Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə75/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   71   72   73   74   75   76   77   78   ...   200

156

Musiqi.Opera.Balet

MA

Y

Həqiqət Əli qızı Rzayeva 1907-ci il 

may ayının 20-də  Lənkəran  şəhərində 

dünyaya göz açmışdır.  Şaqraq səsi ilə 

Lənkəranda həvəskar xanəndə kimi ta-

nınan atası Əlinin vaxtsız vəfatı ailəyə 

çətin günlər yaşatmış, ailə üç uşaq ana-

sı Zinyət xanımın ümidinə qalmışdır. 

Həqiqət ilk təhsilini maarifçi Tey-

mur bəy Bayraməlibəyovun qızı 

Məryəm xanımın Lənkəranda, evində 

açdığı  məktəbdə almışdır. 1923-cü 

ildə ali təhsil almaq məqsədilə Bakıya 

gəlmiş  və Pedaqoji Texnikuma daxil 

olmuşdur. Burada dram dərnəyinə  də 

yazılmışdı. Oynadığı tamaşalarda ara-

sıra muğam parçaları ifa edirdi. Həmin 

dövrdə Bakıda “Damğa” adlı satirik 

teatr açılmışdı. Aktyorluq həvəsi onu 

bu teatra gətirir, bir - çox tamaşalarda 

iştirak edir. 

Həqiqət Rzayeva 1928-ci ildə Azər-

baycan Dövlət Konservatoriyasının 

muğam şöbəsinə qəbul olunmuş, Cab-

bar Qaryağdıoğlu, Seyid Şuşinski və 

Qurban Pirimov kimi sənətkarlardan 

dərs almışdır.  1927-ci ildə  Müslüm 

Maqomayevin “Şah İsmayıl” operasın-

da Ərəbzəngi rolunu ilk dəfə olaraq 20 

yaşlı Həqiqət xanım oynamışdır. Sonra-

lar eyni opera səhnəsində Ərəbzəngini, 

Leylini, Əslini, həm də Şahsənəmi ifa 

etmişdir. 

O, həm də pedaqoji fəaliyyət 

göstərmiş, A.Zeynallı adına Bakı Mu-

siqi Məktəbində dərs demişdir.

1939-cu ildə Moskvada keçirilən 

Azərbaycan mədəniyyəti və incəsənəti 

ongünlüyündə   “Arşın mal alan” ope-

rasında Telli obrazını özünəməxsus 

şəkildə ifa edən Həqiqət xanım tanın-

mış  tənqidçilərin, sənət adamlarının 

marağına səbəb olmuş, rəğbətini qa-

zanmışdır.  

1946-cı ildə görkəmli sənətkarın 

əməyi yüksək qiymətləndirilmiş, ona 

“Xalq artisti” fəxri adı verilmişdir.

Həqiqət Rzayeva bir neçə bədii filmə 

də  çəkilmişdir. “Ögey ana” filmində 

yaratdığı Qəmər xala obrazı bu gün də 

maraqla izlənilir.  

Azərbaycan xalq mahnı  və mu-

ğamlarını böyük məhəbbətlə sevən və 

təbliğ edən görkəmli sənətkar 1969-cu 

il avqust ayının 2-də, 62 yaşında vəfat 

etmişdir


Həqiqət Rzayeva 

1907-1969 

20

Ə d ə b i y y a t

Cəfərov, C. Həqiqət Rzayeva /C.Cəfərov; [red. S.Dadaşov]; Azərbaycan Teatr Cəmiyyətinin Rəyasət Heyəti.- Bakı: Azərb. Teatr 

Cəmiyyəti, 1957.- 55 s.

Fərəcov, S. Fərqli xarakterlərin mahir ifaçısı /S.Fərəcov //Mədəniyyət.- 2015.- 3 iyun.- S. 15.

Həqiqət Rzayeva //Qadınlar Azərbaycanın musiqi həyatında.- Bakı, 2004.- S.20-21.

Əsgərova, V. Həqiqət Rzayevanın opera yaradıcılığı /F.Əsgərova //Mədəni həyat.- 2013.- №1/2.- S.52-54.

Rzayev, A. Milli operanın ilk priması: Azər Rzayev: “Anam Həqiqət Rzayeva sərt qadın idi, kişilərlə dostluq edirdi” /A.Rzayev; 

müsahibəni apardı İ.Hacıxanoğlu //Ekspress.- 2013.- 22-24 iyun.- S.19.

110  

illiyi

Müğənni


157

Musiqi.Opera.Balet

MA

Y

Aqşin  Əliqulu oğlu  Əlizadə 1937-ci 

il may ayının 22-də Bakıda anadan ol-

muşdur. 1962-ci ildə Bakı Konservato-

riyasının Cövdət Hacıyevin bəstəkarlıq 

sinfini bitirmişdir. Tələbə vaxtı yazdığı 

sonata Gənc Bəstəkarların I Ümumitti-

faq Müsabiqəsində I dərəcəli diploma 

(1962), sonra yadığı Birinci simfoniya 

“Zaqafqaziya Baharı” festivalında I dip-

loma layiq görülmüşdür. 16 simli alətlər 

üçün yazılan “Ekspressiya” əsəri alea-

torik və sonor texnikası üçün maraqlı 

təcrübədir. “Bayatılar” əsəri Azərbaycan 

musiqisində özünəməxsus eksperiment 

olaraq, daha çox monodik xarakter da-

şıyır.Aqşin  Əlizadənin yaradıcılığının 

ümumi cəhətləri virtuoz etnoqrafizm, 

dərin fəlsəfi ümumiləşdirmə, emosional 

genişlik, konstuktivlik, şərqsayağı əlvan 

dekor və ciddi forma mütənasibliyidir. 

Əsas  əsərləri “Babək” , “Qаfqаzа 

səyаhət” , “Ümid vаlsı” baletləri, 5 sim-

foniya, xor üçün “Bayatılar”, “Təntənə”, 

“Azərilər” kantatası, “Ana torpaq”, 

“Qədim lay-lay”, kamera orkestri üçün 

“Pastoral”, “Aşıqsayağı”, “Cəngi”, 

“Kənd suitasi”, “Uşaq süitasi”, fortepia-

no üçün sonata, “Dastan”, “Qədim oyun-

lar”, “Portret”, xoreoqrafiq simfoniya 

musiqisevərlərə yaxşı tanışdır. 

A.Əlizadə 50-dən artıq bədii  filmə, 

cizgi filminə və tamaşaya musiqi yazmış-

dır.


1979-1985-ci illərdə Azərbaycan 

Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi, 

1985-1990-cı illərdə birinci katibi olmuş-

dur. 30 ildən artıq Bakı Musiqi Akademi-

yasında, Y.Məmmədəliyev adına Naxçı-

van Universitetlərində və Türkiyənin Van 

Universitetində  dərs deyən bəstəkarın 

musiqiçilər nəslinin yetişməsində böyük 

xidmətləri olmuşdur.

1978-ci ildə Azərbaycan SSR Dövlət 

mükafatına, 1987-ci ildə “Xalq artisti” 

fəxri adına layiq görülmüşdür. 1997-

ci ildə  “Şöhrət”, 2012-ci ildə  “Şərəf” 

ordenləri ilə tətif edilmişdir.

Görkəmli bəstəkar Aqşin  Əlizadə 

2014-cü il may ayının 3-də vəfat etmiş-

dir.

Аqşin Əlizаdə 

1937-2014

22

Ə d ə b i y y a t

Aqşin Əlizadənin xor əsərləri: “Dirijorluq” ixtisası üzrə təhsil alan tələbələr üçün dərs vəsaiti /Azərb. Resp. Təhsil Nazirliyi, Üzeyir 

Hacıbəyli ad. Bakı Musiqi Akad.; tərt. ed. A.M.Qafulov; elmi red. G.İmanova.- Bakı: [s.n.], 2015.- 103 s.

Aqşin Əliqulu oğlu Əlizadə //Azərbaycan.- 2014.- 4 may.- S.5.

Baxşıyeva, G. Aqşin Əlizadənin “Dastan əsərində janr-üslub və faktura xüsusiyyətləri /G.Baxşıyeva //Müasir mədəniyyətşünaslıq: elmi, 

metodiki, publisistik jurnal.- 2012.- №1(9).- S.51-55.

Əliyeva, F. Aqşin Əlizadə /F.Əliyeva //Musiqi dünyası.- 2003.- №1-2.- S. 121-123.

Məmmədova, A. Musiqidə yaşanan ömür /A.Məmmədova //Mədəniyyət.- 2012.- 18 may.- S.11.

Tağızadə, A. İstedadla, zəhmətlə: (bəstəkar A.Əlizadə haqqında) //Tağızadə A. XX əsr Azərbaycan musiqisi: məqalə, oçerk, esse toplusu.- 

Bakı, 2011.- S.135-138.

Təhmirazqızı, S. Aqşin Əlizadənin sirli musiqi aləmi /S.Təhmirazqızı //Mədəniyyət.- 2014.- 21 may.- S.11.

80  

illiyi

Bəstəkar



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə