Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə79/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   75   76   77   78   79   80   81   82   ...   200

164

Milli Qəhrəmanlar 

50 

illiyi

Aytəkin Məmmədov 

1967-1991

MA

Y

Aytəkin  İsrayıl oğlu Məmmədov 

1967-ci il may ayının 29-da Gədəbəy 

rayonunun Göyəmli kəndində anadan 

olmuşdur. Orta təhsilini başa vurduq-

dan sonra Bakıdakı 54 nömrəli texni-

ki peşə  məktəbində  rəngsaz peşəsinə 

yiyələnmişdir.

1985-1987-ci illərdə  Əfqanıstanda 

hərbi xidmətdə olmuşdur. Hərbi 

xidmətdən sonra Bakı  şəhərində 

müxtəlif tikinti idarələrində  rəngsaz-

suvaqçı işləmişdir.

1991-ci ilin fevral ayında Aytəkin 

Məmmədov Azərbaycan Respublikası 

DİN-nin xüsusi təyinatlı milis dəstəsinə 

daxil olmuşdur. 

1991-ci ilin aprelində döyüşçü dost-

ları ilə birgə Xanlar rayonunun erməni 

yaraqlıların hücumuna məruz qalan 

azərbaycanlı  kəndlərinə ezam olundu.

Xanlar rayonundakı Quşçu kəndini 

erməni quldurları çoxdan gözaltı 

eləmişdilər. Düşmən hər gün kəndi 

aramsız atəşə tuturdu. Baş serjant 

Aytəkin Məmmədov ən çətin nöqtələtin 

birində növbəni qəbul edərək keşik 

çəkirdi. Düşmən tərəfdən davamlı pu-

lemyot atəşi yağırdı. Həmin döyüşdə 

ermənilər geri çəkilməyə məcbur oldu-

lar.

1991-ci il Xanlar rayonu erməni 



işğalçıları  tərəfindən yenidən hücuma 

məruz qalanda Aytəkin Məmmədov 

qəhrəmancasına döyüşmüş  və aldığı 

yaradan həlak olmuşdur.

Azərbaycan Respublikası Prezi-

dentinin 8 oktyabr 1992-ci il tarix-

li 264 saylı  Fərmanı ilə  Məmmədov 

Aytəkin İsrail oğluna ölümündən sonra 

“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 

adı verilmişdir. 

Gədəbəy rayonu Göyəli kənd 

qəbiristanlığında dəfn edilmişdir.



Ə d ə b i y y a t

Azərbaycan Respublikası Daxili İşlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 

(Məmmədov Aytəkin İsrayıl oğlu- polis nəfəri -Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc 

əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə): Azərbaycan Respublikası Prezidentinin fərmanı, 8 

oktyabr 1992-ci il //Azərbaycan.- 1992.- 9 oktyabr.- S.1.- (Ölümündən sonra).

Əsgərov, V. Məmmədov Aytəkin İsrayıl oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 2005.- S.138.

Hüseynov, N. Şəhid adına deyilən nəğmə: Aytəkin Məmmədovun xatirəsinə /N.Hüseynov //Aydınlıq.- 1993.- 9 iyul.- S.2.

Mirzəyev, S. Aytəkin Məmmədovun son döyüşü /S.Mirzəyev //Xalq qəzeti.- 1991.- 6 noyabr.

Nazim, N. Məmmədov Aytəkin İsrail oğlu: (1967-1991) //İstiqlal ulduzları.- Bakı, 1995.- S.108-110.

Zeynalov, R. Məmmədov Aytəkin İsrafil oğlu  //Zeynalov R. Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 1996.- S.51.

29

Milli Qəhrəman


165

Siyasət.Hüquq.Hərbi iş

155 

illiyi

Əlimərdan bəy Topçubaşov 

1862-1934 

MA

Y

Əlimərdan bəy  Ələkbər bəy oğlu 

To

pçubaşov (Topçubaşi) 1862/63-cü 



il may

 ayının 4-də Tiflisdə anadan ol-

muşdur.

Əlimərdan bəy Topçubaşov ilk 



təhsilini 1884-cü ildə Birinci Tiflis 

gimnaziyasında almış və 1884-cü ildə 

oranı müvəffəqiyyətlə bitirərək Peter-

burq Universitetinin tarix-filologiya 

fakültəsinə daxil olmuşdur. Lakin 

birinci semestrdən sonra o,  hüquq 

fakültəsinə keçmiş  və 1888-ci ildə 

təhsilini uğurla bitirərək hüquq elmləri 

namizədi adını almışdır. 1894-cü ildə 

Bakıya gələrək hüquq-mühafizə or-

qanlarında çalışmış, sonralar müstəqil 

vəkil kimi fəaliyyət göstərmişdir. 

Azərbaycan və rus dillərindən  əlavə, 

fars, fransız, ingilis və gürcü dillərini də 

mükəmməl bilən Topçubaşov tezliklə 

H.Z.Tağıyevin diqqətini vəlb etmiş 

və 1897-ci ildə “Kaspi” qəzetinin re-

daktorluğu ona tapşırılmışdır. Bakının 

ictimai-siyasi həyatında fəal iştirak 

edən Topçubaşov Bakı  Şəhər Duma-

sının üzvü seçilmiş, bir müddət onun 

sədri olmuşdur. 

Əlimərdan bəy Topçubaşov 1914-

cü idə Bakıda 45 nəfərdən ibarət 

“Məşvərət məclisi” təşkil etmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti elan 

olunduqdan sonra, Topçubaşov yeni 

yaranmış müstəqil milli dövlətin dün-

yada tanıdılmasında əvəzsiz xidmətlər 

göstərmişdir. Fətəli xan Xoyskinin 

1918-ci il iyunun 17-də  Gəncədə 

təşkil etdiyi 2-ci hökumət kabinəsi 

tərkibində  əvvəlcə portfelsiz nazir, 

avqustun 20-dən Xarici İşlər naziri ol-

muş, avqustun 23-də isə Azərbaycan 

Xalq Cümhuriyyətinin fövqəladə elçi-

si və səlahiyyətli naziri kimi İstanbula 

göndərilmişdir.

1918-ci il dekabrın 28-də 

Azərbaycan Hökumətinin və Parla-

mentin ağsaqqallar şurasının birgə ic-

lasında Ə.Topçubaşov Paris Sülh konf-

ransına göndərilmiş, Azərbaycan Xalq 

Cümhuriyyəti nümayəndə heyətinin 

sədri təyin olunmuş  və  İstanbuldan 

birbaşa Parisə yola düşmüşdür. 

Parisdə olmağına baxmayaraq, 

o, 1919-cu ilin dekabrında yenidən 

Azərbaycan Xalq Cümhuriyyəti Par-

lamentinin sədri seçilmişdir.

Vətənimizin 1920-ci il aprel işğa-

lından sonra Parisdə qalıb, mühacir 

həyatı yaşamağa məcbur olan Top-

çubaşov siyasi fəaliyyətini dayandır-

mamış,  bolşeviklərin Azərbaycanda 

törətdikləri cinayətlər haqqında  bir 

çox toplantıda geniş məlumat vermiş-

dir.


Həyatını  təkcə öz xalqının de-

yil, həm də bütün Rusiyanın türk-

müsəlmanlarının istiqlalı  uğrunda 

mübarizəyə  həsr etmiş Topçubaşov 

xaricdəki digər siyasi mühacirlərlə 

birlikdə Azərbaycan müstəqilliyinin 

bərpa olunması yolunda fəaliyyətini 

ömrünün sonuna qədər davam etdir-

mişdir.

Əlimərdan bəy Topçubaşov 1934-



cü il noyabr ayının 8-də Parisdə, Sen-

Deni  şəhərində  vəfat etmiş, Sen Klu 

şəhər qəbiristanlığında dəfn edilmiş-

dir.


Ə d ə b i y y a t

Azərbaycanın təşəkkülü 

/Ə.Topçubaşov.- [İstanbul]: [s. 

n.], 1918.- 46 s.

Əlimərdan bəy Topçuba-

şov Azərbaycan mətbuatı 

səhifələrində /AMEA 

Məhəmməd Füzuli ad. 

Əlyazmalar İnstitutu; topl. 

və tərt. ed. H.Həsənov; red.: 

H.Həsənov, M.Adilov.- Bakı: 

Elm, 2005.- 156 s.

Hacıyev, F. Əlimərdan bəy 

Topçubaşovun ictimai-siyasi 

görüşləri: fəls. üzrə fəls. d-ru 

e. dər. al. üçün təq. ed. dis.: 

09.00.03 /F.Hacıyev; AMEA, 

Fəlsəfə, Sosiologiya və Hüquq 

İn-tu.- Bakı, 2011.- 143 s.

Həsənli, C. Tarixi şəxsiyyətin 

tarixi: Əlimərdan bəy Top-

çubaşov /C.Həsənli; red. 

H.Paşayev.- Bakı: ADA, 2013.- 

587, [1] s. 

Topçubaşov Əlimərdan bəy 

Ələkbər oğlu //Azərbaycan 

Xalq Cümhuriyyəti Ensiklope-

diyası: iki cilddə.- Bakı, 2005.- 

C.II.- S.402-406.

International conference dedi-

cated to the 150th anniversary 

of birth of Alimardan bay Topc-

hubashov. Baku, april, 2014            

/Ministry of Foreign Affairs 

and National Academy of 

Sciences of the Republic of 

Azerbaijan.- [Baku]: [Chashi-

oglu], 2014.- 83, [5] p.

4

İctimai-siyasi xadim


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə