The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə12/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   8   9   10   11   12   13   14   15   ...   129

- 26 - 

НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 



 

NAKHCHIVAN ST AT E UNIVERSIT Y

.

  СЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 

 

НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 



 

İMAN CƏFƏROV 

Naxçıvan Dövlət Universiteti 

UOT:82 

 

LEV  TOLSTOY  İRSİNƏ MÜNASİBƏTİN “MOLLA NƏSRƏDDİN” PRİNSİPLƏRİ 

 

  Açar  sözlər: Tolstoy, Hüseynov, 80 illik 

Keywords:  Tolstoy, Huseynov, 80 years 

Ключевые слова: Толстой, Гусейнов, 80 лет 

 

Akademik  İsa  Həbibbəyli  2007-ci  ildə  “Nurlan”  nəşriyyatı  tərəfindən  nəşr  olunan  “Ədəbi-



tarixi  yaddaş  və  müasirlik”  adlı  kitabının  “Molla  Nəsrədin”  ədəbi  məktəbi  və  mollanəsrəddinçilik” 

başlıqlı  bölümündə  Cəlil  Məmmədquluzadə  dühasından  nəşət  taparaq  ədəbi  məktəb  yaratmış 

məcmuənin  poetik-estetik  fikir  tariximizdəki  məqamını  son  dərəcə  dəqiqliklə,  həm  də  özünəməxsus 

lakonikliklə  dəyərləndirərək  yazır:  “Heç  şübhəsiz,  “Molla  Nəsrəddin”in  ədəbi  məktəb  mərtəbəsinə 

çatdırılması  bu  jurnalın  yaradıcısı  Cəlil  Məmmədquluzadənin  təşkitatçılıq  bacarığının  və  xüsusi 

ədəbi  məharətinin  nəticəsində  mümkün  olmuşdu.  Əslində  Cəlil  Məmmədquluzadə  Azərbaycandakı 

Şərq  yönlü  milli  inkişaf  meylləri  ilə  Qərb  maarifçiliyini  sintez  halında  çuğlaşdırmaqla  yeni  tipli 

ədəbiyyat  və  mətbuat  yaratmağa  müvəffəq  olmuşdur  ki,  bu  da  tez  bir  zamanda  öz  ətrafına  çoxlu 

sayda tərəfdarlar  və pərəstişkarlar  toplaya  bilmişdi.”  (3,  s. 636) 

Əslində  bu  müddəalar  öz-özlüyündə  bir  daha  təsdiqləyir  ki,  Cəlil  Məmmədquluzadə,  o 

cümlədən  “Molla  Nəsrəddin”  sənətinə  məxsus  monumentallığın  daha  aydın  görünüşü  üçün  dünya 

ədəbiyyatının  sənət  zirvələri  yenidən  sıralanmalı,  bu  silsilədə  Mirzə  Cəlilin  adı  ilə  bağlı  alp  sənətin 

hüdudları  dəqiqləşdirilməlidir. 

Qeyd  edək  ki,  XX  əsrin  20-ci  illərindən  sonra  “Molla  Nəsrəddin”  jurnalının  tədqiqatçıları 

bəzən  Sokratsayağı  deyimin  təsirilə  “pak  və  təmiz  insafın  səsinə”  qulaq  asaraq,  eyni  zamanda 

Rusiyanın  paytaxtından  diktə  edilən  prinsiplərə  uyğunluqla  Mirzə  Cəlil  sənətindən  söz  açarkən 

Qərbin,  əsasən  də  Rusiyanın  məşhur  qələm  sahiblərinin  əsərləri  ilə  müqayisə  aparmaqla  mənəvi 

cəhətdən  təsəlli  tapmışlar.  Bu  sırada  daha  çox  “Molla  Nəsrəddin”  ədəbi  məktəbi  ilə  böyük  rus  ədibi 

Lev  Tolstoy  irsi  arasındakı  estetik  yaxınlıqların  təhlilinə  üstünlük  verilmişdir.  Xüsusən  də 

Ə.A.Bağırovun  “L.Tolstoy  və  Azərbaycan  (1880-1920)”  monoqrafiyasında  (1,  s.  37-39),  rus 

ədibinin  anadan  olmasının  150-illiyi  münasibətilə  nəşr  olunan  “Sənətkara  töhfə”    məqalələr 

toplusunda  (5,  s.  95-97),  F.Hüseynovun  “Satirik  gülüşün  qüdrəti”  (4,  s.59-68),  X.Əlimirzəyevin 

“Dahi  sənətkar,  böyük  vətəndaş”  (2,  s.  602-604)  kitablarında  Lev  Tolstoyla  bağlı  “Molla 

Nəsrəddin”  jurnalında  çap  olunan  materialların  müəyyən  qədər  geniş  təhlil  edildiyini  görürük. 

Bununla  belə,  görkəmli  mirzəcəlilşünaslar  Cəlil  Məmmədquluzadə  və  Lev  Tolstoy  ədəbi 

əlaqələrindən  söz  açarkən  əsasən  “Molla  Nəsrəddin”  məcmuəsində  çap  olunmuş  bir  neçə  irihəcmli 

materiala  istinad  etmiş,  sanki  bir  ənənə  halında  “Tolstoy”  başlıqlı  məqalə-felyetonunu  (“Molla 

Nəsrəddin”,  16  mart  1908,  №  11),  məcmuənin  15  noyabr  1909-cu  il  tarixli  46-cı  sayında  oxuculara 

təqdim  olunmuş  “Qraf  Tolstoy”  adlı  portret-karikaturanı,    “Xabi-qəflət”  publisistik  əsərini  (“Molla 

Nəsrəddin”,  06  dekabr  1909,  №  49),  “Qraf  L.Tolstoy”  sərlövhəli  nekroloq-felyetonunu  (“Molla 

Nəsrəddin”,  20 noyabr  1910, № 37) nəzər  nöqtəsinə  çəkmişlər.   

Ümumiyyətlə,  “Molla  Nəsrəddin”  jurnalında  Lev  Tolstoyla  bağlı  materialları  aşağıdakı 

qruplar  üzrə  təsnifləndirmək  mümkündür: 

1.

 



Məcmuənin  səhifələrində  çap  olunmuş  müxtəlif  məzmunlu  və  müxtəlif  janrlı 

əsərlərdə  dünyaşöhrətli  rus ədibi  L.Tolstoyun  yanlız  adı  çəkilir. 

2.

 

Cəlil  Məmmədquluzadə  və  onun  mübariz  qələm  yoldaşları  tərəfindən  qələmə  alınmış 



ayrı-ayrı  materiallarda  Lev Tolstoydan  nisbətən  geniş  söz açılır.   


- 27 - 

3.

 



Bəzi  portretlər  və  karikaturalar  birbaşa  və  ya  dolayısı  ilə  L.Tolstoy  dühasını  yada 

salır.   

 “Molla  Nəsrədin”  jurnalının  18  oktyabr  1909-cu  il  tarixli  42-ci  sayında  “Yuxugörən” 

imzası  ilə  getmiş  “Milli  bayram”  yazısında,  məcmuənin  30  dekabr  1910-cu  il  tarixli  42-ci  sayındakı 

“Kefsiz”  imzalı  şeirdə,  dərginin  18  yanvar  1911-ci  il  tarixli  3-cü  sayındakı  “Pişik”  başlıqlı  söhbət-

felyetonda,  bir  teleqtaf  xəbərində  (“Molla  Nəsrəddin”,  12  iyul  1913,  №  19)  və  nəhayət,  jurnalın 

Təbriz  şəhərində  çıxan  4-cü  sayında  (“Molla  Nəsrəddin”,  31  mart  1921,  №  4)  oxucu  yanlız 

L.Tolstoyun  adı  ilə  qarşılaşır.    Əlbəttə,  müxtəlif  mətnlər  içərisində  belə  adçəkmələrin  özü  də  müəllif 

ideyasına  xidmət  edir.  Yəni  qeyd  edilən  formatda  da  ya  ictimai-milli  təfəkkürün  diqqəti  Tolstoy 

dühasına  yönəldilir,  ya  Azərbaycan  aydınlarının  rus    ədibinə  münasibəti  yada  salınır,  ya  da 

yaşanılan  cəmiyyətdə  dərin  kök salmış  hansısa  bir  ictimai  nöqsan  tənqid  olunur.   

Mümkündür  ki,  haqqında  söz  açılan  bu  materiallarda  Tolstoyun  sadəcə  adı  çəkildiyindən 

əlaqəli  tədqiqat  əsərlərində  həmin  yazıların  geniş  təhlilinə  ehtiyac  görülməyib.  Halbuki, 

mollanəsrəddinçi  sənətdə  Lev  Tolstoy  adının  işlədilməsi  məhz  mühüm  ədəbi-estetik  funksiyanın 

kerçəkləşməsinə  xidmət  edib.  Məsələn,  “Yuxugörən”  imzalı  müəllifin  yuxusundan  ibarət  “Milli 

bayram”  felyetonunda  Tiflis  “Şeytanbazar”ının  tamamilə  yeniləşməsindən,  “Nazir”  təxəllüslü 

Abbas  ağa  Qaibzadənin  60  illik  yubileyinin  müsəlmanlar  tərəfindən  milli  bayram  səviyyəsində 

keçirilməsindən  danışılır.  Əlbəttə,  felyetonda  tənqidin  əsas  hədəfi  müsəlman  qardaşların  öz  yazıçı 

ziyalısına  biganəliyidir.  Lakin  bu  biganəlik  fonunda  Yuxugörən    şair  Abbas  ağa  Qaibzadənin 

xidmətlərini  sadalamağı  vacib  bilir  və  həmin  xidmətlər  sırasında  Tolstoydan  edilən  tərcümələri 

məxsusi  xatırladır:  “Cənab  Abbas  ağa  Qaibzadəyə  mən  qaibanə  məhəbbət  yetirmişdim.  Onun 

mövzun  şeirlərini,  “Rüstəm-Söhrab”  hekayəsini,  Mustafa  ağa  Arifə  yazdığı  məktubları,  öz  “Bəyahi-

halını”  və Tolstoydan  etdiyi  tərcümələri  oxuyub  cani-dildən  onu  görməyi  arzu  edirdim.”  (7, s. 222) 

Əslində  “Milli  bayram”  felyetonunda  yuxu  olmayan,  yaxud  reallığı  əks  etdirən  məhz 

yuxarıdakı  cümlədir  ki,  həmin  cümlə  də  Azərbaycan  bədii  təfəkküründə  artıq    Tolstoy  sənətinə 

xüsusi  yer  ayrıldığını  təsdiqləməkdədir.  Bəlkə  də  bu  səbəbdəndir  ki,  Ə.A.Bağırov  “Lev  Tolstoy  və 

Azərbaycan”  kitabında  bir  cümlə  həcmində  Abbas  ağa  Nazirlə  bağlı  “Molla  Nəsrəddin”dəki  həmin 

yazıdan  söz  açmağı  gərəkli  saymışdır:  “Jurnalda  çap  olunmuş  bir  yazıda  şair  Abbas  ağa  Nazirin 

millət  üçün  göstərdiyi  xidmətlər  sırasında  onun  Tolstoydan  etdiyi  tərcümələr  ayrıca  qeyd  edilirdi.” 

(1, s. 38) 

Eyni  xarakterli  daha  bir  materiala  “Molla  Nəsrəddin”  məcmuəsinin  30  dekabr  1910-cu  il 

tarixli  42-ci  sayında  rast  gəlirik.  Daha  doğrusu,  məcmuənin  göstərilən  sayının  ilk  yazısı 

“Ədəbiyyat”  başlıqlı  və  “Kefsiz  ”  imzalı  bir  şeirdən  ibarətdir.  Şeir  “1910-cu  ilə  vida”  epiqrafı  ilə 

başlayır    və  19  beyt  daxilində  dünya  üzrə  ötən  ilin  bir  çox  mühüm  hadisələri,  o  cümlədən  Zilli-

Sultanın  İrana  qayıtması  haqqında  Məclisin  qərarı,  Portuqaliyada  “kral”ın  taxtdan  yendirilməsi, 

Bakıda  bir  xarici  iş  adamının  iflasa  uğraması,    ziyalıların  yenə  də  kafir  elan  edilməsi  və  s.  sadalanır. 

Sadalanan  bütün  digər  hadisələr  oxucuda  hiddət  doğurduğu  halda,  Tolstoyun  vəfatını    xatırladan 

beyt  təəssüf  hissi  yaradır: 

 

 

Avropaya  getdi  Mədəli  şah, 



 

 

Fikri  nə isə,  bilir  bir Allah. 



Bu  ildə  Tolstoyun  vəfatı, 

Məyus  buraxdı  şeş cəhatı. 

...Yüz  min  oxumuş  olundu  təkfir, 

Məşrutəçilər  edildi  təhqir.  (7,  s. 678) 

 

“Molla  Nəsrəddin”  jurnalında  Lev  Tolstoyun  adı  çəkilən  materiallardan  biri  də  məcmuənin 



18  yanvar  1911-ci  il  tarixli  3-cü  sayında  çap  olunmuş  “Lağlağı”  imzalı  “Pişik”  felyetonudur. 

Fikrimizcə,  Ə.A.Bağırov  “L.Tolstoy  və  Azərbaycan”    kitabında    “Tolstoy  ədəbi  irsinə  düzgün 

yanaşıb,  onu  sənətkar  və  din  müəssisi  kimi  doğru  səciyyələndirən  mətbuat  orqanlarından  biri  də 

“Molla  Nəsrəddin”  jurnalı  olmuşdur”  müddəasını  irəli  sürərkən  (1,  s.  37)  müəyyən  qədər  ifrata 

varsa  da,  birbaşa  “Pişik”  felyetonuna  istinad  etmişdir.  Əlbəttə,  yuxarıdakı  müddəada  müəllifin  ifrata 

varması  qənaətinə  təsadüfən  gəlməmişik.    Qeyd  edək  ki,  ümumiyyətlə,  Tolstoyun  “din  müəssisi 

kimi  səciyyələndirildiyini”  “Molla  Nəsrəddin”  jurnalında  böyük  rus  ədibinin  hətta  sadəcə  adı 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə