Trablisdə türklərlə italyanlar arasında olan hərbi təsvir edir



Yüklə 261,46 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix30.12.2017
ölçüsü261,46 Kb.
#18644
1   2   3   4   5   6   7   8   9   10

www.cafarcabbarli.org 

 

 



 

 

 



 

mücadilədə  oldum,  mümkün  olmadı.  Budur,  Ulduzun  Əbdürrəhman  ilə  haraya  getdiyini 



bilmirsiniz. Ehtimal ki, gəlib, sizi axtarmağa getdiklərini söyləyəcəklər. Amma... 

R a m i z (sözünü kəsir). Yetər! Ox, bədbəxt Ramiz! Tək onun üçün yaşadığın bir qız da - Ulduz 

da sənə xəyanət edir! Sənin müqəddəs məhəbbətini canavarlar kimi çamurlara çırpıb tapdalayır. 

Artıq niyə yaşayırsan, öl! Ramiz, öl!.. 

H a r i s (sükutdan sonra). Ya əmir! Dünyada etibar yox. İnsan bu gün bir cürdür, yarın bir cür. Bu 

gün  doğru  və  yarın  xain.  Bu  gün  birinin  yolunda  diriliyini  fəda  etmək  dərəcəsinə  gələr,  yarın 

həmin adamın diriliyini yox etməyə çalışar. Bu gün sevər, yarın usanar. Bu gün söz verir, yarın 

unudur  və  ya  qaçır.  Bu  gün  birinə  vurulur,  yarın  o  birinə.  Dildə  bir,  ürəkdə  başqa.  Sözdə  bir, 

işdə başqa... 

R a m i z. Yetər, yetər! Artıq mənimki vəzdən keçmiş. Əbdürrəhman... Ah, Ulduz! Ulduz... 

H a r i s (tərəfə). Bitdi. Ölümdən qurtardım. Ox nişana sancıldı! 

Ulduz  (gələrək  və  gülərək).  Əbdürrəhman,  çox  razıyam.  Get,  rahat  ol.  Ramizin  divanını  mən 

edərəm. 

H a r i s. Ya əmir, mən gedim. Gördünüzmü nə dedi? Sizin həyatınız üçün də qorxuram. (Haris 



getmək istərkən, Ramiz əli ilə onu dayandırır. Haris gizlənirmiş kimi bir küncə çəkilir. Ulduz onu görməz

sevinərək Ramizə doğru yönəlir və məsumanə bir səslə.) 

U l d u z. Ramiz, niyə belə gec gəldin? Bilmirsən ki, yazıq Ulduz sənsiz əzab çəkir? 

R a m i z. Əzabıni çəkirsiniz, yoxsa başqaları ilə sevişirsiniz, müaşiqədəsiniz? 

U l d u z. Bu nə sözdür (baxınır, Harisi görür). Anlamadım, ah! Paşa qızı ikən yolunda quldurlar 

mağarasına gəlməyə razı olduğum bir adam, bir xainin sözü  ilə məndən şübhə edir! Daim bir 

əzab, qorxu, məşəqqət içində - bu da son mükafat! Ölüm! Ölüm! Böylə dirilikdən gözəldir! 

R a m i z. Söylə, Əbdürrəhmanla haraya getmişdin? 

U l d u z. Özün ki, bilirsən, sormaya nə lüzum? 

R  a m i z. Əbdürrəhmanı sevirmisən? 

U l d u z. Sevirəm! 

R a m i z. Bəs məni? Məni sevirmidin? 

U  l  d  u  z.  Bir  tərəfli,  bir  rəngli  həyat  insanı  usandırır.  Bir  zamanlar  səni  sevirdim.  O  qədər 

sevirdim ki, hətta vəhşilər kimi dağlara, çöllərə düşməyə razı oldum.  İndi isə  usandım. Ancaq 

onu sevirəm! 

R  a  m  i  z.  Yetər!  Yarəbbi,  Ramizin  güllələr  parçalamayan  ürəyini  bir  qadının  sözləri  iləmi 

parçalayacaqsan? Of, qadınlar! Əbdürrəhman... 

U l d u z. O müqəssir deyil. Mən onu sevirəm! O isə mənim məhəbbətimi rədd edir. 

R  a  m  i  z.  Bəsdir!  Get,  sevdiyini  də  al,  istədiyiniz  yerə  gediniz.  Get,  artıq  mənim  gözümə 

toxunma! 

U  l  d  u  z.  Mən  bir  mülazımə  qulmu  yarandım  ki,  ona  itaət  edim.  Səninlə  burada  oldumsa, 

onunla da burada olmaq istəyirəm. 

R a m i z. Ox, alçaq qadın! Söyləməyə, cəsarət də mi edirsən? (Qalxır boğazından tutur, əli boşalır, 



buraxır.)  Ox,  Ulduz,  Ulduz!  Yarəbbi,  mənim  ki,  bütün  diriliyim,  bütün  yaşayışım  ona  bağlıdır! 

Haris, apar öldür! Ancaq o vücuda yara vurma! 

H  a  r  i  s.  Ya  əmir,  zəhər  ilə  (kəndinə).  Zəhər  əvəzinə  bihuşdan.  Məst  olurkən və onunla  birbaş 

vətənim Trablisə! İstədiyim də bu! Gedək! 




www.cafarcabbarli.org 

 

 



 

 

 



 

U l d u z. Ha, ha, ha! Ərlər, ərlər! Ürəyinizdə o qədər saflıq yox ki, bu böhtana qiymət qoysun. 



Mənim saf məhəbbətimi unudub, küçələrdə gəzinən ərsizlər kimi məhəbbətimi üzümə çırpırlar! 

Böylə bir mühitdə yaşamaq ölümdən gözəlmi? Haşa! Ölürəm. Sevdiyim tərəfindən son mükafat! 

Gedək, gedək xain! (Gedirlər.) 

R a m i z. Ah, Ulduz! Məhəbbət deyə bəslədiyim alovlu, yandırıcı hisslərin sonu bumu? Mənim 

ki, bütün diriliyim sənin üçün idi. Zalım, indi sən ölüməmi getdin? Sus, ey mənim ürəyim, niyə 

çırpınırsan?  Niyə  döyünürsən?  Niyə  inləyirsən?  Sənin  məhəbbətini  təhqir  etdilər.  Səni 

sevmirlər!  Ey  qara  divarlar!  Niyə  gülməyirsiniz?  Bədbəxtliyəmi?  Yox,  yox,  ağlayırsınız, 

Ulduzuma yasmı saxlayırsınız? Haris, cəllad, yırtıcı! Necə də qıyıb o zəif vücudu öldürəcək! O 

bir  zamanlar  sevgilə  çırpınan  ürəkciyi  susduracaq!  O,  isti  bədəni  soyudacaq!  Allah,  Allah, 

mənim ki, bütün varlığım onun üçün idi. Ah, Ulduz, Ulduz! Bu daşürəkli kobud insanın əlində 

ölmək üçünmü məni sevirdin? Ulduz! Yox, qoymaram! Bəlkə yeni sevgi onu xoşbəxt edəcək, bu 

mənə  bəsdir!  Qoymaram!  (Getmək  istəyir,  durur.)  Artıq  vaxt  keçmiş,  bitdi.  Artıq  mənim  də 

qalmağım yersiz! (İntihar.) Oh, yararsız, rəzil bir quldur özünü öldürmüş! Ulduz!.. (Xalid girir.) 

X a 1 i d. Əfəndim, Əhməd Rəhmi gəlmiş.  Tofiqi sevdiyilə İstanbuldan yola saldığını söyləyir. 



(Sükut.)  Əfəndim,  Əhməd  Rəhmi  deyir  ki,  bu  gün  İtaliya  hökuməti  hökumətimizə  elani-hərb 

edib. Trablisi  işğal etmişlər.  İki qarauzer bizi xəbərsiz bombardıman etmişlər. Deyir, Trablisdə 

əsgərimiz  az,  göndərməyə  yol  yox,  düşmən  qüvvətli.  Bu  gün  şəhərdə  camaat  bərk  həyəcanda 

imiş. 


R a m i z. Tapdım, Xalid! Yoldaşları oyat, yanıma çağır, sözüm var. (Xalid gedir.) Gözəl təsadüf, 

ölüm  arayırdım,  iştə  ölüm!  Üzərimdə  olan  çirkin  quldur  adını  silmək,  igid  bir  əsgər  kimi 

düşmənlərlə  çarpışıb  vətənim  üçün  ölmək!  Pak  əsgərə  yaxşı  bir  ölüm  arayırdım.  Budur 

istədiyim ölüm. Könüllü gedəcəyəm! 

X a l i d (daxıl olur). Gəldilər, əfəndim! (Yoldaşlar gəlir.) 

R  a  m  i  z.  Qardaşlar!  Özünüz  bilirsiniz,  mən  çoxdan  bir  əsgərə  yaraşmayan  bu  çirkin  quldur 

adından əzab çəkirdim və çirkin bir ad ilə söylənirdim. Artıq, qardaşlarım, mən bu adı çəkmək 

istəmirəm! İtaliya hökumətimizə elani-hərb etmiş. Mən səadətlə ölməyin yolunu buldum! Vətən 

yolunda  ölmək  kimi  böyük  bir  səadəti  mən  çoxdan  gözləyirdim.  Vaxt  gəlmiş,  mən  gedirəm. 

Qardaşlar, Özünüzə başçı seçin. 

X a l i d. Əfəndim, vətən yolunda ölməyə mən də gedirəm! 

Ə b d ü r r ə h m a n. Trablis sizdən əvvəl mənim vətənimdir. Mən sizdən də əvvəl gedirəm! 

 

Səslər.  



Mən də gedirəm! Mən də! Mən də gedirəm! Mən də! 

 

R  a  m  i  z.  Əbdürrəhman!  Səndəmi  buradasan?  Haydı,  qardaşlar!  Madam  ki,  hamınız  vətən 



uğrunda  ölmək  istəyirsiniz,  gedək!  Əlvida,  ey  qara  divarların  arasında,  quldur  adı  altında 

didilib  Ulduzumun  qoynunda  olduğum  üçün  bəxtiyar  olduğum  mağara!  Haydı  qardaşlar, 

gedək! 

 

Pərdə düşür 



 


Yüklə 261,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə