Teqvim-2017. pdf


Tarixdə bu gün Faşizm üzərində Qələbə Günü



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə82/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   78   79   80   81   82   83   84   85   ...   200

170

Tarixdə bu gün

Faşizm üzərində Qələbə Günü 

1945  

MA

Y

İkinci Dünya müharibəsi 1939-1945-ci illəri 

əhatə etmişdir. 1939-cu il sentyabrın 1-də nasist 

Almaniyasının Polşa üzərinə hücumu ilə başlan-

mış, 1945-ci il sentyabrın 2-də Yaponiyanın təslim 

olması ilə başa çatmışdır. Müharibədə dünyanın 61 

dövlətindən 120 milyon adam iştirak etmişdi. İde-

oloji və siyasi yönümündən asılı olmayaraq, 50-

dən çox dövlət antifaşist koalisiyasında birləşmiş, 

dünyanı faşizm taunundan xilas etmişdir.

1941-ci il iyunun 22-də keçmiş SSRİ ərazisinə 

soxulmuş Hitler ordusu yolu üzərindəki bütün 

şəhər və  kəndləri viran etmiş, bir neçə aydan 

sonra artıq ölkənin Moskva və Leninrad (Sankt-

Peterburq) kimi paytaxt şəhərlərinə yaxınlaş-

mışdı. Belə bir şəraitdə faşizmə qarşı amansız 

mübarizəyə SSRİ-nin tərkibində olan Azərbaycan 

da qoşulmalı olmuşdu. Azərbaycan xalqı Böyük 

Vətən müharibəsinin  əsas ağırlığını öz üzərinə 

götürmüş ölkələrdən biri idi. Ərazisində müharibə 

getməsə  də, bu cənub ölkəsinin vətəndaşları 

istər ön, istərsə də arxa cəbhədə böyük şücaətlər 

göstərərək qələbəyə böyük töhfələr vermişdir. 

Müharibənin ilk illərindən etibarən Azərbaycan 

SSR-də 87 qırıcı  təyyarə  və 1124 özünümüdafiə 

batalyonu təşkil olunmuşdu. 600 mindən çox 

vətəndaş isə  səfərbərliyə alınaraq birbaşa ön 

cəbhəyə yola salınmışdı. Onların yarıdan çoxu 

müharibədə həlak oldu. Azərbaycanlılardan ibarət 

416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və s. mil-

li diviziyalar Simferopolun, Odessanın və digər 

şəhərlərin, 77-ci diviziya Polşa və Çexoslovaki-

yanın, 223-cü diviziya Yuqoslaviyanın azad olun-

masında fəal iştirak etmiş, 416-cı diviziya Qaf-

qazdan Berlinə  qədər böyük və  şərəfli bir döyüş 

yolu keçmiş, Berlinin süquta yetirilməsində xüsu-

si qəhrəmanlıq göstərmişdir. Müharibə illərində 

100-dən çox Azərbaycan vətəndaşı SSRİ-nin  ən 

ali mükafatına - “Sovet İttifaqı Qəhrəmanı” fəxri 

adına layiq görülmüşdü. 30 nəfər “Şərəf” ordeni, 

170 min nəfər isə müxtəlif orden və medallarla 

təltif olunmuşdu. Sovet İttifaqı Qəhrəmanı adına 

ilk layiq görülmüş SSRİ vətəndaşları arasında İs-

rafil Məmmədovun da adı vardı. Bu ada iki dəfə 

layiq görülmüş  həmyerlimiz, general Həzi Asla-

novun şöhrəti isə bütün ittifaqa yayılmışdı. 1941-

ci ildə Azərbaycanın neft hasilatı tarixində rekord 

miqdarda - 23,5 milyon ton neft istehsal olunmuş-

du. Alman faşizmi üzərində  qələbədə Bakı nefti 

misilsiz rol oynamışdır. Zəngin təbii sərvətlərə və 

əlverişli coğrafi mövqeyə malik olan Azərbaycanı 

işğal etmək Hitler Almaniyasının planlarına daxil 

idi. Fürer Bakı neftini ələ keçirmək arzusunda idi. 

SSRİ-nin dağılmasından, Azərbaycanın müstə-

qillik qazanmasından sonra da Qələbə Günü bü-

tün MDB ölkələrində qeyd edilir. Azərbaycan 

da özünün qəhrəmanlarını unutmur. Qədirbilən 

Azərbaycan xalqı öz şanlı  oğullarının xatirəsinə 

ölkənin hər yerində, hətta ən ucqar kəndlərdə də 

abidələr ucaldıb.

Azərbaycanın Respublikasının Prezidenti cənab 

İlham Əliyev hər il Qələbə Günündə həyatda olan 

müharibə iştirakçılarına və onların həyat yoldaşla-

rına mükafatlar verir. 



Ə d ə b i y y a t

Əmrahov, M. İkinci dünya müharibəsi: 1939-1945 /M.Əmrahov; 

elmi red. C.Bəhramov; red.S.Mustafayeva.- Bakı: Mütərcim, 

2010.- 603 s.

Həsənli, C. İkinci Dünya müharibəsi illərində Azərbaycan hərbi, 

siyasi və diplomatik münasibətlərdə: (1939-1945) /C.Həsənli; red.: 

İ.Musa.- Bakı: Yazıçı, 2015.- 538 s.

1941-45-ci illər müharibəsinin veteranları - böyük qələbənin varis 

varisləridir /tərt. və red. İ.İsmayılov, Ə.Məhərrəmov.- Bakı: Vətən, 

2010.- 185 s. 

9


171

Tarixdə bu gün

Heydər Əliyev Mərkəzinin açılışının 

5-ci ildönümü  

2012  

MA

Y

2012-ci il may ayının 10-da ulu 

öndərin anadan olmasının 89 illiyi 

qeyd edildiyi ərəfədə, Bakıda ölkə baş-

çısının iştirakı ilə möhtəşəm Heydər 

Əliyev Mərkəzinin açılışı gerçəkləşdi. 

Bu il Azərbaycan Respublikası Pre-

zidenti  İlham  Əliyevin 29 dekabr 

2006-cı il tarixli Sərəncamı  əsasında 

yaradılan Mərkəzin açılışının 5 ili ta-

mam olur. Mərkəz Azərbaycan xalqı-

nın ümummilli lideri Heydər Əliyevin 

dövlətçilik fəlsəfəsi və azərbaycançılıq 

məfkurəsinin dərindən öyrənilməsi, 

geniş  təbliği, Azərbaycan tarixi və di-

linin, mədəniyyətinin, milli-mənəvi 

dəyərlərinin yaşadılması istiqamətində 

sistemli fəaliyyət göstərir.

Dünya memarlığının incilərindən 

sayılan bu bina müasir Bakının 

rəmzlərindən biri hesab olunur. Binanın 

layihəsinin müəllifi dünya şöhrətli me-

mar, Pritsker memarlıq mükafatının sa-

hibi Zaha Hadiddir. Binanın quruluşu - 

yerdən dalğavari şəkildə səmaya doğru 

yüksəlməsi, sonra isə süzülərək yenidən 

yerə qovuşması təkcə memarlığın post-

modern tərzini deyil, eyni zamanda 

davamlılığı, sonsuzluğu, üzərindəki 

xəttlər isə keçmişlə gələcəyin bir-birinə 

bağlılığını təcəssüm etdirir.

Mərkəzin ümumi sahəsi 57 min 

kvadrat metrdir. Struktura muzey, 

10.854 kvadrat metr sahəsi olan mədəni 

irs mərkəzi, 985 nəfərlik konfrans zalı, 

27.880 kvadrat metrlik çoxfunksiyalı 

zal, kitabxana və 12.920 kvadrat metr-

lik media mərkəzi daxildir. Mərkəz həm 

də beynəlxalq səviyyəli tədbirlərin,    

konfransların, müsabiqələrin, festi-

valların, sərgi, konsert və ziyafətlərin 

təşkili üçün nəzərdə tutulub. 

Heydər  Əliyev Mərkəzinin  ən 

cəlbedici hissələrindən birində Heydər 

Əliyev Muzeyi fəaliyyət göstərir. Di-

zaynı  və burada tətbiq olunan yeni 

texnologiyaları ilə  fərqlənən muzey 

Heydər Əliyevin həyat və fəaliyyətinin 

müxtəlif dövrlərini  əks etdirir. Burada 

Heydər Əliyevin həm Sovet hakimiyyəti 

dövründə, həm də müstəqillik illərində 

həyata keçirdiyi fəaliyyət konsepsiyası-

nın müxtəlif aspektləri virtual formada 

təqdim edilir. Heydər Əliyev haqqında 

çəkilən filmləri izləmək istəyənlər üçün 

müasir avadanlıqlarla təchiz edilmiş xü-

susi zal fəaliyyət göstərir. Muzeydə ma-

raq doğuran bölmələrdən biri də ümum-

milli liderin müxtəlif ölkə rəhbərləri ilə 

görüşlərini  əks etdirən multimediya 

zalıdır. Burada təqdim olunan Heydər 

Əliyevin hərbi və mülki geyimləri, iş 

masası, şəxsi əşyaları, müxtəlif illərdə 

layiq görüldüyü orden və medallar, 

dünya ölkələrinin rəhbərləri tərəfindən 

aldığı  hədiyyələr də nümayiş etdirilən 

eksponatlar siyahısındadır.

Heydər Əliyev Mərkəzinin binasının 

memarı Zaha Hadid 2014-cü ildə “De-

sign Museum” təşkilatının təsis etdiyi 

“İlin dizaynı 2014” mükafatına layiq 

görülmüşdür. Görkəmli memar Zaha 

Hadid 2016-cı ildə vəfat etmişdir. 

Ə d ə b i y y a t

Heydər Əliyev Mərkəzi: 

Fotoalbom.- Bakı: Heydər 

Əliyev Mərkəzi, 2014.- 

493 s. 

Əsədov, B. Heydər 

Əliyev Mərkəzi - Bakının 

yeni rəmzi /B.Əsədov                

//Azərbaycan.- 2008.- 4 

aprel.- S.2.

Heydər Əliyev Mərkəzi: 

Azərbaycanın birinci 

xanımı Mehriban Əliyeva 

sərginin açılışında iştirak 

etmişdir //Azərbaycan 

qadını.- 2014.- yaz.- S.80-

86.

Heydər Əliyev Mərkəzi 

binasının memarlıq 

təqdimatı olmuşdur           

//Memar.- 2014.- №2.- 

S.96-100.

Heydər Əliyev Mərkəzi 

London Dizayn Muzeyi-

nin mükafatını qazanıb 

//Mədəniyyət.- 2014.- 2 

iyul.- S.3.

Ziyadlı, R. Heydər Əliyev 

Mərkəzi //Mədəni həyat.- 

2014.- №8.- S.26-27.-

S.11.

10



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə