Teqvim-2017. pdf


Tarixdə bu gün Beynəlxalq Ailə Günü



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə83/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   79   80   81   82   83   84   85   86   ...   200

172

Tarixdə bu gün

Beynəlxalq Ailə Günü 

1994  

MA

Y

Hər il may ayının 15-i dünyada 

təntənə ilə qeyd olunan və insanların 

diqqətini ailə problemlərinin həllinə 

bir daha yönəltmək məqsədi daşıyan 

Beynəlxalq Ailə Günü münasibətilə 

respublikamızda da silsilə  tədbirlər 

həyata keçirilir. Ailə, Qadın və  Uşaq 

Problemləri üzrə Dövlət Komitəsinin 

bu əlamətdar günlə bağlı təşkil etdiyi 

“Ailə bayramı”nda nümunəvi ailələrin 

seçilməsi, respublikanın müxtəlif 

bölgələrində mərasimlərin keçirilməsi 

artıq xoş ənənəyə çevrilib. 

Müstəqil Azərbaycan Respublika-

sında sosial sahədə dövlət siyasətinin 

prioritet istiqamətlərindən biri-

ni məhz ailə siyasəti təşkil edir. Bu 

gerçəkliyi daim nəzərə alan ümum-

milli lider Heydər  Əliyev ölkəmizdə 

ailə siyasətinin formalaşdırılma-

sı  məsələlərinə böyük diqqət ye-

tirmiş, həmin sahədə mövcud olan 

problemlərin həlli istiqamətində ardıcıl 

və məqsədyönlü fəaliyyət göstərmişdir. 

Müstəqil Azərbaycan Respublikasına 

rəhbərlik etdiyi 1993-2003-cü illərdə 

ümummilli lider ailə siyasəti ilə bağlı 

məsələlərin normativ-hüquqi tənzimini 

və əməli həllini prioritet vəzifələrdən 

biri kimi qarşıya qoymuşdur.

Müstəqil Azərbaycanda həyata 

keçirilən dövlət ailə siyasəti milli-

mənəvi dəyərlərdən qaynaqlanır. Bu 

barədə Prezident İlham Əliyev demiş-

dir: “Biz ümumbəşəri dəyərləri bölü-

şürük, ancaq bizim üçün əsas dəyərlər 

Azərbaycanın milli dəyərləridir. 

Bu baxımdan,  əgər tarixə  də  nəzər 

salsaq görərik ki, xalqımızın yaşa-

ması üçün, öz mənliyini, qürurunu 

qoruması üçün ailə  dəyərləri, milli 

dəyərlər əvəzolunmaz rol oynamışdır. 

Ölkəmizin inkişafı, müstəqilliyimizin 

daha da möhkəmləndirilməsi üçün və 

milli dəyərlərin tam şəkildə  bərqərar 

edilməsi üçün ailə  dəyərləri daim 

yüksəklərdə olmalıdır”.

Respublikada ailə problemlərinin 

həllinə xüsusi qayğının göstəricisi 

kimi 2006-cı ildə Azərbaycan Res-

publikası Prezidentinin sərəncamı 

ilə Ailə, Qadın və  Uşaq Problemləri 

üzrə Dövlət Komitəsi yaradılmış-

dır. Komitənin qarşısında duran ən 

mühüm vəzifələrdən biri də ailə 

institutunun hərtərəfli inkişafı  və 

möhkəmləndirilməsi, ailə dəyərlərinin 

qorunması, onun problemlərinin 

minimuma endirilməsidir.  Bu gün 

ölkəmizin həyatında önəmli rol oyna-

yan, hər birimiz üçün gözəl nümunə 

olan Azərbaycan qadın hərəkatının 

lideri, Heydər  Əliyev Fondunun Pre-

zidenti, Milli Məclisin deputatı, YU-

NESKO və İSESKO-nun xoşməramlı 

səfiri Mehriban xanım  Əliyevanın 

rəhbərliyi altında həyata keçirilən ailə 

problemlərinin həlli istiqamətində 

önəmli layihələrin gerçəkləşdirilməsini 

xüsusilə qeyd etmək lazımdır. 

Ə d ə b i y y a t

Ailə cəmiyyətin təməlidir 

//Mədəniyyət.- 2015.- 22 

may.- S.11.

Ailə dəyərləri 

milli-mənəvi irsdir                     

//Mədəniyyət.- 2014.- 26 

dekabr.- S.9. 

Hüseynova, H. Ailə milli-

mənəvi dəyərlərin daşı-

yıcısıdır /H.Hüseynova       

//Azərbaycan.-2009.-15 

may.-S.5.

İsmayıl, Z. Beynəlxalq 

Ailə Günü və Azərbaycan 

ailəsi /Z.İsmayıl //İki sa-

hil.- 2014.- 15 may.- S.14.

Uğur. 15 May - 

Beynəlxalq Ailə Günü       

/Uğur //Xalq cəbhəsi.- 

2012.- 15 may.- S.14. 

15



173

Tarixdə bu gün

Laçın rayonunun işğalının 25-ci 

ildönümü

1992

MA

Y

Ərazisi:  1835  

km² 

Əhalisi: 72 228 nəfər

Azərbaycanın strateji cəhətdən mü-

hüm əhəmiyyət kəsb edən Laçın rayo-

nunun işğalından 25 il keçir. 1992-ci 

il may ayının 18-də erməni işğalçıları 

rayonun yüzlərlə  mədəni-məişət ob-

yektini, onlarla qəsəbə, kənd və tarixi 

abidələrini dağıdaraq talan edib. İşğal 

nəticəsində 63341 min Azərbaycan 

vətəndaşı öz yurdundan didərgin dü-

şüb. 1835 kvadrat kilometr ərazisi 

olan rayonun 121 kəndi var. İşğal za-

manı 300-dən artıq hərbi və mülki şəxs 

həlak olub və itkin düşüb. İşğal altın-

da 8950 bina, o cümlədən 7 sənaye və 

tikinti müəssisəsi, 471 xidmət idarəsi, 

154 məktəb, yüzlərlə tarix-mədəniyyət 

abidəsi qalıb.

 1992-ci il mayın 8-də Şuşa şəhəri 

Ermənistan tərəfindən işğal olunduq-

dan sonra erməni silahlı qüvvələri 

intensiv  şəkildə  ağır artilleriyadan 

rayon mərkəzini atəşə tutub. Şuşa 

şəhərinin Turşsu deyilən  ərazisindən 

və Ermənistan istiqamətindən hücu-

ma keçən düşmən mayın 18-də Laçı-

nı  işğal edib. Əhəmiyyətli geostrateji 

mövqeyə malik olan Laçının işğalı 

Azərbaycan iqtisadiyyatına ciddi ziyan 

vurub. Təbii sərvətlərlə  zəngin olan 

Laçın rayonunda Turşsu, Qaladərəsi, 

Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, 

Nurəddin, Nağdalı, Hacıxanlı kimi 

müalicəvi  əhəmiyyətli bulaqlar möv-

cuddur. Ekologiya və  Təbii Sərvətlər 

Nazirliyinin rayonun işğalı ilə bağlı 

yaydığı  məlumatda bildirilib ki, La-

çın rayonu ərazisində ümumi ehtiyat-

ları 1124 ton olan 3 civə (Narzanlı, 

Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457 

min ton olan və əhəng istehsalına ya-

rarlı Laçın əhəngdaşı, ehtiyatları 2533 

min kubmetr olan və istismara cəlb 

edilən üzlük daşı istehsalına yararlı 

Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar 

daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, 

Əhmədli), 2 əlvan bəzək daşı, vulkan 

külü və digər təbii sərvətləri var. 

Laçın rayonundakı Qaragöl Dövlət 

Təbiət Qoruğu və Dövlət Təbiət Ya-

saqlığı da hal-hazırda işğal altındadır. 

Ümumi sahəsi 240 hektar olan qoruq-

da 68 növdən və 27 ailədən ibarət bitki 

örtüyü var. 1961-ci ilin noyabr ayında 

heyvan və quşları qoruyub saxlamaq 

və artırmaq məqsədi ilə yaradılan 

Dövlət Təbiət Yasaqlığının ərazisində 

cüyür, qaya keçisi, çöl donuzu, ayı, tu-

rac, kəklik, qaratoyuq kimi nadir fauna 

növləri məskunlaşıb. 1989-cu ildə ya-

saqlıqda aparılan yoxlama zamanı dağ-

keçisi 96, qaban 360, cüyür 320, ayı 

110 baş, eləcə də çoxlu sayda canavar

porsuq, dələ, qırqovul, kəklik qeydə 

alınıb. İşğalçı dövlət beynəlxalq hüquq 

normalarına, zəbt olunan Azərbaycan 

torpaqlarından Ermənistan qoşunla-

rının qeyd-şərtsiz çıxarılmasına dair 

BMT-nin qətnamələrinə  məhəl qoy-

mayaraq hazırda Laçında qanunsuz 

məskunlaşma aparır. 

Bu gün bütün Azərbaycan xalqı 

Qarabağın işğal altından qurtulacağı 

günü gözləyir. Qarabağa böyük qayı-

dışın olacağına hamımız inanırıq.

Ə d ə b i y y a t

Abdullayev, Ə. Qarabağ 

faciəsi: monoqrafiya 

/Ə.İ.Abdullayev; elmi 

red. Ə.Əliyev; baş red. 

İ.Səfərov /Azərb.Resp.

Təhsil Nazirliyi; Azərb. 

Döv. İqt. Un-ti.- Bakı: 

İqtisad Universiteti, 

2016.- 227 s.

Mərdlik qalası Laçın: 

albom /tərt.ed. və red. 

Ş.Alışanlı.- Bakı: Elm, 

2009.- 126 s. 

Allahverdiyev, E. “Ulu 

yurdum Laçınım” 

/E.Allahverdiyev //Ekran-

efir.- 2013.- 17 may.- S.4.

Qaraca, B. Laçınlar yurdu 

/B.Qaraca //Azərbaycan.- 

2014.- 18 may.- S.6.  

Sarıyeva, İ. Laçının 

işğalı - Azərbaycan 

dövlətçilk tarixində 

erməni təcavüzünün ən 

ağır təzahürlərindən biri 

kimi... /İ.Sarıyeva //Bakı 

xəbər.- 2015.- 18 may.- 

S.11.

17



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə