Ustadnamə



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə12/13
tarix28.06.2018
ölçüsü0,65 Mb.
#51980
1   ...   5   6   7   8   9   10   11   12   13

74 
 
HƏBİBİ 
  
(
Amr Diabın  mahnısına uyğulama) 
  
Bir gecəlik biz unudub, hamını 
Nə olar, ləzzətin duysaq sevginin??? 
Deyərdim, bir mələk  olub qonağım, 
Sən də bəhrəsini görərdin eşqin... 
*     *    * 
Əzizim, bir  gecə unut, keçmişi 
Qollarım belində, qoy kəmər  olsun... 
Həyatın yeganə gecəsi kimi
Dünya  
ikimizə  bir saray olsun... 
*     *     * 
Yaşamın  səbəbi, qoy  eşqin olsun!!! 
Deyirsən, xoş  günlər  önümüzdədir... 
Hər  gün  əvvəlkindən daha xoş olsun!!! 
Əl-ələ tutuşmaq   əlimizdədir... 
03.01.2014. Bakı. 
  
  


75 
 
ÖLÜM  
NƏDİR? 
  
Ölüm, ən şirin nemət, 
Ən sonuncu diləkdir…. 
Ölüm, sonuncu fürsət, 
Ümidsizə ümiddir…. 
07.01.2014. Şamaxı. 
  
  
  
  
  
  
  
  
  
  
  
  
 
 


76 
 
GƏL 
  
Ümiddən bir çələng hörmüşəm, gülüm. 
Nə vaxtdır rəfində gözləməkdədir... 
Dünyamda bir dünya qurmuşam, gülüm. 
H
açandır üfiqdə bəkləməkdədir...  
*      *      *  
Gəl, nazı-qəmzəni sən qoy boxçaya, 
Arzu-
istəyini çıxar taxçaya, 
Bu nədir, dönmüsən əntiq axçaya, 
Cəmalın yad nəzər süsləməkdədir...  
*      *      * 
Ustacı etmisən, özünə möhtac, 
Gözünün gülməsi, üzünə möhtac, 
Ruhunun dinməsi, sözünə möhtac, 
Həp ruhum, ruhunu izləməkdədir... 
11.05.2014. Bakı. 
  
  
  
  


77 
 
SÜKUT 
  
Özünü özündən qaçaq salmısan, 
Məskəni, sükutun zirvəsindədir... 
Görürəm, ruhunla qaça-qovdasan, 
Xəyallar, xülyanın ötəsindədir...  
*      *      * 
Bəlkə, boğmayasan bunca özünü, 
Ruhunu azad et, tapsın özünü, 
Lap, bilmək istəsən sözün düzünü, 
Sözs
üzlük, sözlərin itməsindədir...  
*      *      *  
Sevdiyin mahnı da deyildiyi tək 
Həbibi, hamını bəlkə tərk edək??? 
Kimsələr olmayan diyara gedək... 
Yenilik, köhnənin bitməsindədir... 
17.05.2014. Bakı. 
 
 
 
 


78 
 
OXŞAMIR 
                      
(Özünə təskinlik verib, ovutma...) 
Keçər deyib, ayran qatma aşına, 
Əldə barmaq, bir-birinə oxşamır. 
Əbəs yerə heç kim vurmaz başına, 
Teldə qarmaq, bir-birinə oxşamır.  
*      *      *  
Bu dünyaya yumruq sıxıb, gələrik, 
Əli göydə, baş alovlu gəzərik, 
Gedəndə də göz yumulu gedərik, 
Ü
stə torpaq, bir-birinə oxşamır. 
*      *      * 
Ustac deyər, söz gələn yer naməlum
Yaradan de, ya Tanrı de, ya Qəyyum, 
Dədələrin ibrətindən bu məlum; 
Xəstə, dabaq bir-birinə oxşamır... 
18.05.2014. Bakı. 
  
  
 
  


79 
 
BU  GÜNDÜ 
  
Keçər deyib, surat asma üstünə 
Keçməz dedim, demək keçməz, yəmindi. 
İçə atıb,  yükü alma üstünə 
Dəyməz dedim, demək dəyməz, əmindi. 
*      *      *  
Qıyma, səni həzm eləyə xəyallar, 
Mülayimi yem eləyər xəyallar
Bir az sərt ol, ram olacaq xəyallar, 
Əyməz dedim, demək əyməz, həmindi. 
*      *      *  
Ustac deyər, sözdü dedim, uca tut!!! 
İnanmırsan,  lap inanma, xoca tut!!! 
Keçən keçib, sabahı da heçə  tut!!! 
Yox bilinməz, sənin günün bu gündü... 
28.05.2014  
Bakı. 
  
 
 
 


80 
 
İNDİ 
  
Səndən  əvvəl nəyim  vardı dünyada? 
Dünya özü mənim üçün heç idi... 
Söylə görüm qalıbmı heç yadında 
H
əmən  günün nişanəsi  üç idi... 
*      *      * 
Dil açanda ata-
ana demişdim, 
Ağzım üstə tərs şilləni yemişdim
Bağ-baxçada nəyim vardı dərmişdim, 
Sən gəlləndə gethagetdi, köç idi...  
*      *      * 
Dayan dedin tərəddüdsüz dayandım, 
Oyan dedin  
hövlank qalxdım oyandım, 
Nə gətirdin nə verdinsə həp aldım, 
Bunlar mənə həyat verən bac idi... 
  
  
  
 
 


81 
 
*      *      * 
Zaman ötüb özümə mat qalmışam, 
Tay sayəndə zəngin adam olmuşam, 
Bu halımdan inan tamam bihuşam
Çox düşündüm bir yol olar gec idi... 
*      *      * 
Sən gələn gün vaxt sataşdı gözümə, 
Zaman adlı yoldaş tapdım özümə, 
Həmən gündən sərhəd yoxdu sözümə, 
Səndən əvvəl kəlmələr də bic idi... 
*      *      * 
Varidatım saya gəlməz qələmlə, 
Gecə mənim, gündüz mənim səhərlə, 
Günəş mənim, ulduz mənim  qəmərlə, 
Tək olanım  üzü qara sac idi.... 
*      *      * 
Uzatdıqca uzanacaq siyahı, 
Yer götürməz,  Göy götürməz bu ahı, 
Ustac sorar nədə olub günahı, 
Günahsızı  dustaq etmək suç idi... 
27.07.2014.  
Bakı. 


82 
 
  
MƏNCƏ 
  
                             (
Səfər Səfərliyə) 
  
Həyat yolu, arzularla  səs-səsə, 
O, fürsətdir, aman verməz heç kəsə, 
Dünya malı bu dünyada gərəksə, 
O dünyaya keçməsində  nə fayda... 
*      *      * 
 
O, Anadır  bala  üçün həp  yanar, 
Gecə-gündüz dövrəsində  fırlanar, 
Vədə sonu sıralanan  yuvalar, 
Nişan qalar balaları uçanda... 
*      *      *  
O, çevrədir,  həm hərifdi, həm rəqəm 
Tüm mövcudat məlum olar “O”, desəm, 
Cavab budur, gərək yoxdu,  düşünəm 
Çün tərifi çox açıqdı hesabda... 
  
 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə