Telman xəLİlov, maya zeynalova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/61
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22492
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   61

50 
dirm
əyə  və  onlardan  ərzaq  məhsulları  məqsədləri  üçün 
istifad
ə  etməyə  bitkiləri  mədəniləşdirməkdən  qabaq  başla-
mışlar. Mezolit dövründə it, neolitdə isə donuz, qoyun, keçi, 
iribuynuzlu mal-qara, daha sonra is
ə at əhliləşdirilmişdir. Qə-
dimd
ən əkinçiliklə məşğul olan ölkələrdə bir çox quşlar, pişik, 
dovşan,  Amerikada  isə  Lama  əhliləşdirilmişdir.  Daha  sonra 
bal 
arısı və ipək qurdu insanlara fayda verməyə başlamışdır. 
Lakin  bu  gün  Dünyada  ged
ən güclü antropogen və təbii 
çirkl
ənmələr  istərsə  quru  ərazilərdən  və  istərsə  də  Dünya 
okeanından toplanan ərzaq məhsullarının azalmasına gətirib 
çıxarmışdır. Bu isə bütün Dnüyada və eləcə də ayrı-ayrı öl-
k
ələrdə ekoloji gərginliyi artırır, aclıq çəkən insanların sayı-
nı  artırır.  Bütün  bunlarla  əlaqədar  olaraq,  dünyada  ərzaq 
m
əhsullarının ekoloji təmizliyini nizamlamaq zərurəti yaran-
mışdır. Buna nail olmaq üçün torpaqların münbitliyini artır-
maq, 
əkilən bitki sortlarını yaxşılaşdırmaq, mineral və üzvi 
gübr
ələrdən  geniş  istifadə  etmək,  yığımdan  sonra  məhsul 
itgisinin 
qarşısını  almaqla  ekoloji  gərginliyi  azaltmaq  olar. 
Bununla 
ərzaq  problemlərinin  ekoloji  nizamlanmasına  nail 
olmaq mümkündür. N
əzərə almaq lazımdır ki, Yer kürəsində 
ərzaq  bitkiləri  əkilməsi  üçün  münbit  torpaqların  münbitliyi 
intensiv 
azalır.  Hazırda  Yer  kürəsində  ərzaq  məhsulları  al-
maq  üçün 
əsasən  meşəl-çöl  və  çöl  zonaları  geniş  mənim-
s
ənilir. Dünya əhalisinin sayı isə sürətlə artır. 
 
5.1. Az
ərbaycanda taxılçılığın ekoloji şəraitinin 
qiym
ətləndirilməsi 
 
Az
ərbaycan  Respublikası  qədim  əkinçilik  ölkəsidir.  Min 
ill
ər  bundan  əvvəl  Azərbaycanın  ucsuz-bucaqsız  çöllərində 
taxılçılıq  geniş  yer  tutmuşdur.  Bu  hal  Azərbaycanda  Sovet 
hakimiyy
əti qurulana qədər davam etmişdir. Sovet hakimiy-


51 
y
əti dövründə mərkəzləşdirilmiş dövlət yaradılmışdır. Azər-
baycanın bərəkətli torpaqları taxıldan əlavə başqa bitgilər, o 
cüml
ədən  qiymətli  lifə  malik  pambıq  bitkisi  yetişdirməyə 
qabil 
olduğu  üçün  mərkəzi  hökumət  pambığa  üstünlük 
verirdi. 
Pambığın  zəhmətkeşlərdən  alış  qiyməti  1  ton  üçün 
65 rubl (sovet rublu) t
əşkil edirdi. Mərkəzi dövlət isə bundan 
qat-qat  çox  g
əlir götürürdü. Azərbaycan, Özbəkistan, Türk-
m
ənistan  və  b.  bir  növ  Mərkəzi  hökumətin  xammal  baza-
larına çevrilmişdilər. Hətta pambığın yığımı Respublikamız-
da  1981-ci  ild
ə  1  mln.  tona çatdırılmışdır. Pambıq ilə taxıl 
əkinləri təqribən bərabər bölünsə də, əslində taxıla ayrılmış 
bir  çox 
ərazilərdə  pambıq  əkilirdi.  Respublika  bir  növ 
monokultura  tipli  k
ənd-təsərrüfatına  çevrilirdi.  Belə  bir 
v
əziyyət  sözsüz  ki,  torpaqların  məhsuldarlığına  mənfi  təsir 
edirdi.  Torpaq
ların  fasiləsiz  pambıq  altında  istifadəsi,  güb-
r
ələrdən  düzgün  istifadə  edilməməsi,  suvarmanın  düzgün 
aparılmaması, həm də  primitiv olması, qurulmuş kollektor-
drenaj 
şəbəkəsinin tam gücü ilə fəaliyyət göstərə bilməməsi 
torpaqların şorlaşmasına, şorakətləşməsinə, bataqlaşması və 
deqradasiyasına səbəb olmuşdur. 
Bütün  bu  v
ə  digər  səbəblərdən  Azərbaycanda  taxılın 
m
əhsuldarlığı 1950-1970-ci illərdə 7-9-s/ha, ümumi istehsalı 
600-700  min  ton 
olmuşdur. Bu göstərici təxminən 26 il ər-
zind
ə dəyişilməmişdir. 1970-1985-ci illərdə taxılın məhsul-
dar
lığı  bir  qədər  artaraq  26  sentnerə  çatmış  və  ümumi  is-
tehsal 1 mln. 400 min tona 
yaxın olmuşdur. 
Bel
əliklə  15  il  ərzində  ümumi  istehsal  iki  dəfədən  çox, 
m
əhsuldarlıq isə 3 dəfə artırmışdır. 
Torpaq 
ehtiyatları  məhdud olduğundan  dünyada taxıl is-
tehsa
lının artırılmasının əsas  yolu gələcəkdə də məhsuldar-
lığın yüksəldilməsidir. 
Az
ərbaycan  Respublikasında  suvarılan  ərazilər  1  milyon 


52 
400 min hektara 
yaxındır. Qeyd etmək lazımdır ki, Azərbay-
canda 
alınan  kənd  təsərrüfatı  məhsullarının  80-85%-i 
suvarılan  torpaqlardan  alınır. 1 mln.400  min  ha  suvarılan 
tor
pağın  təqribən  sovet  dövründə  az  bir  hissəsi  taxılçılığa 
xidm
ət  edirdi. 2009-cu  ildə  800  min  hektardan  çox  torpaq 
taxıl  altında  olmuşdur.  Məlumatlara  əsasən  2009-cu  ildə  2 
milyon  200  min  ton 
taxıl  yığılmışdır.  Bu  əvvəlki  illərə 
nisb
ətən  xeyli  artıqdır.  Kənd  Təsərrüfat  Nazirliyinin  rəsmi 
m
əlumatlarına əsasən 2012-ci ildə Respublikada 2 mln.800 
min  ton 
taxıl  məhsulu  yığılmışdır.  Son  illər  Azərbaycanda 
Dövl
ət  taxıl  fondu  yaradılmışdır.  Bu  zəhmətkeşlərə  öz 
istifad
əsindən  artıq  qalan  taxılı  müvafiq  qiymətlə  Dövlət 
taxıl fonduna satmağa imkan verir. 
BMT-nin  ekspertl
ərinin  hesablamalarına  əsasən  dünyada 
h
ər bir adam bir il ərzində 110-150 kq. arasında taxıl məh-
sulu  yey
ə bilər. Lakin hazırda bütün ölkələrdə olduğu kimi 
Az
ərbaycanda da taxıldan mal-qaraya, quşlara yem və furaj 
kimi  d
ə  istifadə  edilir.  Azərbaycanda  əhalini  öz  taxılımız 
hesabına  ərzaq  məhsulları  ilə  yaxın  illərdə  təmin  etmək 
mümkün 
olacaqdır. 
Buğda  ilə  yanaşı  Azərbaycanda  qarğıdalı,  arpa,  darı, 
paxlalı bitgilər də əkilir. 
H
ələ qədim zamanlardan Azərbaycanın əksər rayonların-
da 
taxılçılıq, xüsusilə də buğda bitkisi geniş sahələrdə əkil-
mişdir.  İqlim  və  relfey  xüsusiyyətlərindən  asılı  olaraq  res-
publikada 
buğda  suvarılan  ərazilərdə  və  dəmiyə  şəraitdə 
dağlıq rayonlarda  (xüsusilə alçaq  və orta dağlıq ərazilərdə) 
bec
ərilir. 
Bu 
baxımdan rütubətli subtropik zonanı əhatə edən Lən-
k
əran  zonasının  torpaq  örtüyü  böyük  əhəmiyyət  kəsb  edir. 
L
ənkəran  zonasının  şimalında  Cəlilabad  rayonunun  ərazisi 
yerl
əşir. Buranın qışı mülayim, yağıntılı, yayı isə isti və quru 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə