Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə195/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   192   193   194   195   196   197   198   199   200

405

2017

Tarixdə bu gün

Ramazan bayramı 

“Ramazan” hicri-qəməri aylardan doqquzuncu-

sunun adıdır. Bu ay müsəlmanların oruc tutmaqla 

mükəlləf olduqları, dinimizcə uca və müqəddəs 

qəbul edilən bir aydır. “Ramazan” ərəb sözü olub 

“ramda” sözündən alınmış, yaz sonunda, payız 

mövsümünün  əvvəlində yağıb yer üzünü toz-

dan təmizləyən yağış  mənasını verir. Bu yağı-

şın yer üzünü təmizlədiyi kimi, Ramazan ayı da 

möminlərin günahlarını təmizləyir. 

Ramazan ayına “On bir ayın sultanı”da deyil-

mişdir. Müqəddəs kitabımız olan Qurani Kərimdə 

də adı açıq olaraq keçən tək ay Ramazan ayıdır. 

Qurani-Kərim bu ay içərisində endirilmişdir. Uca 

Rəbbimiz “Ramazan ayı elə bir aydır ki, insanla-

ra doğru yolu göstərən, hidayəti və haqqı batildən 

ayırmağı açıqlayan Quran, bu ayda endirildi” (əl-

Bəqərə, 2/185) deyə buyurmuşdur. Müqəddəs ki-

tabda “Min aydan daha xeyirli” olduğu ifadə olu-

nan Qədr gecəsi də məhz bu ay içərisindədir.

Ramazan ayının girməsini iki yolla müəyyən 

etmək olar. Onlardan biri Ramazan ayparasının 

görülməsiylə (Ru’yet-i Aypara), ikinci isə  əgər 

aypara hər hansı bir səbəbdən görülə bilməzsə, 

Şaban ayı otuza tamamlanaraq Ramazan orucuna 

başlanar. Məhəmməd Peyğəmbər (s.ə.s) bu möv-

zuda belə buyurmuşdur: “Ramazan ayının aypara-

sını görüncə oruc tutun, Şəvval ayının ayparasını 

görüncə iftar edin, oruc tutmağı buraxın. Əgər göy 

üzü bağlıdırsa  Şaban ayının günlərini otuza ta-

mamlayın” 

Oruc tutan insan Allah-Təalanın əmrini yerinə 

yetirməsi üçün sübh azanından şam azanına qədər 

orucu pozan bir sıra əməllərdən uzaq durmalıdır. 

Orucluğun başa çatdığı gün “Fitr bayramı” adla-

nır. Həmin gün bütün müsəlmanlar bir-birlərini 

təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, 

ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs 

öz himayəsində olanlar üçün təqribən 3 kq buğ-

da, yaxud xurma və ya kişmiş miqdarında kasıblar 

üçün fitrə zəkatı verməlidir. Orucluq insanlara öz 

iradələrini, dözümlülüyünü yoxlamaq imkanı ve-

rir, onları paklığa, xeyirxahlığa dəvət edir.

Ramazan bayramının məqsədlərindən biri 

müsəlmanların toplanması  və görüşməsidir. Mü-

səlmanlar bayramda görüşür, bir yerdə namaz 

qılırlar. Bayramın başqa məqsədlərindən də, 

müsəlmanların bir-birini ziyarət etməsi, qohum-

əqrabalarla görüşməsi,  əgər arada inciklik varsa 

barışması üçündür. Bayramda kasıblar və yoxsullar 

da sevinməlidir, onlar da yeni paltar geyərək bü-

tün müsəlmanlarla bir yerdə namaza gəlməlidirlər. 

Məhz buna görə  fitrə  zəkatı buyurulmuşdur ki, 

yoxsul müsəlmanlar da bayramı keçirsinlər.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa 

etdikdən sonra insanların vicdan azadlığı  bərpa 

olunmuş, İslam dininə, onun ibadət və ayinlərinə 

olan münasibət də dəyişmişdi. Ramazan (Orucluq) 

bayramı Azərbaycanda Milli Məclisin qəbul etdiyi 

1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respub-

likasının bayramları haqqında” Qanuna əsasən, 

1993-cü ildən dövlət səviyyəsində qeyd olunmağa 

başlanmışdır.



406

Tarixdə bu gün

Qurban Bayramı

 

1992

2017

Bütün müsəlman aləmində Qurban bayramı hər 

il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən 

başlayır və adətən üç gün davam edir. Dini qurban 

kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən 

əhvalatdan sonra yaranmışdır. Belə ki, yuxuda Al-

lah (c.c.) İbrahim peyğəmbərə oğlu İsmayılı qur-

ban verməyi (onların Allaha imanını yoxlamaq 

üçün) əmr etmişdi. İbrahim əsl dindar kimi Alla-

hın əmrini yerinə yetirməyə hazır olmuş, İsmayıl 

özü də qurban olmağa razılaşmışdı. Lakin uca Al-

lah bunu öz elçisinə  rəva bilməmiş  və qurbanlıq 

üçün ona bir qoç göndərmişdi. Buna görə  də bu 

bayramda kəsilən qurbana “İsmayıl qurbanı” da 

deyirlər.

Çox sevdiyi övladını Allah yolunda qurban 

verməyə hazır olması peyğəmbərin Allah qarşı-

sında imanının, səmimiliyinin və mütiliyinin bariz 

sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu 

hadisə Allaha imanın, dərin etiqadın nümunəsidir. 

Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan 

ibarətdir ki, İslamda insanın Allah yolunda qurban 

kəsilməsi qəbul olunmur. İslama qədər bir çox 

dinlərdə insanları qurban vermə ayinlərinə rast 

gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insa-

nı odda yandırırdılar. Onlar bu yolla Allaha yaxın 

olduqlarını göstərirdilər. Qədim Çində də insanları 

tanrılara qurban vermək adəti olmuş, ölkədə təbii 

fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün 

uşaqları suya atırmışlar.

İsmayıl Qurbanında kəsilən heyvanlarda bir 

sıra  şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən 

heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə ol-

malıdır. Nəsil artımında dişi heyvanların müstəsna 

rolu olduğuna görə qurbanlıq heyvanın erkək ol-

ması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına 

gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. La-

kin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha 

yaxşıdır. Kəsilən heyvanın sağlam olması da vacib 

şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynu-

zunun, yaxud qulağının biri olmayan, axtalanmış 

heyvanın qurban kəsilməsi İslamda məsləhət gö-

rülmür. Qurbanın bir hissəsindən din xadimlərinə 

pay göndərilir, bir hissəsi isə kasıblara paylanır. 

Hamıya bərabər pay verilir, qurban kəsən özü də 

bərabər pay götürə bilər.  Ənənəyə görə ehtiyacı 

olanlar bayram günü ac qalmasınlar deyə daha çox 

onlara qurban payı verilməsi məqsədəuyğun hesab 

edilir.

Qurbanlığın şərtlərindən biri də budur ki, qur-



ban kəsmək yalnız buna imkanı olan varlı adam-

ların boynunda haqdır. İmkanı olmayan adama isə 

qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün 

borc pula heyvan almaq İslamda təqdir olunmur, 

çünki bu bayramın əsas mahiyyəti zənginlərlə im-

kansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı 

sevinməlidir: varlılar - Allaha xoş gedən əməli icra 

etdikləri və ehtiyacı olanları sevindirdiklərinə görə, 

kasıblar isə - dünya nemətindən  əldə etdiklərinə 

və başqalarından gördükləri mərhəmət və qayğıya 

görə.

Azərbaycan müstəqillik  əldə etdikdən sonra 



Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr 

tarixli “Azərbaycan Respublikasının bayram-

ları haqqında” Qanuna əsasən Qurban bayramı 

ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.

Allah kəsilən bütün qurbanlarımızı  qəbul et-

sin!



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə