Uot 81. 373. 47 BƏDİİ ƏSƏRLƏRİn diLİNDƏ DİalektizmləRİn yeri VƏ MÖvqeyi



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə16/44
tarix05.10.2017
ölçüsü5,03 Kb.
#3170
1   ...   12   13   14   15   16   17   18   19   ...   44

 
39 
 
 
UOT  394 
 
“KİTABİ - DƏDƏ QORQUD” DASTANLARINDA AİLƏ - ÖVLAD TƏRBİYƏSİ 
 
DADAŞZADƏ ƏHLİMAN İBRAHİM oğlu 
Sumqayıt Dövlət Universitet, müəllim 
e-mail: ehliman.d@gmail.com 
 
Açar sözlər: Dədə Qorqud, xan, analıq, ailə, qılınc 
Bizim  zəngin  tariximiz,  qədim  mədəniyyətimiz  və  milli  mənəvi  dəyərlərimiz  –  ailə  övlad 
tərbiyəsi  “Kitabi  Dədə  Qorqud”  dastanlarında  öz  əksini  tapmışdır.  Bu  dastanlar  bizim  ümumi 
sərvətimizdir. Qadınlara, analıq şərəfinə, saf məhəbbətinə, ailə namusu naminə fədakarlığa böyük 
yer verilir. 
 
Azərbaycan  xalqının  ən  qədim  yazılı  abidələrindən  olan,  milli-mənəvi  dəyərlərimizdən 
sayılan  və  eramızın  on  ikinci  əsrinə  aid  edilən  dastanlardan  biri  də  “Kitabi-Dədə  Qorqud” 
dastanlarıdır.  
“Kitabi-Dədə  Qorqud”  xalqımızın  təfəkküründən  süzülüb  gələn,  əsrlər  keçdikcə  öz  dəyərini 
itirməyən bu gün belə öz aktuallığını qoruyub hifz edən, şərəfli keçmişimizi bu günümüzə ərmağan 
edən nadir bir sənət əsəridir. 
Azərbaycan xalq ədəbiyyatından ən qədim və möhtəşəm abidələrdən biri olan “Kitabi-Dədə 
Qorqud” dastanlarında ailə məsələlərinə, toy-büsat, qardaş-bacı, bacının qardaşa, qardaşın qardaşa 
münasibətlərinə geniş yer verilmiş, həmin münasibətlər dövrün ictimai-siyasi tələbləri baxımından 
şərh edilmişdir.  
“Dədə Qorqud” dastanları böyük el ağsaqqalı müşkül işləri həll edən, qəhrəmanlara ad qoyan, 
gələcəkdən xəbər verən Dədə Qorqudun öyüdləri ilə başlayır. Həmin öyüdlərdə qiymətli tərbiyəvi 
fikirlər,  fəlsəfi  ideyalar  ifadə  edilir  və  dastanlardakı  hadisələr  həmin  öyüdlərin  mahiyyət  və 
məzmununa  uyğun  olaraq  cərəyan  edir.  Dədə  Qorqudun  əlli  dörd  öyüdü  içərisində  on  altı  öyüdü 
ailə və ailə tərbiyəsi ilə bilavasitə bağlıdır. 
Qız anadan görməyincə öyüd olmaz.  
Oğul atadan görməyincə süfrə açmaz.  
Ağıllı oğul ocağın közü, ağılsız oğul külüdür.  
Ata adını doğrultmayan nankor oğulun bu dünyaya gəlməsindən gəlməməsi yaxşıdır.  
Ana qədri bilməyən namərd oğul doğulmasa yaxşıdır.[1] 
Dədə Qorquda görə,  ailənin qurulması, müqəddəs odun saxlanılması gəlinin gətirilməsindən 
başlayır. O, Oğuz elinin mərd övladlarına öyrədir ki, qadınlar dörd cür olur. Dörd cür olan qadını 
səciyyələndirir  və  hər  bir  Oğuz  ocağına  evin  dayağı  olan  gəlinin  gəlməsini  arzulayır.  Bunun 
nəticəsidir ki, bütün dastanlarda əvvəldən axıra kimi evin dirəyi, kişinin yaxın köməkçisi, övladların 
tərbiyəçisi və xilaskarı olan gəlinlər-analar böyük məhəbbətlə təsvir edilir. Oğuz igidləri elə qızlar 
tapıb  evlənirlər  ki,  qoçaqlıqda  onlardan  geri  qalmırlar:  Bu  qızlar  oğlanlarla  çiyin-çiyinə  at  çapır, 
qılınc oynadır, düşmən üzərinə cəsarətlə gedir və qələbə çalırlar. 
Övladın  doğulmasını  Vətənin  müdafiəsi,  nəslin  yaşaması  olduğunu  dərk  edən  Oğuz  elinin 
ağsaqqalı ailənin övladla möhkəmləndiyini söyləmiş, övladsızları qarğımışdır. Buna görə də “Dədə 
Qorqud”  dastanları  övladsızlığa  qarşı  mübarizə  motivləri  üzərində  qurulmuş  dastanla  başlayır. 
Dastanda  deyilir  ki,  xanlar  xanı  Bayandır  adəti  üzrə  ildə  bir  gözəl  məclis  qurub  Oğuz 
qəhrəmanlarını ora dəvət edirdi. Oğlu olanı ağ otaqda, qızı olanı qızıl otaqda əyləşdirərdi. Kimin ki 
oglu-qızı  yoxdur,  qara  otağa  aparın  altına  qara  keçə  döşəyin,  qabağına  qara  qoyun  ətinin 
qovurmasından qoyun, yeyərsə yesin,  yeməsə durub getsin,  - demişdir. Qoy bilsinlər ki, oğlu-qızı 
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 
Cild 12                       № 2                   2016 
  


 
40 
 
olmayanı hamı qarğıyıb, biz də qarğıyırıq. [1] 
Dastanda  ata-oğul,  ana-oğul  məhəbbəti  əhatəli  verilir,  eyni  zamanda  ata  sadəlövhlüyü, 
namərdlər sözünə inanması, nəticədə Dirsə xanın Oğuz igidlərindən birinin oğlunun oxla vurulması, 
özünün  isə  namərdlər  tərəfindən  əsir  aparılması,  yaralı  Buğacın  ana  südü,  dağ  çiçəyi  ilə 
sağaldılması,  anasının  xatirinə  atası  Dirsə  xanın  əsirlikdən  xilas  edilməsi,  mal-dövlətlərinin  geri 
qaytarılması inandırıcı təsvir edilir. Ananın böyüklüyü, əzəməti – dağlar, ana südünün müqəddəs və 
həyatverici qüdrəti isə dağ çiçəyi timsalında verilir. [2] Ana məhəbbəti zirvələrin ucası, ümmanların 
ən dərinidir. Ana məhəbbətinin ziyası övladlara keçir, onlar yer üzərində yaşamağın mənasını başa 
düşür, qəhrəmanlıq dünyasına atalardan vəsiqə alırlar. Buna görə də dastanlarda atalar və oğulların, 
analar  və  qızların  bir-birinə  qayğısı  və  məhəbbəti  çox  gözəl  təsvir  edilir.  Atalar  –  Salur  Qazan, 
Qaragünə,  Aruz  Qoca,  Dirsə  xan,  Qaracuq  Çoban,  Baybecan,  Qazlıq  Qoca,  Əmən  və  başqaları 
övladlarını  necə  sevir,  necə  qəhrəmanlıqlar  edirlərsə,  oğulları  da  Beyrək,  Uruz,  Basat,  Buğac, 
Qanturalı, Qarabudaq, Leynək, Əyrək, Səkrək və başqaları atalara layiq igidlik göstərir, onları dərin 
məhəbbətlə sevdiklərini, onlara qayğı göstərdiklərini özlərinin əməlli işləri ilə təsdiq edirlər. Qadın-
ana, qız övladlar dastanlarda böyük qürurla vəsf edilir, ana haqqı tanrı haqqına bərabər tutulur. 
Dastanlarda yaşlı nəsli gənc nəslə, gənc nəsli isə yaşlı nəslə qaynaq edən iki mühüm amil – 
valideynlərə məhəbbət və namus çox böyük məhəbbətlə təsvir edilir. Bütün qəhrəmanlar – atalar və 
oğullar,  analar  və  qızlar,  ərlilər  və  nişanlılar,  bacılar  və  qardaşlar  ən  çətin  anlarda  bu  amillərdən 
qüvvət  alır  və  qələbə  çalırlar.  Bu  amillər  naminə  “Qaraca  Çoban”  dastanında  daha  qabarıq 
verilmişdir.  Həmin  dastanda  ata-ana  məhəbbəti,  ailə  şərəfi,  qadınlıq  namusu  və  saf  sevgi  özünün 
kamillik  zirvəsinə  çatır.  Burla  xatun  dastanda  əsir  düşmüş  Uruzu  düşməndən  azad  etmək  üçün  at 
sürmüş atası Salur Qazana belə deyir: 
Sənin üçün qorxuram, dön geri, ata, 
Qorxuram qəfilcə düşmənlər tuta. 
Qayıt ocağımız sönməsin qayıt. 
Evimizdə şivən qopmasın, qayıt... [1] 
Oğlunun  sözlərindən  Salur  Qazan  daha  da  qəhərlənir,  bağ-bağçasının  çiçəyi.  uca  dağların 
yüksəyi,  belinin  qüvvəti,  gözünün  işığı,  ömrünün  güllü  baharı  olan  oğlunu  düşmən  caynağından 
xilas etmək üçün ildırım olub şığıyır, od olub yağıları yandırır. 
Ata-anaya məhəbbət, hörmət və qayğı “Qanturalı boyu”nda başqa şəkildə təsvir edilir. Beyrəy 
elə bir qızla evlənmək istəyir ki, o yerindən durmamış qız durmuş olsun,  ata minməmiş qız minmiş 
olsun,  o  düşmən  üzərinə  getməmiş  qız  getmiş  olsun.  Atası  belə  bir  qızın  Trabzonda  olduğunu 
söyləyir. Qanturalı ata və anasının əlindən öpür, halalıq alıb istədiyi qızın arxasınca Trabzona gəlir. 
O, üç heyvanı məğlub edir, sarı donlu Selcan xanımı alır. Lakin o qızla bir yastığa baş qoymur. ata-
anasını  xatırlayır,  sevgilisi,  qırx  igidlə,  dəvələrilə  ata  yurduna  üz  qoyur.  Onlar  Oğuz  sərhədlərinə 
çatanda Qanturalı yoldaşlarına deyir ki, xəbər verin anama, qarşımıza atam gəlsin. 
Ulu  sözünə  baxmamaq,  böyükləri  eşitməmək,  onların  üzünə  ağ  olmaq  dastanlarda  pislənir, 
qəbahət  hesab  edilir.  Bunun  ən  parlaq  ifadəsini  “Beyrəyin  dastanı”nda  görmək  olar.  Banuçiçəyin 
qardaşı Dəli Qoçər bacısını Beyrəyə vermək istəmir. Hətta el ağsaqqalı Dədə Qorqudu da eşitmir, 
onu qılıncla vurmaq istəyir. Bunu görən Dədə Qorqud deyir, məni qılıncla çalsan, əlin qurusun. O, 
bu sözləri deyən kimi Dəli Qoçərin qılınc çalan əli quruyur və asılı qalır. Dəli Qoçər  yalvarmağa 
başlayır.  Amandı,  Dədə,  qələt  eləmişəm,  əlimi  sağalt,  el  adətincə  bacımı  Beyrəyə  verirəm.  Dəli 
Qoçər  üç  dəfə  “qələt  eləmişəm”  deyib  günahkar  olduğunu  söyləyəndən  sonra  Dədə  Qorqud  alqış 
elədi.  Dəli  Qoçərin  əli  sağaldı.  [3]  Burada  xalq  Dədə  Qorqudun  timsalında  böyük  bir  hikmət 
yaratmışdır. Böyüyün üzünə ağ olmaq olmaz. Böyüyünə ağ olanın gözünə qan damar.  
Dastanlarda ailə qurmaq istəyən gənclərin söz bütövlüyünə. bir-birinə sadiq olmalarına əhd- 
peyman bağlamalarına xüsusi əhəmiyyət verilir. “Beyrəyin dastanı”nda Banuçiçək Beyrəyi on altı il 
gözləyir. Beyrək də öz növbəsində on altı  il çətinliyə dözərək öz sevgilisinə sadiq  qalır. Dostluq, 
yoldaşlıq,  dosta  və  yoldaşa  sədaqət  Oğuz  igidlərinin  ən  gözəl,  ən  nəcib  keyfiyyətləridir.  Beyrək 
“Kitabi - Dədə Qorqud” dastanlarında ailə - övlad tərbiyəsi 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə