The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə7/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   2   3   4   5   6   7   8   9   10   ...   129

- 16 - 

Bertanovun  danışığında  işlədilən  “prasti”,  “vajnı”,  “reç”,  “arator”,  “meşat”,  “şutka”  kimi  sözlər  bu 

qəbildəndir.  Bütövlükdə  hekayənin  dil-üslub  məziyyətləri  yüksək  təəssürat  oyadır. 

           Ümumiyyətlə,  istedadlı,  lakin  unudulmuş  ədibimiz  Ələkbər  Qəribin  “Əfi  ilan”  hekayəsi 

1920-ci  illər  Azərbaycan  nəsrinin  əhəmiyyətli,  maraqlı,  yaddaqalan  nümunələrindən  biridir. 

Bütövlükdə  unudulmuş  ədib  Ələkbər  Qərib  Naxçıvanlının  yaradıcılıq  fəaliyyətinin  1920-ci  illər 

mərhələsi  də   zəngin  və çoxcəhətli  olmuşdur. 

           



ƏDƏBİYYAT 

 

1.Ə. Q. Kinolarda  “Bismillah”.  “Yeni  fikir”  qəzeti,  Tiflis,  28 yanvar  1926, № 1001  



2.Fira.  “Zəmanəmizin  qəhrəmanı”.  “İnqilab  və mədəniyyət”  jurnalı,  Bakı,1929,  № 5,  

    s.43-44 

3. Jurnalist.  “Domna  ocağı”  haqqında.  “İnqilab  və  mədəniyyət”  jurnalı,  Bakı,1929,  №   

    11, s.48  

4. Qərib  Ə.  Tənqid  və tənqidçilərimiz.  “Yeni  fikir”  qəzeti,  Tiflis,  2 fevral  1926, 

     №  1005  

5. Qərib Ə. Əfi  ilan.  “Dan  yıldızı”  jurnalı,  Tiflis,1926,  № 1 , s. 4-13 ; № 2 , s. 10-17  

6. Məmmədov  R. Gürcüstanda  Azərbaycan  mətbuatı  və  ədəbi mühit.  Bakı,  Xəzər 

    Universitəsi  nəşriyyatı,  2000 

7. Şərif   Ə. Keçmiş  günlərdən  (2-ci kitab),  Adamlar  (sənədli  xatirələr).  Bakı,   

      Yazıçı,  1986 

8. “Yeni  fikir”  qəzeti,  Tiflis,26  yanvar  1926, № 1000  

  

ABSTRACT 

                                                                                                  Huseyn  Hashimli 

Alekper   Garib   Nakhchivanli’  S

Literary   Aktivities

  In 1920  Years 

 

Alekper  Garib  Nakhchivanli  takes an important  place  in  the history  of  Azerbaijan  literature.   



The  article  has  been  dedicated  to  Alekper  Garib  Nakhchivanli’s  works.  There  have  been  analysed 

Alekper  Garib  Nakhchivanli’s  charakteristic  literary  and  literary-critical    works,  their  idealogial-

theme  features  have  been clarified.   

 

                                                                                                   



РЕЗЮМЕ 

Гусейн  Гашимли 

Литературная  Деятельность  Алекпера  Кариба Нахчыванлы  В 1920-Ых  Годах 

            Алекпер  Кариб  Нахчыванлы  занимается  значительное  место  в  истории  азербай-

джанской  литературы. 

Статья  посвящена  творчестве  писателя  Алекпера   Кариба Нахчыванлы.  В статье впервые в 

литературоведении  анализириуются  характерные  художественные  и  литературно-

критические  произведения  писателя  Алекпера  Кариба Нахчыванлы, написанные  в 1920-ых 

годах,  выявляются их идейно-тематические  особенности. 

 

 



 

 

NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 



olunmuşdur  (protokol  № 05) 

 

 

 

 

 

 


- 17 - 

НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 



 

NAKHCHIVAN ST AT E UNIVERSIT Y

.

  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 

 

НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 



 

VAQİF  MƏMMƏDOV 

Naxçıvan Dövlət Universiteti 

vaqif_memmedov@mail.ru 

UOT:  82 

AZƏRBAYCAN   ŞEİRİNDƏ  ARAZ   MÖVZUSU 

 

 

Coğrafi  məkan  və  obyekt  kimi  Araz    mövzusu  müxtəlif  dövrlərdə  ədəbiyyat  və  sənət 



adamlarının  da  diqqətini  cəlb  etmiş  və  bu  mövzuda  müxtəlif  əsərlər  meydana  çıxmışdır.  Klassik 

ədəbiyyatda,  folklor  nümunələrində,  nəsr  və  dramaturgiyada  olduğu  kimi,  müasir  Azərbaycan 

şeirində  də  Araz  mövzusuna  yetərincə  müraciət  olunmuş,  bu  mövzuda  biri-birindən  maraqlı  poeziya 

nümunələri  yaranmışdır.  Təkcə  XX  yüzillikdə  yaranan  şeir  nümunələri  nəzərdən  keçirilərkən 

məlum  olur  ki,  bu  mövzuya  əksər  Azərbaycan  şairləri  müraciət  etmiş,  adi  bir  axar  çay  olan  Arazın 

bütün  özəlliklərini  tərənnüm  etməklə  yanaşı,  hətta  xalqın  düçar  olduğu  bir  çox  dərd  və  bəlaları, 

zamanın  diktəsi  ilə  baş  verən  ictimai-siyasi  prosesləri  də  bir  növ  Arazın  adı  ilə  bağlayaraq  öz  umu-

küsüsünü  də,  giley-güzarını  da,  xalqın  düçar  olduğu  fəlakətlərin  səbəblərini  də  bədii  sözün  qüdrəti 

ilə  bir  növ  Arazla  bölüşməyə,  Arazla  həmsöhbət  olmağa  səy  göstərmişlər.  Araz  bir  növ  coğrafi 

məkan,  adi  axar  çay  olmaqdan  çıxaraq  rəmzi  mənada  Azərbaycan  şairlərinin  timsalında, 

Azərbaycan  xalqının  həmsöhbətinə,  həmdərdinə  çevrilmişdir. 

 

XX  əsr  Azərbaycan  şeirinin  bayraqdarlarından  sayılan  xalq  şairləri  Səməd  Vurğun, 



Süleyman  Rüstəm  və  Rəsul  Rzanın  yaradıcılıqları  biri-birindən  fərqləndiyi  kimi,  onların  Araza 

müraciətlə  yazdıqları  şeirlər  də  mövzu  rəngarəngliyi  və  şeirin  ifadə  tərzi  ilə  də  fərqlidirlər.  Xalq 

şairi  Səməd  Vurğun  Arazı  müdrik  bir  varlıq,  insanların  dərdinə  şərik  olmağa  qadir  olan  canlı  bir 

qüvvə  yerində  görərək  ona  ağır  bir  dərd  üz  verəndə  -  1934-cü  il  dekabr  ayının  31-də  görkəmli 

Azərbaycan  dramaturqu  Cəfər  Cabbarlının  vəfat  etdiyi  gün  təsəllini  Araza  xəbər  göndərməkdə 

görür: 


Adını  qəlbində  hər kim  arasa, 

Bilirəm,  ağlayıb  batacaq yasa. 

Bir  xəbər  göndərsin  Kürə, Araza, 

Dumanlı  dağların  soyuq  rüzgarı  (1.175). 

 

XX  əsr  Azərbaycan  şeirinin  ən  görkəmli  nümayəndələrindən  olan  xalq  şairi  Süleyman 



Rüstəm  Cənub  mövzusunda  ən  çox  və  ən  tutarlı,  dərin  məzmunlu  şeirlər  müəllifi  kimi  tanınır  ki, 

həmin  şeirlərdə  də  Araz  mövzusu  qırmızı  xətt  kimi  keçir.  Şairin  “Təbrizim”,  “Vüsal  həsrəti”, 

“Arazım”,  “Araz  deyir”,  “Yenə  Araz  qırağında”,  “Şair  qardaşıma  məktub”,  “Cənub  dərdim”, 

“Təbriz  yolu”  və  s.  onlarla  şeirində  ictimai  motivlərlə  yanaşı,  xalqın  həsrət  və  nisgili  ilə  yanaşı, 

Araz  obrazı  da  qabarıq  şəkildə  özünü  göstərir.  Eyni  zamanda  vətənpərvər  şair  hicrana  son  qoyub 

vüsala  çatmaq  üçün  sinəsini  Araz  üstündə  körpü etməyə  də hazır  olduğunu  Yer üzünə  bəyan  edir: 

Yetər,  yetər  yandım  hicran  oduna, 

Şahid  olsun  bu arzuma  Yer üzü. 

Mən razıyam  bir  vüsalın  oduna, 

Sinəm  olsun  Arazımın  körpüsü  (2.82). 

 

Xalq  şairi  Rəsul  Rzanın  Araz  mövzusunda  yazdığı  şeirlər  Səməd  Vurğun  və  Süleyman 



Rüstəmin  eyni  mövzuda  yazdığı  şeirlərdən  daha  dərin  fəlsəfi  mahiyyəti  və  bəlkə  də  bir  qədər 

mücərrədliyi  ilə  fərqlənir.  Sərt  Sovet  rejimi  dövründə  -  ötən  əsrin  60-cı  illərinin  əvvəllərində  Rəsul 

Rzanın  yazdığı  “Aşıq  “Yanıqlı”nın  bayatıları”nda  Araz  dərdi,  Araz  nisgili  həm  çox  sadə  xalq 

dilində,  həm  də dərin  fəlsəfi  mahiyyətlə  verilir: 

Araz  arxadan  gedər, 

Gah  çəp, gah  da yan  gedər. 

Arazın  qəlbi  olsa 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə