssamlar  İttifaqının  sədri

N.Q.Əbdürrəhmanov,

Respublikanın 

Mədəniyyət

naziri


A.S.Bayramov, Respublika Nazirlər  Soveti  Ali  təhsil  və orta

ixtisas  təhsili  komitəsi  sədrinin  müavini  Z.İ.Hüseynova,

Respublika  Elmlər  Akademiyası  prezidentinin  müavini,

akademik  M.A.Dadaşzadə,  Nizami  adına Ədəbiyyat İnstitutu-

nun şöbə müdiri M.C.Cəfərov, Azərbaycan KP MK Təbliğat və

təşviqat şöbəsinin müdiri M.A.Qaziyev (sədrin müavini), Lenin

adına APİ-nin kafedra müdiri F.S.Qasımzadə, Azərbaycan SSR

Nazirlər  Soveti  sədrinin  müavini Ə.H.Kərimov,  Azərbaycan

KP Nuxa rayon komitəsinin katibi Ə.Məmmədov, Azərbaycan

Yazıçılar  İttifaqının  birinci  katibi  Mehdi  Hüseyn,  Azərbaycan




Elmlər  Akademiyası  fəlsəfə bölməsinin  baş  elmi  işçisi

Ş.Mirzəyeva, Azərbaycanın Xalq yazıçısı S.Rəhimov daxildirlər.

Nizami  adına Ədəbiyyat və Dil  İnstitutunun şöbə müdiri

M.Y.Quluzadə yubiley komitəsinin elmi katibi təyin edilmişdir.

M.F.Axundovun  yubileyi  1962-ci  ilin  oktyabr  ayında

keçiriləcəkdir.



Bildiriş

M.F.Axundovun  anadan  olmasının  150  illiyini  keçirən

Respublika  Yubiley  Komitəsi Nizami  adına  Azərbaycan

Ədəbiyyatı Muzeyinin binasında (Bakı, Kommunist küçəsi, 33,

1-ci mərtəbə) yerləşir.

Komitənin

əməkdaşları 

M.F.Axundovun 

anadan

olmasının  150  illiyinin  keçirilməsi  ilə əlaqədar  olan  bütün



məsələlər  barəsində elmi-metodiki  məsləhətlər  verirlər. Hər

gün saat 10-dan saat 16-dək məlumat və məsləhət almaq olar.

Telefon: 2-20-65

Respublika Yubiley Komitəsi.



17 fevral 1962,

Ədəbiyyat və incəsənət qəzeti


Əlavə 4

Azərbaycan KP Mərkəzi komitəsi M.F.Axundovun

anadan olmasının 170 illiyi haqqında qərar qəbul

etmişdir.

Qərarda deyilir: Anadan olmasının 170 illiyi 1982-ci ildə

tamam olan görkəmli mütəfəkkir, Şərqdə materialist fəlsəfənin

banisi,  Azərbaycan

ədəbiyyatının  klassiki,  milli  realist

dramaturgiyanın, teatrın və nəsrin banisi, inqilabçı demokrat və

maarifçi  M.F.Axundov  Azərbaycan  mədəniyyəti  xəzinəsinə

misilsiz töhfə vermişdir.

M.F.Axundovun ədəbi-bədii  irsi  zəngin  və rəgarəngdir.

Onun  geniş  şöhrət  qazanmış  komediyaları,  “Aldanmış

kəvakib” povesti Azərbaycan ədəbiyyatının yeni ideya məzmu-

nu  ilə zənginləşdirilmişdir.  Bu əsərlərdə xalq  həyatının  geniş

mənzərəsini doğru-düzgün,  dərindən əks  etdirilmiş,  Azərbay-

canın  sosial  və mənəvi  inkişafının  mühüm  məsələlərinə toxu-

nulmuşdur.  Böyük  yazıçının komediyaları  dünyanın  bir  çox

xalqlarının  dillərinə tərcümə olunmuş,  Rusiyanın, Avropanın

və Şərqin  bir  sıra  teatrlarında  tamaşaya  qoyulmuş,  qonşu

ölkələrin ədəbiyyatında  və incəsənətində realist  istiqamətin

inkişafına güçlü və nəcib təsir göstərmişdir.

M.F.Axundovun  məqalələri,  məktubları  və xüsusən

Azərbaycanın və bütün Şərqin materialist fikrinə dair görkəmli

əsəri - “Kəmalüddövlə məktubları” fəlsəfi traktatı onun yaradı-

cılıq  irsində müstəsna  yer  tutur.  Fəlsəfi  traktatda  XIX əsrdə

Rusiyanın və Qərbi Avropanın, Azərbaycanın və bütün Şərqin

qabaqcıl  fəlsəfəsi,  təbii-elmi,  tarixi,  ictimai-siyasi  ideyaları

dərindən əks  olunmuşdur. Bu əsərin əhəmiyyəti  ondan  ibarət

idi ki, M.F.Axundov feodal köləliyini və onun ideoloji üstquru-

munu məhv etməyə ehtirasla çağırırdı. Əsər böyük Azərbaycan

mütəfəkkirinin Rusiyada inqilabi hərəkatın təsiri altında forma-



Yüklə 465,7 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə