Unibank kommersiya banki 31 dekabr 2013-CÜ İl tariXİNƏ BİTƏN İL ÜZRƏ



Yüklə 3,53 Mb.
Pdf görüntüsü
səhifə4/37
tarix17.09.2018
ölçüsü3,53 Mb.
#69062
1   2   3   4   5   6   7   8   9   ...   37

UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 

13 


 

Satılabilən  pay  qiymətli  kağızlarına  gəldikdə,  əvvəllər  mənfəət  və  ya  zərər  müddəalarında  tanınmış 

dəyərsizləşmə  üzrə  zərər  mənfəət  və  ya  zərər  hesabında  əvəzləşdirilmir.  Dəyərsizləşmə  üzrə 

zərərdən  sonra  ədalətli  dəyərdə  baş  vermiş  hər  hansı  artım  digər  məcmu  mənfəət  haqqında  

hesabatda  tanınır  və  investisiyaların  yenidən  qiymətləndirilməsi  üzrə  ehtiyatlar  başlığı  altında 

toplanılır.  SB  borc  qiymətli  kağızlar  halında  isə  investisiyaların  ədalətli  dəyərindəki  artım 

dəyərsizləşmə  zərərinin  tanındığı  andan  sonra  baş  vermiş  hadisə  ilə  obyektiv  şəkildə 

əlaqələndirildikdə, dəyərsizləşmə üzrə zərər mənfəət və ya zərər hesabına əvəzləşdirilir. 



 

Şərtləri təkrar razılaşdırılmış kreditlər 

 

Mümkün  olan  hallarda  Qrup  girova  sahib  çıxmaq  əvəzinə  kreditin  ödəmə  vaxtının  təkrar 



razılaşdırılması  məqsədini  güdür.  Bu,  ödəniş  müddətinin  uzadılması  və  yeni  kredit  şərtlərinin 

razılaşdırılmasını  nəzərdə  tuta  bilər.  Şərtlər  yenidən  razılaşdırıldıqda,  hər  hansı  dəyərsizləşmə 

şərtlərdə  dəyişikliklərin  edilməsindən  əvvəl  hesablanmış  ilkin  effektiv  faiz  dərəcəsindən  istifadə 

etməklə ölçülür və kredit vaxtı ötmüş hesab edilmir. Rəhbərlik bütün meyarlar üzrə  tələblərin yerinə 

yetirildiyini və gələcək ödənişlərin baş tutacağını təmin etmək məqsədilə şərtləri təkrar razılaşdırılmış 

kreditləri nəzərdən keçirir.  Kreditlər ilkin effektiv faiz  dərəcəsindən istifadə etməklə hesablanan fərdi 

və ya birgə dəyərsizləşmə qiymətləndirilməsinin obyekti olmağa davam edir. 

 

Kreditlərin və avansların silinməsi 



 

Kreditlər  və  avanslar  yığılması  mümkün  olmadıqda  kreditlər  üzrə  ehtimal  olunan  dəyərsizləşmə 

zərəri  üçün  ehtiyatlara  qarşı  hesabdan  silinir.  Rəhbərlik  Qrupa  ödənilməli  olan  borcların  yığılması 

üçün  bütün  mümkün  vasitələrdən  istifadə  etdikdən  və  Qrup  saxladığı  bütün  girov  vəsaitlərini 

satdıqdan  sonra  kreditlər  və  avanslar  hesabdan  silinir.  Əvvəllər  hesabdan  silinmiş  məbləğlərin 

sonradan  bərpa  edilməsi  ödənişlərin  qaytarılması  dövründə  məcmu  mənfəət  haqqında  konsolidə 

edilmiş hesabatda maliyyə aktivlərinin dəyərsizləşməsi məbləğinə qarşı əvəzləşdirilir. 

 

Maliyyə  aktivlərinin  tanınmasının  dayandırılması.  Qrup  yalnız  aktivdən  pul  daxilolmaları  üzrə 

onun  müqavilə  hüquqlarının  vaxtı  bitdikdə,  yaxud  maliyyə  aktivini  və  aktiv  üzrə  mülkiyyət  hüquqları 

ilə bağlı bütün risk və mükafatları əsas etibarilə digər tərəfə ötürdükdə maliyyə aktivinin tanınmasını 

dayandırır. Qrup aktiv üzrə mülkiyyət hüquqları ilə bağlı bütün risk və mükafatları əsas etibarilə digər 

tərəfə ötürməsə və ya özündə saxlamasa və köçürülmüş aktiv üzərində nəzarətini davam etdirsə, o, 

aktiv üzrə saxlanılmış payını  və bununla əlaqədar ödəyəcəyi məbləğlər müqabilində  öhdəliyi uçotda 

tanıyır.  Qrup  ötürülmüş  aktiv  üzrə  mülkiyyət  hüququ  ilə  bağlı  risk  və  mükafatları  əsas  etibarilə 

özündə saxlayarsa, o, belə aktivi uçotda tanımağa davam edir və aldığı məbləğlər ilə əlaqədar girovu 

təmin edilmiş borc vəsaitlərini də uçotda tanıyır.  

 

Maliyyə aktivinin tanınması tamamilə dayandırıldığı halda, maliyyə aktivinin balans dəyəri ilə alınmış 

və  alınacaq  məbləğlər  və  digər  məcmu  gəlirlərdə  tanınmış  və  kapitalda  toplanan    yığılmış  gəlir  və 

zərərlər arasındakı fərq mənfəət və zərərdə tanınır. 



 

Maliyyə  aktivinin  tanınmasının  tamamilə  dayandırılması  halından  başqa  digər  hallarda  (məs.,  Qrup 

ötürülmüş aktivlərin bir hissəsini almaq hüququnu saxlayırsa), Qrup maliyyə aktivinin əvvəl müəyyən 

edilmiş  balans  dəyərini  iştirakın  davam  etdiyi  müddətdə  tanımağa  davam  etdiyi  hissə  ilə  aktivlərin 

ötürülməsi  tarixində  həmin  hissələrin  nisbi  ədalətli  dəyərləri  əsasında  artıq  tanınmayan  hissə 

arasında  bölüşdürür.  Artıq  tanınmayan  hissəyə  aid  edilmiş  balans  dəyəri ilə  artıq  tanınmayan  hissə 

üzrə alınmış ödəniş məbləği və ona aid edilmiş, digər məcmu mənfəət haqqında hesabatda tanınmış 

hər hansı yığılmış gəlir və ya zərər arasında fərq mənfəət və ya zərər uçotunda tanınır. Digər məcmu 

mənfəət  haqqında  hesabatda  tanınmış  yığılmış  gəlir  və  ya  zərər  tanınması  davam  edən  hissə  ilə 

belə  hissələrin  nisbi  ədalətli  dəyəri  əsasında  tanınması  artıq  dayandırılmış  hissə  arasında 

bölüşdürülür. 

 

Maliyyə öhdəlikləri və buraxılmış kapital alətləri  



 

Borc və ya kapital qismində təsnifləşdirmə 

 

Borc  və  kapital  alətləri  müqavilə  şərtlərinə,  habelə  maliyyə  öhdəliyi  və  kapital  alətləri  haqqında 



anlayışa əsasən maliyyə öhdəlikləri, yaxud da kapital kimi təsnif edilir. 


UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 

14 


 

Kapital alətləri  

 

Kapital  aləti  bütün  öhdəliklər  çıxıldıqdan  sonra  müəssisənin  aktivləri  üzrə  qalan  pay  hüququnu 



təsdiqləyən  hər  hansı  müqavilədir.  Qrup  tərəfindən  buraxılmış  kapital  alətləri  birbaşa  buraxılış 

xərcləri çıxılmaqla əldə edilmiş vəsaitlər kimi tanınır.  

 

Bankın öz kapital alətlərinin geri alınması birbaşa kapitalda tanınır və çıxılır. Eyni zamanda, Bankın   



öz kapital alətlərinin alınması, satılması, buraxılması və ya ləğv edilməsi üzrə mənfəət və ya zərərdə 

heç bir gəlir və ya itkilər tanınmır.  

 

Digər maliyyə öhdəlikləri  

 

Digər  maliyyə  öhdəlikləri,  o  cümlədən  Azərbaycan  Respublikası  Mərkəzi  Bankında  yerləşdirilmiş 

depozit  alətləri,  digər  banklara  və  müştəri  hesablarına  ödəniləcək  vəsaitlər  buraxılmış  borc  qiymətli 

kağızları,  müddətli  borc  vəsaitləri,  subordinasiya  borcu  və  digər  öhdəliklər  əməliyyat  xərcləri 

çıxılmaqla ilkin anda ədalətli dəyərlə ölçülür.  

 

Digər maliyyə öhdəlikləri sonradan effektiv faiz metodundan istifadə etməklə və faiz  xərcləri  effektiv 



gəlir əsasında tanınmaqla amortizasiya olunmuş dəyərlə ölçülür.  

 

Effektiv  faiz  metodu  maliyyə  öhdəliyinin  amortizasiya  olunmuş  dəyərinin  hesablanması  və  faiz 



xərclərinin  müvafiq  dövr  üzrə  bölüşdürülməsi  üsuludur.  Effektiv  faiz  dərəcəsi  təxmin  edilən  gələcək 

nağd  pul  ödəmələrini  (o  cümlədən  effektiv  faiz  dərəcəsinin  ayrılmaz  hissəsini  təşkil  edən 

məntəqələrdə  ödənilmiş  yaxud  alınmış  bütün  haqlar,  əməliyyat  xərcləri  və  digər  mükafat  yaxud 

endirimlər)  maliyyə  öhdəliyinin  güman  edilən  müddəti,  yaxud  (müvafiq  hallarda)  daha  qısa  müddət 

ərzində ilkin tanınma zamanı xalis balans dəyərinə qədər dəqiqliklə diskontlaşdıran dərəcədir. 

 

Maliyyə  zəmanəti  müqavilələri.  Maliyyə  zəmanəti  müqaviləsi  borc  aləti  üzrə  şərtlərə  əsasən 

ödənişin  edilməli  olduğu  tarixdə  müəyyən  debitorun  belə  ödənişləri  yerinə  yetirə  bilməməsi 

səbəbindən  qiymətli  kağızın  sahibinə  dəymiş  zərərin  əvəzinin  ödənilməsini  emitentdən  tələb  edən 

müqavilə formasıdır. 



 

Qrup  tərəfindən  buraxılmış  maliyyə  zəmanəti  müqavilələri  ilkin  olaraq  ədalətli  dəyərlə  ölçülür  və 

ƏDMZ-də  tanınan  kimi  təyin  edilmədiyi  halda,  sonradan  aşağıdakı  məbləğlərdən  daha  yüksəyi  ilə 

ölçülür:  



 

 

Qiymətləndirilmiş  öhdəliklər,  şərti  öhdəliklər və  şərti  aktivlər  adlı  MUBS  37-ə  əsasən  müəyyən 

olunduğu kimi müqavilə üzrə öhdəlik məbləğindən; və  

 

Müvafiq hallarda gəlirlərin  tanınması qaydalarına əsasən uçotda tanınmış yığılan amortizasiya 



çıxılmaqla ilkin tanınmış məbləğdən. 

 

 



 

Maliyyə öhdəliklərinin tanınmasının dayandırılması 

 

Maliyyə  öhdəliklərinin  tanınması  yalnız  və  yalnız  Qrup  öz  ödəniş  öhdəliyini  yerinə  yetirdikdə,  belə 



öhdəlik  ləğv  olunduqda,  yaxud  müddəti  başa  çatdıqda  dayandırılır.  Mövcud  maliyyə  öhdəliyi  tam 

başqa  şərtlərlə  eyni  kreditorun  təqdim  etdiyi  digər  öhdəliklə  əvəzlənərsə,  yaxud  mövcud  öhdəliyə 

əhəmiyyətli  düzəlişlər  edilərsə,  belə  əvəzləmə  və  ya  düzəliş  ilkin  öhdəliyin  tanınmasının 

dayandırılması  və  yeni  öhdəliyin  tanınması  kimi  qəbul  edilir.  Tanınması  dayandırılmış  maliyyə 

öhdəliyinin  balans  dəyəri  ilə  öhdəliklər  üzrə  ödənilmiş  və  ödəniləcək  məbləğlər  arasındakı  fərq 

mənfəət və zərər uçotunda tanınır.  



 

Derivativ maliyyə alətləri 

 

Qrup  xarici  valyuta  mübadiləsi  ilə  bağlı  riskləri  idarə  etmək  məqsədilə  xarici  valyuta  üzrə  müxtəlif 



derivativ svop müqavilələrini bağlayır.  


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə