The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə15/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   11   12   13   14   15   16   17   18   ...   129

- 32 - 

НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 



 

NAKHCHIVAN ST AT E UNIVERSIT Y

.

  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 

 

НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 



 

MEHRİBAN  QULİYEVA 

Naxçıvan Dövlət Universiteti 

quliyeva.mehriban@list.ru

 

UOT:81 

NİZAMİNİN  ƏSƏRLƏRİNDƏ MƏCAZİ ADLAR ALƏMİ 

                    

  

  Açar  sözlər: Azərbaycan, Nizami Gəncəvi, ideal cəmiyyət, məcazi adlar, xəmsə                                   



 

Key words:  Azerbaijan, Nizami Gencevi, ideal society, metaphorical names, Khamsa 

 

      



Nizaminin  ölməz  ədəbi  irsi  təkcə  humanizm,  insana  məhəbbət,  yüksək  əxlaq,  estetik  zövq, 

tərbiyə  və  bilik  mənbəyi,  heç  vaxt  qiymətini,  etik  təsirini  itirməyən  əlvan  söz,  dərin  fəlsəfi  fikir, 

hikmət  xəzinəsi  olmaqla  bərabər,  həm  də  canlı  tariximizdir,  keçmişimizin  ən  qaranlıq  guşələrinə 

işıq  salan  sönməz  məşəldir.  Nizami  Gəncəvi  öz  qəhrəmanlarını  sevə-sevə  tərənnüm  etmişdir." 

Xəmsə"  də    elə  bir  qəhrəman  obrazına  rast  gəlmək  olmaz  ki,  oxucu  onun  xarakterinə  qibtə  ediləcək 

dərəcədə  inanmasın.Qəhrəmanların  müxtəlif  vəziyyətlərdə  təsviri  ilə  yanaşı,  şair  onların  daha 

dolğun,  daha  bütöv  çıxması    üçün  məcazlardan  geniş  istifadə  edilmişdir.  O,  Şərq  ədəbiyyatında 

məşhur  olan  məcazi  adlardan  obraz  adı  kimi  istifadə  ilə  qənaətlənməmiş,  onları  bədii  təsvir  vasitəsi 

kimi  də  işlətmişdir.  Bəzən  də  bir  əsərin  əsas  qəhrəmanının  adı  başqa  bir  obrazın      təsvirində  məcazi 

ad  kimi  işlənmişdir.  Bütün  bunlar  insanın  qüdrətini,  əzəmətini,  məhəbbətini,  gücünü,  istək  və 

arzusunu  daha  əyani  və  inandırıcı  şəkildə  göstərmək  üçün  şairin  əlində  ən  mötəbər  vasitə  olmuşdur.  

Şair  qəhrəmanlarının  az  sözlə  ətrafınlı  tərənnümü  üçün  həmişə  onu  başqa  bir  adla  müqayisə  etməklə 

kifayətlənmişdir.  Görünür,  o  dövrdə  həmin  adlar  arasında  o  qədər  geniş  yayılmışdı  ki,  şair  onların 

hərtərəfli  təsvirinə  də  ehtiyac  duymamışdır.  Məcazi  adlardan  istifadə  yolu  ilə  Nizami    öz 

fikirlərininin  yığcam,  qısa  və  dolğun  ifadəsinə  nail  olmuşdur.  Zəngin  məcazi  adlarin  yerli-yerində 

işlənməsi  isə  şairdən  ensiklopedik  bilik,  fitri  istedad  və  zəngin  sənətkarlıq  qüdrəti  tələb  edirdi. 

Maraqlıdır  ki,  müəyyən  obraz    adlarına  "Xəmsə"  nin  ayrı-ayrı  əsərlərində  rast  gəliriksə,  həmin  adın 

məcazi  formasına  bütün  əsərlərdə  təsadüf  edilir.  Məsələn,  "Sirlər  xəzinəsi"  ndə  (Süleyman  və 

əkinçi)  Süleyman  əsas,"Yeddi  gözəl"  poemasında  isə  epizodik  surət  kimi  çıxış  edir.  Digər  əsərlərdə 

isə  ondan  məcazi  ad  kimi  istifadə  olunmuşdur."Sirlər  xəzinəsi"  əsərində  Məlik  Fəxrəddin  Bəhram 

şah,  Süleymana  bənzədilmişdir.  O,  Süleyman    üzüklü,  günəş    taclı  hökmdar,  Məlik  Fəxrəddin  adı-

dünyamıza  iftixar.  Xosov  və  Şirin  əsərində  isə  Toğrul  şah  Süleymanla    müqayisə  olunur: 

Süleymandır  bizim  şaha  baxsana    Gah  balıq  söz  deyir,  gah  da  Ay  ona.Yəni    bizim  şahımız 

Süleyman  kimi  qüdrətli  hökmdardır.  İkinci  beytdə  işlədilən    "Baliq"  və  "Ay"  "Bütün  dünya" 

məhfumunu  ifadə  edir. 

Əsərdə  Qızıl  Arslan  Süleymanla  müqayisə  olunarkən,  həm  ona    üstünlük  verilir,  həm  də 

Süleymanla  müqayisə  olunarkən,  həm  ona  üstünlük  verilir,  həm  də  Süleymana  bənzədil  Qapısına 

gələn   qarışq  Layiqdir  qul  olsun  ona Süleyman... 

Əgər şiddətlənsə   dəhşətlə  tufan, 

  Nə qorxu,  var ikən  belə  Süleyman. 

Birinci  beytdə  Süleyman,  Qızıl  Arslanın  qapısına  gələn    qarışqaya  layiq  bir  şəxs  tək  göstərilir,  ikinci 

beytdə  isə qüdrətli  hökmdar  kimi  Qızıl  Arslan  Süleymana  bənzədilir. 

"Xosrov  və  Şirin"  əsərində  Xosrov  atasının  qəzəbindən  qorxub  Ərmənə  qaçarkən  yolda  təsadüfən 

bulaqda  çimən  Şirinə  rastlaşır.  Lakin  Şirin  onu  tanımır  və  yad  gözün  təsirinini  hiss  edib  oradan 

uzaqlaşır.  Xosrov   onun  bir  pəri  olduğunu  hiss  edir,  sonra  öz-özünə  deyir: 

Süleyman  qoyum  bir  adımı  hələ, 

                                                        Sonra pəriləri  gətirim  ələ. 

Həmin  dövrdə  Xosrov  nə  şah  idi,  nə  də  Süleymana  bənzəyirdi.  O  yalnız  Süleyman  qüdrətli  hökmdar 

olandan  sonra Şirin  kimi  pəriləri  ələ  gətirə  bilərdi  və.s. 



- 33 - 

Ədəbiyyatşünaslıqda  izah  olunur  ki,  məcaz  yaratmaq  üçün  bənzəyən  və  bənzədilən  tərəflər 

qarşılaşdırılır  və  müqayisə  olunur.  Lakin  burada  ancaq  ümumi  adlların  ümumi  adlara  bənzədilməsi 

nəzərdə  tutulmuşdur.  Nizami  əsərlərində  isə  ümumi  adların    ümumi  adlara  bənzədilməsindən  əlavə, 

ümumi  adların  xüsusi,  xüsusi  adlarin  xüsusi,xüsusi  adlarin  ümumi  adlara  bənzədilməsi    yolu  ilə 

zəngin    və  rəngarəng    məcazlar  sistemi  yaradılmışdır.  Demək,  bədii  ədəbiyyatda  işlənən  məcazları 

komponentlərinin  ümumi  və ya xüsusi  adlara  ifadə  olunmasına  görə  iki  qrupa ayırmaq  olar: 

1.Hər iki  komponenti  ümumi  adlardan  düzələn  məcazlar 

2.Onomastik  məcazlar   

Nizaminin  əsərlərində  onomastik  məcazlardan  geniş  istifadə  edilmişdir.  Burada  onomastik 

bənzətmə  haqqında  söz açmaq  lazım  bilirik. 

Məlumdur  ki,  məcazların  ən  ilkin  və  sadə  forması    və  bənzətmədir.  Bənzətmədə  isə    4  ünsür  olur: 

Bənzəyən,  Bənzədilən,  Bənzəmə  qoşması  və  Bənzəmə  sifəti.  Burada  isə  biz  ancaq  birinci  və  ikinci 

vahidləri  əsas  götürürük.  Çünki  ola    bilsin,  Nizami  əsərlərinin  tərcüməsi  zamanı  əlimizdə  olan 

mətnlərdəki  bənzəmə    qoşması  və  bənzəmə  sifəti  tərcüməçilər  tərəfindən  yazılıb  və  yaxud        onlar 

tərəfindən  ixtisar  olunmuşdur.  Bənzəyən  və  bənzədilən  xüsusi  adlar  tərcümə  olunmadığı  üçün    onlar 

ən  etibarlı    məcazlar  hesab  olunmalıdır.  Buna  görə  də  bənzətmə  əsas  rol  oynayan  qrammatik 

vasitələr   haqqında   bəhs etməyi  lazım  bilmədik. 

        Şair  onomastik  məcazlardan  ən  çox  iki  halda  istifadə  etmişdir.  İlk  dəfə  obrazı  təqdim  edərkən 

və  hadisələrin  gedişi  zamanı    onun  haqqında  daha  geniş    təsəvvur  yaratmaq  istədikdə.  Məsələn 

obrazın  təqdimində  onu  müxtəlif  şəxslərlə  və  ya  rəmzi  məna  daşıyan  digər  xüsusi  adlarda 

müqayisəli    şəkildə  təsvir  edir.  Bu  zaman  bənzəyən  bir,  bənzədilən  tərəf  isə  bir,  iki  və  daha  çox 

komponentdən  ibarət  olur. 

Nizaminin  əsərlərində  bənzəyən  antroponimlər-şəxs  adları  ancaq  obraz  adlarından  ibarətdir. 

Bənzədilən  adlar  içərisində  isə  obraz  adlarına    təsadüf  olunsada,  əsas  yeri  "Xəmsə"də    obraz  kimi 

iştirak  etməyən  və  Şərq  ölkələrində  ən  məşhur  olan  dini,  dini-əfsanəvi  və  tarixi  şəxsiyyət    adları 

təşkil  edir.  Kəmiyyətə  obraz  adlarına  nisbətən  çox  olduqları  üçün  onların  hamısı  haqqında  ətralı 

məlumat  vermək  qeyri-mümkündür.  “Xızır”  sözündən    “Xəmsə”də  obraz  adı  kimi  istifadə  olunsa 

da,  ona  bənzətmə  məqamında  da  tez-tez  təsadüf  edilir.  Məsələn,  “Sirlər  Xəzinəsi”  əsərində      

Davud  oğlu  Məlik  Fəxrəddin  Bəhram  şahın  zəkası  İsgəndərlə  yanaşı,  Xızırla  da müqayisə  olunur:   

İsgəndər  – şanlı  Xızır,  zəkası  işıq  saçar, 

    Sehrkar  münəccimdir,  “Məcəsti”  sirri  açar 

 

“Leyli  və  Məcnun”  poemasında  Leyli,  Məcnuna  yazdığı  məktubda  onu  Xızır  suyuna  (yəni 



Dirilik  suyuna)  və pərvanəyə  bənzətmişdir: 

                                                         Ey  zülmətdə  qalan  Xızır  suyu,  sən 

                                                         İlk  səhər  şəminin  pərvanəsisən 

“Yeddi  gözəl”  əsərində  də bir  sıra  obrazlar  Xızıra  bənzədilir: 

                                                          Tanı  Xızır  kimi  özünü  gəl  sən, 

 Dirilik   suyundan,  bəlkə,  içəsən 

Burada  şair  oğlu  Məhəmmədi  Xızırla  müqayisə  etmişdir.  “Xosrov  və  Şirin”  əsərində  isə  şair  özünü 

Xızıra  bənzədir: 

                                                    Bütün  örtülmüşlər  bizdə  zahirdir, 

                                                    Xızr  adını  çəkdin,  Xızr  hazırdır. 

                                                    Şeiri  oxunanda  bu Nizaminin 

                                                    Özü  də hər sözdə  görünər  yəqin 

 

Dirilik  suyu  içib  əbədiyyətə  qovuşan  Xızır  dini  gümana  görə,  indi  də  yaşayır  və  çətinə 



düşənlərin  “Ya  Xızır  İlyas”  çağırışı  ilə  peyda  olur,  onu  arzusuna  çatdırır.  Şair  böyük  uzaqgörənliklə 

göstərir  ki, mən  şeirim  oxunan  hər  bir zamanda  Xızır  kimi  yaşayacağam. 

 

Yusif  (  “Bibliya”da  –  gözəl    İosif)  –  Məhəmməd  peyğəmbərdən  əvvəl  zühur  etmiş  ən 



məşhur  peyğəmbərlərdən  biri  və  müsəlman  əfsanələrinin  qəhrəmanıdır.  O,  Yəqub  peyğəmbərin 

sonbeşiyi  və  sevimli  oğludur.  Yusif  fövqəladə  gözəlliyə  və  ruh  yüksəkliyinə  malik  olduğu  üçün 

Yəqub  onu  başqa  övladlarından  çox  istərmiş.  Elə  buna  görə  də  qardaşları  onu  quyuda  qoyub 

gedirlər.  Xilas  edildikdən    sonra  Misirdə  qul  kimi  satılır.  Öz  ağlı  və  düşüncəsi  sayəsində  Misirin 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə