Uşaqlarda epilepsiYA


Təkrar EEQ və yuxu zamanı EEQ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə6/21
tarix10.11.2017
ölçüsü0,55 Mb.
#9524
1   2   3   4   5   6   7   8   9   ...   21

 18

Təkrar EEQ və yuxu zamanı EEQ 

İlk tutmalararası EEQ normaldırsa, həmin müayinənin ikinci dəfə 

aparılması epileptik fəaliyyəti aşkar edə bilər. Oyaq vəziyyətdə 

çəkilmiş EEQ normaldırsa, yuxu zamanı  çəkilmiş EEQ epileptik 

fəaliyyəti göstərə bilər. 

Video-EEQ 

EEQ ilə eyni zamanda video-çəkiliş aparılması müəyyən hallarda 

tutmanın və sindromun diaqnostikasını dəqiqləşdirməyə imkan verir. 

Belə hallarda tutmalar tez-tez təkrar olunmalıdır ki, müayinə zamanı 

tutma videoya qeyd oluna bilsin (əks halda video-EEQ-nin standart 

EEQ müayinəsindən üstünlüyü olmaz). 

Konvulsiv tutma keçirən uşaqda sinkop (məsələn, «uzunsürən 

QT sindromu» nəticəsində kardiogen sinkop) ola bilər. Buna görə də

konvulsiv tutma keçirən xəstədə EKQ müayinəsi aparılmalıdır və 

əgər lazım olsa, daha dərin kardioloji müayinə göstərişdir. 



EEQ monitorinqi 

Video-çəkiliş 

Xəstənin yanında olan şəxslər tutmanın video (telefon və ya 

video-kamera vasitəsi ilə) çəkilişini yazsalar, həkim üçün tutmanın 

semiologiyası daha aydın ola bilər. Buna görə  də, tutmaları olan 

bütün xəstələrdə tutmaların video-çəkilişi məsləhət görülür. 

Neyrovizualizasiya 

Epilepsiyanın səbəbi olan beynin struktur dəyişikliklərinin aşkar 

edilməsində MRT müayinəsi KT müayinəsindən daha üstündür. 

Epilepsiyaya məruz qalmış  uşaqların  əksəriyyəti MRT 

müayinəsindən keçməlidirlər.  

Yalnız aşağıda göstərilən sindromlar (tutmanın klinik təsviri və 

EEQ müayinəsinin nəticəsi diaqnozun qoyulması üçün kifayətdir) 

MRT müayinəsi üçün göstəriş deyil:  

 

idiopatik yayılmış epilepsiyalar (uşaqların absans epilepsiyası, 



gənclərin mioklonik epilepsiyası, gənclərin absans epilepsiyası) 

 



uşaqların mərkəzi-gicgah spayklarla xoşxassəli epilepsiyası 

Təkrar (2 və ya daha çox) standart EEQ müayinəsi keçiriləndən 

sonra epileptik fəaliyyət aşkar olunmursa, EEQ monitorinqi əlavə 

məlumat verə bilər.  



 


 19

Elektrokardioqrafiya (EKQ) 

Genetik tədqiqatlar 

Epilepsiyanın yaranmasında genetik təsirlərin rolu böyükdür. 

Xəstənin nəslində epilepsiyanın olub-olmaması diaqnozu 

dəqiqləşdirmək və proqnozu müəyyənləşdirmək üçün çox vacibdir. 

Buna görə də, bütün epilepsiyalı xəstələrdə əvvəlki 2 nəsli əhatə edən 

genealoji ağac tərtib edilməlidir və burada bütün nevroloji və psixi 

pozuntular qeyd olunmalıdır. Genealoji ağaca nənə, baba, əmi, dayı, 

xala, bibi və onların uşaqları, ata, ana, qardaş  və bacı daxil 

edilməlidir. 

MÜALİCƏ 

Müalicənin  əsas prinsipi – minimum əlavə  təsirlərlə 

maksimum terapevtik effekt əldə etməkdir.  

 



Epilepsiyanın müalicəsi yalnız dəqiq diaqnoz qoyulduqdan sonra 

başlana bilər. 

 

EƏDV-lərin qəbulunun başlanması haqqında qərarı pasiyent və 



epilepsiya üzrə mütəxəssis verməlidir (В). 

 



«Epilepsiya önü» termini və «epilepsiyanın profilaktik 

müalicəsi» taktikasının heç bir mənası yoxdur. 

 

Epilepsiyanın müalicəsinə  təkrar tutmadan sonra başlamaq 



lazımdır. 

 



Aşağıdakı hallarda ilk tonik-klonik tutmadan sonra EƏDV-ləri 

təyin etmək lazımdır. 

 

Anamnezdə mioklonik, absans və ya parsial tutmaların olması 



(В). 

 



EEQ-də epileptik aktivliyin aydın şəkildə qeyd edilməsi (В). 

 



Pasiyentdə ocaqlı nevroloji sindromların mövcud olması (В). 

 



Pasiyent tərəfindən təkrar tutmanın baş vermə ehtimalının 

yolverilməz hesab edilməsi (D). 

 

İntellektin azalması (ali psixi funksiyaların pozulması) epileptik 



fəaliyyətlə əlaqəli olmasının güman edilməsi. 

 



Neyrovizualizasiya məlumatlarına 

əsasən struktur 

dəyişikliklərinin mövcud olması. 

 

 



 20

EƏDV-lər ilə monoterapiya 

Klinik epileptologiyada monoterapiya prinsipi özünə möhkəm 

yer tutmuşdur. 

Monoterapiya aşağıdakıların qarşısını almağa imkan verir: 

 

Ağır əlavə təsirlərin əmələ gəlməsi; 



 

Teratogen təsir. 



Dərman vasitələri epilepsiyanın forması və tutmaların xarakterinə 

ciddi şəkildə uyğun olaraq təyin edilir. 

Hər bir konkret halda dərman vasitəsi seçimi zamanı onun əlavə 

təsir profilləri və dərmanların qarşılıqlı təsirini nəzərə almaq lazımdır 



(A)

Qeyd.  Tərkibində eyni aktiv maddə olan EƏDV-lər (orijinal 

dərman vasitələri və generiklər) bir-birini əvəz etmirlər – orijinal 

dərman vasitələrini generiklərlə  və  əksinə  əvəz etmək lazım deyil. 

Monoterapiya şəklində tətbiq edilməsinə icazə verilən bütün EƏDV-

lər ilk dəfə diaqnozu qoyulmuş epilepsiya zamanı təxminən bərabər 

effektivliyə malikdirlər; lakin bəzi EƏDV-lər müəyyən sindromlarda 

mənfi təsir göstərə bilərlər (bax, cədvəl 3 və 4).  

Uyğun EƏDV-lər ilə müalicə zamanı lazımi effekt əldə 

edilməzsə, aşağıdakı vəziyyətləri nəzərdən keçirmək lazımdır: 

 



Səhv epilepsiya diaqnozu 

 



Epileptik sindroma uyğun gəlməyən EƏDV-nin seçimi 

 



Pasiyentin özbaşına dərman qəbulunu kəsməsi, pasiyentin həkim 

tövsiyələrini yerinə yetirməməsi 

 

Neoplastik proses 



 

Alkoqol və ya psixoaktiv maddələrdən gizli sui-istifadə 



 

Baş beynin ağır inkişaf qüsuru 



 

Proqressivləşən xəstəliyin mövcud olması 



 

EƏDV-nin qeyri-adekvat dozaları 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə