Təbliği Respublikanın kütləvi və ixtisas



Yüklə 465,7 Kb.
səhifə15/16
tarix25.06.2018
ölçüsü465,7 Kb.
#51407
1   ...   8   9   10   11   12   13   14   15   16

***

...Bəşər  övladına  səadət  və qurtuluş  o  zaman  nəsib

olacaqdır ki, istər Asiyada və istərsə də Avropada insanın şüuru

tamamilə əbədi  həbsdən  xilas  olsun  və bütün  işlərdə də,

təfəkkürdə də hadisələr  deyil,  insanın  ağlı  yeganə dəlil,  sənəd

və hakimi - mütləq olsun.

***

Canlılar  aləmində insan  daima  tərəqqi  tələb  edən  bir



növdür  və fikir  azadlığı  olmadan  tərəqqi  mümkün ola  bilməz.

Tərəqqinin  nəticəsini  zəmanəmizdə sivilizasyon  adlandırırlar.

Sivilizasyon elə bir ümumi sözdür ki, onun məzmununda bütün

sənətlər,  fəndlər,  qüdrəti-dövlət,  millətin  asayişi  və mədəniy-

yətin  bu  kimi  şərtləri  cəm  olmuşdur. Əgər  cəmiyyət  öz

fərdlərinə fikir  azadlığı  verməzsə onları  ata-babanın  və övli-

yaların  qərar  verdikləri  şeylərlə kifayət  etməyə və bunlardan

kənara çıxmamağa və ağıllarını mədəniyyət işlərində işlətməyə

məcbur edərsə, bu sürətdə fərdlər yer əkən, məhsul toplayan və

hər bir işi düşünmədən və fikir etmədən görən avtomat olarlar;

və ya  onlar  dəyirman  atlarına  bənzərlər  ki,  hər  gün  müəyyən

dairədə dolanarlar və öz vaxtında da arpa-saman yeyib su içər

və yatarlar,  sonra  yenə oyanıb  haman  dünənki  dolanışı

dünyanın  axırına  qədər  təkrar edərlər.  Və bu  biçarə atların

hərgiz  xətri  olmaz  ki,  dünyada  çəmənlər,  otlaqlar,  çayırlıqlar,

çiçəkliklər,  meşələr,  dağlar  və dərələr  vardır; əgər  bağlı

olmasaydılar,  dünyada  gəzərdilər  və o  könül  açan  yerləri

görərdilər  və dünya  nemətlərindən  tamamilə faydalanmış

olardılar.



***

Mən  sağ  ikən  komediyamın  öz  dilimizdə tamaşaya

qoyulması mənin üçün böyük xoşbəxtlikdir.

Bu gün “Hacı Qara”nı öz dilimizdə səhnədə göstərməklə

mənim ömrümün üstündə on il də artırdınız...

Bakıya  gəlib  bu  ilk  tamaşanı  öz  gözlərimlə görmədiyim

üçün təəssüf edirəm.



Əlavə 7

M.F.Axundzadə haqqında fikirlər

M.F.Axundzadənin yaradıcılıq  yolunu  səciyyələndirən

tarix səhifələrini vərəqləyərkən biz böyük iftixar hissi keçiririk

ki,  xalqımız  ağır  zamanlarda,  gerilik,  dini  fanatizm  şəraitində

belə görkəmli şəxsiyyət, öz dövrünü qabaqlayaraq gözəl əsərlər

yaradan bir insan yetişdirmişdir...



H.Ə.Əliyev,

ümummilli lider

Mirzə Fətəli  Axundzadə bütün  həyatı  boyu  doğma

vətəninin  və xalqının  tərəqqisi  yolunda  yorulmadan  çalışaraq

yeni  dövrün  irəli  sürdüyü  mühüm  elmi,  mədəni  və ictimai-

siyasi  məsələlərə daim  fəal  münasibət  ifadə edən  və zamanın

qabaqcıl  ideyalarından  bəhrələnməyə çağıran  yaradıcılığı  ilə

Azərbaycan  mədəniyyətinin  inkişafı  tarixində parlaq  səhifə

açmışdır.



İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

M.F.Axundov  ümumi  Şərq  xalqlarını,  xüsusən  azər-

baycanlıları  maarifləndirmək,  yeni  mədəniyyət  aləminə daxil

etmək,  feodalizm,  despotizm  və din əsarətindən  xilas  etmək

uğrunda  mübarizə apararkən,  ictimai  ünsiyyətin əvəzsiz

vasitəsi - mədəniyyətin  forması  və ən  kəskin  silahı  olan  dili

nəzərdən  qaçırmamış,  hətta  dil  və onun  təzahur  forması  olan

yazı (yəni özünün qəbul etdiyi kimi – “Qrafik dil”) məsələsi ilə

xüsusi məşğul  olmuşdur. O, dil və dilçilik məsələləri ilə həm

nəzəri,  həm  də əməli  surətdə məşğul  olmuş, əməli əhəmiyyəti




olan ən  mühüm  sahələrə əl  atmış  və ən  xəstə cəhətləri

sağaltmağa cidd-cəhd ilə çalışmışdır.



Ə.Dəmirçizadə

professor

Mən  Tiflisdə qulluq  edən  vaxtda  mərhum  M.F.Axund-

zadə öz  komediya  kitabının  bir  cildini  mənə vermişdi.

Gimnaziyada əlliyə qədər  müsəlman  şagirdləri  var  idi  ki,

onların otuzu pansionda oxuyurdular. Onlardan 10-15-i axırıncı

klaslarda  idilər.  Bir  neçə gün  onları  yığıb  Mirzə Fətəlinin

komediyalarını onlara oxuyub təvəqqə elədim ki, birisini seçib

oynasınlar.  “Hacı  Qara”nı  seçdilər...  Elannamələr  yazıb

payladıq  ki,  filan  günü,  filan  yerdə müsəlman  teatr  çıxaracaq.

Oynayanlardan  hər  kəs  qəribə-qürəbalardan  özlərinə paltar  və

qeyri tapdılar. Otaqların bir böyügündə teatr çıxartdıq.

H.Zərdabi,

maarif xadimi

M.F.Axundov  yalnız  Azərbaycanda  deyil,  Yaxın  Şərqdə

də realist ədəbi məktəbin  bayraqdarı,  dramaturgiyanın,  yeni

realist  prozanın,  inqilabi  demokratik

ədəbiyyatşünaslığın

pioneri,  rus  mədəniyyətinin  carcısı,  görkəmli  alim,  materialist

nəzəriyyəçi, böyük demokrat və maarifçidir.

F.Qasımzadə,

professor

“Vəziri-xani-Lənkəran”  pyesinin  müəllifi  M.F.Axun-

dovdur.  Onun  komediyaları  xarici  dillərə də tərcümə olun-

muşdur.  Bir  zamanlar  o,  rus  yazıçılarının  da  diqqətini  cəlb

etmişdir.  Sənəti  çox  gözəl  bilən,  istedadlı  tənqidçi  Apollon

Qriqoryev onu Molyerlə müqayisə etmişdir.




Mən  etiraf  etməliyəm  ki,  bizim  pyeslərimizdə rast

gəlinən və bizdə təəssüf doğuran mənasız gülüş, boş sözlər bu

pyesdə yoxdur.

A.Sereteli,

gürcü şairi

Mirzə Fətəli  Axundovun  komediyalarının  türk  səhnəsin-

də görsənməsi əgər bir böyük tarixdirsə, buna iki şey bais olub-

dur:  biri  budur  ki,  Mirzənin  komediyaları  ümumiyyətlə xeyli

dəyərli əsərlərdir; elə bir əsərlərdir ki, onlarla nəinki bizim yox

mənziləsində olan  səhnəmiz  fəxr  edə bilərdi,  bəlkə bir  belə

pyeslər  sair  mütəmməddin  millətlərin  səhnələrini  zinətlən-

dirməyə qabil  ola  bilərdilər.  Biri  də budur  ki,  Mirzə Fətəlinin

komediyalarında  Şərq  qadını  ilk  dəfə səhnəyə çıxıbdır,  orada

danışıbdır,  gülübdür,  ağlayıbdır  və o  orada  birinci  dəfə kişilər

içində izhari-vücud eləyibdir.

C.Məmmədquluzadə,

ictimai xadim

Mirzə Fətəli  həqiqi  bir  demokrat  idi,  o,  demokratizmin

forması  içərisində dolaşmışdı.  Lakin,  bir-birini  tamamlayan

ruhaniləri,  feodalları,  müstəbidləri  inkar  etməklə,  o,  istismar

edilən  zəhmətkeş  kütləyə,  işçi  və kəndlilərə doğru  böyük  bir

addım  atdı.  Mirzə Fətəli  bu  məzlum  xalqı  savadlandırmaq  və

bilikli  etmək istəyirdi  ki,  onlar  gələcəkdə öz  tarixlərini  yarada

bilsinlər.



S.Ağamalıoğlu,

dövlət xadimi

Gənc Mirzə şiddətli zəkası ilə dan ulduzu kimi parlamış,

özündən  sonra  yetişən  gənc  şair  və ədiblərə uzun  bir  müddət

rəhbər  və mürşid  olmaqla  bərabər  yenə də tarixi-ədəbiy-

yatımızda  hamıdan  yüksək  bir  mövqe  tutaraq,  hamısının



Yüklə 465,7 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə