- 60 -
Poeziyanın meyarı hər şeydən əvvəl sənətkarın yetkinlik meyarıdır. Dövrlər dəyişir, ömür
keçir, lakin həqiqi sənət, bu dünyada bizim üçün əbədilik, həmişəyaşarlıq qazanır. Əlbəttə, söhbət
yenə də şairin vətən eşqi ilə yazdığı şeirlərdən gedir:
Biz Vətən məcnunu, el aşığı, sülh
əsgəriyik.
Biz vətən naminə ölsək, dirilərdən
diriyik (I səh, 132).
Şairin vətən haqqında yazdığı, şeirləri təlatümlü ali ehtirasdan, əks – sədadan, qəlb
inamından doğur. Bizi əhatə edən, vətənimizin hər qarış torpağı, hər dərdimiz, sərimiz şairi
düşündürmüş, bu düşüncələri poeziyanın yaddaşına əbədilik həkk etmişdir.
Hər bir xalq üçün öz kökünü, ilkini və qaynağını bilmək vacibdən vacibdir. Ona görə ki,
hardan gəldiyini bilməyən, hara gedəcəyini də bilməz. Bu vətən qollu – budaqlı bir ağaca bənzəyir.
Bu ağacın adı “ Qorqud ” ağacıdır. Bu gün də Bamsı Beyrəklərin, Burla xatunların nəticələri,
kötücələri yaşayır, yaradır. Adı ad sahibinin əməli ilə bağlamaq müəyyən mənada fəlsəfi
anlayışıdır.
Bu fəlsəfi idrak isə, bizə “Dədə Qorqud”dan gəlir. (4.səh.3).
Bizim iqbalımızı yazdı qılıncın
kəsəri,
Bizi biz etdi Dədəm Qorqud
oğuznamələri. (I. səh, 132)
Bəxtiyar Vahabzadə poeziyası əzabkeş fikrin dünya, insan, vətən sevgisi və azadlıq
haqqında çırpıntılarının poeziyasıdır.
Bu poeziya tarixin şah damarını axtarır, bir sözün bir obrazın maqnit sahəsində keçmişi, bu
günü, gələcəyi qovuşdurur, hər dəfə bu dünyanın taleyinə bir nöqtədən – bütün mənəvi qüdrətlərini
insanların yolunda sərf etməyə hazır olan humanizm zirvəsindən yanaşır.
Vətən sevgisi, torpaq sevgisi, azadlıq uğrunda mübarizə şairi bütün yaradıcılığı boyu
müşayiət etmişdir. Bəxtiyar Vahabzadə həmişə bir şair kimi haqq səsini ucaltmışdır. Bəxtiyar
poeziyası xalqın haqq səsi, azadlıq carçısıdır.
Bu xalq əzəməti ilə heç vaxt düşmən zərbəsindən əyilməz, sınmaz:
Yaman dözümlüdür, oda kül atır,
Hər zülmə, cəfaya dayanır millət (II c. səh,284).
Şair öz misralarında iftixarla, fərəhlə azadlığın asanlıqla qazanıla bilmədiyini bəyan edir:
Azadlıq ağacı bar verə bilməz,
Şəhidlər qanıyla suvarılmasa. (II c. səh,284)
Ümumiyyətlə, Bəxtiyar Vahabzadə yaradıcılığı çox zəngin mövzudur.
Bu mövzu həmişə axtarışda olanlar üçün nadir tapıntıdır.
Dünyada ad çıxaran çox şair var. “Həyat nədir?” sualına cavab axtaranda yalnız sözü
fikirdən, obrazdan, ruh və nəfəsdən yoğrulmuş həqiqi şairlər insanın yaşamaq eşqinə, düşüncələrinə
qol – qanad verir. Bəxtiyar Vahabzadə məhz belə şairlərdəndir.
ƏDƏBİYYAT
1.
Bəxtiyar Vahabzadə seçilmiş əsərləri I c. “Öndər nəşriyyat”, Bakı, 2004.
2.
Bəxtiyar Vahabzadə seçilmiş əsərləri II c.“Öndər nəşriyyat”, Bakı, 2004.
- 61 -
3.
Bəxtiyar Vahabzadə seçilmiş əsərləri II c. Bakı, Yazıçı. 1983.
4.
Bəxtiyar Vahabzadə Vətən ocağının istisi. Gənclik. Bakı, 1982.
ABSTRACT
Description of patriotism idea in creativity of Bakhtiyar Vahabzadeh
In the article patriotism idea having special place in creativity of immortal, Frecdom
messenger Bakhtiyar Vahabzadeh was put forward. This idea was explained on savples given in his
works.
РЕЗЮМЕ
Воспевание патриотической идем в творчестеве Бахтияр Вахавзаде
В статъе выдвигается на первый план патриотические идеи, имеющие важное место в
творчестеве бессмертного, вечно живого, вестника свободы. Бахтияр Вахавзаде, на основе
примеров,приведенных из его произведений, комментированы эти идеи.
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: Filologiya üzrə fəlsəfə doktoru F.Cəfərova