The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə13/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   9   10   11   12   13   14   15   16   ...   129

- 28 - 

çəkilən  heç  bir  materiada  izləmirik.    “Pişik”  felyetonunda  isə  Tolstoy  şəxsiyyəti  Məhəmməd,  Musa, 

İsa  kimi  peyğəmbərlərlə  eyni  tutulur,  lakin  felyeton  daxilində  peyğəmbərlər  belə  ideallaşdırılmır  və 

Tolstoydan  öncə Qalileydən,  İbn  Rüşddən,  Midhəd  paşadan söz  açıllır. 

Formaca  “Pişik”  felyetonu  “Molla  Nəsrəddin”  jurnalının  iki  əməkdaşının  –  Məşədi 

Mozalanla  Lağlağının  mükaliməsi  şəklində  qələmə  alınmışdır.  Mükalimədə  əsas  məsələ  isə  ictimai 

həyatda  dünyabaxışları,  yaşayış  tərzlərini  dəyişdirməyin  üsuludur.  Və    bu  problemə  münasibətdə 

mahiyyətcə  Lağlağı  inqilab,  Məşədi  Mozalan  isə  təkamül  tərəfdarı  kimi  çıxış  edir.  Lağlağının 

fikrincə,  bəşər  tarixində  həzrət  Məhəmməd,  Musa,  İsa  kimi  peyğəmbərlər,  Qaliley,  Tolstoy,  İbn 

Rüşd,  Midhəd  paşa  kimi  böyük  şəxsiyyətlər,  elan  etməsələr  də,  məhz  inqilab  yolu  ilə  getmişlər.  Öz 

mövqeyini  Lağlağı  aşağıdakı  cümlələrlə  əsaslandırır:  “Əgər  həzrət  Məhəmməd  öz  ata-babasının,  öz 

qonşu  və  camaatının  əziz  və  müqəddəs  olan  əqidələrinə,  adətlərinə,  dolanmaqlarına  toxunmayıb, 

onların  xoşuna  gedəcək  surətdə  yavaş-yavaş  rəftar  etsəydi,  camaatın  öldürməyindən  qurtulmaq 

üçün  gecə ilə  Mədinədən  qaçmağa  məcbur  olarmıdı? 

Əgər  həzrət  Musa  Firon  və  camaatı  ilə  mülayimanə  dolansaydı,  daha  Tiyə  çöllərində 

qalarmıdı? 

Əgər  həzrət  İsa  milləti  ilə  xoş  keçinsəydi,  onların  əqidəsinə  toxunmasaydı,  dar  ağacından 

asılıb  ölərmidi? 

...Əgər  həkim  Qaliley  dünyanın  hərləndiyini  inkar  edib  xoş  rəftar  etsəydi,  dırnaqlarından 

çəkilərmidi? 

Əgər  İbn  Rüşd,  İbn  Sina  mollaların  və  əvamın  ziddinə  söz  danışmasaydılar,  təkfir 

olunarmıdılar? 

Əgər  Midhət  paşa  ümumun  fikrinə  riayət  etsəydi,  Taif  zindanında  köməksiz  qalıb 

boğularmıdı? 

Əgər Tolstoy  öz əqidəsi  üstündə  durmasaydı,  kəlisalardan  qovularmıdı?”  ( 8,  s. 21-24) 

Göründüyü  kimi,  felyetonda  yalnız  bir  cümlədə  Tolstoyun  adı  çəkilsə  də,  onun  kilsədən 

qovulma  səbəbləri,  yaxud  Tolstoyla  din  nümayəndələri  arasındakı  qarşıdurmanın  mahiyyəti 

açıqlanmır.    Bununla  belə,  oxucu  rus  ədəbiyyatının  bu  qüdrətli  nümayəndəsini  də  insanlıq  tarixində 

ciddi  dönüşlərə  imza  atmış  dahi  şəxsiyyətlərdən  biri  olaraq  tanıyır. 

 

“Molla  Nəsrəddin”  məcmuəsində  Lev  Tolstoydan  nisbətən  geniş  danışıldığını  “Tolstoy” 



(“Molla  Nəsrəddin”,  16  mart  1908,  №  11),  “Teleqraf”  (“Molla  Nəsrəddin”,  13  aprel  1908,  №  15), 

“Xabi-qəflət”  (“Molla  Nəsrəddin”,  6  dekabr  1909,  №  49),  “Qraf  L.Tolstoy”  (“Molla  Nəsrəddin”,  20 

noyabr  1910,  №  37),  “Teleqraf  xəbərləri”  (“Molla  Nəsrəddin”,  12  iyul  1913,  №  19)  başlıqlı 

materiallarda  izləyirik. 

 

Əlbəttə,  elmi  fikrin  “Tolstoy”  məqalə-felyetonuna,  “Qraf  Tolstoy”  nekroloq-felyetonuna 



dair  nisbətən  geniş  təhlilləri  təqdirəlayiqdir.  Bununla  belə,  həmin  materiallarla  tanışlıq  deməyə  əsas 

verir  ki,  sanki  ənənə  halında  tədqiqatçılar  birbaşa  Tolstoydan  bəhs  edən  cümlələri  nəzər  nöqtəsinə 

çəkmiş,  öz  elmi  dəyərləndirmələrini  həmin  cümlələr  həddində  yekunlaşdırmışlar.  Məsələn, 

X.Əlimirzəyevin  “Dahi  sənətkar,  böyük  vətəndaş”  kitabında  hətta  mənbə  göstərlimədən  “Tolstoy” 

məqalə-felyetonundan  aşağıdakı  şəkildə  söz  açılır:  “C.Məmmədquluzadə  “Molla  Nəsrəddin” 

jurnalını  nəşrə  başladıqdan  sonra  Tolstoy  irsindən  öyrənmək  və  onu  geniş  təbliğ  etmək  işini  daha 

səmərəli  bir  şəkildə  davam  etdirmişdir.  Xüsusilə  1908-1910-cu  illər  arasında,  əvvəllər  Tolstoyun 

anadan  olmasının  80  illiyi,  daha  sonra  isə  vəfatı  münasibəti  ilə  bir  neçə  məqalə  verilmişdir.  Tolstoy 

yaradıcılığının  böyüklüyü,  qüdrəti  və  genişliyi  haqqında  oxuculara  ətraflı  məlumat  verən  belə 

məqalələrdən  birində  deyilirdi:  “Rus  ədiblərindən  aləmə  məşhur  olan  qraf  Tolstoyun  bu  yaxınlarda 

həştad  yaşı  tamam  olur.  Demək  olar  ki,  yer  üzündə  nə  qədər  millətlər  varsa,  hamısı  Tolstoyun 

həştad  illik  bayramına  şərik  olacaqdır...  Demək  olar  ki,  bəlkə,  yer  üzündə  indiyədək  heç  bir  kəs 

yazıçılıqda  qraf  Tolstoy  kimi  hörmət  və şöhrət  qazanmayıb.”  (2,  s. 603) 

 

Fikrimizcə,  “Tolstoy”  başlıqlı  məqalədə  müəllifi  düşündürən  heç  də  bir  rus  yazarının  ömür 



və  sənət  yolu  deyil,  əsasən  qəflət  yuxusunda  uyuyan  təfəkkürlərin  bəşər  fikri  tarixindəki  son 

dərəcədə  əhəmiyyətli  hadisələrə  biganəliyi,  laqeydliyidir.  Haqqında  danışılan  məqalə-felyeton  həcm 

etibarilə  hər  birində  bir  və  ya  bir  neçə  cümlə  olan  11  abzasdan  ibarətdir.  Əsərlə  tanışlıq  deməyə  əsas 

verir  ki,    bu  balaca  əsərdə  müəllif  mövqeyinin  aydınlaşdırılması  üçün  xüsusi  təhlilə  ehtiyac  vardır. 




- 29 - 

Məqalə-felyetonda  satirasız  və  mübaliğəli  kinayəsiz  cəmi  bir-iki  cümlə  qələmə  alınmışdır.  Daha 

doğrusu,  müəllif  Tolstoy  böyüklüyü  haqqında  təsəvvür  yaratmaqdan  ötrü  özünəməxsus  şəkildə 

mübaliğəyə  yer  vermiş,  eyni  zamanda  doğma  həmvətənlərinin  Tolstoy  irsinə,  o  cümlədən, 

ümumiyyətlə,  böyük  sənətə  münasibətlərində  müşahidə  olunan  laqeydliyi  satira  alovunda  külə 

döndərmək  istəmişdir.  Bəli,  “Tolstoy”  məqalə-felyetonunda  böyük  rus  ədibinin  sənətinə  dair  hər 

hansı  bir  məlumata  rast  gəlmədiyimiz  kimi,  Tolstoyun  yaradıcılığı,  əsərləri  haqqında  cüzi  bilgi  belə 

almırıq.  Əlbəttə,  məqalədə  fikrin  bu  formada  təqdimi  müəllif  üslubunun  özünəməxsusluğu,  yeniliyi 

kimi  diqqəti  cəlb  edir  və  sanki  bu  üsulla  ictimai  şüur  birbaşa  Tolstoy  irsinə  istiqamətləndirilir.  Digər 

tərəfdən,  məqalə-felyetonun  məhvedici  satiradan  ibarət  son  yarısı  sanki  səfərbəredici  mahiyyət 

daşıyır,  oxucuları  dünya  ilə  ayaqlaşmağa  səsləyir.  Budur,  müəllif  bildirir  ki,  Qafqaz 

müsəlmanlarından  da  yeddi  vəkil  Tolstoyun  80  illiyində  iştirak  etmək  üçün  Yasnaya  Polyanaya 

gedəcək.  Eyni  zamanda  vəkillərədən  birinin  ordubadlı  Hacı  Əşrəf  Əli  oğlunun,  digərinin  naxçıvanlı 

Məşədi  Qasımın,  üçüncünün  Danabaş  kəndindən  Kərbalayı  Heydərqulunun,  dördüncünün  Sürməli 

mahalında  Aralıxbaş  kənd  qlavası  Məşədi  Bilalın  olması  artıq  satiranın  dolğunluğundan  xəbər 

verməkdədir. 

Bununla 

kifayətlənməyən  “Hərdəmxəyal”  imzalı  yazıçı  doğma  həmvətənlərinin 

Tolstoy  irsinə  münasibətini  daha  aydın  şəkildə  belə  canlandırır:  “Bundan  əlavə,  Şamaxıda  mərhum 

Həsənbəy  Məlikovun  yadigarı  üçün  açılan  altı  şöbəli  məktəbdə  Tolstoyun  naminə  bir  şöbə  də 

artıracaqlar.  Bakı  müəllimləri  Tolstoyun  kitablarından  bir  neçəsini  türk  dilinə  tərcümə  edib  İrəvanda 

müsəlman  mətbəələrinin  birində  çap  eləyib  ucuz  qiymətə  paylayacaqlar  müsəlman  qardaşlara. 

Tiflisdə  avqustun  28-də  müsəlmanlar  cəm  olacaqlar  Sumbatov  küçəsinə  və  orada  “Tolstoy  axşamı” 

düzəldib  nitqlər  söyləyəcəklər  və çaxır  içib  keflənəcəklər  və bir-birini  kötəkləyəcəklər.   

Bakıda  avqustun  28-də  və  ondan  bir  az  qabaq  müsəlmanlar  Tolstoyun  sağlığına  bir  az 

atışacaqlar,  müsəlmanların  teatr  dəstəsi  avqustun  28-də  oynayan  vaxt  müsəlmanılar  teatr  dəstəsini 

daşa basacaqlar.   

Xülasə,  biz  də inşallah,  Tolstoyu  layiqincə  yad edərik.”  (6,  s. 89) 

Fikrimizcə,  məcmuənin  13  aprel  1908-ci  il  tarixli  15-ci  sayında  yer  tutan  “Teleqraf” 

sərlövhəli  satiranı  da    “Tolstoy”  məqalə-felyetonunun  davamı  kimi  dəyərləndirmək  lazımdır.  Əgər 

“Tolstoy”  yazısında  müəllifin  kinayəli  arzuları  qələmə  alınmışsa,  “Teleqraf”  sərlövhəli  materialla 

tanışlıq  nəticəsində  oxucu  bir  daha  yəqinləşdirir  ki,  mövcud  məkan  və  zaman  daxilində 

mollanəsrəddinçi  yazara  məxsus  arzuların  həyata  keçməsi  qeyri-mümkündür.  Teleqrafın  mətnində 

rus  filosof  yazıçısının  səksən  illiyi  ilə  bağlı  Bakı  camaatının  bir  yerə  yığışması,  Seyid  Haram 

Halalzadənin  yazıçının  tərcümeyi-halına  dair  nitq  söyləməsi  xəbər  verilir,  eyni  zamanda  natiqin 

əsasən  öz  şəxsi  mənafeyi  üçün  çalışması  bildirilir.  Yəni  mollanəsrəddinçi  sənətdə  tənqid 

hədəflərindən  biri  də  böyük  qələm  sahiblərinin  yubileylərindən,  əsərlərindən  öz  var-dövlətlərini 

artırmaq  üçün  istifadə  edən  yalançı  oxumuşlardır.   

 

Mollanəsrəddinçilərin  Lev  Tolstoy  irsinə  münasibətindən  bəhs  edən  hər  bir  tədqiqatçı  bu  və 



ya  digər  dərəcədə  məcmuənin  20  noyabr  1910-cu  il  tarixli  37-ci  sayında  çap  olunmuş  “Qraf 

L.Tolstoy”  nekrolok-felyetonundan  da bəhs etmişdir.   

 

Azərbaycan  ədəbiyyatşünaslığında    “Qraf  L.Tolstoy”  nekrolok-felyetonuna  dair  daha  geniş 



təhlillərlə  F.Hüseynovun  “Satirik  gülüşün  qüdrəti”  kitabında  qarşılaşırıq.  Doğrudur,  “Satirik 

gülüşün  qüdrəti”  kitabındakı  təhlillər  elmi  obyektivliyi  ilə  səciyyələnsə  də,  bəzi  mülahizələrlə 

razılaşmaq  çətindir.  Məsələn,  müəllif  yazır:  “Qraf  L.Tolstoy”  məqaləsi  bir  neçə  cəhətdən 

maraqlıdır.  Burada  dərin  kədər  hissi  ilə  yanaşı,  Tolstoy  irsi  yüksək  qiymətləndirilir  və  təbliğ  olunur. 

...Məqalənin  əvvəlində  həmçinin  Tolstoy  ədəbi  irsi  və  təliminin  cəmiyyətin  müxtəlif  təbəqə  və 

zümrələri  tərəfindən  öz  xeyrinə  istifadə  edilməsinə  işarə  olunur.  Məqalənin  əsas  hissəsi  L.Tolstoyun 

“Şərq hərəkətsizliyi”  barədə təliminin  tənqidinə  həsr edilmişdir.”  (4, s. 66)  

Fikir  aydınlığı  üçün  qeyd  etməyə  ehtiyac  vardır  ki,  “Coməri”  imzası  ilə  çap  olunan  “Qraf 

L.Tolstoy”  məqaləsi    məşhur  rus  ədibinin  vəfatı  münasibətilə  qələmə  alınsa  da,  müəllifi  düşündürən 

əsas  məsələ  Qərbdə  və  Şərqdə  insanlıq  tarixində  yeni  mərhələlərə  imza  atmış  dahi  şəxsiyyətlərə 

münasibətin  köklü  surətdə  fərqli  olmasıdır.  Əslində  mollanəsrəddinçi  müəllif  bütün  göstəricilər  üzrə 

Asiyanın  Avropaya  nisbətən  geri  qalmasının  səbəbini  dünyanın  bu  qitəsində  böyük  təfəkkür 

sahiblərinə  ictimai  münasibətin  qeyri-sağlam  olmasında  görərək  yazır:  “...Asiyada  bir  nəfər  insan 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə