The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə16/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   12   13   14   15   16   17   18   19   ...   129

- 34 - 

hakimi  olur  və  keçmiş  hakimin  arvadı  Züleyxa  ilə  evlənir.  Taxıl  almağa  gəlmiş  qardaşlarını  tanıyan 

Yusif  öz  köynəyini  də  buğda  kisəsinin  içinə  qoyub  onları  mehribancasına  yola  salır.  Yusifi  ölmüş 

bilən  atası  Yəqub  oğlanları  qayıdanda  Yusifin  qoxusunu  uzaqdan  hiss  edir.  Köynəyi  alıb  gözlərinə 

sürtdükdən  sonra  isə  onlara  nur  gəlir. 

 

Yusif  və  onunla  əlaqədar  olan  hadisələr,  şəxslər,  quyu,  köynək,  Yəqub,  oğlanları,  Züleyxa 



və  s.  şeylər  Şərq  ədəbiyyatında  yüzlərcə  bədii  obrazın  yaranmasına  səbəb  olmuşdur.  Nizami  də  bu 

süjetlə  bağlı  olan  əfsanələrdən  yaradıcılıqla  geniş  istifadə  etmişdir. 

 

Nizami  üçün  Yusif  gözəlliyin,  ağlığın,  Günəş  kimi  parlaqlığın,  ismətin,  çirkin  insan 



hissiyyatının  qurbanı  olan  saflığın  və  s.  rəmzidir.  “Xəmsə”də  Yusiflə  bağlı  olan  bu  müsbət 

keyfiyyətlər  bənzətmələr  yolu  ilə  tez-tez  xatırlanır: 

                                                        Elə  məşhur  oldu  gözəllikdə  o, 

Misirli   Yusifdi  sanki  bu Xosrov 

Yaxud  Xosrov  atasından  bağışlanmasını  xahiş  edərkən  yenə  də özünü  Yusifə  bənzədir: 

    Yusifəm,  sanma  ki, yeyib  yalquzaq, 

  Günahım  böyükdür,  uşağam,  uşaq 

Aşağıdakı  beytdə  isə Yusif  dedikdə,  Axsitatının  oğlu  şahzadə  nəzərdə  tutulur: 

Yerlərin,  göylərin  Yusifidir  tək, 

 Zaman  vəliəhdi  bir  oldu,  gerçək 

“Xəmsə”də  olan  Nuh,  İbrahim,  İsmayıl,  İsa,  Məryəm,  Cəmşid,  Keyxosrov,  Keyqubad,  Rüstəm, 

Rüstəm  Zal,  Keykavus,  Zöhhak,  Gazə,  Oxçu,  Arəş,  Qarun,  Musa,  Davud,  Loğman,  Vis,  Sultan 

Mahmud,  Sultan  Məsud,  Firdovsi,  Ayaz,  Samiri  və  başqa  adlardan  da  bənzətmə  kimi  geniş  istifadə 

edilmişdir. 

 

“Xəmsə”də  olan  bütün  onomastik  məcazların  bir  bölgü  ilə  əhatəsi  qeyri-mümkündür.  Çünki 



şair  məqsəddən  aslı  olaraq  onun  müxtəlif  növlərindən    istifadə  etmişdir.  “Xəmsə”də  ən  geniş 

yayılmış  onomastik  bənzətmələri  (  Bənzətmə  xüsusi  adları.  Azərbaycan  ədəbiyyatında  poetik  adlar 

tam  tədqiq  olunmadığı  üçün  hələ  müvafiq  terminlər  də  tam  dolğunluğu  ilə  dəqiqləşdirilməmişdir) 

aşağıdakı  şəkildə  qruplaşdırmaq  olar:  1.  Komponentlərin  sayına  görə;  2.  Komponentlərin  ümumi  və 

xüsusi  adlarla  ifadəsinə  görə;  3. Komponentlərinin   onomastik  funksiyasına  görə. 

 

Onomastik  bənzətmələri  komponentlərinin  sayından  aslı  olaraq  aşağıdakı  formada  təsnif 



etmək  olar:  Sadə  onomastik  bənzətmələr.  Burada  bənzəyən  bir,  bənzədilən  isə  bir,  iki  və  ən  çoxu  üç 

komponentdən  yaranır  və  komponentlərdən  biri  hökmən  xüsusi  adlardan  ibarət  olmalıdır. 

Bənzəyən  ümumi,  bənzədilən  tərəf  isə  xüsusi  adlardan  ibarət  olur: 

 Saçı,  oldu  çöhrəsi  – İbrahim  möcüzəsi, 

   Xəncər  kirpiklərində  İsmayıl  göz  süzəsi, 

  Busəsi  bir meydi  ki,  aşiq  ona can verər, 

 Dodağı  İsa kimi  cansız  cana can  verər. 

Burada    məşuqənin  saçı,  odlu  çöhrəsi  İbrahimin  möcüzəsinə  bənzədilir.  Bütpərəstlik  əleyhinə 

mübarizə  apardığına  görə      Babil  hökmdarı    I  Nəmrud  İbrahimi  oda  atdırmış,  od  isə  İbrahimi 

yandırmamış  və  çiçəkli  bir  bağa  dönmüşdür.”  İbrahim  möcüzəsi”  ifadəsi  buna  işarədir.  Məşuqənin 

kirpiyi  isə  oğlu  İsmayılı  Allah  yolunda  qurban  kəsmək  istəyən  ölü  dirildə  bilən  İsa  peyğəmbərin 

dodağına  bənzədilmişdir. 

Bənzəyən  və bənzədilən  tərəflər  xüsusi  adlardan  yaranır. 

                                                    Ruhlara  dərs öyrət  sən  İsa kimi, 

                                                    Eşqdən  şam  yandır  bir  Musa kimi. 

Burada  (“Xosrov  və  Şirin”)  şair  özünü  peyğəmbərlərlə  müqayisə  edir;  Dinlər  tarixində  yəhudilərin 

peyğəmbəri  Musa və xristian  dininin  banisi  İsa peyğəmbərə  bənzədir. 

Yaxud:  


 

          Şirinin  yerini  şəkər tutarmı? 

                                                   Şirinsiz  şəkərin  bir  dadı  varmı?.. 

                                                   ...Şəkərlə  Şirinin  fərqi  əyandır, 

                                                   Şəkər can yeridir,  Şirinsə  candır 

                                                   Şirin-  kəcavədə oturmuş  pəri, 

 

   


 

 

         Şəkər-onun  ipək pərdədə zəri.... 




- 35 - 

Poemada  Şirin  əsas,  Şəkər  isə  epizodik  obrazlardır.  Onların  adlarının  mənası  da  eynidir.  Adların 

mənaca  sinonimliyi  onların  gözəlliyində,  mehribanlığında  da  öz  əksini  tapmışdır.  Şair  bu  adların 

düzəldiyi  ümumi  sözlərin  leksik  mənalarını  və  özlərini  müqayisə  edərək,  üstünlüyü  Şirinə 

vermişdir. 

         “Xəmsə”də  bənzədilən  qoşa  adlardan  istifadə  xüsusilə  diqqəti  cəlb  edir.  Bu  cür  bənzədilən 

qoşa adlar  içərisində  Xızır  və  İsgəndər,  Kequbad və  Keyxosrov,  Rüstəm  və İsfəndiyar  daha çoxdur. 

                                                  İsgəndər,  şanlı  Xızır  zəkası  işıq  saçar, 

 Sehrkar  münəccimdir,  Məcəsti  sirri  açar 

Burada  Bəhram  şahın  zəkası  İsgəndər  və  Xızırın  zəkası  ilə  müqayisə  olunur.  Bundan  əlavə  o, 

“Məcəsti”  sirri  açan  bir  münəccimə  də  bənzədilir.  “Məcəsti”  isə  Ptolomeyin  (  Bətlimus)  dünyanın 

quruluşu  haqqında  yazdığı  məşhur  əsərinin  adıdır. 

Mürəkkəb  onomastik  bənzətmələr.  Ona  görə  bunu  mürəkkəb  onomastik  bənzətmə  adlandırırıq    ki, 

bir  obrazın  müxtəlif  xüsusiyyətləri  eyni  vaxtda  ona  uyğun  gələn  daha  çox  adla  müqayisə  olunur. 

Buna  silsilə  bənzətmə  də  demək  olar.  Demək,  burada  ümumi  və  xüsusi  addan  düzələn  bənzəyən  ad 

bir,  ümumi  və  ya  xüsusi  adlardan  ibarət  olan  bənzədilən  tərəf  isə  dörddən  çox  addan  ibarət  ola  bilər. 

Lakin  biz  ancaq  komponentləri  xüsusi  adlardan  ibarət  olan  silsilə  onomastik  birləşmələrdən  bəhs 

edirik. 


Nizami    silsilə  onomastik  bənzətmələrdən  ən  çox  obrazların  təqdimi,  rəqib  hökmdarların  bir-birinə 

məktub  yazması,  döyüş  meydanında  pəhləvanların  bir-birinə    hərbə-zorba  gəlmələri  zamanı  istifadə 

etmişdir.  Məsələn,  Şapur ilk  dəfə Xosrovu   Şirinə  belə  təqdim  edir: 

                                                   İsgəndər  cəlallı,  Dara vüqardır, 

                                                  İsgəndər,  Daradan  bir  yadigardır 

                                                  Hüsndə  göy  ona “günəşim”  deyir, 

                                                  Bu  torpaq üstündə  Cəmşid  nəslidir 

                                                  O, şahlar  şahıdır,  Xosrov   Pərvizdir 

Burada    bənzəyən  tərəf    Xosrov    Pərviz,  bənzədilən  tərəf  isə  İsgəndər,  Dara,  Günəş,  Cəmşid,  şahlar 

şahı  kimi  ümumi  və xüsusi  adlarla  müqayisə  edilmişdir. 

 

Onomastik    bənzətmələrdə  komponentlərin  həm  bənzəyən,  həm  də  bənzədilən  tərəfləri 



xüsusi  adlardan  ibarətdir.  Xüsusi  adlar  isə  öz  funksiyalarına  görə  çox  müxtəlif  olur  və  onomastik 

leksikanın  laylarını  təşkil  edir.  Bu  laylar  isə  onomastikanın  antroponim  (  şəxsi  adları),  toponim  ( 

dağ,  çay),  zoonim(  heyvan  və  quşların  xüsusi  adları),  kosmonim  və  ya  astronim(  planet,  ulduz  və  s. 

adları),  etnonim  ( millət,  tayfa  və s. adları)  və s. kimi  sahələrdən  ibarətdir. 

Onomastik   bənzətmələri  aşağıdakı  kimi  qruplaşdırmaq  olar: 

Bənzəyən  və  bənzədilən  tərəflər  antroponimlərdən  yaranır.  Elə  buna  görə  də  onları    antroponimik 

bənzətmə 

də 


adlandırmaq  mümkündür.  “Xəmsə”də  antroponimik  bənzətmələrin  müxtəlif 

formalarından  geniş  istifadə  olunmuşdur.  Onların  içərisində  həm  sadə,  həm  də  mürəkkəb  və  ya 

silsilə  antroponimik  bənzətmələrə  də təsadüf  edilir. 

                                                  O gecə ki, Xosrov  səxavət  eylər 

                                                  Qarun   xəznəsini  aparar yellər 

Beytdə  Xosrovun  əliaçıqlığı,  səxavəti,  payladığı  qızıl-gümüş  əfsanələrə  görə  ən  varlı  və  xəsis  olan 

Qarunun  xəzinəsi  ilə  müqayisə  olunur. 

Bənzəyən  tərəflər  antroponim,  bənzədilən  tərəflər  isə  astronimlərdən  ibarət  olur.  Müşahidələr 

göstərir  ki, Nizami  bir  planet  adından  müxtəlif  məqsədlər  üçün  istifadə  etmişdir: 

                                                  Xosrov  yox,  Keyxosrov  olsa  da bişəkk, 

                                                 Ayla  vuruşmağa  çıxmasın  gərək 

Burada  Şirin  özünü  Xosrov  və  Keyxosrovdan  üstün  tutmaqla  yanaşı,  Aya  da  bənzədir.  Şair  Şirini 

Aya  bənzətməklə  onun  gözəlliyi,  ağlığı  və  cəlbediciliyini  nəzərə  çarpdırır.  Şirin  pəhləvan  kimi  də 

qüvvətlidir,  döyüşdə  nəinki  Xosrov,  hətta  Keyxosrov  olsa  belə  onunla  döyüşə  bilməz. 

  

ƏDƏBİYYAT 

1. Nizami  Gəncəvi.  «Yeddi  gözəl».  Filoloji  tərcümə.  «Elm»  nəşriyyatı.  Bakı,  1983 

2. T.Xalisbəyli.  N.Gəncəvi  və  Azərbaycan  qaynaqları.  Azərnəşr.  Bakı,  1991. 296 səh. 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə