Telman xəLİlov, maya zeynalova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/61
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22492
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   61

38 
f
ərqlənir.  Onların  payına  səhər  əhalisinin  illik  artımının 
80%-i 
düşür. 
Dünyanın  inkişaf  etməkdə  olan  ölkələrində  demoqrafik 
part
layışla  yanaşı  «demoqrafik  siyasət»də  mövcuddur.  Çin, 
Hindistan  v
ə  s.  kimi,  əhalisi  çox  böyük  sürətlə  artan 
ölk
ələrdə  müxtəlif  yollarla  əhali  artımının  qarşısının 
alınması  və  ya  məhdudlaşdırılması  bunun  əksinə  isə,  əhali 
artımı  azlığından  narahat  olan  bəzi  Avropa  ölkələrində  isə 
onun 
artması uğrunda siyasət aparılır. 
Dünya 
əhalisinin artımı barədə müxtəlif ölkələrin alim və 
müt
əxəssisləri  daim  müxtəlif  proqnozlar  verirlər.  Məsələn, 
XX 
əsrin  60-70-ci  illərinin  proqnozlarına  əsasən  XX  əsrin 
sonuna  kimi  dünya 
əhalisinin  9  milyard  olacağı,  gözlənsə 
d
ə, 1999-cu ildə bu rəqəm 6 milyarda çatdı. 2011-ci ildə isə 
7 milyarda. Dem
əli əhali artımı obyektiv və subyektiv, həm 
d
ə təbii amillərdən asılıdır. Məsələn: İngilis alimi R.Maltu-
sun  fikriinc
ə insan artımı,  cəmiyyətin ərzaq  ehtiyatlarından 
daha  tez  v
ə  sürətlə  artır  ki,  bu  da  fəlakətə  səbəb  ola  bilər. 
Tarixin 
inkişafı  isə  bu  faktın  doğru  olmadığını  sübut 
etmişdir.  Maltus  qeyd  edirdi  ki,  ətraf  mühitin  vəziyyətinin 
pisl
əşməsi  hər  şeydən  əvvəl  texniki  və  ekoloji  siyasətlərin 
hesabatlarından,  texniki  inkişafın  aşağı  səviyyəsindən, 
antropogen  t
əsirlərin  nəticələrinin  zəif  öyrəniləsi,  eyni 
zamanda  t
əbii  mühitdə  istifadə  olunan  zərərli  maddələrin 
yayılması və s. səbəblərdən asılıdır. 
D.Medouz  v
ə tərəfdarları təklif etdikləri modeldə cəmiy-
y
ətin  inkişafı  beş  qlobal  amilə  ayrılmışdır:  sənayeləşmə; 
ətraf  mühitin  çirklənməsi;  əhali  artımı;  qida  məhsullarının 
istehsalı; bərpa edilməyən təbii sərvətlərin istifadəsi. C.For-
rester  v
ə  D.Medouz  öz  modellərində  planetin  əhali  sayının 
artımını və sənaye istehsalını müvəqqəti dayandırmağı, yəni 
konservl
əşdirməni  təklif  edirlər.  D.Medouzun  fikrincə  bir 


39 
müdd
ətdən sonra əhalinin artımı elə həddə çatacaq ki, milli 
s
ərvətlər  fəlakət  vəziyyətində  mənimsəniləcək:  ətraf  mühit 
çirkl
ənəcək, təbii sərvətlər tükənəcək, nəticədə əhalinin sayı 
azalmağa  başlayacaq.  Bu  vəziyyətdən  yeganə  çıxış  yolu 
«qlobal 
tarazlıq»  və  ona  keçiddir.  Bu  yolla  təbii  ehtiyat-
lardan istifad
ə 8 dəfə, ətraf mühitə atılan zəhərli maddələrin 
tullantıları isə 4 dəfə azalar. Sonradan alimlər birinci mode-
lin real 
olmadığını anladılar. 
H
ələ XX əsrin 60-70-ci illərində hesab edilirdi ki, bütün 
b
əşəriyyət  üçün  ekoloji  problemlər  ümumi  ola  bilməz. 
Qlobal  ekoloji  probleml
ərin  yaranması  təbii  resurslardan 
istifad
ə  tempinin  güclənməsi  və  texniki  proqreslə, «demo-
qrafik 
partlayışla»  və  s.  ilə  əlaqədardır.  Belə  ki,  axırıncı 
yüzillikd
ə bizim planetin əhalisinin sayı 7 milyard nəfərədək 
artmışdır. 210-dan çox dövlət yaranmış, ərzaq istehsalı 120 
d
əfə artmış,  meşə əraziləri isə  2 dəfə azalmışdır. Bütün bu 
probleml
əri  ayrı-ayrılıqda  həll  etmək  mümkün  deyil, 
aliml
ərin tələsik qərarı bütün planetin gələcəyini təhlükə al-
tına  ala  bilər.  Bütün  bu  problemlər  planetin  ekoloji  duru-
munu pisl
əşdirir. Bunun üçündə Dünyanın bütün ölkələrində 
əhali artımının nizamlanmasına diqqəti artırmalıdırlar. Əhali 
artması  və  ayrı-ayrı  ölkələrdə  aşağı  düşməsinin  ekoloji 
n
əticələri  hər  iki  halda  öz  vacibliyini  saxlamaqdadır.  Əgər 
iqtisadi  c
əhətdən  zəif  ölkələrdə  əhali  artımının  belə  sürətlə 
artması və onun çətin nizamlanması ekoloji tarazlığın pozul-
masına  səbəb  olursa,  əhali  artımının  azalması  və  yaxud  da 
durqunluğu  da  tamamilə  başqa  ekoloji  problemlərin  yaran-
ma
sına  səbəb  olur.  Ona  görə  də  əhali  artımı  dinamikasının 
nizamlanması  XXI  əsrin  ən  vacib  ekoloji  problemlərindən-
dir.  Çünki 
Dünyanın torpaq ehtiyatları günü-gündən sürətlə 
azalır.  Bu  isə  ərzaq  məhsullarının  azalmasına  və  bu  günki 
ağır ekoloji durumun daha da ağırlaşmasına səbəb ola bilər.  


40 

FƏSİL 
BƏŞƏRİYYƏTİN  ƏRZAQ  PROBLEMLƏRİNİN  
EKOLOJİ  NİZAMLANMASI 
 
B
əşəriyyətin ən qədim qlobal problemlərindən biri də ər-
zaq problemidir. BMT-nin 
Ərzaq və Kənd Təsərrüfatı Təşki-
latının  (ƏKTT)  verdiyi  məlumata  görə  keçən  əsrin  90-cı 
ill
ərində planetimizin əhalisinin yalnız 38%-i yüksək keyfiy-
y
ətli qida məhsullarını ala bilmişdir. 
Ərzaq məhsulları istehsalı problemi bir başa dünya əhali-
sinin 
dinamikası ilə sıx bağlı olub, qlobal və eyni zamanda 
yerli mahiyy
ət kəsb edir. 1999-cu ildə dünya əhalisinin sayı 
6  milyard 
olmuşdur  (Bosniya  və  Hersoqovinyanın  paytaxtı 
Sarayev 
şəhərində  6  milyardıncı  uşaq  dünyaya  gəlmişdir). 
Hazırda bu say sürətlə 7 milyard  yarıma  yaxınlaşır. Dünya 
əhalisinin  sayı  artdıqca  əhalinin  dinamikliyi  də  sürətlənir. 
Asiya,  Afrika  v
ə  Latın  Amerikası  ölkələri  əhali  artımında 
xüsusil
ə fərqlənirlər. Bu proses əsasən əhalinin XX əsrin 60-
cı  illərindəki  demoqrafik  partlayışının  davamı  kimi  izah 
olunur.  Göst
ərilən prosəsə səbəb odur ki, II Dünya mühari-
b
əsindən  sonra  üçüncü  dünya  ölkələrinin  bir  çoxu  siyasi 
istiqlaliyy
ət  əldə  edərək  iqtisadiyyatda,  səhiyyə  və  sosial 
sah
ələrdə müəyyən yüksəlişə nail oldular. Bunun nəticəsində 
ölüm  hadis
əsi,  xüsusilə  uşaq  ölümü  azalmışdır.  Doğum  isə 
yen
ə yüksək səviyyədə qalmışdır. Əksər ölkələrdə son 40-50 
ild
ən orta illik artımı 2%-dən çox olmuşdur. Bir sıra ölkələr-
d
ə, Meksikada, Kolumbiyada, Venesuelada bu göstərici 3%-
d
ən  artıq,  Kosta-Rikada  4%-dən  çox  olmuşdur.  Hazırda 
dünya 
əhalisinin  təbii  artım  sürəti  nisbətən  azalmaqdadır. 
Lakin 
əhalinin  maddi  nemətlər  istehsalına  olan  tələbi  bö-
yükdür  v
ə  ildən-ilə  artır,  təbiətə  təsiri  məsələsi  getdikcə 
gücl
ənir. Belə hesab edilir ki, normal yaşayıb işləmək üçün 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə