TəSVİRİ VƏ TƏTBİQİ İNCƏSƏNƏT


Təsviri və tətbiqi incəsənət, əmək təlimi



Yüklə 491,17 Kb.
Pdf görüntüsü
səhifə21/22
tarix26.09.2017
ölçüsü491,17 Kb.
#1571
1   ...   14   15   16   17   18   19   20   21   22

Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

incəsənətlə aldığı biliyi və vərdişləri müxtəlif peşələrdə necə istifadə edəcəyini izah edir

incəsənət üzrə ali təhsil almaq və karyera qurmaq imkanlarını müzakirə edir



muzeydə və qalereyada konkret ekspozisiyanı qurmaq üçün hansı əlamətlərlə əsərlərin 

seçilməsini araşdırır və hansıların tamaşaçılara və cəmiyyətə   göstərdiyi ehtimal olunan 



təsirləri haqqında söhbət aparır

gündəlik həyatda incəsənətin hansı növləri ilə rastlaşdığımızı araşdırır (televiziya, qəzet, 

jurnal, plakat, afişa, dizayn) və onun əhəmiyyətini qiymətləndirir



həyatda üzləşdiyi peşəkar və həvəskarların yaratdığı incəsənət əsərlərini müqayisə edir və 

onlar haqqında müzakirələr aparır



Dərs proqramının məzmunu

Təsviri incəsənətin əsas element və prinsipləri: 

Xətt, rəng, işıq-kölgə,  faktura, forma, həcm; ölçülər; kompozitiv bölgü əsasları; bütövlük, məkan 

(nəzər nöqtəsi, horizontal xətt, perspektiv, ön və arxa plan), simmetriya, ritm, tarazlıq, kontrast 

(əhval-ruhiyyənin,  emosiyaların müxtəlif effektlər və bədii üsullar vasitəsilə ötürülməsi).



Material və vəsait:

Tuş, qələm, pastel, quaş, akvarel, tempera, kömür, gil, parça, sap,  kəndir, məftil, dəmir,  təbii və 

süni materiallar; müxtəlif materiallar və alətlərlə eksperiment; toxuculuq, tikiş, dülgərlik alətləri.

Texnika və prosedur:

Basmalar, yonmaq, kollaj, kilim, kuzə, qobelen, naxış vurmaq,  toxumaq, tikmək, ağac yonmaq, 

kompüter texnologiyaları; incəsənətin məşhur əsərlərinin surətini hazırlamaq; seçilən sahələrdə 

eksperiment (rəssamlıq, dizayn, fotoqrafiya); materialla, texnika ilə eksperiment.



Digər fənlərlə inteqrasiya: 

Təsviri və tətbiqi incəsənət – Musiqi – Ədəbiyyat – Tarix – Təbiət elmləri fənləri. 



Layihədə iştirak etmək: 

Layihənin ideyasının müəyyən edilməsi (sərgi, aksiya, incəsənət festivalı, viktorina, ekspedisiya, 

Gürcüstanın hər hansı bir vilayətinə ekskursiya); layihənin planlaşdırılması, funksiyaların bölgüsü; 

təşkilatı, maliyyə hesablaması, sponsorun axtarılması, ictimaiyyətlə münasibət, materialla təminat; 

vizual gündəliyin təqdimatı, qiymətləndirilməsi.

 

Kommunikasiya və şərh: 

Təsviri incəsənətin element və prinsiplərinin biliyinə əsaslanaraq incəsənət əsərinin təhlili və 

qiymətləndirilməsi;  əsərdən alınan emosiya və təəssüratlar barədə söhbət aparmaq, meyarların 

müəyyən edilməsi, uyğun terminologiyadan istifadə etmək; əsərin auditoriya qarşısında təqdimatı, 

seçilən meyarlara əsasən əsərin qiymətləndirilməsi. 

Kontekstdə incəsənətin dərk edilməsi:

Müxtəlif dövr və üslublu əsərlərin müqayisəsi və təhlili (üslub, mövzu, janr və s.); rəssamın fərdi 

tərzi; Gürcüstanın müxtəlif bölgələrinin incəsənəti və yaradıcılığı; özünün və cəmiyyətin həyatında 

incəsənətin rolunun təhlili.

T. T. İ.XI-XII - 6



Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

 İncəsənət tarixi

(nəzəri kurs)

İlin sonunda əldə edilən nəticələr

Komunikasiya və şərh

İncəsənətin kontekstdə dərk edilməsi 

İ.N.XI,XII.1  İncəsənət  əsərini  təsvir 

və təhlil edir

 

İ.N.XI,XII.2 Müəyyən bir dövrün incəsənətini seçir 

və təhlil edir

 

İ.  N.XI,XII.3  Gürcü  incəsənətinin  müəyyən  bir 

mərhələsini/sahəsini/yaradıcısını  seçir  və  təhlil 

edir

İ. N.XI,XII.4 Müasir incəsənəti araşdırır

İ.N.XI,XII.5  Özünün  və  cəmiyyətin  həyatında 

incəsənətin rolunu təhlil edir.



İlin sonunda əldə edilən nəticələr və onların indikatorları 

İstiqamət: Kommunikasiya və şərh

İ.N.XI,XII.1   Şagird incəsənət əsərini təsvir və təhlil edir

 

        Nəticə əldə edilmişdir, əgər şagird:

əsəri təsvir edir və məzmununu tarixi, siyasi və dini kontekstlə əlaqələndirir (məs. Delakruanın 

“Barrikadalarda azadlıq”)



incəsənət elementləri və prinsiplərinin əsərdə ideya, məzmun, xarakter, əhval-ruhiyyəni 

ötürmək üçün (kompozitiv bölgü, rəng, kolorit, faktura, yerinə yetirilmə tərzi: boya, xətt, 



forma, detal: poza, ifadə, aksesuarlar və s.) necə istifadə edildiyini təhlil edir   

əsəri qiymətləndirir (əsərə olan subyektiv münasibətini bildirir ) və sinif yoldaşlarına izah 

edir ki, hansı meyarlarla rəhbərlik edir (emosiya, əsərin estetik və maddi dəyərləri)



müxtəlif amillərin incəsənət əsərlərinə göstərdiyi təsiri araşdırır və təhlil edir (məs. vaxt, 

saxlanma şərtləri, iqlim, tarixi hadisələr) və konkret əsərlərin dəyərlərini müzakirə edir 



(müəllif, dövr, material, xarab olub və ya yox.)

   incəsənət əsərini təsvir etdikdə və təhlil etdikdə həm şifahi müzakirə zamanı, eləcə də 

yazılı əsərdə uyğun  terminologiyadan isitifadə edir



T. T. İ.XI-XII - 7


Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

İstiqamət: İncəsənətin kontekstdə dərk edilməsi

İ. N.XI,XII.7     Şagird hər hansı bir dövrün əsərlərini tanıyır və təhlil edir. 

Nəticə əldə edilmişdir, əgər şagird: 

əsaslandırır ki, seçilən mərhələyə hansı əlamətlərlə üstünlük verib

başqa fənlərdə keçilən və əldə edilən materiala əsaslanaraq söhbət edir ki, seçilən mərhələnin 



konkret dövründə təsviri, musiqi, teatral incəsənətdə nələr baş verirdi

incəsənət xadiminin yaradıcılığında müəyyən konkret əsərlərin nümunəsində (eyni dövrün iki 

yaradıcısının əsərlərinin müqayisəsi əsasında) dövrün necə əks olunduğunu müzakirə edir



konkret əsərlərdə rəssamın xüsusiyyətinin necə əks olunduğunu müzakirə edir (eyni dövrün 

iki yaradıcısının əsərlərinin müqayisəsi əsasında)  



seçdiyi dövrün məşhur nümayəndələri, onların yaradıcılığı barədə informasiya toplayır və 

onları sinif yoldaşları ilə tanış edir



seçilən dövrün incəsənətinin (Qədim Şərq, Antik Dövrlər, Orta Əsrlər, XV- XIX əsrlərdə 

Qərbi Avropa) tarixi, sosial, dini, siyasi kontekstlərini təhlil edir



 təhlil edir ki, seçilən dövrün əsərlərində yaradıcının şəxsiyyəti görünürmü və ya yox və niyə 

(bu cəhətdən Misir, Antik, Orta Əsrlər, İntibah və s. dövrlərin incəsənətini müqayisə edir)



hər hansı bir əsərin nümunəsində təhlil edir ki, seçilən dövrün incəsənəti gələcək dövrün 

incəsənətinə hansı təsir göstərib



bir neçə əsərin nümunəsində həmin dövr üçün xarakterik stilistik əlamətləri (kompozitiv 

bölgü, kolorit, xətt, forma, yerinə yetirilmə tərzi), mövzunu göstərir



bu və ya digər sahənin bu və ya digər dövrdə inkişaf etmiş olduğunu (məs. heykəltaraşlıq 

– dəyirmi heykəllər, barelyef, horelyef, bağlı relyef), hansına müəyyən dövrdə üstünlük 



verildiyini və niyə verildiyini müzakirə edir.

İ. N.XI,XII.3   Şagird gürcü incəsənətinin müəyyən bir mərhələsini/sahəsini/ 

 

         yaradıcısını seçir və təhlil edir

Nəticə əldə edilmişdir, əgər şagird: 

seçilən sahənin (kilsə memarlığı, divar rəssamlığı, dəzgah boyaları və s.) bir neçə əsərini 

bir-biri ilə müqayisə edir və hər birinin xarakterik əlamətlərini müzakirə edir



mərhələnin/sahənin əsərlərini digər mədəniyət əsərləri ilə müqayisə edir, hansıların oxşar 

stilistik xarakterləri var



hər hansı məşhur bir yaradıcının həyatı haqqında material toplayır və müzakirə edir ki, 

həmin xadimin yaradıcılığı cəmiyyətin həyatına hansı təsir göstərib 



stilistik əlamətlərə əsasən hər hansı bir məşhur xadimin yaradıcılığını xarakterizə edir

 seçilən mərhələnin əsərlərini digər mərhələnin gürcü incəsənət əsərləri ilə müqayisə edir



T. T. İ.XI-XII - 8




Yüklə 491,17 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə