Telman xəLİlov, maya zeynalova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/61
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22492
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   61

41 
h
ər  bir  adam  bir  gündə  10048  k.c. (2330-2400  kkal)  qida 
almalıdır.  Bu  göstərici  baxımından  dünya  əhalisinin  yarısı 
lazımınca qidalanmır və aclıq çəkir. Belə bir vəziyyət Asiya-
nın, Afrikanın və Cənubi Amerikanın bir çox ölkələri üçün 
s
əciyyəvidir. Dünya əhalisinin 70%-ə qədəri bu regionlarda 
yaşadığı halda dünya  ərzağının cəmi 43%-i  burada istehsal 
olunur.  Hesablamalara  gör
ə  2025-ci  ildə  Yer  kürəsinin 
əhalisi 8,5 milyard nəfərə çatacaq və BMT-nin məlumatına 
gör
ə  XXI  əsrin  ortalarında  12  milyard  səviyyəsində 
stabill
əşəcək  (akad.  C.Əliyev, 1994).  FAQ-nun  (BMT-nin 
ərzaq  və  kənd  təsərrüfatı  təşkilatı)  hesablamalarına  görə 
2020-ci  ild
ə Yer kürəsi əhalisinin hamısını normal qida ilə 
t
əmin etməkdən ötrü istehsalı 60% artırmaq lazım gələcək. 
Dünya 
əkinçiliyinin  10  milyard  adamı  taxılla  təmin  edə 
bilm
əsi  fikri  1970-ci  illərin  əvvəllərində  deyilmişdir  (akad. 
C.
Ə.Əliyev, 1970). Qlobal  ilkin  məhsuldarlığın  xeyli 
artırılması yolları mövcud olsa da, onların həyata keçirilməsi 
olduqca  m
əhduddur. İnsanın istifadə etdiyi ehtiyatların baş-
lıca həlledici mənbəyi Yer üzərində yaxşı nizamlanmış kar-
bonun 
dövranı və həyatıdır. Planetimizin yaşı 4,5-5 milyard 
il
ə  yaxındır.  Hesab  edirlər  ki,  əvvəl  onun  atmosferi  əsas 
etibarı  ilə  qaz  formasında  azotdan,  çoxlu  su  buxarından  və 
karbon 
qazından ibarət olub.  Yer atmosferinin indi 21%-ni 
t
əşkil edən oksigen fotosintez edən orqanizmlər onu istehsal 
etm
əyə  başlamamışdan  əvvəl  praktiki  olaraq  mövcud 
deyilmiş. 
Aliml
ərin  məlumatına  əsasən,  Yerdə  insanın  həyatı  eko-
loji sisteml
ərin ən iri pozulması nəticəsində mümkün olmuş-
dur.  T
əqribən  2  milyard  il  bundan  əvvəl,  Yer  okeanında 
yayılmış  mikroorqanizmlər,  ətraf  mühiti  böyük  miqdarda 
z
əhərli ayrılmalarla çirkləndirərək həm özlərinin, həm də ki, 
planetd
əki  başqa  həyat  formalarını  məhv  etmişlər.  Bu 


42 
öldürücü  z
əhər  oksigen  olmuşdur.  Sadə  bakteriyalar  bütün 
atmosferi  d
əyişdirmişdir  ki,  bu  da  son  10  illiklərdə  Yer 
planetin
ə olan ən yeni baxışın ən gözəl nümunəsidir. 
El
ə  biosferin  ilk  böhranı  da  fotosintezə  qədərki  həyatın 
v
əziyyəti hesab edilə bilər. O vaxt oksigen çatışmadığı üçün 
h
əyat  geniş  inkişaf  edə  bilmirdi.  Xlorofili  olan  bitkilərin 
əmələ gəlməsi oksigen çatışmazlığını aradan qaldırdı. Canlı 
madd
ə  çoxaldı,  onların  parçalanıb  minerallaşması  böhranı 
əmələ  gəldi.  Viruslar  zəif  orqanizmləri  məhv  etməyə  baş-
ladı.  Bakteriyalar  üzvi  birləşmələri  parçalayıb,  minerallaş-
dırmaqla  onların  yeni  istehsalına  (fotosintezə)  şərait  yarat-
dılar.  Bu  işdə  göbələklər  böyük  rol  oynadılar.  Göy-yaşıl 
yosunların  azotu  atmosferdə  fiksə  (tutması)  etməsi  həyat 
üçün 
əhəmiyyətinə görə fotosintezdən heç də geri qalmadı. 
Müasir  biosfer  uzun  sür
ən  təkamül  sayəsində  kosmos, 
geofiziki  v
ə geokimyəvi amillərin qarşılıqlı əlaqələrinin nə-
tic
əsində formalaşmışdır. Lakin biosferin bərqərar olmasının 
əsas amili bioloji təməldir. Əgər günəş enerjisindən istifadə 
edib,  karbon  q
azını  mənimsəyə  bilən  ilkin  fotosintez 
hüceyr
ələr,  bəsit  bitkilər  olmasaydı,  çox  güman  ki,  müasir 
biosfer  d
ə  olmazdı.  Deməli  biosferdə  enerji  mənbəyi  oksi-
gen  m
ənşəli  günəş  enerjisini  biokimyəvi  enerjiyə  çevirən 
fotosintezdir.  Gün
əş  enerjisi,  su,  karbon  qazı  və  məlum 
mineral  madd
ələrin  (azot,  fosfor,  silisium,  kalsium  və  s.) 
mövcud 
olduğu  şəraitdə  xlorofill  və  başqa  piqmentlərlə 
t
əchiz olunan varlıq fotosintez prosesinin icraçılarıdır. Ümu-
mi karbonun 95%-i litosferd
ən aşağı qatlarda yerləşir, lakin 
t
ədricən  fasiləsiz  olaraq  vulkanlardan  və  fumorollardan 
atmosfer
ə keçir. 
Qlobal biokütl
əyə daxil olmuş karbonun miqdarı bütün C 
dövrünün  karbonuna  nisb
ətən  çox  deyil.  Ümumiyyətlə  at-
mosfer karbonunun biosfer 
hesabına tənzimlənməsi müddəti 


43 
7-10 il
ə bərabərdir. Qlobal xalis ilkin məhsulların hesablan-
ması göstərir ki, quru üçün 149 mln. km
2
 sah
ədə alınan 120 
milyard  ton  quru  biokütl
ə,  dənizlər  üçün  361  mln.  km
2
 
sah
ədən alınan 55 milyard ton quru biokütləyə bərabərdir. 
İnsanın  bilavasitə  və  dolayı  yolla  ümumi  istifadə  etdiyi 
xalis  ilkin  m
əhsuldarlığın  cəmi,  təxminən  ildə  12  milyard 
ton  quru  madd
əyə,  xalis  istifadə  etdiyi  qida  isə  4  milyard 
tona b
ərabərdir. Bundan 1,9 milyard tonu taxıldır. Dünyada 
ərzaq böhranı təhlükəsi vardır. Bunun üçün ilk növbədə qida 
m
əhsulları  artırılmalıdır.  Bu  işdə  də  məlum  olduğu  kimi 
k
ənd təsərrüfatı bitkiləri birinci yeri tutur. 
Yer  kür
əsində  kənd  təsərrüfatı  inkişaf  etməyə  başlayan 
zamanlar  c
əmi  bir  neçə  10  milyon  əhali  yaşayırdı.  Kənd 
t
əsərrüfatının inkişaf etməsi insan cəmiyyətinin təqribən 500 
milyona 
çatdığı  vaxtlandan  sabitləşmişdir.  Sənayenin 
inkişafı isə əhalinin 3,5 milyarda çatması ilə səciyyələnldi. 
K
əskin ərzaq problemi, «Demoqrafik partayış» baş verən 
ölk
ələrdə rast gəlinir. Məsələn, 1982-1991-ci illərdə inkişaf-
da olan ölk
ələrdə ərzaq məhsullarının istehsalı 35%, əhalinin 
sayı isə 23% artdı (Asiyada bu göstərici 43% məhsul, 21% 
əhali, Latın Amerikasında 22% məhsul, 23% əhali, Afrikada 
25% m
əhsul, 36% əhali artımı ilə müşahidə olundu). 
5.1.-ci c
ədvəldə inkişafda olan ölkələrdə aclıq çəkənlərin 
regionlar  üzr
ə  sayı  göstərilir.  Cədvəldə  göstərildiyi  kimi 
aclıq  çəkənlərin  ümumi  sayı  1969-1971-ci  ildən  460  mln. 
n
əfərdən – 1983-1985-ci illərdə 512 mln. nəfərə qədər yük-
s
əlmişdir. Həm də ki buradakı göstəricilər bütün parametrlər 
üzr
ə  Cənubi  və  Cənub  Şərqi  Asiyada  yüksək  olmuşdur. 
(281-291 mln. n
əfər), ikinci pillədə Afrika ölkələri gəlir (92-
140  mln.  n
əfər). Bu ölkələrdə ekoloji durum da qənaətbəxş 
deyildir.  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə