Uot 81. 373. 47 BƏDİİ ƏSƏRLƏRİn diLİNDƏ DİalektizmləRİn yeri VƏ MÖvqeyi



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə18/44
tarix05.10.2017
ölçüsü5,03 Kb.
#3170
1   ...   14   15   16   17   18   19   20   21   ...   44

 
43 
 
 
UOT 821 
 
RƏSUL  RZA YARADICILIĞINDA SƏTİRALTI MƏNA ÇALARLARI 
 
BAYRAMOVA GÖZƏL AZƏR qızı 
Sumqayıt Dövlət Universiteti, doktorant 
e-mail:sdu.elmihisse@mail.ru 
 
Açar sözlər: poeziya, sətiraltı, fakt, final, bəşəri dəyərlər. 
Rəsul  Rza  poeziyası  milli  olduğu  qədər  də  ümumbəşəri  bir  poeziya  faktıdır.  Şairin 
yaradıcılığına  xüsusi  monoqrafiya    həsr  edən  professor  Gülrux  Əlibəyova  vaxtilə  obyektiv  bir 
qənaətə gələrək yazırdı: «Orijinal bir sənətkarın bəşəri məzmun daşıyan yaradıcılığını konkret ədəbi 
təsirlə  məhdudlaşdırmaq  doğru  deyil.  Bu  yaradıcılıq  hər  şeydən  əvvəl,  sənətkarın  bədii  təfək-
kürünün vüsətilə əlaqədardır. Məzmundan və həyat faktından asılı olaraq  Rəsul Rza səciyyəvi milli 
forma  olan    qoşma  və  aşıq  poeziyasından  tutmuş,  ən  müasir  qafiyəsiz,  dəqiq  ritmli,  poetik  nəsrə 
bənzəyən şeirlərə qədər poetik konstruksiyaların, demək olar ki, bütün formalarından istifadə edir 
[2.5]. 
Həyatda,  cəmiyyətdə, daha geniş  miqyasda  götürüldükdə beynəlxalq  aləmdə baş verən elə 
ziddiyyətli  və  qarşıdurmaya  gətirib  çıxaran  hadisə  və  olaylar  var  ki,  ona  birbaşa  münasibət 
bildirmək,  bədii  mətndə  onun  antihumanist  mahiyyətini  bütün  ciddiyyəti  ilə  ifşa  etmək  mümkün 
olmur.  Belə  məqamlarda  güclü  ilə  gücsüzü,  haqlı  ilə  haqsızı  təbiətdəki  hadisələr  fonunda  təsvir 
etmək  daha  məqsədəuyğun  və  məqbul  sayılır,  burada  hədəf  seçilən  ünvanlar  dəqiq  görünür, 
niyyətlər  və  məqsədlər  heç  də  diqqətdən  yayınmır.  Bu  mənada  Rəsul  Rzanın  «Namərdlik»  adlı 
şeirində  təsvir olunan hadisələr heç də ov səhnəsini yada salmır. Söz yox ki, şair burada ovun da 
kişilik və insanlıq normaları ilə həyata keçirilməsinin tərəfdarı kimi çıxış edir. Sürətlə silahlanma, 
hökmranlıq  iddiaları  ilə  yaşayan  dövlətlərin  dünyaya  ağalıq  etmək  cəhdləri  bu  şeirin  əsas  ideya-
məzmun planında dayanan mətləb və xüsusiyyətlərdən xəbər verir.  Dünyanın göz yaşını, günahsız 
axıdılan insan qanlarını ceyranın şəxsində ustalıqla təqdim etmək şeirdə ictimai məzmun aşılayan 
mühüm xüsusiyyətlərdən biridir. Burada təbiətə, təbiətdəki canlı varlıqlara divan tutulmaqla, ayrı-
ayrı dövlətlərin və ölkələrin bir-biri ilə qarşıdurmaya, ölüm-dirim mübarizəsinə qalxması səhnəyə 
gətirilir. Sürətli maşınla, odlu silahla qovularaq yaralanan ceyranın aqibəti təsvir olunan epizodlar 
doğrudan-doğruya  insanları  düşünməyə,  hər  atacaqları  addım  üçün  məsuliyyət  və  cavabdehlik 
daşımağa bir çağırış kimi səslənir: 
... Asqırıb dayandı maşın. 
Ceyran qırıq qolunun üstünə 
qoyub başını, uzanmışdı. 
Böyrü qalxıb-enirdi,  
körük kimi. 
Tüfəngli  
sol əliylə papağını  
itələyib qaşlarının üstünə  
yaxınlaşdı ovuna.  
Ceyran tərpənmədi. 
Məlul-məlul baxdı ona  
ceyranın qara gözləri  
ikiqat böyümüşdü [3, 48].  
Ceyranın  canlı  varlıq    kimi  həyəcan    və  təlaş  içərisində  çırpınması,  gözlərindən  axan  yaş 
təsvir  olunan  mənzərəni  bütün  təfərrüatı  ilə  göz  önündə    canlandırır.  Bu  səhnə  həm  də  məzlum 
xalqların  istismarçılar  tərəfindən  tapdalanan  haqlarını,  güclü-gücsüz  qarşıdurmasını  da  yada  salır, 
belə  təsvirləri yalnız birbaşa və müstəqim başa  düşməyə, anlamağa bütövlükdə əsas vermir: 
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 
Cild 12                       № 2                   2016 
  


 
44 
 
Bu qara gözlərdən  
iki damcı düşdü. 
Ceyranın üzündən,  
tüklərin üstündən  
sürüşdü,  
düşdü quru torpağa.  
Sanki, göz yaşıyla  
az suvarılmışdı bu torpaq [3, 49]. 
Şeirin  son  misralarında  bədii  suallar  və  mühakimələr  ittiham  xarakterindən  daha  artıq 
düşünmək  və    daşınmaq  səciyyəsi  daşıyır.  Şeirin  finalı  belə  bir  həyəcan  və  narahatlıqla  dolu 
fikirlərlə tamamlanır: 
Bəlkə, deyirsiniz,  
ceyran ağlamaz. 
Yox, ağlayar. 
Daş da, ağac da ağlayar. 
Hər göz yaşına bir səbəb var. 
Söhbət onda deyil. 
Ceyran ağlasa da, ağlamasa da, 
namərdlik, namərdlikdir [3,49]. 
Şeirin  nümunə  gətirilən  misraların,  həqiqətən,  daxili  qatlarda  gizlənən  mətləblərin 
aşkarlanması ilə diqqəti çəkir. Şairin «söhbət onda deyil» ifadəsi də ceyranla yanaşı insan amilinin 
digər ictimai-siyasi hadisə və proseslərin nəzərdə tutulduğunu açıq-aydın istisna etmir. 
Rəsul  Rzanın  yaradıcılığında  eyham  və  işarələrə  nümunə  kimi  1959-cu  ildə  qələmə  alınan 
“Dana  və  balaca  qız”  şeiri  göstərilə  bilər.  Şeirdə  insanla,  onun  məişət-sosial  qayğiları  ilə  ictimai 
təsərrüfat həyatı paralel şəkildə təsvir olunur.  
Şeirdə  qaldırılan  problemlər  bir  qədər  publisistik  xarakter  daşımasına  baxmayaraq,  müəllif 
olduqca kəskin həyati məsələlərə toxunur, insan amilini gözdən salan, onu ikinci dərəcəli bir faktor 
kimi aşağılayan sovet təsərrüfat idarəçiliyindəki naqisliyi, qeyri-insani münasibətləri ciddi tənqid və 
ifşa obyektinə çevirir.  
Göytəpə  kəndində  sarı  dananın  xəstələnməsi  bütün  əlaqədar  təşkilatları  hərəkətə  gətirir, 
insanın dərd müşkülləri dananın səhhəti müqabilində arxa plana keçir:  
Səs düşdü Göytəpə kəndinə  
“Sarı dana xəstələnib!”  

 
Necə, sarı dana?  
Sazaqlı külək kimi  
Xəbər yayıldı hər yana.  
Sədr gəldi,  
partkom gəldı,  
baytar bir də briqadir.  
Hər gələn soruşdu:  

 
Azarı nədir?  
Baytar qulağını qoydu  
dananın sinəsinə  
Hamı dondu qaldı [4,54].  
Şeirdə  təsvir  olunan  bu  səhnələr  adi  baxışda  bir  o  qədər  də  təəccüblü  görünmür.  Sovet 
təsərrüfat  həyatının  qanunauyğun  bir  halı  kimi  hamıda  dərin  rəğbət  hissi  də  oyada  bilər.  Ancaq 
müəllif burada mətnaltı yazıçı manerasının imkanları ilə sarı dananın xəstələnməsi fonunda insana - 
Gülxaranın  balaca  qızına  münasibəti  eyni  müstəviyə  gətirir,  hətta  şeirin  başlanğıcında  danaya 
göstərilən diqqət və qayğının az qala insan amili ilə əvəzləndirilməsi cəhdinə bir işarə olduğu diqqət 
mərkəzinə  çəkilir.  İnsandan  daha  artıq  dərəcədə  heyvana  göstərilən  münasibət  şairin  kinayə  və 
eyhamla,  qarşılaşdırma  yolu  ilə  oxucuya  çatdırdığı  mətləbləri  konkret  detallarla,  bitkin  təsvir 
üsulları ilə göz önünə gətirir.  
Rəsul  Rza yaradıcılığında sətiraltı məna çalarları 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə