Trablisdə türklərlə italyanlar arasında olan hərbi təsvir edir



Yüklə 261,46 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix30.12.2017
ölçüsü261,46 Kb.
#18644
1   2   3   4   5   6   7   8   9   10

www.cafarcabbarli.org 

 

 



 

 

 



 

12 


Lazım  olursam,  hər  dəqiqə  qulluğunuzda  hazıram.  Haydı,  qardaşlar,  gedək!  Sən  də  get,  cani! 

Fəqət əmin ol ki, bulud nə qədər qalın olarsa, tamamilə günəşin işığını pərdələyə bilməz! İldırım 

nə qədər uzun çəkərsə, bir saniyədən artıq davam edə bilməz!.. Zəlzələ nə qədər qüvvətli olarsa, 

bütün  dünyanı  yıxa  bilməz!  Hiylə  nə  qədər  qüvvətli  olarsa,  həmişəlik  qalib  gələ  bilməz!  Get, 

fəqət əmin ol ki, ərvah kimi göyə uçsan, Əzrail kimi Allahın sarayına qədər, səni keçirəcəyəm. 

Kəsəyən kimi yerə batsan, ildırım kimi komayın duraqlarına qədər səni təqib edəcəyəm! Balıqlar 

kimi  sulara  girsən,  su  pərisi  kimi  Atlas  dənizinin  ta  qaranlıq  diblərinə  qədər,  səni  qovub 

tutacağam və sənə sübut edəcəyəm ki, hiylə və zülm nə qədər qüvvətli olursa, onlara  qarşı iki 

daha güclü mübariz var ki, həmişə sonda qalib gələr. O da hiyləyə qarşı haqq, zülmə qarşı cəza! 

Haydı, qardaşlar! (Gedirlər.) 

 

Pərdə düşür 



 

 

ÜÇÜNCÜ PƏRDƏ 



 

Əlmünasire istehkamı. İzzət paşa, yavəri, Şeyx Senusi. 

 

İ z z ə t  p a ş a (davam edir). İştə haman düvəli-müəzzəmə Revəl molağatında İslam ölkələrini 



bölüb,  Misiri  İngiltərəyə,  Şimali  İrani  Rusiyaya,  Mərakeşi  firənclərə,  Yeni  bazar  sancağını 

Avstriyaya, hər yeri bir hökumətə vermişlər. O zaman Trablis də italyanlara düşmüş, İngiltərə, 

Rusiya, firənglər yerlərini tutmuş kimidirlər. Avstriya tutmağa çalışır. Bu da İtaliya. 

S ə n u s i. Öylə... hazırlıqla qarşılanmamış işin sonu sıxıntısız olmaz! 

İ z z ə t  p a ş a . Bu gün Trablisi 24 saat vaxtda boşaltmaq üçün ultimatum verirlər. Bu qədər az 

bir vaxt bitməmiş, böylə iki vaporumuzu dənizdə bombardıman edib, həmin günü, üç yüz min 

əsgər çıxarıb, Trablisi işğal edirlər! 

S ə n u s i. Gücsüz gücsüzlüyünə inanıb oturursa, daha gücsüz olmaya bilməz?! 

İ  z  z  ə  t    p  a  ş  a.  Gücsüz  çalışırsa,  birisinə,  ikisinə  qarşı  çıxar.  Yox,  bütün  dünyaya  qarşı...  hər 

tərəfə  baxırsan  hamının  fikri  bir!  Əzmək,  əzmək,  əzmək!  Mümkün  olduqca,  fürsət  bulduqca, 

əzmək! 

S ə n u s i. Doğrudu! Böylə olub, böylə də olmalıydı. Böylə davam edərsək, böylə də olacaqdır! 



İ z z ə t   p a ş a. Əvət, başqa cür ola  bilməz.  Qaranlıq günəşə tabe olmayınca, gecə də olacaq, 

gündüz  də!  Ya  həqiqət  silaha,  ya  silah  həmişəlik  həqiqətə  tabe  olmayınca,  güclü  gücsüzü 

əzməyə, gücsüz də mübarizəyə çarpınacaqdır. Fəqət, dərd bu ki, düşmən bir deyil! Bir tərəfdən 

Avropa  vəhşiləri,  bir  tərəfdən  də  özümüz!  Odur,  Şeyx  İdris  öz  adamlarıyla  italyanlara  kömək 

edir.  Hankisi  ilə  mübarizə  etməli?  Gördünüzmü,  o  gün  şurada  mən:  “Şəhəri  təslimdən  başqa 

çarəmiz  yoxdur"  -  deyərkən,  Ənvər  nitqində  məni  məzəmmət  edib,  topladığı  üç-dörd  min 

silahsız,  nizamsız  könüllü  ilə,  şəhəri  müdafiə  edəcəyini  söyləyirdi.  Fəqət  bundan  bir  şey 

çıxacaqmı? 

S  ə  n  u  s  i.  Doğrudan  da!  O,  gəncsə  də,  mənim  nəzərimi  cəlb  etdi.  Ona  görə  də  öz  ərəblərimi 

onun ixtiyarına verdim. Sözlərində bir mətanət, bir cəsarət cingildəyirdi. 

İ z z ə t  p a ş a. Ənvər, demək olar ki, canlanmış bir cəsarətdir. Olduqca mətin və igiddir. 



www.cafarcabbarli.org 

 

 



 

 

 



 

13 


S ə n u s i. Hər halda, onun tək cəsarəti az xeyir verməz. 

İ z z ə t  p a  ş a.  Doğrudur, Ənvər igiddir,  cəsarətlidir, fəqət qanı çox coşqundur. Heç  olmasa 

silahımız olaydı. Çalışmasından xeyir çıxacaqmı, yoxmu? (Xalid girir.) 

X a l i d (tələsik keçərkən paşanı görüb hürkür). Bağışlayın, paşam! 

İ z z ə t  p a ş a. Nərəyə? Nə olmuş? 

X a l i d. Paşam, komandamızla Trablisə tərəf gedirdik. Düşmən Dərnəyə doğru silah aparırdı. 

Biz az idik. Komandanımız əmr etdi, düşmən üzərinə atılıb, onları qaçırtdıq. Silahları- neçə min 

tüfəng, güllə, top, metralyoz aldıq! 

S ə n u s i. Yəqin, İdrisin ərəbləri üçün göndərilmiş? 

İ z z ə t  p a ş a. Ehtimal ki! Siz oraya niyə gedirdiniz? Harisı bölükdənsən? Nizamilərdənmisən? 

X a l i d. Könüllülərdənəm, paşam! Bizim bölüyümüz yoxdur. Biz ayrı bir dəstəyik. (Daldan.) 

Ə n v ə r. Nə olursa olsun, kim olursa olsun, kimsə yerindən tərpənməyəcəkdir. 

S ə n u s i. Gələn Ənvər deyilmi? 

İ z z ə t  p a ş a. Odur! 

Ə  n  v  ə  r.  Onlar  gedə  bilərlər!  Biz  onlara  zəncirlə  sarılmadıq.  Haydı,  nə  dedimsə!  (Girərək, 

arxasına.) Hər kəs olduğu yerdə. Paşam, ağırlıqları yükləyirlər! 

İ z z ə t  p a ş a. Mən əmr etmədim, istəmədim! 

Ə n v ə r (Xalidə). Gəlmədimi? 

X a l i d. Mən hələ getmədim. 

Ə n v ə r. Get, onu yanıma göndər. (Xalid gedir.) Heç olmazsa paşam, vaxtından əvvəl qərarınızı 

bilsəydik! 

İ z z ə t  p a ş a. Son raportu bəkliyoram. Fəqət hər halda əhvalın dəyişəcəyi qeyri-mümkündür. 

Y a v ə r. Paşam, raport gəlmiş, zabitlər toplanmış, şurayi-hərb zati-alilərini bəkliyor. 

İ z z ə t  p a ş a. İndicə son raporta baxacağıq. Fəqət hər halda qala biləcəyimiz çox şübhəlidir. 

Ə n v ə r. Arada tərəddüd varsa, qalmaqdan da bir xeyir yox! 

İ z z ə t  p a ş a. Ənvər, oğlum! Siz çox sərtsiniz. Bir dəfə diqqətlə vəziyyəti elə ölçərsiniz, yüzə 

beş yüz çəkilmək məcburiyyəti hasil olur. Biz ölümdən qorxmayırıq. Fəqət nəticəsiz qırılmadan 

nə fayda? (Ramiz tələsik girir, paşanı görür. İzzət paşa da onu görür. İkisi də bir an mütəəssir olurlar. 

Ramiz dönür.) 

İ z z ə t  p a ş a. Dur, nərəyə? Sən buradamıan? Bəs o? (Sükut.) Eşidirmisən, bəs o? 

R  a  m  i  z.  Eşidirəm!  O,  sizin  inadlarınızın  alovlarında!  O,  sizin  rütbələrinizin,  medallarınızın 

cəhənnəmləri arasında! 

İ z z ə t  p a ş a. Öyləmi? Təqib et, məni! 

R a m i z. Lüzum yox! 

İ z z ə t  p a ş a (yavərə). Çadırıma salınacaq! 

R a m i z. Mən deyil, mənim cansız cəsədim! 

Ə n v ə r. Paşam, mən onu sizə təqdim edərəm. 

İ z z ə t  p a ş a. Şuraya gedəcək, gəliniz. 

Ə n v ə r. Son qərarınıza müntəzirəm, paşam! (İzzət paşa, yavər gedirlər.) Ramiz, paşaya bir şeymi 

elədin? 


R  a  m  i  z.  Ox,  bəyim  mən  eləmədim.  O  özü.  O,  məndən  qızını  tələb  edir.  Amma  o  Ulduzu 

apardilar, təqib etdim. Onda da silahlara rast oldum. Onu tapmadım. Onu apardılar! Kim bilir 




Yüklə 261,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə