The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə28/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   24   25   26   27   28   29   30   31   ...   129

- 58 - 

НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 



 

NAKHCHIVAN ST AT E UNIVERSIT Y

.

  СЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 

 

НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 



 

                                                                                           



ŞƏHLA MEHDİYEVA 

Naxçıvan Müəllimlər  İnstitutu 

UOT:82 

BƏXTİYAR  VAHABZADƏ  YARADICILIĞINDA 

VƏTƏNPƏRVƏRLİK  İDEYASININ   TƏRƏNNÜMÜ 

 

 

Açar  sözlər: Bəxtiyar Vahabzadə, vətəpərvərlik, ideyası, yaradıcılıq,  şeir, mübariz. 

 

Key words:  Bakhtiyar Vahabzadeh, idea of patriotism, creativity, poem, fighter. 

 

Ключевые  слова:  Бахтияр  Вахавзаде,  патриотические  идеи,  творчестеве, 



стихотворение, боръба. 

                                                                 

 

Bəxtiyar  Vahabzadə  yaşayan,  döyüşən,  səfərbər  edən  və  Vətən,  xalq  qarşısında  öz  tarixi 



vəzifəsini  yerinə  yetirən  çağdaş  Azərbaycan  poeziyasının  görkəmli  nümayəndələrindən  biridir. 

Elinə,  torpağına,  kökünə  bağlılıq,  təkrarsız  fərdi  milli  çalar  Bəxtiyar  Vahabzadə  şerini  müasir 

poeziyamızın  tarixi  bədii  faktına  və  hadisəsinə  çevirmişdir.  Əsrin  Şərq  və  dünya  şeir  prosesi 

məcrasında  Azərbaycanı  Bəxtiyar  Vahabzadənin  poetik  söz  dünyası  ləyaqətlə  təmsil  etmişdir. 

Bəxtiyar  Vahabzadə  yaradıcılığı  milli  poetik  fikrimizin  ən  böyük  nailiyyətlərindən  biridir.  Bizi 

əhatə  edən  hər  nə  varsa,  şairi  dərindən  dərinə  düşündürür.  Bəxtiyar  Vahabzadənin  poetik  təfəkkür 

mədəniyyəti  təbiətcə  millidir.  Lirizm  və  vətəndaşlıq      Bəxtiyarın  yaradıcılığında  ayrılmaz  qoşa 

simlərdir  və  bu  simlər  onun  şəxsə  və  ictimai  dünyagörüşünün  qüdrətinə  bir  daha  şəhadət  verir.  O, 

vətənpərvərdir,  o, aqildir,  sözün  yaxşı  mənasında  nəsihətverən,  yolgöstərən  sənətkardır. 

 

Vətən  sevgisi  şairin  yaradıcılığında  daha  qabarıq  şəkildədir.  Sevgilini  sevməyin  müddəti 



ömür  qədərdir.  Vətən  sevgisinin  müddəti  isə  ömürdən  o  tərəfə  gedir.  Sevgilini  hər  kəs  özü  üçün 

sevirsə,  Vətəni  xalqımız  üçün,  bu  xalqın  gələcəyi  üçün  sevirik.  Şairə  görə  Vətən  məfhumu  çox 

geniş  məfhumdur.  Vətən  –  hamınındır.  Vətən  mənafeyi  qarşısında  onun  övladlarının    hamısı  eyni 

dərəcədə cavabdehdir.   

 

 

 



Şairin  bədəni  – bu ana torpaq, 

 

 



 

Nəfəsi  – Xəzridir,   qanı  Kür, Araz 

 

 

 



Çox şey Vətənsiz  də yaşayır,  ancaq 

 

 



 

Şeirsə  Vətənsiz,  elsiz  yaşamaz.  (I c. səh.43)   

 

 

B.Vahabzadə  üçün  hər  bir  şairin  bədəni  bu  ana  torpaqdır.  Bəli,  çox  şey  vətənsiz  yaşaya  bilər, 



ancaq şeir  vətənsiz,  elsiz  yaşaya  bilməz.   

 

Bəxtiyar  Vahabzadə  yaradıcılığında  vətən  sevgisinin  heç  bir  hüdudu,  ölçüsü  yoxdur.  Vətən 



müxtəlif  fikirli  və  əqidəli  övladları  birləşdirən  yeganə  anadır.  Meşə  çaqqalsız  olmaz  deyiblər. 

Xalqın  layiqli  övladları  ilə  yanaşı,  istənilən  qədər  Vətənə  layiq  olmayanlar  da  var.  Belələri  Vətənin 

oduna  qızınır,  tüstüsündən  qaçır: 

 

 



 

 

Ancaq  bəla onda,  dərd ondadır  ki, 



 

 

 



Vəzifə  xumarı  gözünü  örtən, 

 

 



 

Vətəni  pul  kimi  cibinə  dürtən 

 

 

 



Bir  rüşvət  düşgünü,  rütbəli  nadan 

 

 



 

Durub  kül  üfürür  gözlərimizə  (səh.43)   

 

 

 



Ən  böyük  sevgi  Vətən  sevgisidir,  dedi  şairimiz.  Buna  görə  də  bəşəriyyətin  tarixində  Vətən 

dəliləri,  millət  məzlumları  üçün  şəxsi  istək  Vətən  sevgisindən  başlanır.  Onların  şəxsi  istəyi,  arzusu 

milyonların  istək  və arzularından  əriyir,  yoxa  çıxır:   

 



- 59 - 

 

 



 

 

Özümə  vurulmadım 



 

 

 



Sevinc  də görmüşəm  mən, 

 

 



 

Sitəm  də. 

 

 

 



Dərd də, 

 

 



 

Qəm də... 

 

 

 



Sabirin  göz  yaşıyla  özümə  gülmüşəm  də.     (I c. Səh.33)  

 

 



Şairin  düşüncələrinə  görə  əsl  vətənpərvər  insan  dünyanın  bir  cənnət  guşəsində  yaşasa  da 

belə,  bütün  arzularını,  istəklərini  yerinə  yetirsələr  də,    dünyanın  bütün  nemətlərini  başından  töksələr 

də yenə  gözü  Vətən  axtaracaq,  dodaqları  – Vətən  – Vətən  deyəcəkdir.   

 

 



Söz – qəlbdəki  bir  mətləbin 

 

 



 

Öz səsidir... 

 

 

 



Nəğmə  - səsin  şeiriyyəti, 

 

 



 

Şeir  sözün  nəğməsidir. 

 

 

 



Bəlkə  Muğam  bir  nağıldır,  əfsanədir 

 

 



 

Bilək,  onun  bu dünyaya  sözü  nədir,  qəsdi  nədir?    (II c.səh ,177)  

 

 

 



 Bəxtiyar  Vahabzadənin  şeirlərini  oxuyanda  kənd  körpələrinin  yalın  ayaqları  gözlərimiz 

önündə  canlanır.  Şair  də  dərəli  –  təpəli  Vətən  torpağının  hər  qarışında,  hər  bucağında  eyni 

məhəbbət,  eyni  dözüm  və  sədaqətlə  addımlayır,  gəzib  –  dolaşdığı  yerləri  müqəddəs  bir  ömür  bəzəyi 

kimi  daşıyır,  onlarla  öyünür,  onların  fərəhi  ilə  yaşa  dolub  kamilləşir.  Bəxtiyar  Vahabzadə  də  

əsərlərində  körpə  ayaqları  kimi  özünün  ilk  təpərini,  ilk  dözümünü  Vətən  torpağından,  el  sinəsindən 

almışdır: 

 

        Dünya  quru  – quru  bir  səs, 



 

 

        Qəm çəkməyə  dəyməz. 



 

 

        Yüz  – yüz  itən  oğlun, 



 

 

        Min  – min  də bitən  var. 



 

 

        Şükr eyliyəlim  ki,  



 

 

        Bizlərdən  həm  əvvəl,   



 

 

        Həm  sonra  Vətən  var.      (I c.səh.6-7)  



 

 

Bəxtiyar  Vahabzadənin  “Vətən”  şeirindən  gətirdiyimiz  bir    parçaya    diqqət  edək:  ilk  baxışda 



o  qədər  də  böyük  olmayan  “şükr  eyliyəlim  ki”  ifadəsi  mətn  daxilində  qəribə  bir  təlqin  gücü  qazanır, 

nisbətən  mücərrəd  səciyyə  daşıyan  vətənpərvərlik  məfhumunu  sanki  göylərdən  yerə  endirərək, 

dünyanın  bir  parçasını  bir  küncünü  doğma  yurd,  Vətən  deyib  əzizləyən  hər  kəsin  gündəlik  və  əbədi 

sevincinə  həyat  enerjisinə  çevrilir.  Şükr  edirsən  ki,  ayağının  altında  Vətən  torpağı,  başının  üstündə 

aydın  Vətən  səması    vardır.  Şükr  edirsən  ki,  qədim  tarixə,  xöşbəxt  və  möhtəşəm  gələcəyə  malik 

xalqım  var.  Şükr  edirsən  ki,  dünyanın  bütün  çayları  kimi  bu  başdan  o  başa  axan,  lakin  dünyanın  heç 

bir  çayının  qismətinə  düşməyən  acı  bir  tale  daşıyan  Arazın  var  və  bu  Arazın  Cənub  adlanan  o 

tayında  dərdin  və  sənətin  Heydərbaba  zirvəsinə  yüksələn  Şəhriyar,  Şimal  adlanan  bu  tayında  isə 

sinəsi  Şəhriyar  dağlı  Bəxtiyar  şeiriyyəti  var: 

 

 



 

           Bizim  bir  kimsəyə  qəzəbimiz  yox,   

 

 

           Biz  iki  qardaşıq,  bir  anamız  var 



 

 

           Bir  böyük  torpağın  iki  oğluyuq 



 

 

           Orda Şəhriyaram,  burda Bəxtiyar   (I c. səh,7). 



 

 

Bəxtiyar  Vahabzadənin  düşüncələrinə  görə  “Dünyada  hər  şeyi  zövqə,  imkana  görə  dəyişmək 



olar,  bircə  Vətəndən  və anadan  savayı.  Onları  seçmirlər,  Vətən  də tale  töhfəsidir,  ana da ”. 


Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə