The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə10/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   6   7   8   9   10   11   12   13   ...   129

- 22 - 

senzura  ilə  “siçan-pişik”  oynamağa  məcbur  idilər.  Rəsul  Rzanın  keçən  əsrin  60-cı  illərində  qələmə 

aldığı  “Ezop”  adlı  şeirində  bu  poetik  vasitəyə  müraciət  edənlərin  bir  növ  proqramı  açılır  və 

poeziyanın  dili  ilə  təqdim  edilir.  Bu  mənada  həmin  əsəri  təkcə  Rəsul  Rzanın  deyil,  o  dövrün  bir  çox 

şair  və yazıçılarının  proqramı  saymaq  mümkündür: 

 

Bilmirəm, 



yaşayıb,  yaşamayıb 

belə  bir adam; 

kölə-filosof. 

Düzü  düzünə  deyə bilmədiyini        

çevirib  eyhamlar  dilinə, 

belə  əlac axtarıb 

ürək dərdinə, 

könül  nisgilinə. 

Necə olur  olsun; 

ya varmış  ya yox; 

Ezop  gedib, 

dili  qalıb, 

dünyanın  min  bir  müşkülü  qalıb. 

Bəzən  qorxudan  işlənir 

bu dil, 

bəzən  qəzəbdən. 

Siz  necə,  bilmirəm, 

Allah  rəhmət  eləsin, 

mən  ki yerdən  göyə 

razıyam  Ezopdan.  (1, 32.) 

 

       Ezop  dilinin  bəzən  qorxudan,  bəzən  isə  qəzəbdən  işləndiyini  xüsusi  qeyd  edən  şair,  əlbəttə  ki, 



səmimiyyətini  ifadə  etmiş  olur.  Ancaq  təbii  ki,  Sovet  dövrünün  ideologiyaya  gizli  müxalifət  təşkil 

edən  sənətkarlarının  yaradıcılığında  Ezop  dilinin  qorxu  çalarından  daha  çox  qəzəb  çaları  üstünlük 

təşkil  edir.  Bu  qəzəb  –  qəfəsə  düşmüş  və  doğmalarına  yardım  əlini  uzada  bilməyən,  üstəlik,  qəfəsin 

polad  dəmirlərini  mədh  etməyə  məcbur  edilən  bir  aslanın  qəzəbidir.  Böyük  Şəhriyarın 

Heydərbabaya  müraciətlə  zindan  adlandırdığı,  mürüvvətsiz  yadellilərə  səsinin  çatmadığı  bir  qəfəsdə 

qalan  aslanın  qəzəbidir: 

 

Heydərbaba,  gül  qönçəsi  xəndandı, 



Amma  heyif,  ürək  qidası  qandı. 

Zindəganlıq  bir  qaranlıq  zindandı; 

Bu  zindanın  dərbəçəsin  açan  yox, 

Bu  darlıqdan  bir  qurtulub  qaçan yox. 

 

Mən sənintək  dağa saldım  nəfəsi, 



Sən də qeytər,  göylərə  sal  bu səsi. 

Bayquşun  da dar olmasın  qəfəsi  – 

Burda  bir  şir  darda qalıb  bağırır, 

Mürüvvətsiz  insanları  çağırır.  (2, 26-27.) 

 

Səməd  Vurğun  da,  patriot  bir  sənətkar  kimi  Azərbaycan  xalqının  başına  gətirilən 



müsibətləri,  30-cu  illərin  repressiyalarını  yaxşı  görür,  açıq  mübarizəyə  girişən  “gözü  çıxan” 

qardaşlarından  ibrət  götürərək,  öz  etiraz  səsini  daha  çox  ezop  dilinin  köməyi  ilə  ifadə  etməyə  çalışır 

və  əksər  hallarda  buna  nail  olurdu.  Sənətkarın  bu  uğurunu  məşum  1937-ci  ildə  yazdığı  “Vaqif” 

mənzum  dramında  da açıq-aşkar görmək  o qədər də çətin  deyildir. 




- 23 - 

Böyük  şair  ilk  baxışdan  sanki  sovet  ideologiyasının  bədii  əsər  qarşısında  qoyduğu  bütün 

tələblərə  caab  verən  bir  əsər  yaratmışdır.  Əlbəttə,  bu,  birbaşa  senzuraya  yönəlmiş  bir  görüntü 

sayılmalıdır.  Belə  ki,  sosializm  realizmi  adlanan  yaradıcılıq  metodu  sənətkardan  tələb  edirdi  ki, 

bəşəriyyətin  tarixini  iki  böyük  mərhələdə  -  Böyük  Oktyabr  Sosialist  İnqilabından  əvvəlki  və 

inqilabdan  sonrakı  mərhələdə  təsvir  edərək,  birincinin  zülməti  kontekstində  ikincini  bəşəriyyətin 

nurlu  gələcəyi  kimi  vəsf  etsin.  Ona  görə  də  tarixi  mövzuya  kifayət  qədər  tez-tez  müraciət  edilirdi. 

Zaman  və  məkan  dəyişilir,  əsərin  mahiyyətində  isə  şairin  yaşadığı  dövrün  tənqidi  verilirdi.  Bu  da 

ezop dilinin  üsullarından  biri  idi. 

Səməd  Vurğunun  “Vaqif”  dramının  elə  başlanğıcından  bu  üsula  müraciət  edildiyini  görmək 

mümkündür.  Vidadinin  monoloqunda  sənətkarın  öz  dövrünə  münasibəti  məhz  ezop  dilinin  köməyi 

ilə  ifadə  olunmuşdur: 

 

Xudaya!  İnsanın  halı  yamandır, 



Nələr  çəkdiyimiz  sənə əyandır. 

Mənası  varmıdır  min  təriqətin? 

Aç... aç qapısını  sən həqiqətin. 

Nə olur,  bir  yeni  işıq  ver bizə, 

Bizim  kor yaranmış  gözlərimizə  - 

Bəlkə  də yaxşını  seçək yamandan, 

Ta ki, qansız  keçən  bir güzərandan 

Biz  də ilham  alaq, sevinək  barı! 

İşıqlat  bu dibsiz  qaranlıqları... 

Yazıqdır  dünyanın  əşrəfi  insan, 

Böyüksən,  adilsən,  keç günahından! 

Qoyma  ki,  yerlərdə  sürünsün  bəşər, 

Dünyada  qalmasın  nə pislik,  nə şər. 

Yaxşılıq  insana  bir  sənət  olsun, 

Dünya  başdan-başa bir  cənnət  olsun...  (3, 9.) 

 

Təbii  ki,  Vidadinin  monoloqunda  dialektik  materializmdən  xəbərsiz  olan,  inqilabi  düşüncəsi 



olmayan  bir  feodal  sənətkarının  utopik  xəyallarını  da  aşkara  çıxarmaq  mümkündür.  Əslində  bunun 

özü  də  ezop  dilinin  bir  təqdim  formasıdır  və  zülmə  məruz  qalan  insanın  faciəsini  təsvir  etmək  üçün 

şair  qəzəbinin  bir  ifadəsidir. 

Dramdakı  növbəti  səhnədə  ezop  dilinin  köməyi  ilə  şair  yenə  də  bir  ağrılı  problem  barədə  öz 

fikrini  ifadə  etmiş  olur.  Bu  –  Azərbaycan  dövlətçilik  tarixinin  böyük  şəxsiyyətlərindən  biri  olan  və 

sovet  dövründə  qaniçən  bir  yırtıcı  kimi  təsvir  edilən  Gəncə  xanı  Cavad  xan  barədə  fikirlərdir.  Bu 

fikirləri  Vidadini  Gəncə  sarayına  dəvət  etməyə  gəlmiş  elçilərdən  birinin  dilindən  eşidirik.  O,  Cavad 

xanı  şeir-sənət  xiridarı  kimi  təqdim  edərək deyir: 

 

Bizim  xan  çox sevir  şeiri,  sənəti. 



Sizin  yanınıza  göndərdi  bizi, 

İstəyir  saraya  gəlməyinizi.  (3, 12.) 

     Əlbəttə,  şeiri,  sənəti  sevən,  ziyalı  insanlardan,  müdrik  ağsaqqallardan  məsləhət  almaq  üçün 

onları  saraya  dəvət  edən  bir  xan  özü  də  ziyalı  olmalıdır  və  Səməd  Vurğun  Cavad  xan  barədə 

düşüncələrini  bu  qısa  dialoqda  kifayət  qədər  dəqiq  ifadə  etmiş  olur  və  şübhəsiz  ki,  bu  üstüörtülü  söz 

də  öz  sahibinə  -  Cavad  xanı  tanıyan  və  sevən  azərbaycanlı  oxucuya,  tamaşaçıya  çatır,  onun 

“ürəyindən  tikan  çıxardır”.   

Vaqifin  ilk  gəlişindəki  Vidadi  ilə  dialoqunda  sənətkar  və  hökmdar  problemini  qoyan  Səməd 

Vurğun  burada  da  öz  dövrünün  sərt  həqiqətlərini  ezop  dilinin  köməyi  ilə  üzə  çırpmış  olur.  Dostunu 

saraylardan  uzaqlaşmağa  çağıran  Vidadiyə  Vaqifin  əks arqumenti  belə  olur: 

 

 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə