Uşaqlarda epilepsiYA



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə5/21
tarix10.11.2017
ölçüsü0,55 Mb.
#9524
1   2   3   4   5   6   7   8   9   ...   21

 15

kəsilməsinin törətdiyi 

tutmalar 

 



Dərman və ya başqa 

maddənin törətdiyi 

tutmalar 

 



Zədədən sonra dərhal baş 

verən və erkən tutmalar 

 

Tək tutmalar və ya təcrid 



olunmuş tutmalar 

(klasterlər) 

 

Nadir tutmalar 



(oliqoepilpesiya) 

insident, insan immun defisiti 

virusu və s. ilə əlaqədar 

Postnatal infeksiyalar  

 



Sistiserkozlar  

 



Herpes ensefalitləri 

 



Bakterial meningitlər  

 



Digərləri 

Digər postnatal faktorlar  

 



Kəllə-beyin travmaları 

 



Alkoqol və narkotiklərdən sui-

istifadə 

 

İnsult 



 

Digərləri  



Müxtəlif  

 



Şimal epilepsiya sindromu 

 



Koffin-Lauri sindromu 

 



Alsheymer xəstəliyi 

 



Hantinqton xəstəliyi  

 



Alpers xəstəliyi 

 



Seliakiya (ənsə kirəcləşmələri ilə 

epilepsiya və seliakiya) 



İNSTRUMENTAL MÜAYİNƏLƏR 

Elektroensefaloqrafiya 

Elektroensefaloqrafiya (EEQ) epilepsiya diaqnozu qoyulması  və 

epilepsiya sindromunun müəyyən edilməsi üçün istifadə olunur. 

Lakin bu metodun üstünlükləri və  məhdudiyyətlərini bilmək 

lazımdır.  

Epilepsiya diaqnozu yalnız EEQ-nin nəticəsi əsasında, klinik 

əlamətlər olmadan, qoyula bilməz.  

Epilepsiyaya xəstəliyi

 

olmayan, hətta tam sağlam insanların 



arasında EEQ-də tez-tez qeyri-spesifik anormal dəyişikliklər aşkar 

olunur (xüsusilə yaşlı pasiyentlərdə, miqrenli xəstələrdə  və psixotik 

hallarda).  

Normal EEQ epilepsiya diaqnozunu istisna etmir.  



 16

EEQ anormal dəyişiklikləri göstərməsə  də, epilepsiya 

diaqnozunu qoymaq olar (xüsusilə ET-ri gec-gec təkrarlanan 

xəstələrdə). 



Normal EEQ dalğalarının anormal epileptik dalğalar kimi 

qəbul olunması səhvləri tez-tez baş verir.  

Uşaqlar arasında aparılan müanələrdə bu kimi səhvlərə daha çoxd 

təsadüf olunur (məsələn, «hipnoqoqik hipersinxroniya»). Buna görə 

də  uşaqların EEQ müayinəsi uşaq epilepsiyası sahəsində  təcrübəsi 

olan mütəxəssis tərəfindən aparılmalıdır. 

Standart EEQ 

EEQ müayinəsinin nəticəsi aşağıda göstərilən suallara cavab verə 

bilər: 



 



epileptik fəaliyyətin olması 

 



epileptik fəaliyyətin ocaqlı və ya yayılmış olması 

 



sindromun dəqiqləşdirilməsi 

 



növbəti müayinə üsulunun seçilməsi 

 



müalicənin taktikası 

 



proqnoz.  

 

(!)  EEQ müayinəsi tutmadan sonra 24 saat ərzində keçirilirsə, 

patoloji dəyişikliklərin aşkar olunması ehtimalı çoxalır. 

(!)  Təkrar tutma keçirən bütün uşaqlar EEQ müayinəsindən 

keçməlidir. 



(!)  İlk dəfə EEQ müayinəsi nəticəsinin normanı göstərməsi, 

sonrakı EEQ müayinələrində epileptik fəaliyyətin olmasını istisna 

etmir. 

(!)  EEQ müayinəsi nəticəsinin normanı göstərməsi epilepsiya 

diaqnozunu inkar etmir. 



(!)  Epileptik tutma olmadığı halda, yalnız EEQ müayinəsinin 

epileptik fəaliyyəti göstərməsi epilepsiya diaqnozunun qoyulması 

üçün kifayət deyil (Landau-Kleffner sindromu və yuxunun ləng 

dalğa fazasında müntəzəm «spayk-ləng dalğa» kompleksləri ilə 

müşahidə olunan epilepsiyası istisna olmaqla). 

 



 17

İlk provokasiya olunmamış konvulsiv tutmadan sonra  

EEQ müayinəsi 

Bu vəziyyətdə EEQ müayinəsi aparmağın faydaları:  

 

tutmanın təkrarlanması riskini qiymətləndirmək (anormal EEQ 



qeyd olunursa, risk 2 dəfə artır) 

 



neyrovizualizasiya aparmaq üçün göstəriş verə bilər  

 



xəstənin xəbəri olmadan uzun müddət davam edən epileptik 

prosesi aşkar edə bilər 

 

qıcıqlandırıcı faktorları aşkar edə bilər (məsələn, işığa həssaslıq) 



 

sindromu dəqiqləşdirmək üçün əlavə məlumat verə bilər.  



Lakin yanlış müsbət nəticələrin ola bilməsini də  nəzərə almaq 

lazımdır. Məsələn: ilk tutma qeyri-epileptik olub təkrarlanmaya bilər; 

həmin xəstənin EEQ-sində tutma ilə  əlaqəsi olmayan epileptik 

dalğaların aşkar olunması (normal uşaqlarda epileptik fəaliyyət ola 

bilər) səhvən «epilepsiya» diaqnozunun qoyulmasına və  gərəksiz 

müalicəyə gətirib çıxara bilər.  

Yuxarıda qeyd olunanlara əsasən, ilk provokasiya olunmamış 

konvulsiv tutma klinik olaraq epileptik tutma kimi qiymətləndirilsə, 

EEQ müayinəsi göstərişdir. Lakin epileptik fəaliyyətin yalnız EEQ-

də qeyd olunması epilepsiya əleyhinə  dərmanlardan istifadəyə 

başlamaq haqqında qərar qəbul edilməsinə əsas vermir. 

EEQ müayinəsi olmadan epilepsiya əleyhinə dərman 

vasitələrinin (EƏDV) təyin edilməsi 

Valproat duzları, etosuksimid və benzodiazepinlər tipik «3Hz 

spayk-ləng dalğa» komplekslərini aradan qaldırır. Valproat duzları 

fotostimulyasiyanın qıcıqlandırdığı epileptik fəaliyyəti zəiflədir. 

Benzodiazepinlər bir neçə sindromda (uşaqlarda təpə  və gicgah 

nahiyəsi spaykları ilə xoşxassəli epilepsiya, yuxu EEQ-si zamanı 

epileptik status, qeyri-konvulsiv epileptik status, Vest sindromu) 

epileptik boşalmaların yox olmağına səbəb ola bilər. EƏDV-lər 

xəstəliyin klinik və neyrofizioloji mənzərəsini dəyişdirdiyinə görə, 

onları yalnız EEQ müayinəsi apardıqdan sonra təyin etmək lazımdır. 

  

(!)  Epileptik statusda olan xəstəyə EEQ müayinəsi aparılması 

mümkün olmadıqda belə, EƏDV təyini təxirə salınmamalıdır. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə