Uot 81. 373. 47 BƏDİİ ƏSƏRLƏRİn diLİNDƏ DİalektizmləRİn yeri VƏ MÖvqeyi



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə19/44
tarix05.10.2017
ölçüsü5,03 Kb.
#3170
1   ...   15   16   17   18   19   20   21   22   ...   44

 
45 
 
Sağıcı Gülxaranın danada südlə bağlı xəstəliyin müəyyənləşdiyi vaxtda keçirdiyi həyəcanlar, 
narahatlıqlar şeirdə dərin psixoloji məqamlarla öz ifadəsini tapır.  
Üç gün, üç gecə sağıcı Gülxaranın başına pərvanə kimi dolandığı, öz gəlinlik şalını ona sarğı 
kimi  istifadə  etdiyi  dana  nəhayət,  dirçəlir,  quyruğu  belində  tullanıb  düşür,  diqqət  və  qayğının 
nəticəsində ölümün pəncəsindən xilas olur. Əlbəttə, heyvandarlıq təsərrüfatına belə qayğı və diqqət 
özlüyündə  təbii  görünür.  Burada  qeyri-adi  bir  şey  yoxdur.  Ancaq  belə  bir  yanaşma  insana 
göstəriləcək münasibəti heç cür sıxışdırıb aradan çıxarmamalıdır.  
Şeirin finalında şair əhvalatın, baş verən hadisələrin petik mənzərəsini belə yekunlaşdırır:  
... Əhvalat uzundur, nə deyim.  
Bəsdir bunu desəm.  
dana ölmədi bu azardan  
Ancaq Gülxaranın  
qaragöz kiçik qızı... [4,54]. 
Şair  misranın  sonunda  ölüm  mənasında  üç  nöqtədən  istifadə  edərək  şeirdə  əsas  hadisələrin 
məntiqi  ardıcıllığını  məharətlə  ümumiləşdirən  qənaətləri  özünəməxsus  şəkildə  ifadə  etməyə  nail 
olur.  
Şeirdə hadisələrin və süjet xəttinin əsas fikir və ideyanın açılış və dərkində oynadığı rol daha 
əhatəli ictimai mətləblərin yozumuna imkanlar açır:  
Bir ay sonra seçkilərdə  
qərar qəti oldu və qısa.  
Nə ondan katıb olar bizə,  
nə də bundan sədr olar kolxoza... [4, 56] 
İtirilən  balaca  qızcığazın  taleyi  fonunda  bu  cəza  tədbirləri  də  məsələnin  ədalətli  həllini 
görməyə  bir  əsas  vermir.  Şair  körpə  qızın  timsalında  sovet  həyat  tərzində,  təsərrüfatında  yaşanan 
neqativ  halları  böyük  ustalıqla  açmağa  müvəffəq  olur,  burada  işlənən  eyham  və  işarələr, 
qarşılaşdırılan həyat səhnələri poetik mətnin daxili qatlarında gizlənən həqiqətləri üzə çıxarmağa bir 
yardımçı olur.  
R.Rza  azərbaycanlıların  erməni  quldurları  tərəfindən  dəfələrlə  soyqrıma  məruz    qalmalarına 
göz  yuma  bilmirdi.  Tarixi  faktlara  diqqətlə  yanaşaraq  erməni  cəlladlarının  qaniçən  xislətini 
Andranikin timsalında göstərirdi.  
Kim  idi  bu  Andranik?  1914-1920-ci  illərdə  Türkiyədə  və  Cənubi  Qafqazda  müsəlmanların, 
eləcə  də  öz  xalqının  faciəsinə  səbəb  olan  bu  Andranik  20-ci  illərdə    xaricə  qaçmış,  əvvəlcə 
İngiltərədə,  sonra  Amerikada  yaşamışdır.  1927-ci  ildə  Parisdə  ölmüş,  Per-Laşez  qəbiristanlığında 
dəfn  olunmuş,  qəbri  üzərində  at  üstündə  heykəli  qoyulmuşdur.  Heyf  sənə  Per-Laşez!  Belə  bir 
qaniçən qulduru necə qəbul etmisən?  
İrəvanda Andranikin 50 illik yubileyi keçirilən ərəfədə, yəni 1965-ci ildə Rəsul Rza Parisdə 
imiş. Per-Laşez qəbiristanlığında dəfn olunan məşhur yazıçı və şairlərin qəbirlərini ziyarət edirmiş. 
O, orada qaniçən Andranikin at üstündə nəhəng heykəlini görüb təəcüblənir . Bu üzdəniraq heykələ 
bir seir həsr edir: 
Per-Laşez! 
Kommunarlar divarı,  
Hörmətlə açıram başımı,  
... O kimdir? At üstündə: 
Kimə oxşayır ... Allah! 
Kimə? 
Elə bil ki qaba bir əl toxunur 
İncə simə 
Gözlərimdə canlanır 
Naxçıvanın Arazı.  
Söndürülmüş ocaqlar! 
Əbədi susdurulmuş uşaqlar! 
Qanlı üzlər keçir gözlərimdən,  
Bayramova G.A. 
 


 
46 
 
Min-min azı. 
Bağırmaq istəyirəm 
Hardan gəldi bura 
Bu dələduz, 
Daşa dönmüş daş ürəkli quduz! 
Şeirdə qaniçən, quldur Andranikin adı çəkilməsə də, şeirin məzmunundan aydın olur ki, hədəf 
Andranikə yönəlmişdir. Həmin ildə Azərbaycan jurnalının 9-cu sayında çap olunan  bu şeir parçası 
Ermənistanda böyük hay-küyə səbəb olmuşdur. [1.29.30] 
Ayrı-ayrı şeirlərində Rəsul Rza insanlığın və bütövlükdə bəşəriyyətin düçar olduğu müsibət və 
faciələri doğuran səbəbləri araşdırmaq üçün dünya miqyasında tanınmış filosofları, fıkir və düşüncə 
sahiblərini  xəyali  olaraq  poetik  mətnin  aparıcı  obrazları  səviyyəsində  təqdim  etməsi,  onlarla 
mühakimə və debatlardan hasil olan nəticələrin şeirin əsas ideya və qayəsi  kimi  səsləndirməsi  də 
xüsusi  üsul  və  vasitələrlə  gerçəkləşir.  Bununla  da  şeirboyu  qabardılan  ictimai  mətləblərin  onların 
dili ilə çatdırılması da mətnaltı yazıçı manerasının bir nümunəsi kimi nəzərə çarpır [2,56].  
Elmi yeniliyi: Məqalədə ilk dəfə olaraq B.Vahabzadə və R.Rza yaradıcılığında sətiraltı məna 
çalarlarının işlənmə məqamları və üslubi imkanları konkret nümunələrlə təqdim edilir.  
Tətbiqi əhəmiyyəti: Dərs vəsaiti və monoqrafiyaların yazılmasında istifadə oluna bilər. 
 
ƏDƏBİYYAT 
1.
 
Bayramov  A.  Tarixi  faciələrimiz:  deportasiya,  represiya  və  soyqırım.  Sumqayıt:  AM  965, 
2015, 416 c. 
2.
 
Əlibəyov G. Axtarışlar və kəşflər (R.Rzanın həyat və yaradıcılığı), Bakı: Azərnəşr, 1970, s.5 
3.
 
Rza R. Namərdlik. Seçilmiş əsərləri. 5 cilddə, II cild. Bakı: Öndər, 2005, s.48. 
4.
 
Rza R. Dana və balaca qız. Duyğular, düşüncələr şeirlər. Bakı: Azərnəşr, 1964, s.54 
 
РЕЗЮМЕ 
ОТТЕНКИ СМЫСЛОВОГО ЗНАЧЕНИЯ ПОДТЕКСТА  
В ТВОРЧЕСТВЕ РАСУЛА РЗЫ 
Байрамова Г.А.  
 
Ключевые слова: поэзия, подтекст, факт, финал, общечеловеческие ценности. 
В  статье говорится о значении подтекста в стихотворениях Расула Рзы, посвященных 
общественно-политическим  событиям,  отраженным  в  таких  произведениях  как  «Веролом-
чы», «Маленькая девочка и бычок» и другие, и приводятся конкретные примеры.  
 
SUMMARY 
SHADES OF SUBTEXT MEANING IN CREATIVITY RASUL RZA 
Bayramova G.A. 
 
Keywords: poetry, descending meaning, fact, final, human values. 
The importance of shades of subtext meaning in the poems of Rasul Rza, as a socio-political 
ents, reflected in the works “Betrayer”, “A little girl and calf” and others are analyzed in the article 
by giving concrete examples.  
 
 
Daxil olma tarixi: 
İlkin variant 
25.12.2015 
 
Son variant 
01.06.2016 
 
Rəsul  Rza yaradıcılığında sətiraltı məna çalarları 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə