The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə20/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   16   17   18   19   20   21   22   23   ...   129

- 42 - 

НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 



 

NAKHCHIVAN ST AT E UNIVERSIT Y

.

  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 

 

НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 



 

ŞƏHLA ŞİRƏLİYEVA 

Naxçıvan Dövlət Universiteti 

UOT:82(091) 

 

ŞAİRƏ ÜMGÜLSÜMÜN HƏYAT  VƏ YARADICILIĞINA  DAİR 

 

 

Açar  sözlər: Ümgülsüm, şairə, şeir,  Seyid Hüseyn, represiya,  müstəqillik  

          Key words:  Umgulsum, poet, poetry, Seyyed Hossein, repression,  independence 

            Ключевые слова: Умгюлсум, поэт, поэзия, Сейид Хоссейн, репрессия, независимость 

 

Azərbaycan  qadını  xalqımızın  çoxəsrlik  tarixində,  ictimai  və  mədəni  həyatında, 

ümumiyyətlə  mədəniyyətin  tərəqqisində  böyük  rol  oynamışdır.  Ədəbiyyat  tariximiz  bizə  bütün 

Şərqdə  məşhur  olan  onlarla  Azərbaycan  qadın  sənətkarlarını  tanıtmışdır:  -Məhsəti  Gəncəvi,  Aşıq 

Pəri,  Heyran  xanım,  Xurşidbanu  Natəvan,  Fatma  Kəminə,  Ağabəyim  Ağa,  Sona  xanım  Axundova 

və  başqaları...  Kim  bilir,  mətbuat,  mətbəə,  və  nəşriyyatın  nə  olduğu  bəlli  olmayan  uzaq  keçmişdə 

Azərbaycanda  daha  neçə  qadın  şairələrimiz  yaşamışdır.  Lakin  təəssüflər  olsun  ki,  onları  ətraflı 

şəkildə  bizə  yetirəcək  bir vasitə  olmamışdır. 

Azərbaycan  mətbuatında  indiyə  qədər  onlarca  qadın  imzası  göründüyü  halda,  onlardan 

ancaq  çox  azı  axıra  qədər  yaradıcılıq  fəaliyyətini  davam  etdirə  bilmişdir.  Bunlardan  biri  də  XX  əsr 

Azərbaycan  ədəbiyyatı  tarixində  öz  yaradıcılıq  xəzinəsinin  zənginliyi  etibarilə  milli  ədəbiyyatımızın 

ən gözəl  ənənələrini  inkişaf  etdirmiş,  istiqlal  şairi  Ümgülsümdür. 

Ümgülsüm  Əbdüləziz  qızı  Sadıqzadə  1899-cu  ilin  sentyabrında  Bakının  Novxanı  kəndində 

ruhani  ailəsində  anadan  olmuşdur.  Kiçik  yaşlarından  ata  və  anasından  ərəb,  fars  və  türk  dillərini 

öyrənən  Ümgülsüm  Şərq  ədəbiyyatına,    klassik  Azərbaycan  şeirinə  böyük  maraq  göstərmişdir.  Hələ 

doqquz  yaşından  şeir  yazmağa  başlayan  şairə  1914-cü  ildən  başlayaraq  “İqbal”,  “Açıq  söz”, 

“İstiqlal”,  “Azərbaycan”  qəzetlərində,  “Dirilik”,  “Qurtuluş”,  “Məktəb”,  “Füqəra  füyuzatı”,  “Şərq 

qadını”  kimi  ədəbi  jurnallarda  hekayə  və  şeirlərini  çap  etdirmişdir.  Əruz  və  heca  vəznində  gözəl 

şeirlər  qələmə  alan  Ümgülsümün  ilk  mətbu  əsəri  “İqbal”  qəzetinin  2  fevral  1914-cü  il  tarixli 

nömrəsində  dərc  edilən  “Təsəlli”  şeirirdir.  Bu  şeirində  şairə  həyat  barəsində  oxucunu  düşündürən 

mənzərərlər  yaratmaqla  insan  həyatını  bütün  mürəkkəblikləri  ilə  təsvir  etməyə  çalışır.  Zəmanədən 

şikayət,  ictimai  həyatın  ziddiyyətlərindən  yaranan  küskünlük  “Təsəlli”  şeirinin  əsas  motivinə 

çevrilmişdir. 

 

Vəfa  umma  fələkdən,  çün  cəfa  pişəvü  fanidir 



Səfası  kəm  cəfasından,  bütün  xəlqi-cəhan  ağlar. 

 

Gözüm,  səbr et, məraq  etmə,  gələr  baqi  bir  aləm  kim 



 

Nə dil  məhcur  olur  cana,  nə yari-mehriban  ağlar. 

 

Daha  sonra,  1914-cü  ilin  dekabrında  Ümgülsümün  “Vətən  sevgisi”  hekayəsi    Əlabbas 



Müznibin  redaktorluğu  ilə  nəşr  olunan  “Qurtuluş”  jurnalında  “İlk  yazı  təcrübəsi”  adı  altında  çap 

olunmuşdur.  Bu  şeirində  isə  şairə  həyata  nikbin  gözlə  baxaraq,  daha  çox  nikbin  və  ürəkaçan 

lövhələri  əks etdirmişdir.   

  Gənc  şairə  “Solğun  çiçək”  adlı  hekayəsini  tanınmış  yazıçı-jurnalist  Seyid  Hüseynin 

redaktorluğu  ilə  çap  olunan  “Qurtuluş”  jurnalı  redaksiyasının  1915-ci  ildə  elan  etdiyi  müsabiqəyə 

göndərmiş  və    münsiflər  tərəfindən  birinci  mükafata  layiq  görülmüşdür.  Qeyd  edək  ik,  həmin 

müsabiqədə  iştirak  edən  C.Cabbarlının  “Qürub  çağı  bir  yetim”  şeiri  isə  ikinci  mükafata  layiq 

görülmüşdür. 

Ümgülsüm  yaradıcılığının  ən  məhsuldar  dövrü  1917-1920-ci  illərə  təsadüf  edir.  Bu  illərdə  o, 

“Turan  dediyi”,  “Ey  türk  oğlu”,  “Əsgər  anasına”,  “Bu  ilki  mayısda”  və  s.  şeirlərini  yazır.  Onun 




- 43 - 

lrikasında  dövrün,  zamanın  haqsızlığına,  ictimai  ədalətsizliklərə  qarşı  çevrilmiş  şeirləri  mühüm  yer 

tutur. 

“Turan  düdüyü”  (“Dərdli  nəğmə”)  adlı  şeirində  şairənin  zülmkarlara  hədsiz  nifrəti,  həyatdan 



narazılığı  qüvvətli  şəkildə  ifadə  olunmuşdur: 

 

Dərdli-dərdli  sürükləndim,  inlədim, 



 

Acı-acı  fəryadları  dinlədim. 

 

Gəldim  iştə,  dərdim  sana söylədim, 



 

Ərzimi  dinləyən,  soran  nərədə?  (4, 55) 

 

Ümgülsümün  “Aman  getmə!”,  “Bir  qız  üçün”,  “Hicran  gecəsi”,  “Xəzərə  xitab”,  “Könül”, 



“Həsrət”,  “Doğma  musiqi”  şeirlərində  qadının  taleyindən  şikayət  duyulur,  azadlığa  çağırış  sədası 

eşidilir. 

 

Ümumiyyətlə,  Ümgülsümün  şeirləri  üç  hissəyə  ayrılır:  milli  müstəqillik  və  demokratiya 



uğrunda  mübarizə  ideyalarının  alovlu  tərənnümü;  düşmənə  nifrət,  vətənin,  millətin  düçar  olduğu 

məhrumiyyətlərə 

dözməyən 

qəlbin 


harayı; 

şairənin 

həbsxanalarda  ailəsindən,  yurdundan 

qoparılaraq  uzaq  Sibir  çöllərinə  atılmasından  təsirlənib  yazılan  şeirlər. 

 

Əqidəsindən  dönməyən,  xalqımıza  qarşı  törədilən  haqsızlıqlara  gələcəkdə  son  qoyulacağına 



inanan  istiqlal  şairi  Ümgülsümün  poeziyası  mübarizə  poeziyasıdır.  Bu  mübarizədə  dumanlı, 

mücərrəd  heç  nə yoxdur,  onun  hədəfi  də məqsədi  də aydındır.   

 

Ötən  əsrin  əvvəllərində  Azərbaycanda  geniş  vüsət  almış  türkçülük  ideyaları  Ümgülsümün 



yaradıcılığında  öz parlaq  əksini  tapmışdır. 

 

 



         Ey  Türk,  sən ey qəhrəman,  yigit  oğlu  Turanın! 

 

 



                  Şanlı,  yüksək  babanın  öyüdünü  unutma! 

                  Sən də yürü  o yolu. 

Yürü,  əvət  özünü  heç bir  şeydən  qorxutma; 

Yürü,  əvət  bir daha  təməddünün,  ürfanın 

Ülvi  duyğular  versin  Türkün  həssas  qəlbinə 

Hörmət,  izzət  aldırsın  böyük  Turan  elinə.  (4, 58) 

 

 

 



1918-ci  ildə  Azərbaycan  Demokratik  Respublikasının  qələbəsi  ilə  ömür-

gününə  günəş  saçılan,  xoşbəxtlik  yağan  Ümgülsümün  taleyi  1920-ci  aprelin  28-də  milli  faciə  ilə 

qaraldı.   

 

Milli  müstəqillik,  demokratiya  uğrunda  mübarizənin  tərənnümçüsü  olan  şairə  “Bayrağım 



enərkən”  və  “Hicran”  adlı  şeirlərini  Azərbaycan  Xalq  Cümhuriyyətinin  devrilməsi  münasibətilə 

yazmışdır: 

 

 

Yazıq  səni,  bayrağım,  endirdilər,  öyləmi? 



 

 

Səni  yıxıb  devirən  o zəhərli  ruzigar



 

 

O haqq yeyən  haqsızlar,  vəhşilər,  tanrısızlar, 



 

 

Yanar  ocağımı  da söndürdülər,  öyləmi?  (4, 68) 



 

Millətinin,  dövlətinin  qurtuluş  yolu  kimi  baxdığı  Azərbaycan  Demokratik  Respublikasının 

devrilməsindən  yaranan  dərdin,  kədərin  ağırlığı  Ümgülsümü  nə  qədər  sarsıtsa  da  o,  “Hicran” 

şeirində  “günəşin  bir daha  doğacağına  əmindir”.   

 

 

Günəşim  bir  daha doğmayacaqmı? 



 

 

Vəhşi  qaranlığı  boğmayacaqmı? 



 

 

Kölgələri  şəfəq  qovmayacaqmı? 



 

 

Sordum,  ümidini  qırma,  dedilər.  (4, 70) 



 

Xalqımızın  taleyinə  qara  hərflərlə  yazılmış  1937-38-ci  illər  saysız-hesabsız  ailələr  kimi 

Ümgülsümün  də  ailəsinə  sonu  görünməyən  bədbəxtlik  gətirmişdir.  Onun  həyat  yoldaşı,  məşhur 

tənqidçi,  yazıçı,  jurnalist  Seyid  Hüseyn  də  repressiyanın  ilk  qurbanlarından  olmuş,  1937-ci  il  iyulun 

15-də  həbs  olunmuş,  ən  ağır  cəzaya,  güllələnməyə  məhkum  edilmişdir.  Uzun  sürən  əzablı 

işgəncələrdən  sonra,  1938-ci ilin  əvvəllərində  bu hökm  yerinə  yetirilmişdir. 

 

1920-ci  ildə  Seyid  Hüseynlə  xoşbəxt  ailə  həyatı  qurmuş  Ümgülsüm  sonralar  həyat  yoldaşı 



kimi  əzablı  bir  taleyi  yaşadı.  Seyid  Hüseynin  həbsindən  az  sonra  M.Ə.Rəsulzadənin  əmisi  qızı  və 

baldızı  şairə  Ümgülsüm  həm  “xalq  düşməni”nin  arvadı  olduğu  üçün,  həm  də yazdığı  şeirlərə   




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə