Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə5/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   2   3   4   5   6   7   8   9   ...   55

Əkinçilərin yaşayış yerlərində fərqli sosial sistemlər mövcud idi. Həm də əməyin 
ixtisaslaşmasının bir neçə mərhələsi başlandı, sənətkarlar daşı və metalı emal edir, 
dulusçuluq qabları hazırlayır, digər adamlar isə qida əldə edirdilər. Onlarla adamın 
yaşadığı evlərdə əsasən qan qohumları məskunlaşırdı. Onlar hələ torpaq üzərində xüsusi 
mülkiyyəti tanımırdılar. Başlanan müharibələr əkinçilərin sosial münasibətlərində daha 
çox dəyişikliklər əmələ gətirdi. Mülkiyyət yaranmaqla onun ələ keçirilməsi, çoxaldılması 
problemləri də meydana gəldi. Onlar isə spesifik hərbi təfəkkürün inkişafına şərait yaratdı. 
Sənətkarlar insanın insanla mübarizəsi üçün silah və texniki vasitələr düzəldirdilər. B.e.ə. 
III minillikdə sosial həyatdakı fərqli dəyişikliklər çar hakimiyyətinin meydana gəlməsinə 
gətirib çıxardı. Əvvəlki bərabər hüquqlu cəmiyyət dini və siyasi hakimiyyətlərin birləşməsi 
hesabına mütləq monarxiyaya çevrildi. Mesopotamiyada çarlıq Şumer dövlətləri ərafında 
formalaşdı.  
Torpağın becərilməsi iri icmaların yaranmasına səbəb oldu, çox artan var-dövlət 
hesabına onlardan şəhərlər meydana gəldi. Tezliklə cəmiyyət kübarlara, azad adamlara və 
qullara bölünməyə başladı.  
Neolit epoxasında təkcə təsərrüfatçılıqda deyil, dində, incəsənətdə də dərin 
dəyişikliklər baş verdi. Bütpərəst dində bir-birindən prinsipial qaydada fərqlənən iki inanc 
tipi formalaşdı. Köçəri çobanlar erkək heyvanın, çox vaxt öküzün gücünü təcəssüm etdirən 
allaha sitayiş edirdilər. Əkinçilərdə isə əksinə, ev, ocaq, toxum və münbit torpaq, qadın 
obrazındakı məhsuldarlıqla rəmzlənirdi. Kişi-allaha ibadət əvəzinə, Böyük Ana haqqında 
anlayış meydana gəldi. Mesopotamiyada İştar, Misirdə İsida belə ilahələr idi.  
Neolit epoxasının əsas nailiyyətləri daşın yeni üsulla emalı, dülgər və dulusçuluq 
sənətləri, keramikanın yandırılması və metalların emalı idi. Bəzək əşyaları, bıçaqlar, qab-
qacaq və baltalar düzəldilirdi.  
B.e.ə. III minilliyin başlanğıcında Mesopotamiyada, Misirdə və Ön Asiyada 
metalların emalı artıq inkişaf etmişdi. Qalay və misi əlavə etməklə adamlar bürünc əldə 
edirdilər. Yeni materialların kəşfi Aralıq dənizi rayonunda ticarətin inkişafına şərait 
yaratdı, bazar isə şəhər-dövlətlərin malları hesabına böyüyürdü.  
Neolitin sonunda, maddi və mənəvi mədəniyyətin yüksəlişi dövründə yazı 
meydana gəldi. Onun yayılmasının mərkəzi yüksək inkişaf etmiş Şumer şəhər-dövlətləri 
oldu. Onlar gil lövhələrdəki işarələrdə əşyaların qabarıq təsvirindən istifadə edirdilər. 
Sonralar isə işarələr artıq konkret əşyanı deyil, müəyyən anlayışları təsvir edirdi. Zaman 
keçdikcə, işarələr daha mücərrəd xarakter daşımağa başladı.  
Köhnə Dünyanın məskunlaşması Şərqin qərb hissəsindən başlamaqla, mənəvi 
mədəniyyət Yunanıstan vasitəsilə Mərkəzi Avropaya yayıldı. Bəzi tayfalar Aralıq dənizini 
keçib İtaliyanı və Şimali Avropanı məskunlaşdırdılar. Bu dövrdə Mesopotamiyada artıq 
yüksək inkişaf etmiş şəhər-dövlətlər var idi.  
 
 
Mesopotamiya sivilizasiyaları 
 


B.e.ə. III minilliyə yaxın Dəclə və Fərat çaylarının cənub hissəsində ilk sivilizasiya 
meydana gəldi, Cənubi Mesopotamiyaya yayıldı. Burada süni suvarma  inkişaf edirdi. Bu 
vilayətlərin varlılığı köçəri xalqları özünə cəlb edirdi, onlar iki çay arasına düşdükdən 
sonra oturaq həyat tərzinə keçirdilər.  
Şümerlər Cənubi Mesopotamiyaya Şumer adını verməklə buraya ilk dəfə köçənlər 
idilər, yəni ki, onlar Mərkəzi Asiyadan gəlmişdilər. Onlar yerli əhali ilə qaynaşıb b.e.ə. IV-
III minilliklərin kəsişməsində məlum olan sivilizasiyalardan ən qədimini yaratdılar. 
Burada ilk şəhərlər və yazı meydana gəldi. Ona görə də «Tarix Şumerdən başlayır» sözləri 
refren kimi səslənməklə, bu, ilk sivilizasiya yaradan bir xalqın xatirəsinə bəslənən ehtiram 
nişanəsi kimi qəbul edilir. Bu ərazidə Ur, Uruk, Leqaş, Kiş, Umma və Mari kimi kiçik 
şəhər-dövlətlər mövcud olmuşdu. Homerin məşhur eposundan iki min il qoca olan 
«Qilqameş haqqında epos» bu şəhərlərin bir-birilə düşmənçiliyindən bəhs edir. Urukdan 
olan Qilqameş özü kimi digər şəhər-dövlətlərin hökmdarları ilə mübarizə aparır. B.e.ə. 
2330-cu illərə yaxın isə Mesopotamiyaya şimaldan semit çarı I Sarqon gəldi və Şumerin 
ağalığına son qoydu və özünün Akkad adlı iqamətgahını yaratdı. Bütün Şimali 
Mesopotamiya Akkad adlanmağa başladı. İki yüz il sonra Persiya körfəzindən Kiçik 
Asiyaya qədər uzanan Akkad çarlığı digər döyüşkən xalq olan Kutilər tərəfindən tutuldu, 
Şumer hakimiyyəti Ur sülaləsi ilə yenidən bütün Akkad çarlığına yayıldı. Sonra burada 
bir-birinin ardınca elamitlər və köçəri amoritlər gəldi. Axırıncılar Babili Fərat üzərində 
yeni paytaxt etdilər. Beləliklə, Şumerin 1500 illik tarixi başa çatdı.  
Bu vaxt regionda iki iri dövlət – cənubda Babil çarlığı və şimalda isə Assuriya 
meydana gəldi. B.e.ə. XVIII əsrdə Babilin çarı Hammurabi ətraf əraziləri işğal edib, Persiya 
körfəzindən müasir Türkiyəyə qədər uzanan vahid geniş ərazidə çarlıq yaratdı.  
Babilistanın idarəçiliyi, ticarəti və qanunları bütün bu əraziyə yayıldı. Babil dini 
dövlət dairəsindən şumer və alkad dillərini sıxışdırıb çıxardı. Hammurabi kodeksi 
dünyadakı ilk mükəmməl hüquqi sənəd, dövrün tələbini bütünlüklə nəzərə alan qanun 
toplumu - məcəllə sayılır. Məhz bu kodeks, dünyanın dörd tərəfinin çarı adlanan 
Hammurabini, onun öyündüyü mütləq hakimiyyətdən daha çox min illər ərzində 
bəşəriyyətə tanıtmışdır.  
Hett dövləti qoşunlarının müdaxiləsindən sonra Babilistan dağıldı. Dəclə çayının 
yuxarılarında yerləşən Assuriya ən qüdrətli dövlətə çevrildi. Çünki onun rəqibi olan 
Mitanni dövlətini hettlər məhv etmişdilər. Assuriyanın işğal müharibələri b.e.ə. XI əsrdə 
başa çatdı. Mərkəzi Anatoliyada ağalıq edən Hett çarlığının yıxılması onların uğuruna 
kömək etmişdi.  
B.e.ə. I minilliyin birinci yarısında Ön Asiyada Yeni Assuriya çarlığı hökmranlıq 
edirdi. İsrail, İudeya və Babil da daxil olmaqla, çox dövlətlər onun vassallarına çevrildi. 
Lakin Yeni Assuriya çarlığı b.e.v. 689-cu ildə Babili məhv etdi. Səksən il sonra midiyalıların 
və babillilərin mərkəz Nineviyanı tutması ilə Yeni Assuriya çarlığının taleyi bədbəxtliyə 
düçar olmağa başladı. Yeni Babil çarlığı da 100 ildən az yaşadı. Bu dövrün ən tanınmış çarı 
II Navuhadonosor idi. B.e.ə. 509-cu ildə Yeni Babilistanı çarlığını və onun paytaxtı Babili 
Persiya çarı Böyük II Kir işğal etdi. Onun varisləri İnd çayından Qara və Xəzər dənizlərinə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə