Uot 81. 373. 47 BƏDİİ ƏSƏRLƏRİn diLİNDƏ DİalektizmləRİn yeri VƏ MÖvqeyi



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə21/44
tarix05.10.2017
ölçüsü5,03 Kb.
#3170
1   ...   17   18   19   20   21   22   23   24   ...   44

 
49 
 
9.
 
Sinergetik sistemlərdə yaranan strukturlar nizamlanmış və yaxud xaotik ola bilər.   
10.
 
Sinergetik sistemlər bir çox hallarda riyazi təsvir oluna bilər. 
G.Hakenin təsvirinə əsaslanaraq biz sinergetikanın çoxaspektli təbiətini və elmi mahiyyətini 
əks  etdirən,  lakin  elmi  ədəbiyyatda  öz  əksini  bütünlüklə  tapmayan  aşağıdakı  ipostasiyalarını, 
sifətlərini (cəhətlərini) açıqlaya bilərik: 
Sinergetika – yeni elmi istiqamətdir. Bu, o deməkdir ki, müxtəlif elmlərin (məs. fizika, kimya, 
biologiya,  sistematexnika,  termodinamika,  fəlsəfə,  sosiologiya,  iqlimşünaslıq  və  s.) 
inteqrasiyasından  bu  elmin  ali  məqsədi  “xaos-qayda”  keçidlərinin  mexanizmini  araşdırmaq, 
sistemin təkamülündə qeyri-müəyyənlikdən müəyyənliyə, qeyri-strukturluqdan strukturluğa, qeyri-
sistemlilikdən  sistemliliyə,  nizamdan  xaosa  və  əksinə  xaosdan  nizama  doğru  istiqamətlənən  real 
keçidlərin  qanunauyğunluqlarını  öyrənməkdir.  Buna  görə  də  sinergetikanın    ümumi 
problematikasında  təkamül  proseslərinin  və  onların    ümumi  qanunauyğunluqlarının  öyrənilməsi 
mühüm yer tutur. 
Sinergetika  –  yeni  elmi  dünyagörüşüdür.  Bu,  o  deməkdir  ki,  sinergetika  dünyanı  nizam  və 
xaosun harmoniyası,  qarşılıqlı  əlaqəsi  şəklində əks etdirməklə insanın maddi  və mənəvi  proseslər 
haqqında baxışlarının sərhədlərini genişləndirir. 
Sinergetika  –  yeni  metodologiyadır.  Bu  ondan  irəli  gəlir  ki,  sinergetika  təbiət,  cəmiyyət  və 
təfəkkürə  yeni  yanaşma  üsuludur.  Sinergetika  köhnə  metodoloji  proqramların  varisi  olmayıb, 
tamamilə  yeni  keyfiyyətli  metodologiyadır.  Sinergetik  metodologiyanın  yeniliyi  və  orijinallığı 
ondadır  ki,  o  müxtəlif  elmlərin  inteqrasiyasından  deyil,  dünyanın  sintetik  elmi  mənzərəsinin  
yaradılması təşəbbüsündən irəli gəlmişdir 

5, s. 66-73


Sinergetika  –  özünütəşkiletmə  nəzəriyyəsidir.  Bu,  o  deməkdir  ki,  bir  elm  olmaq  etibarı  ilə 
sinergetikanın  predmetini  mürəkkəb  sistemlərdə  baş  verən  özünütəşkiletmə  prosesləri  təşkil  edir. 
Belə  proseslərdən  biri  fizikada  fransız  alimi  Benar  tərəfindən  kəşf  edilmiş  “Benar  effekti” 
hadisəsidir.  Bu  effektin  qısa  təsviri  belə  səslənir:  fərz  edək  ki,  evdar  qadın  kərə  yağını  əritmək 
istəyir və bu məqsədlə  o, içərisinə yağ qoyulmuş qabı yanar odun üzərinə yerləşdirir. Yağ maddə 
olduğu  üçün  o,  görünməz  xırda  hissəciklərdən  –  ölçüləri  10
-5 
sm  olan  molekullardan  təşkil 
olunmuşdur.  Qızdırılan  yağın  temperaturu  ərimə  nöqtəsinə  (“bifurkasiya  nöqtəsi”)  çatdıqda  o, 
aqreqat  halını  dəyişərək  mayeyə  çevrilir  və  daha  sonra  qaynamağa  başlayır.  Bu  zaman  yağın 
səthində arı şanını xatırladan altıüzlü prizmalar yaranır. Nə baş vermişdir? Mayenin saysız-hesabsız 
molekullarının  (mikrostrukturlar)  birdən-birə  birgə,  kooperativ  fəaliyyəti  sayəsində  onun 
özünütəşkiletmə  prosesi  baş  vermiş  və  bunun  nəticəsində  maye  səthində  yeni  strukturlar 
yaranmışdır. Qızdırılan yağ birdən-birə özəklərə ayrılmış və onun səthində yeni strukturlar təşəkkül 
tapmışdır.  Beləliklə,  temperatur  qradiyentinin  böhran  qiymətindən  böyük  qiymətlərində  qızdırılan 
özlü mayenin səthində yeni strukturların yaranması açıq sistem kimi götürülən maye molekullarının 
özlərini təşkil etməsindən xəbər verir. 
Bu haqda tarazlıqlı faza keçidlərindən olan fərq də (məs. suyun buza və buxara faza keçidləri) 
göz  qarşısındadır,  belə  ki,  yağa  istilik  verilməsi  dayandırıldıqda  onun  səthində  yaranan  yeni 
strukturlar da ani yox olur. Buna görə də bu növ faza keçidləri qeyri-tarazlıqlı çevrilmələr adlanır. 
Misal gətirdiyimiz təcrübə göstərir ki, qızdırılan mayedə benar özək strukturlarının yaranması üçün 
xarici  mühitdən  heç  bir  göstəriş  alınmamış,  özəkləri  necə  qurmağı  mayenin  özü  “həll  etmiş”, 
mineral  yağ təbəqəsinin  xaricdən qəbul  etdiyi enerji isə onun özünü təşkil etməsi  üçün  yalnız bir 
vasitə  olmuşdur.  Qeyd  edək  ki,  belə  özünütəşkiletmə  proseslərini  lazerlərdə,  mayelərdə  laminar 
axının  turbulent  axına  keçməsi  proseslərində,  Belousov-Jabotinski  reaksiyalarında  da  müşahidə 
etmək mümkün olmuşdur. 
Sinergetika  –  yeni  elmi  paradiqmadır.  Fəlsəfədə    paradiqma  konsepsiyasına  başlanğıc  vermiş 
amerikan fiziki və filosofu T.Kunun təbirincə “paradiqma  – konkret  elmi  ictimaiyyətin bütün üzvləri 
tərəfindən qəbul edilən baxışlar, qaydalar, dəyərlər və fəaliyyət nümunələri sistemidir 

6, s.279


T.Kunun  bu  tərifinə  söykənib  sinergetika  haqqında  deyə  bilərik  ki,  onun  paradiqma  kimi 
Hüseynov E.B. 
 


 
50 
 
dəyərləndirilməsinin  səbəbi  sinergetik  müddəaların  hazırda  dünyanın  bütün  qabaqcıl  alimləri 
tərəfindən  qəbul  edilməsi,  bu  elmin  prinsip  və  ideyalarının  elmi  biliyin  inkişafının  naməlumdan 
məluma doğru istiqamətləndirilməsi ilə bağlıdır 

7, s.55-62


Sinergetika – müasir elmi biliklər arasında tətbiq olunan yeni dildir. Məlum olduğu kimi, dil 
fundamental  antropoloji  konstant,  təfəkkürün  abstraktlaşdırma  fəaliyyətinin  mühüm  vasitəsidir. 
Insanlar  sosial  həyatda  təbii  dillə  yanaşı  elmi  dildən  də  istifadə  edirlər.  Hər  bir  elm  qərarlaşma 
prosesində özünün məxsusi dilini formalaşdıraraq onu müvafiq  anlayış  və kateqoriyalar vasitəsilə 
ifadə  edir.  Bu  baxımdan  müasir  elmlər  içərisində  xüsusi  çəkisi  olan,  insanın  təbiət,  cəmiyyət  və 
təfəkkürlə yeni dialoqu kimi dəyərləndirən sinergetika elmi də istisnalıq təşkil etmir. Digər  təbiət 
və sosial elmləri kimi sinergetikanın da təkrarsız, özünə məxsus dili, yeni terminləri, onun təbiətini, 
mahiyyətini  və  strukturunu  əks  etdirən  anlayış  və  kateqoriyalar  sistemi  vardır.  Idrak  prosesində 
sinergetik  anlayışlardan  (özünütəşkiletmə,  bifurkasiya,  attraktor,  qəribə  attraktor,  fraktal  və  s.) 
getdikcə  geniş  istifadə   olunması  və onun struktur elementlərinin  yaradıcılıqla inkişaf etdirilməsi, 
sözsüz ki, müasir elmlərin tərəqqisi üçün yeni imkanlar açır 

8


Sinergetika  –  yeni  ideologiyadır.  Hazırda  sinergetika  iki  istiqamətdə  inkişaf  etməkdədir:  bu 
istiqamətlərin birincisi sosial, iqtisadi və mənəvi proseslərin tədqiqi ilə, ikincisi isə sinergetikanın 
təmsilçisi olan alimlərin yaradıcılıq mübarizəsi ilə bağlıdır. 
Sinergetikanın  mühüm  ipostasiyalarından  birini  də  onun  fəlsəfə  ilə  qarşılıqlı  əlaqəsi  təşkil 
edir. Nəzəri idrakın inkişafının müasir mərhələsində hər birinin təkrarsız özəllikləri olan fəlsəfə və 
sinergetikanın  qarşılıqlı  əlaqəsi  məsələsi  xeyli  mürəkkəb  səciyyə  daşıyır.  Sinergetika  və  fəlsəfə 
özlərinin metodologiyalarına görə bir-birinə çox yaxındırlar. Onların genetik fərqi isə bundadır ki, 
fəlsəfənin nüvəsində “əlaqə-hərəkət-inkişaf” geni, sinergetikanın mərkəzində isə “xaos-nizam” geni 
yerləşir 

9, s.252


Sinergetikanın fəlsəfi xarakteristikasına bunu da əlavə etmək lazımdır ki, sosial və koqniotiv 
sistemlərin  təkamülünün  və  özünütəşkilinin  ümumi  qanunauyğunluqlarının  axtarışlarına 
istiqamətlənən  sinergetika  dünyanın  yeni  anlamının,  insanın  təbiətlə  yeni  dialoqunun  əsasını 
qoymaqla  müasir  təbiətşünaslığın,  o  cümlədən  fizikanın  paradiqmalarından  biri  kimi  çıxış  edir. 
Buna görə də özünün məzmun çalarlarına və ümumilik dərəcəsinə görə sinergetika fəlsəfəyə daha 
yaxın  olub,  özünütəşkiledən  mürəkkəb,  açıq  sistemlərin  təsvirinə  nəzəri  və  metodoloji  yanaşma 
kimi mövcuddur 

10, s.284-292


  Biz  sinergetik  sistemlərə  metodoloji  yanaşmaya  əsaslanıb  təbiəti,  cəmiyyəti  və  təfəkkürü 
yeni  rakursdan  öyrənən  bu  elmin  bütöv  xarakteristikasını  belə  müəyyənləşdirə  bilərik:  sinergetika 
özünütəşkiledən  mürəkkəb,  açıq,  qeyri-xətti,  dissipativ,  termodinamik  tarazlıq  halından  uzaqda 
yerləşən  sistemlərin  ümumi  qanunauyğunluqlarını  öyrənən  elmdir.  Sinergetikanın  tədqiqat 
obyektini  təşkil  edən  və  yuxarıda  göstərilən  əlamətlərlə  xarakterizə  olunan  sistemlər  sinergetik 
sistemlər adlanır. 
Bir  elm  olmaq  etibarilə  sinergetikanın  özünə  məxsus  prinsipləri  vardır.  Ən  sadə  variantda 
sinergetikanın  7  əsas  prinsipini  təklif  etmək  olar.  Bu  prinsiplərdən  ikisi  varlığa,  beşi  isə 
qərarlaşmaya aiddir 

11


Sinergetiaknın varlığı əks etdirən prinsipləri homeostatiklik və iyerarxallıq qərarlaşmanı ifadə 
edən prinsiplər isə qeyri-xəttilik, açıqlıq, dayanıqsızlıq, dinamik iyerarxiyallıq və müşahidəlilikdir. 
Məqalənin həcm məhdudluğunu nəzərə alıb sinergetikanın bu prinsiplərini qısaca nəzərdən keçirək. 
1.
 
Homeostatiklik  prinsipi.  Homeostaz  –  sistemin  öz  məqsədi  naminə    funksiyalaşması 
proqramını  müəyyən  çərçivədə  qoruyub  saxlamaq  qabiliyyətidir.  Kibernetikanın  banisi  Norbert 
Viperin təbirincə hər cür sistem öz mahiyyətinə görə teleoloji olub, müəyyən mövcudluq məqsədi 
daşıyır.  Belə  sistemlər  məqsəddən  –  etalondan  (real  və  ya  təsəvvür  olunan)  ona  öz  kursundan 
kənara  çıxmağa  imkan  verməyən  korrektəedici  siqnallar  qəbul  edir.  Sistemdə  bu  korrektəetmə 
xarici mühitin təsiri ilə onun davranış proqramında yaranan ixtiyari kənaraçıxmaları aradan qaldıran 
mənfi  əks-əlaqə  hesabına  baş  verir.  Canlı  sistemlər  özlərinin  həyat  sürəkliliyinin  əksər  hissəsini 
Sinergetik paradiqma: ipostasiyaları və metodoloji  prinsipləri (məntiqi-qnoseoloji  təhlil) 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə