The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə11/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   7   8   9   10   11   12   13   14   ...   129

- 24 - 

Mən orda olmasam,  qan çıxar  dizə, 

Quşlar  da ağlayar  ellərimizə. 

Xan  məndən  utanır,  çəkinir  bir  az, 

Mən getsəm,  qırğının  hesabı  olmaz. 

O bəzən  hirslənib  quduran  zaman, 

Mənəm  zəncirini  dartıb  saxlayan.  (3, 19.) 

 

Vaqifin  istər  bu,  istərsə  də  başqa  replikalarında  dövrü  ilə  müxalifətdə  olan  sənətkarın 



avtobioqrafik  cizgilərini  sezmək  mümkündür.  Bu  da  təsadüfi  deyildir.  Böyük  Füzulinin  istedadlı 

xələfi  kimi  Səməd  Vurğun  da  əyri  dolanan  dövranla  barışa  bilmir;  Füzulinin  özü  haqqında  dediyi 

“dövranın  istəmədiyi  ərbabi-istedad”  (istedad  sahibi)  epitetini  bu mənada  ona da şamil  etmək  olur: 

 

Ey  Füzuli,  müttəsil  dövran  müxalifdir  mana, 



Qaliba,  ərbabi-istedadı  dövran  istəməz.  (4, 150.) 

 

Səməd  Vurğunun  qəhrəmanı  Vaqifi  və  onun  prototipi  olan  şairin  özünü  də  dövran  istəmir, 



özünə  qorxulu  bir  rəqib  kimi  görür,  ona  müxalifətdə  dayanır.  Vaqifin  dilindən  verilmiş  bu  sözlərdə 

həmin  həqiqət  bütün  sərtliyi  ilə  səslənir  və  XX  əsrin  30-cu  illərinin  dəhşətli  sosial-siyasi 

mənzərəsini  kifayət  qədər reallıqla  əks etdirir: 

 

Bu  xan  bir  ilanmış,  saray yuvası, 



Zəhrimar  qoxuyur  onun  havası.  (3, 30.) 

 

Məlumdur  ki,  Səməd  Vurğun  təbiətin  qoynunda  olmağı,  Azərbaycanı  gəzməyi,  ovçuluğu 



çox  sevərmiş.  Bu  xüsusiyyətləri  o,  eynilə  öz  qəhrəmanı  Vaqifin  xarakterinə  köçürür.  Yenə  Vidadi 

ilə  dialoqda  bunun  poetik  ifadəsini  görürük: 

 

Gündüzlər  oxşayır  məni  saraylar, 



Gecələr  sirdaşım  ulduzlar,  aylar... 

Hər gülün  rəngində  bir  canlı  sənət, 

Nə qədər təmizdir,  safdır  təbiət. 

Mənim  də oylağım  dağdır,  dərədir, 

Könlüm  gözəlliyə  bir  pəncərədir.  (3, 17.) 

 

Saray  məclisi  səhnəsində  Yekaterina  haqqında  gedən  söhbət  və  ona  göstərilən  münasibət  də 



öz  mahiyyətində  ezop  dlinin  imkanlarını  gizlətməmiş  deyildir.  Belə  ki,  Vaqifin  Rusiya  hökmdarı 

Yekaterinanı  zülmkar  adlandıraraq,  ona  dərin  nifrətini  ifadə  etməsi,  əslində  kommunist  Rusiyası 

tərəfindən  işğal  edilmiş  Azərbaycan  şairinin  də  yadellilərin  bu  müstəmləkəçilik  siyasətinə  qarşı 

etiraz  səsinin,  yadelli  hökmdara  nifrətinin,  milli  azadlığa  inamının  poetik  ifadəsi  sayıla  bilər: 

 

 

Yalnız  nifrətim  var,  inanın,  ona! 



Onu  da boğacaq gedən  üsyanlar, 

Azadlıq  uğrunda  tökülən  qanlar.  (3, 43.) 

 

Səməd  Vurğunun  “azadlıq  uğrunda  tökülən  qanlarının”  sorağı  idi  ki,  Azərbaycan 



cəmiyyətini  yarım  əsrdən  sonra  20  Yanvara,  Qarabağ  müharibəsinə  gətirib  çıxardı;  ancaq  bu  qanlar 

nahaq  tökülmədi,  bu  qədər  şirin  olan  və  uğrunda  bu  qədər  canlar  fəda  edilən  azadlığın  özü  də  əldə 

edildi. 

Bütün  bunlara  görə,  Səməd  Vurğunun  “Vaqif”  mənzum  dramına  təkcə  Azərbaycanın 

konkret  bir  tarixi  kəsiyinin  konkret  bir  bölgədə  təsvirini  verən  əsər  kimi  baxmaq  qətiyyən  düzgün 

deyildir.  Ümumiyyətlə,  bunu  demək  artıqdır  ki,  sənətkar,  şair  tarix  yazmır,  olub-keçən  hadisələri 




- 25 - 

poetik  dillə  təqdim  etməyi  qarşısına  məqsəd  qoymur.  Bunu  hələ  eramızdan  dörd  əsr  əvvəl  qədim 

yunan  filosofu  Aristotel  anlamışdı  və  cəmiyyət  həyatının  təsvirində  şairlə  tarixçinin  yaradıcılıqları 

arasına  mahiyyət  fərqləri  qoyaraq  yazmışdı: 

“Deyilənlərdən  o  da  aydın  olur  ki,  şairin  vəzifəsi  həqiqətən  olub-keçənlərdən  deyil,  ola  bilən 

şeylərdən,  daha  doğrusu,  ehtimala  və  ya  zərurətə  görə  ola  bilən  hadisələrdən  bəhs  eləməkdir.  Məhz 

tarixçini  və  şairi  (bir-birindən)  fərqləndirən  o  deyil  ki,  biri  vəznlərdən  istifadə  edir,  o  biri  isə  etmir; 

Herodotun  əsərlərini  nəzmə  çəkmək  olardı,  bununla  belə,  onlar  vəznlə  də,  vəznsiz  də  yenə  tarix 

əsəri  olaraq  qalardılar;  onları  fərqləndirən  budur  ki,  birincisi  həqiqətən  olub-keçənlərdən,  ikincisi 

isə  mümkün  ola  bilən  hadisələrdən  bəhs  edir.  Buna  görə  də  poeziya  tarixdən  daha  fəlsəfi  və  daha 

ciddidir:  poeziya  daha çox ümumidən,  tarix  xüsusidən  bəhs  edir.”  (5, 63.) 

Məhz  bu  baxımdan  yanaşdıqda  “Vaqif”  mənzum  dramı  keçmişə  deyil,  gələcəyə  yönəlmiş 

bir  əsərdir  və  Azərbaycan  xalqının  bir  neçə  nəslinin  vətənpərvərlik  tərbiyəsində  onun  da  öz  rolunu 

oynaması  heç  də təsadüfi  sayılmamalıdır. 

 

ƏDƏBİYYAT 

 

1.



 

Rza  R. Seçilmiş  əsərləri.  5 cilddə.  C. 2. “Öndər  Nəşriyyat”:  Bakı,  2005. 

2.

 

Şəhriyar  M.  Divani-türki.  “Sabah”:  Bakı,  1993.Cavid  H.  Əsərləri.  5  cilddə.  C.  2.  Bakı, 



2005. 

3.

 



Vurğun  S. Vaqif.  – Azərbaycan  dramaturgiyası  antologiyası.  “Şərq-Qərb”:  Bakı,  2007. 

4.

 



Füzuli.  Əsərləri.  6 cilddə.  C. 1. “Şərq-Qərb”:  Bakı,  2005. 

5.

 



Aristotel.  Poetika.  Azərnəşr:  Bakı,  1974. 

 

ABSTRACT 

  Hikmat  Mehdiev 

Pecularities  of using  Esopian  language in  the poetic drama  “Vagif”  by Samad  Vurgun                                                     

 

After  the  Bolshevik  conquest  one  of  the  ways  of  struggling  for  national  liberation  in  the 

Azerbaijan  literature  for  national  liberation  in  the  Azerbaijan  literature  was  to  use  their  national 

independence  ideals  by  the  patriotic  masters  of  word    in  the  Esopian  language    and  make  the 

censorship  confused.  And  from  this  point  of  view  the  poetical  drama  “Vagif  “    by  the  great 

Azerbaijan  poet    Samad  Vurgun  is  not  an  exception,  either.  In  a  number  of  dialogues  and 

monologues  in  the  drama  the  thoughts  by  the  patriotic  poet  about  the  freedom  of  this  people  sound 

in  symbols  in  the  languages  of his  images. 



                                                                   

РЕЗЮMЕ 

                                                      Хикмет Мехдиев 

Использование эзоповского языка в драме Самеда Вургуна « Вагиф» 

 

После падения большевизма одним из методов борббы патриотических мастеров 

слов    за  национальную  свободу, было использование эзоповского языка  с целю введение в 

заблуждение цензуру  для передачи своих независимых и сводолюбивых идей. 

Сэтой  точки  зрения  драма  великого  азербайджанского  поэта  Самеда  Вургуна  «  Вагиф»  не 

является  исключением.  Во  многих  диалогах  и  монологах  произведения  при  помоши 

символов,  устами  своих  героев,  автор  выражасет  мысли,  служащие  борьбе  на  пути 

независимости своего народа. 

 

 

NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 

olunmuşdur  (protokol  №  05) 

         Məqaləni  çapa təqdim  etdi:  Filologiya üzrə fəlsəfə doktoru, dosent  İ.Cəfərov 



                                                                   

 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə