Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə77/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   73   74   75   76   77   78   79   80   ...   200

160

MA

Y

Sаrа Qədimоvа 

1922-2005 

Ə d ə b i y y a t

Fərəcov, Ç.  Milli mu-

siqimizin əvəzolunmaz 

ifaçısı: böyük xanəndə 

Sara Qədimovanın əziz 

xatirəsinə /Ç.Fərəcov 

//525-ci qəzet.- 2016.- 4 

fevral.- S.7.

Fərəcov, Ç. Səhnəmizin 

gözəl Sarası /Ç.Fərəcov 

//Xalq qəzeti.- 2012.- 23 

may.- S.5. 

Fərəcov , Ç. Milli mu-

siqimizin əvəzolunmaz 

ifaçısı: Böyük xanəndə 

Sara Qədimovanın əziz 

xatirəsinə /Ç.Fərəcov 

//525-ci qəzet.- 2016.- 4 

fevral.- S..6. 

Xəlilzadə, F. Nəğmələr 

gülüstanının Sa-

rası /F.Xəlilzadə                   

//Azərbaycan.- 2012.- 1 

iyun.- S.10.

Sara Qədimova                     

//Qadınlar 

Azərbaycanın musiqi 

həyatında /Tərt. və red. 

A.Bayramova.- Bakı, 

2004.- S.46-47.

Sara Bəbiş  qızı  Qədimova 1922-

ci il may ayının 31-də Bakıda anadan 

olmuşdur. Uşaq yaşlarından mahnı ifa 

etməyə başlayan Sara Qədimovanın 

gələcəkdə müğənni olacağına heç kimdə 

şübhə yeri qalmamışdı. Xanəndə Zülfü 

Adıgözəlov 16 yaşlı Saranı Əbilov adına 

Mədəniyyət evində rəhbərlik etdiyi mu-

siqi dərnəyinə  cəlb edir. Orta məktəbi 

bitirdikdən sonra Tibb Texnikumuna 

daxil olan Sara, sonra Tibb İnstitutu-

na qəbul edilir. Ancaq institutun 4-cü 

kursundan o, təhsilini yarımçıq qoyub 

1938-1941-ci illərdə A.Zeynallı adı-

na musiqi məktəbində H.Sarabskinin 

sinfində muğamdan dərs  alır. O, 1941-

ci ildə, 19 yaşında ikən Azərbaycan 

Dövlət Filarmoniyasına solist qəbul 

olunur.


Azərbaycan Dövlət Opera və Ba-

let Teatrında aparıcı partiyalarda çı-

xış edən Sara Qədimovanın adı opera 

səhnəsində yaratdığı Leyli və Əsli ob-

razları ilə yadda qalıb. Onun oxuduğu 

“Bayatı-Şiraz”, “Şur”, “Şahnaz”, “Qa-

tar”, “Mahur-hindi”, “Xaric segah” 

muğamları, müxtəlif Azərbaycan xalq 

mahnıları ifaçılıq sənəti tariximizə  qı-

zıl hərflərlə yazılıb. Müğənninin ifasın-

da “Qarabağ şikəstəsi” isə Azərbaycan 

musiqisi tarixində özünəməxsus yer 

tutur.  Dinləyicinin daxili aləminə nü-

fuz etmək, onda güclü emosional təsir 

yaratmaq bacarığı Sara Qədimova ya-

radıcılığının xarakterik xüsusiyyəti 

idi. Müğənninin altmış ildən artıq bir 

dövrü  əhatə edən yaradıcılığının baş-

lıca qayəsi Azərbaycan mədəniyyətinə 

xidmət göstərmək olub. Sara 

Qədimovanın milli musiqimizə  hədsiz 

sədaqətlə səciyyələnən həyat yolu gənc 

xanəndələr nəsli üçün daim örnək ola-

caq.


Sara xanım mahnı ifaçılığı ilə yana-

şı bütün əsas muğamlarımızı ifa etmiş 

yeganə qadın xanəndə olmuşdur. O, 

1965-ci ildə xanəndələrin çox ehtiyatla 

müraciət etdikləri son dərəcə mürəkkəb 

“Şur” dəsgahı və  “Cahargah” muğam-

larını da ifa etmişdir. 

Sara xanım ən çətin və ən mürəkkəb 

mahnıları ustalıqla ifa edirdi. Güclü səs 

tələb olunan xalq mahnısı “Qara qaşın 

vəsməsi”,  Şəfiqə Axundovanın “Lirik 

mahnısı”, “Axı  mən nə dedim”, “Nə 

deyim”, Əfrasiyab Bədəlbəylinin Cəfər 

Cabbarlının “Od gəlini” tamaşasına 

yazdığı “Solmazın mahnısı”, Ramiz Mi-

rişlinin “Səni tapdım”, Habil Əliyevin 

“Ürəkdir sevən səni”, Arif  Məlikovun 

“Naz edirsən”, Hacıbaba Həsənovun 

“Xatirələr”, “Tar çalan oğlan” və 

digər mahnıları ilk dəfə Sara xanım ifa 

edərək, onlara öz “möhürünü” vurmuş-

dur.  1950-1960-cı illər onun şöhrətinin 

və  məşhurluğunun zirvəsi idi. Onlarca 

xarici ölkələrdə olub, Azərbaycan mu-

siqisini layiqincə təmsil etmişdir.

Sara xanımın  əməyi və isteda-

dı dövlət və xalq tərəfindən yüksək 

qiymətləndirmişdir. O, Azərbaycan 

Respublikasının “Əməkdar artist”, 

1963-cü ildə isə “Xalq artisti” fəxri 

adlarına layiq görülmüşdür. Keçmiş 

SSRİ-nin “Şərəf nişanı”, Azərbaycan 

Respublikasının “Şöhrət” ordeni ilə 

təltif edilmişdir.

Sara Qədimova 2005-ci il may ayı-

nın 12-də vəfat etmiş, Fəxri Xiyabanda 

dəfn edilmişdir.

95

illiyi

31

Xanəndə

Musiqi.Opera.Balet



161

Teatr.Kino

Ələddin Abbasov 

1922-2014 

MA

Y

Ələddin Aslan oğlu Abbasov 1922-ci 

il may ayının 5-də Gəncədə doğulmuş-

dur. On beş yaşında Gəncə DDT-nin 

nəzdindəki aktyor studiyasına qəbul 

olunmuş, iki il təhsil müddətində teatrın 

yardım heyətində çalışıb, repertuardakı 

tamaşalarda kütləvi səhnələrə çıxmışdır. 

1939-cu ildən C.Cabbarlı adına Gəncə 

Dövlət Dram Teatrının aktyoru kimi 

fəaliyyətə başlamış  və yaradıcılığı yal-

nız bu kollektivlə bağlı olmuşdur.  

Ə.Abbasovun yaradıcılığı romantik 

və realist aktyor məktəblərinin poetika 

göstəriciləri çərçivəsində formalaşmış-

dır. Onun xarakterik səs tembri, ifadəli 

üz cizgiləri, cazibəli səhnə görkəmi var-

dı. Aktyorluq təhsili olmasa da yaradı-

cılığı yüksək peşəkarlıq zəminində for-

malaşmışdır. Ələddin Abbasov müxtəlif 

xarakterli dolğun, emossional səhnə ob-

razları yaratmışdır. 

Əsas rolları: Səyavuş (“Səyavuş”, 

H.Cavid), Fərhad (“Fərhad və  Şi-

rin”, S.Vurğun), Nəbi (“Qaçaq Nəbi”, 

S.Rüstəm), Qatır Məmməd (“Qatır 

Məmməd”, Z.Xəlil), Aydın, Səməd bəy 

(“Aydın”, “Oqtay Eloğlu”, C.Cabbarlı), 

Otello (“Otello, U.Şekspir), Kreont 

(“Antiqona”, Sofokl), Silvio (“İkiağanın 

bir nökəri”, K.Qoldoni), Domrul (“Dəli 

Domrul”, A.Məmmədov; “Kitabi_Dədə 

Qorqud” dastanı əsasında), Əli müəllim 

(“Unutmaq istəyirəm”, N.Məmmədova), 

Böyük bəy (“Mahnı dağlarda qaldı”, 

İ.Əfəndiyev) və s. 

Ə.Abbasov “Mən ki, gözəl deyildim” 

(1968), “Qatır Məmməd” (1974), “Ni-

zami” (1982), “Məkanın melodiyası” 

(2005) və s. kinofilmlərə də çəkilmişdir.

 

İ.Şıxlının eyniadlı romanı  əsasında  



ekranlaşdırılmış “Dəli Kür” (1969) 

filmində yaratdığı Cahandar ağa obrazı 

ona böyük şöhrət qazandırmışdır.

Ə.Abbasov sənət uğurlarına görə 

1958-ci ildə Azərbaycan SSR-in 

“Əməkdar artist”, 1971-ci ildə “Xalq 

artisti” fəxri adlarına layiq görülmüş, 

1981-ci ildə Azərbaycan SSR Ali Sove-

tinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Fədakar aktyor 2014-cü il iyul ayının 

13-də, 92 yaşında vəfat etmişdir.

5

Ə d

ə b i y y a t

Abbasov Ələddin //Azərbaycan Milli Ensiklopediyası: 25 cilddə.- Bakı, 2009.- C.I.- S.18.

Nərimanoğlu, M. Ekranın Cahandar ağası /M.Nərimanoğlu //Azərbaycan.- 2012.- 4 may.- S.11.

Oktay. Azərbaycan kinosunun Cahandar ağası /Oktay //Xalq cəbhəsi.- 2012.- 21 iyul.- S.13.

Tanrıverdiyev, V. Ələddin Abbasovun Cahandar ağa obrazı /V.Tanrıverdiyev //Respublika.- 2012.- 24 iyul.- S.6.

95  

illiyi

Aktyor



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə